Xəbər lenti
27/09/2020 [09:49]:
Masallıda 27 yaşlı qızı elektrik cərəyanı vurub
27/09/2020 [09:39]:
Ermənistanın xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, 12 “OSA”sı məhv edildi
27/09/2020 [09:13]:
Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı - SON DƏQİQƏ
27/09/2020 [09:11]:
Alimlər koronavirusdan ölüm ehtimalını azaldan amili açıqladı
27/09/2020 [09:06]:
Prezidentin köməkçisi: "Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"
27/09/2020 [08:55]:
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
27/09/2020 [08:33]:
Belarus Səhiyyə naziri koronavirusa yoluxmanın artmasını kütləvi etiraz aksiyaları ilə əlaqələndirib
27/09/2020 [08:27]:
Ermənilərin növbəti təxribatı nəticəsində Azərbaycanın mülki əhalisi arasında itki və yaralılar var - FOTO
27/09/2020 [07:59]:
Erməni deputatın toxunulmazlığı ləğv ediləcək
27/09/2020 [07:53]:
Mülki əhali və yaşayış məntəqələrimiz düşmən atəşinə məruz qalıb - Ölən və yaralananlar var
27/09/2020 [00:56]:
Kolumbiya Prezidentinə qarşı sui-qəsd planı hazırlanıb
27/09/2020 [00:29]:
Ucqar kənddə çalışan azərbaycanlı müəllim distant təhsili fərqli üsulla əvəz etdi - FOTOLAR
27/09/2020 [00:27]:
Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar
26/09/2020 [23:56]:
“Çəkilişlərdə faciə oldu, sevgilimi oynayan aktrisanın ərini tok vurub öldürdü...”
26/09/2020 [23:41]:
Potensiyanı gücləndirən və əhval-ruhiyyəni yaxşılaşdıran məhsul... - MARAQLI
26/09/2020 [23:40]:
Binəqədi rayonunda avtomobil iki yaşlı uşağı xəstəxanalıq etdi
26/09/2020 [22:48]:
Bir qrup tanınmış ekspert Qarabağ ətrafında yaranmış son durumu müzakirə etdi
26/09/2020 [22:43]:
Kadırov belə məşq edir - VİDEO
26/09/2020 [22:37]:
20 yaşlı qıza təcavüz edib, dilini kəsdilər - DƏHŞƏT...
26/09/2020 [22:15]:
Ermənistanda orta məktəblərdə koronavirus yayılır
26/09/2020 [21:59]:
Şərab zavodunda gözlənilməz hadisə - Bir anda hər yer qırmızı rəngə boyandı....+ VİDEO
26/09/2020 [21:45]:
Millət vəkili yüksək balla ali məktəblərə daxil olan tələbələrlə görüşüb - FOTO
26/09/2020 [21:38]:
ABŞ-da minlərlə şirkət Tramp administrasiyasını məhkəməyə verdi
26/09/2020 [21:22]:
"90 faizi elmi işini pulla yazdırır, ona görə də ortaya çıxarmağa 5-6 dəyərli alimimiz yoxdur"
26/09/2020 [21:08]:
Bakıda əlil arabasında olan şəxslərin böyük problemi - VİDEO
26/09/2020 [21:04]:
Türkün dünyanı dərki muzeyi sirləri AÇIR - FOTOLAR
26/09/2020 [20:50]:
Ukraynada deputatın oğlu təyyarə qəzasında öldü
26/09/2020 [20:32]:
Göyçayda qadın əri tərəfindən altı bıçaq zərbəsi aldı
26/09/2020 [20:01]:
Sümüklərin əriməsi, depressiya... - Qazlı içkilərin bitməyən ZƏRƏRLƏRİ
26/09/2020 [19:58]:
İtaliyanın keçmiş Baş naziri ikinci dəfə koronavirusa yoluxdu
26/09/2020 [19:46]:
Bakıda elektrik dəzgahı qadının barmaqlarını kəsdi
26/09/2020 [19:44]:
Baş Nazirin müavini cəbhəboyu yaşayış məntəqələrində olub
26/09/2020 [19:35]:
Minskdə növbəti etiraz aksiyası, saxlanılanlar var
26/09/2020 [19:11]:
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib
26/09/2020 [19:10]:
Maskasız qadın elektroşok cihazı ilə zərərsizləşdirildi - VİDEO
26/09/2020 [19:05]:
“Çörəksiz də, susuz da qala bilərik, amma Qarabağsız əsla!”
26/09/2020 [18:42]:
TƏBİB rəsmisi: "Pandemiya dövründə payız-qış mövsümü problem yarada bilər"
26/09/2020 [18:40]:
“Azərsu” 4 milyon manatlıq tenderlərə yekun vurub
26/09/2020 [18:24]:
Borc pul qarşısılığında arvadını bacanağına verdi, pulu ödəsə də xanımı geri qayıtmadı...
26/09/2020 [18:23]:
