Xəbər lenti
24/09/2020 [19:34]:
"Xaricdə Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan var"
24/09/2020 [19:25]:
İnam Kərimov Ağdaş və Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
24/09/2020 [19:22]:
Prokurorluq Nərimanov rayonunda baş verən qətllə bağlı məlumat yayıb
24/09/2020 [19:11]:
"Tramp dərk etməlidir ki, Putin qətiyyən onun dostu deyil"
24/09/2020 [19:07]:
BDU Fransa Lyon Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək
24/09/2020 [18:48]:
Türkiyədə zəlzələ oldu
24/09/2020 [18:35]:
Prezident onlara fəxri adlar verdi - SİYAHI
24/09/2020 [18:34]:
Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM
24/09/2020 [18:32]:
Yusif İldırımzadənin qaynı qətlə yetirilib
24/09/2020 [18:29]:
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
24/09/2020 [18:28]:
Plan yerləri tam dolan ali məktəblərin adları açıqlanıb
24/09/2020 [18:25]:
DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"
24/09/2020 [18:24]:
Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində nöqsan aşkar edilib
24/09/2020 [18:24]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
HHQ-nin təlim-döyüş uçuşları keçirilir – VİDEO
24/09/2020 [17:54]:
Türkiyədə zəlzələ olub
24/09/2020 [17:52]:
“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”
24/09/2020 [17:47]:
STAR zavodu “Urals” neftindən imtina edir
24/09/2020 [17:37]:
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
24/09/2020 [17:27]:
Elektron Su Portalında abonentlərə 24 saat xidmət göstəriləcək - FOTO
24/09/2020 [17:25]:
Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK
24/09/2020 [17:18]:
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı - RƏSMİ
24/09/2020 [17:16]:
Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib - FOTO
24/09/2020 [17:14]:
Prezident universitet əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
24/09/2020 [17:12]:
İlham Əliyevdən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru ilə bağlı SƏRƏNCAM
24/09/2020 [17:06]:
“Səhhətimdə problem var idi, həkimlər əməliyyat edib bunu aradan götürdülər...”
24/09/2020 [16:42]:
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
24/09/2020 [16:39]:
Elza Seyidcahanın “Payız şahzadəsi”geyimi və qeyri-adi baş tacı - FOTO + VİDEO
24/09/2020 [16:38]:
Zelenskinin Belarusa rəsmi səfəri ləğv olunub
24/09/2020 [16:36]:
“Mövcud şəraitdə onlayn təhsilin keyfiyyəti müqayisələndirmə obyekti ola bilməz”
24/09/2020 [16:31]:
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
24/09/2020 [16:30]:
“Ordu quruculuğuna daha çox vəsaitin ayrılması tamamilə başadüşüləndir, çünki...”
24/09/2020 [16:24]:
Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
24/09/2020 [16:20]:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Elektron Su Portalı istifadəyə verilib
24/09/2020 [16:17]:
“Bizim ailədə mübtəda Qarabağla başlayır, xəbər Qarabağla bitir” - Baş redaktorun tələbə oğlu
24/09/2020 [16:13]:
"Rusiya bu adla Azərbaycana yenidən özünün hərbi bazasını qaytarmaq istəyir..."