Real TV-də "Tarixi Yaqub Mahmudov danışır" yayımlanacaq - VİDEO
26/09/2020 [18:16]:
Ərdoğandan “Mavi Vətən” mesajı
26/09/2020 [18:06]:
Həsən Ruhani: “Maska taxmayan vətəndaşlara cəza tətbiq olunacaq”
26/09/2020 [18:04]:
Hülva Avşar ada aldı - FOTO
26/09/2020 [17:51]:
Azərbaycanda dəhşətli qəzada maşın dərəyə yuvarlandı: Sürücünün başı qopdu
26/09/2020 [17:49]:
Şeyxülislam işğalçıya qarşı yeni səngərdə - Beynəlxalq Dinlərarası Dialoq Mərkəzində səslənən çağırış
26/09/2020 [17:42]:
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olundu - FOTO
26/09/2020 [17:32]:
Bakıda 553 küçə dezinfeksiya edildi - FOTO
26/09/2020 [17:27]:
Ağsuda dəhşətli qəza: sürücünün başı bədənindən ayrıldı
26/09/2020 [17:09]:
“Ya hərbi əməliyyatlar yenidən başlayacaq, ya da...”
26/09/2020 [17:07]:
Goranboyda qəza, ölən var
26/09/2020 [17:05]:
Ukraynada 26 nəfərin ölümünə səbəb olan təyyarənin qəza anı - ANBAAN VİDEO
26/09/2020 [16:50]:
Azərbaycanda indiyədək 1095543 koronavirus testi aparılıb
26/09/2020 [16:49]:
Azərbaycanda daha bir sinif koronavirus səbəbindən distant təhsilə keçirilib
26/09/2020 [16:48]:
Dünyada koronavirusdan ölənlərin sayı 1 milyona çatır
26/09/2020 [16:44]:
Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub
26/09/2020 [16:42]:
Ali təhsil müəssisələrinin boş qalan yerlərinin və 11 illik bazada kolleclərin ixtisas seçimi başlayıb
26/09/2020 [16:41]:
Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib
26/09/2020 [16:40]:
“Baş Prokurorun ön xətdəki hərbi hissələrə səfəri bir daha onu göstərir ki...”
26/09/2020 [16:09]:
Xüsusi nümayəndə Aİ-nin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqladı
26/09/2020 [16:08]:
Çində helikopter qəzaya uğradı, ölənlər var
26/09/2020 [16:07]:
DTX əməliyyat keçirdi, həbs olunanlar var
26/09/2020 [15:41]:
Baş Naziri Əli Əsədov Ukraynanın Baş Nazirinə başsağlığı məktubu göndərib
26/09/2020 [15:34]:
Azərbaycan torpağında Şaumyanın heykəli önünə GÜLLƏR QOYULDU...-FOTOLAR
26/09/2020 [15:29]:
Türkiyədə şəxsiyyət və sürücülük vəsiqələri birləşdirilir
26/09/2020 [15:27]:
Bakıda elektrikli avtobuslar istismara veriləcək
26/09/2020 [15:26]:
“Onlar Avropaya gedən neft-qaz kəmərlərini sıradan çıxarmağa çalışır”
26/09/2020 [15:25]:
Gövhər Baxşəliyeva və Cəmil Əliyevə növbəti etimad -HƏR İKİSİ AMEA-NIN RƏYASƏT HEYƏTİNİN ÜZVÜ SEÇİLDİ…
26/09/2020 [15:03]:
Prezident İlham Əliyev ukraynalı həmkarına başsağlığı verib
26/09/2020 [15:01]:
Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb - YENİLƏNİB
26/09/2020 [14:59]:
“Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirilir - VİDEO
26/09/2020 [14:58]:
“Həqiqətən də ilk dəfə onun verilişinə çıxmışam...”- Oksana Rəhimin onu efirə çıxarmasını etiraf etdi...
26/09/2020 [14:33]:
Ceyhun Bayramov Ukraynaya başsağlığı verdi
26/09/2020 [14:03]:
Monqol yürüşlərinin əsl səbəbləri və Cəlaləddin Ruminin sirri...
26/09/2020 [13:53]:
Ermənistanı ifşa edən və dünya birliyinə yol göstərən nitq
26/09/2020 [13:49]:
Livanın Baş Naziri istefa verdi
26/09/2020 [13:44]:
“ABŞ-ın sanksiyalarına görə xaricdən peyvənd ala bilmirik”
26/09/2020 [13:43]:
Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü? – Məşhur filmin gizlinləri
26/09/2020 [13:40]:
Azərbaycan nümayəndəsi BMT-nin iclasında Paşinyana cavab verdi
26/09/2020 [13:37]:
Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar - FOTO
26/09/2020 [13:33]:
DSX əməkdaşları sərhəd pozucularına atəş açıb - FOTO
Bütün arxiv bir sırada
09/09/2020 [21:36] - İqtisadiyyat - ( 3192 dəfə baxılıb)

Manatı devalvasiya gözləyir? - Neft ucuzlaşır, valyuta ehtiyatları kəskin azalıb...



Koronavirus pandemiyasının ikinci dalğası neft qiymətlərinin sabitləşəcəyinə olan ümidləri boşa çıxarır. Belə ki, iki aya yaxın nisbətən sabit qalan neft qiymətləri yenidən azalmağa qədəm qoydu.

Neft bazarındakı dalğalanma ilə yanaşı, ABŞ dollarının məzənnəsindəki davam edən qeyri-müəyyənlik, habelə qonşu ölkələrin valyutalarının da ucuzlaşması manatın da daxili və xarici təbədüllatlara qarşı nə qədər dayanıqlı olmasına dair sualları gündəmə gətirir.

Neft qiymətləri azalır

“S&P Global Platts” maliyyə mərkəzinin məlumatına görə, ötən gün iyun ayının ortasından sonra ən aşağı həddə enən başlıca neft markalarının qiymətləri azalmağa davam edir. Belə ki, “Brent” markalı neftin qiyməti 25 avqust tarixindəkinə nisbətən 13,7 faiz, WTI isə 26 avqust tarixinə nisbətən 15,8 faiz azalıb. Londonun İCE Futures birjasındakı hərracda “Brent” markalı neft ötən gün 2,23 ABŞ dolları (5,3 faiz), bu gün isə 0,18 ABŞ dolları (0,45 faiz) ucuzlaşaraq 39,6 ABŞ dollarından, Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neft dünən 3,01 ABŞ dolları (7,6 faiz), bu gün 0,23 ABŞ dolları (0,63 faiz) ucuzlaşaraq 36,54 ABŞ dollarından satılıb.