24/09/2020 [16:11]:
XİN Paşinyanın Baş nazir seçilməsindən indiyədək həyata keçirdiyi təxribatçı fəaliyyət barədə məlumat yayıb - SİYAHI
24/09/2020 [16:03]:
“Hərbi məlumatları hay-küyə yol vermədən, şişirtmədən yaymaq lazımdır”
24/09/2020 [16:01]:
İkili agent olduğu üçün güllələnən rəqqasə - Cəsədi oğurlanan sirli qadının həyat HEKAYƏSİ - FOTOLAR
24/09/2020 [15:46]:
Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələdi: Bir nəfər öldü - FOTO
24/09/2020 [15:38]:
Nobel mükafatının məbləği artırılır
24/09/2020 [15:36]:
Daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ
24/09/2020 [15:35]:
Tələbə adı qazanan jurnalist övladları - FOTOLAR
24/09/2020 [15:31]:
Sevda Yahyayeva: "Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir" - Video
24/09/2020 [15:27]:
Fransa şəhərinin meri ofisi önündə separatçı erməni rejiminin "bayrağı"nı qaldırdı...-FOTO
24/09/2020 [15:18]:
Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü
24/09/2020 [15:14]:
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
24/09/2020 [14:55]:
"Rusiya həmişə birlikdən dəm vurduqları öz yaxın dostunu satır, bir gün növbə onun özünə çatacaq"
24/09/2020 [14:48]:
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
24/09/2020 [14:24]:
Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO
24/09/2020 [14:21]:
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib - VİDEO
24/09/2020 [14:17]:
Kreml: Putinə Nobel Sülh mükafatının verilməsi yaxşı olardı
24/09/2020 [14:13]:
“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat
24/09/2020 [14:09]:
“Zamanında dedim ki, hərbi jurnalistika fakültələri açaq, amma heç kim ciddi yanaşmadı”
24/09/2020 [14:08]:
Şöbə müdiri məktəblərdə koronavirusla bağlı vəziyyətdən danışdı
24/09/2020 [14:04]:
Zaqatalada iribuynuzlu mal-qara güllələnib - FOTO
24/09/2020 [14:01]:
Lukaşenko andiçmə mərasiminin gizli keçirilməsi ilə bağlı ittihamlara cavab verib
24/09/2020 [14:00]:
Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb
24/09/2020 [13:59]:
"Biz Heydər Əliyevin liderliyi ilə cəmi 150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olmuşduq..."
24/09/2020 [13:58]:
Ermənistanın təcavüzkar siyasəti  ifşa olundu...
24/09/2020 [13:56]:
Suriyada PKK/YPG terror təşkilatının təlim keçdiyi erməni batalyonu Qarabağa göndərildi
24/09/2020 [13:51]:
Vilayət Eyvazov "Bandotdel"ə yeni şöbə rəisi TƏYİN ETDİ
24/09/2020 [13:50]:
Ali Rada deputatı: “Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir”
24/09/2020 [13:36]:
“Mən yıxılana balta vuran deyiləm”
24/09/2020 [13:32]:
İsveçin Xarici İşlər naziri Azərbaycana səfər edəcək
24/09/2020 [13:28]:
“Barselona”nın heyətində 364 qol vuran möhtəşəm trio - MSN
24/09/2020 [13:26]:
Fərid Mansurov: “Açıq havada məşq etmək mümkün olmayacaq”
24/09/2020 [13:24]:
46 yaşında yenidən tələbə adını qazandı
24/09/2020 [13:19]:
Paytaxtda avtomobil qəzasına düşən sürücü xəstəxanada öldü
24/09/2020 [13:18]:
Nazir: “Bugünkü görüşdə humanitar sahəyə iqtisadi-siyasi blokdan heç də az diqqət ayrılmadı”
24/09/2020 [13:11]:
Xətai rayonunda uzunluğu 7.9 km uzunluğu olan 5 küçə təmir olunub
24/09/2020 [13:04]:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12.5 mlyon manat ayrılıb
24/09/2020 [12:56]:
Azərbaycan XİN başçısı: “Gürcüstanla sərhədin delimitasiyasının üçdə ikisi başa çatdırılıb”
24/09/2020 [12:52]:
“Ermənistan ciddi-cəhdlə müharibəyə hazırlaşır”
24/09/2020 [12:52]:
Zalkaliani: “Sərhədlərin delimitasiyası üzrə ekspertlərin yeni qərarları qəbul edilib”
24/09/2020 [12:50]:
Ermənilər sosial şəbəkələrdə saxta profillərdən yalan məlumatlar yayır - FOTO
24/09/2020 [12:47]:
Ceyhun Bayramov: “Ermənistan rəhbərliyi regionda vəziyyətin alovlanmasına xidmət edən bəyanatlar verir”
24/09/2020 [12:46]:
Gürcüstan XİN başçısı: “Sərhədlərin delimitasiyası pandemiya ilə əlaqədar bir qədər uzandı”
24/09/2020 [12:43]:
Nazir: “Azərbaycan-Gürcüstan əlaqələri strateji xarakter daşıyır”
24/09/2020 [12:40]:
Rusiyada daha 149 nəfər koronavirusdan öldü
Bütün arxiv bir sırada
12/09/2020 [19:24] - Araşdırma - ( 3729 dəfə baxılıb)

"QİO 3 ay yarımlıq savaşdan sonra aylarla davam edən erməni zülmünə son qoya bildi"



Qafqaz İslam Ordusunun Bakı Zəfərindən 102 il ötür...