Sözsüz ki, neftin ucuzlaşmasında mühüm amil “Saudi Aramco” tərəfindən oktyabr ayında Asiya və ABŞ müştəriləri üçün bütün neft markalarını daha ucuz satmaq qərarı olub. Belə ki, Səudiyyə neftinin ən böyük bazarı olan Asiyada “Arab Light” markası iki aydır dalbadal, bu dəfə daha 1,4 ABŞ dolları ucuz satılaraq Oman və Dubay neftlərindən 0,8 ABŞ dolları ucuz olacaq. Həmçinin “Arab Super Light” və “Arab Extra Light” markalarının da Asiya bazarında qiyməti 1,5 ABŞ dolları, “Arab Heavy”nin qiyməti 0,9 ABŞ dolları aşağı salınır. ABŞ müştəriləri üçün isə oktyabr ayında neft 0,5-0,7 ABŞ dolları ucuz qiymətə tədarük ediləcək.

Səudiyyə Ərəbistanının dövlət neft şirkətinin belə bir addımı məhz COVID-19 pandemiyasındakı ikinci dalğa üzündən bazarda tələbatın azalacağına dair gözləntilərlə bağlıdır. Hərçənd “Aramco”nun qiymətlə bağlı qərarları adətən Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İraq daxil olmaqla digər Yaxın Şərq neft ölkələri tərəfindən də nümunə hesab olunur.

Həmçinin son günlər neftin ucuzlaşmasına təsir edən amillər arasında yayda avtomobil səyahətləri dövrünün başa çatması, ABŞ neftayırma müəssisələrində təmir işlərinin uzanması, həmçinin Çin neft anbarlarının dolması nəticəsində neft idxalını azaltması da var.

Neft bazarına təzyiq yaradan əhəmiyyətli amil tarazlığın pozulacağına dair gözləntilərdir. Belə ki, sərmayədarlar əvvəlki dövrdə bazardakı müsbət meyllər nəticəsində dünya boyu, ilk növbədə ABŞ-da hasilatın artacağını ehtimal edirlər. Bununla yanaşı, ABŞ ilə Çin arasında ticarət münasibətlərinin daha da gərginləşməsi də narahatlıq yaradır. WSJ xəbər verir ki, ABŞ hökuməti Çinin ən böyük mikrosxem istehsalçısı olan “Semicondor Manufacturing Corp.”a (SMİC) qarşı məhdudiyyətlər tətbiq edə bilər. Bundan əvvəl “Huawei Technologies”ə qarşı belə bir addımın atılması iki ölkə arasında xeyli gərginliyə səbəb olmuşdu.

Ucuz dollar

Hər halda ekspertlərin qənaətincə, OPEC+ formatı çərçivəsindəki yeni razılaşma sayəsində qiymətlər aprel ayındakı mənfi həddə qədər geriləməsələr də, azalmağa davam edə bilər. Hərçənd Rusiyanın energetika naziri Aleksandr Novakın dediyinə görə, həmin razılaşma olmasaydı, neft indi 10-20 ABŞ dollarından satıla bilərdi.

Bu günlərdə Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti zamanı OPEC+ formatı çərçivəsindəki məlum razılaşmanın həyata keçirilməsi nəticəsində dünya enerji bazarlarında bütövlükdə sabitlik əldə edilməsindən məmnunluq ifadə olunmuşdu. Bu amil də bazarda qiymətlərin azalmasını bir qədər ləngidə bilər.

Bundan əlavə, son vaxtlar ABŞ dollarının məzənnəsindəki dalğalanmalar da neft qiymətlərinə müəyyən qədər təsir edir. Belə ki, ucuz ABŞ dolları başqa valyutalara malik sərmayədarların neft və s. xammal əldə etmələrini asanlaşdırır. Xatırladaq ki, yayda sürətlə ucuzlaşan ABŞ dolları 2018-ci il aprel ayındakı minimumu da ötüb keçib.

Avqust ayının 27-də “Jackson Hole Economic Symposium”da Federal Ehtiyatlar Sisteminin (FRS) sədri Cerom Pauellin nitqi ABŞ dollarının məzənnədən düşməsinə təkan verdi. Yeni pul-kredit strategiyasını təqdim edən FRS rəhbəri orta səviyyəli inflyasiya hədəfini tətbiq edəcəyini, təməl səviyyə olaraq isə illik 2 faiz qalacağını açıqlayıb.

“FRS-in yeni qaydası qüvvəyə mindikdə, lap ölkə iqtisadiyyatı dirçəlməyə başlasa belə, bazarlarda dərəcə artımını gözləmək üçün səbəb daha az olacaq. Bununla bağlı ABŞ dolları da, çox güman ki, mümkün iqtisadi artıma qarşı daha az həssaslıq göstərəcək”, - deyə Londondakı “Monex Europe” analitik mərkəzinin rəhbəri Ranko Beriç qeyd edib.

Manatı saxlamağın “xoşagəlməz” üsulu

Əslində məhz neftin qiymətləri ilə ABŞ dollarının ucuzlaşması, bir də dünya iqtisadiyyatında müxtəlif mənfi proseslərə təkan verən koronavirusun ikinci dalğası ehtimalı artıq valyuta bazarlarında əks-səda doğurmağa başlayıb. O cümlədən bizimlə qonşu ölkələrin az qala hamısının valyutaları bunun altını çəkdiyi halda, yalnız Mərkəzi Bankın qəti nəzarətində olan manat bütün sınaqlara mətanətlə sinə gəlir.

“Üzən məzənnəyə keçməklə bağlı işlər tam başa çatmadığından manatın ABŞ dollarına qarşı məzənnəsi yaxın aylar ərzində də Mərkəzi Bankın qərarlarından asılı olacaq”, - millət vəkili Vüqar Bayramov bildirib.

Həmçinin iqtisadçı Natiq Cəfərlinin fikrincə, ticarət tərəfdaşımız olan qonşu ölkələrin valyutalarının zəifləməsi Azərbaycanın da ixracat potesialına mənfi təsir göstərməklə idxalın artmasına rəvac verir. Nəticədə artan təzyiq altında olan manatın məzənnəsi sırf inzibati vasitələrlə eyni səviyyədə saxlanılsa da, vəziyyət ilin sonunadək belə davam etsə, hökumət və Mərkəzi Bank manatın məzənnəsini dəyişdirmək, konkret olaraq bir qədər azaltmaq istiqamətində müvafiq addımlar atmalı olacaqlar.

İqtisadçı ekspert Samir Əliyev də daha əvvəl bildirmişdi ki, son devalvasiya ərəfəsində milli valyutanın məzənnəsini müəyyən həddə saxlamaq üçün 11 milyard manat vəsait sərf edən Mərkəzi Bank bu dəfə də eyni miqdarda xərc çəkməyə çətin razılaşar. Odur ki, neft bundan sonra da ucuzlaşsa, hökumət manatın məzənnəsini azaltmaq məsələsinə qayıda bilər.

Bəzi ekspertlərin fikrincə, "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"na bu günlərdə gətirilərək əhali arasında çox mənfi əks-səda doğurmuş düzəlişlər də məhz bununla bağlıdır və idxalın həcmini azaltmaq üçün nəzərdə tutulub.

“Hazırda böyük ticarət mərkəzlərinin bağlı qalması vəziyyəti saxlamağa kömək edir, amma bu cür çox davam edə bilməz, ticarət mərkəzlər açılandan sonra başqa tarazlayıcı tədbirlər lazım gələcək. Odur ki, hökumət bu cür qeyri-populyar addımlara gedir”, - ekspertlər qeyd edir.