II hissə

Bakını azad etmədən Qafqaz İslam Ordusunun nə Qarabağ, nə də Dağıstan yürüşü reallaşa bilməzdi. Azərbaycan hökuməti bütün qüvvələrini Bakının azad edilməsi üçün səfərbər etmişdi. Azərbaycan hərbi hissələri Qafqaz İslam Ordusunun tərkibində Bakı uğrunda döyüşürdü. Azərbaycan hökuməti respublikanın ərazi bütövlüyünü təmin etmək üçün başqa bir hərbi əməliyyat keçirmək iqtidarında deyildi. Məhz Bakının azad olunması Azərbaycan dövlətinin taleyini həll edirdi. Azərbaycanın müqəddəratı Bakı uğrunda mübarizənin nəticəsindən asılı idi.
Belə ki, hələ mayın sonu üçün Nuru paşanın Vehib paşaya göndərdiyi məlumatda bildirilirdi ki, «bolşeviklər Dağıstan və Şimali Qafqazı tamamilə ələ keçirmək üzrədirlər. Hər yerdə ermənilərin təcavüzü artmaqdadır. Bakı şəhəri tezliklə azad olunmazsa, ölkədə vəziyyət daha təhlükəli bir hal alacaqdır». Nəzərə alınsa ki, Bakı quberniyası bolşeviklərin hakimiyyəti altında idi və Dağıstanla Şimali Qafqazı da tam ələ keçirsə idilər, deməli 1918-ci ilin iyunu üçün bütün Qafqaza sahiblənə bilərdilər. Eyni zamanda ermənilər istər bolşevik, istərsə daşnak statusunda tam sərbəst fəaliyyət sahibi idilər, Qafqaz müsəlmanlarının fiziki mövcudluğu zərbə altında qalmaqda davam edirdi. QİO çevik hərəkətə keçməsəydi Sovet Rusiyası Qafqazda 1920-21-ci ildə deyil,1918-ci ilin yayında bərqərar ola bilərdi. Bu 2 illik fasilə Rusiya sovet hakimiyyəti üçün enerji mənbəyindən, zəngin sərvətlərdən, strateji mövqedən müvəqqəti məhrumiyyət idisə, Qafqaz dövlətləri, xüsusən Azərbaycan və Gürcüstan respublikaları üçün beynəlxalq status qazanmaq imkanı oldu. Erməni xalqı əsrlərlə öncə itirdiyi dövlətçiliyinə düşməni bildiyi Osmanlı dövləti sayəsində, özü də köçürülüb yerləşdirildiyi Azərbaycan torpaqlarında nail oldu. Cənubi Qafqaz respublikalarının de-fakto mövcudluğu onların sonrakı siyasi və beynəlxalq statuslarını müəyyənləşdirdi. QİO-nun Bakı hərəkatına yalnız şəhərin yenidən yerli sahiblərinə – azərbaycanlılara qaytarılması, Azərbaycan Cümhuriyyətinin paytaxtı olması səviyyəsində məhdud qiymət verilməməlidir. Bu nəticə zəncirvari bir prosesin əsasını qoydu: Bakı Xalq Komissarları Sovetinin, yəni Sovet Rusiyasını təmsil edən Bakı bolşevik hakimiyyətinin süqutu, Azərbaycan dövlətinin dayaqlanması, Qarabağ torpaqlarında Azərbaycan hakimiyyətinin bərqərar olması, Dağıstanda dövlət idarəçiliyinin yerli xalqların əlində cəmləşməsi və Rusiyanın Cənubi Qafqaza müdaxiləsinə sipər çəkilməsi, nəticədə Cənubi Qafqaz respublikalarının şimaldan bolşevik təcavüzündən təhlükəsizliyinin təmin olunması. Hələ bu nəticələri əldə etməmiş və bu barədə həmin vaxt düşünməsi belə mümkün olmayan Azərbaycan xalqı QİO-nun gəlişini artıq qurtuluş aktı kimi qarşılayırdı: «Gəncə dəmir yolu vağzal meydanında möhtəşəm qarşılanmanın sevinci və həyəcanı alayımızı sanki sərxoş etmişdi... 100 ildən bəri əsarət altında qalmağa məhkum olmuş dil qardaşlarımız hürriyyət və istiqlaliyyətə qovuşmalarının hədsiz sevincini yaşadıqları bir bayram günü idi o gün».