Son çarə

2021-ci il üçün dövlət və məcmu büdcənin bu günlərdə dərc olunmuş ilkin göstəricilərində də manatın məzənnəsi cari ildəki kimi 1,7 AZN/USD səviyyəsində saxlanılıb. Maraqlıdır ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi də bu nikbinliyə şərik çıxaraq orta gələcəkdə manatın məzənnəsinin 1,7 səviyyəsində qalacağı qənaətindədir. Hərçənd agentliyin proqnozunda neftin ucuzlaşacağı təqdirdə hökumət 2015-ci ildəki kimi valyuta məsrəflərinə yol verməmək üçün mübadilə məzənnəsinə bir qədər əl gəzdirəcəyi güman edilir.

“Fitch” reytinq agentliyi isə Azərbaycanın bu ilin 7 ayında 51,7 milyard ABŞ dolları həcmində olan valyuta ehtiyatlarının ilin sonunadək 38,3 milyard ABŞ dollarınadək azalacağı barədə proqnoz verib.

Məlum olduğu kimi, hökumət dövlət büdcəsində nəzərdə tutulan neftin qiymətini 55 ABŞ dollarından 35 ABŞ dollarınadək azaldaraq, üstəlik, yeni büdcə qaydasının tətbiqini dayandırmışdı. Bununla yanaşı, Dövlət Neft Fondundan transferlərin həcmi də 7,5 faiz artırılıb. Bütün bunların da strateji valyuta ehtiyatlarının azalmasına təkan verə biləcəyi şəksizdir. Hərçənd bunun “Fitch” proqnozundakı həddə olacağı da ağlabatan görünmür.

Bütövlükdə valyuta ehtiyatlarını iqtisadi cəhətdən təhlükəsiz səviyyədə saxlamaq üçün manatın məzənnəsini bir qədər azaltmağı məqsədəuyğun hesab edən ekspertlər bunun ələlxüsus karantin tədbirlərinin davam edəcəyi, iqtisadi fəaliyyətlərin əvvəlki dərəcəyə qayıtmayacağı təqdirdə ciddi sosial fəsadlar doğuracağını vurğulayırlar. Yəni indiki vəziyyət 2015-ci ildəkindən xeyli fərqləndiyinə görə manatı ucuzlaşdırmaq qərarı vermək daha çətindir. Odur ki, manatın məzənnəsini saxlamaq üçün bütün imkanların işə salınacağını, yumşaltmağa isə ən son çarə olaraq gediləcəyini güman etmək olar.(Report)

loading...
Potensiyanı gücləndirən və əhval-ruhiyyəni yaxşılaşdıran məhsul... - MARAQLI
20 yaşlı qıza təcavüz edib, dilini kəsdilər - DƏHŞƏT...
"90 faizi elmi işini pulla yazdırır, ona görə də ortaya çıxarmağa 5-6 dəyərli alimimiz yoxdur"
Maskasız qadın elektroşok cihazı ilə zərərsizləşdirildi - VİDEO
"Naməlum ölkə" Azərbaycan almalarına Rusiya bazarında "meydan oxuyur"...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Dünya
Şərab zavodunda gözlənilməz hadisə - Bir anda hər yer qırmızı rəngə boyandı....+ VİDEO
Cəmiyyət
Şeyxülislam işğalçıya qarşı yeni səngərdə - Beynəlxalq Dinlərarası Dialoq Mərkəzində səslənən çağırış
Cəmiyyət
“Həqiqətən də ilk dəfə onun verilişinə çıxmışam...”- Oksana Rəhimin onu efirə çıxarmasını etiraf etdi...
Şou-biznes
“Kimsə puluna güvənib gizlənməsin, torpağı qorumaq hamının borcudur...”
Cəmiyyət
Eldar Namazov: “Türkiyə Qarabağ məsələsində Rusiya amilini neytrallaşdıracaq gücdədir”

Yazar
İlham İsmayıl
Bəyanatı silmək mümkündür, uduzulmuş savaşın itkilərini silmək olmur...
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Həftənin ən çox oxunanları
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
Azərbaycanda nazir erməni gözəlçəsinin gecə təklifini rədd edib kabinetindən qovdu...
Şəbnəm Tovuzlunun erotik dərdi...
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247