QİO-nun bir xilaskar kimi qarşılanması coşqu və təntənə ilə müşayiət olunurdusa, sentyabrın 15-i – Bakının azad olunması sevincini Azərbaycan xalqının necə yaşadığını təsəvvür etmək olar. Amma sentyabrın 15-nə gedən, əzmkarlıq, fədakarlıq tələb edən gərgin, məsuliyyətli, ağır, çətinliklərlə dolu bir döyüş yolu qarşıda idi. İlk öncə xeyli silah-sursata malik Gəncə ermənilərinin silahlarının toplanmasına başlandı. Eyni zamanda Almaniyanın himayəsi və təşviqi ilə Gürcüstan tərəfindən Azərbaycan ərazilərinə hərbi müdaxilənin qarşısı alındı. Təhlükə doğuran istiqamətlərdə həmlələri dəf etməmiş Bakıya doğru hərəkət uğur qazana bilməzdi. Osmanlı dövlətinin siyasi və hərbi rəhbərliyi QİO-nun fəaliyyət şəraitini, imkanlarını, planlarını davamlı diqqətdə saxlayırdı. Müvafiq tapşırıqlar verilirdi. Şərq Ordular qrupunun komandanı Vehib paşa bölgədəki vəziyyətlə şərtlənən tapşırıqlar verirdi: «Azərbaycan ərazisində Osmanlı ordusundan başqa digər bir ordu ola bilməz» yaxud «Qazax və Zaqatala Azərbaycana aiddir. Əgər bu ərazilərə kənar silahlı qüvvə daxil olarsa, onlara silahla da cavab verin və Azərbaycan ərazilərindən çıxarın». Azərbaycanın Gürcüstanla sərhədlərinin təhlükəsizliyinə nail olduqdan sonra QİO Bakı istiqamətində hərəkətə başlamışdı.
Qaraməryəm, Kürdəmir, Göyçay, Şamaxı döyüşlərindən sonra avqust ayında Bakı uğrunda mübarizə yeni mərhələyə daxil oldu. İngilis hərbi qüvvələrinin Bakıya gəlməsi QİO-na qarşı düşmən cəbhəsini gücləndirdi. Digər tərəfdən isə Almaniya-Rusiya sövdələşməsi ilə diplomatik təzyiqlər artırdı. Bakı üzərinə birinci hücum uğursuz olsa da, 36 saat davam edən ikinci hücum nəticəsində QİO qələbə çaldı. Bakı uğrunda savaş gərgin diplomatik mübarizə ilə paralel gedirdi.
Osmanlı dövləti həm hərbi, həm də diplomatik yolla Almaniyanın Qafqaz bölgəsində – Xəzər hövzəsində geniş fəaliyyət göstərmək səylərini xeyli məhdudlaşdırdı. İngiltərə və Rusiya Bakının itkisi səbəbi ilə öz maraqları baxımından məğlub durumunda idilər. İstər bolşevik hakimiyyəti altında, istərsə ingilislərin əlində olduğu dövrdə Bakıda ermənilərin müsəlmanlara qarşı təcavüzü davam etmişdir. QİO Bakıya daxil olarkən görülən ilk işlərdən biri ermənilər tərəfindən qətlə yetirilmiş müsəlman əhalinin cəsədlərinin küçələrdən yığılaraq basdırılması olmuşdur. Bu barədə Xəlil paşa xatirələrində yazmışdır: «İnsanlığın gördüyü vəhşiliklərdən biri də ingilis işğalı altında olan Bakıda ermənilərin yerli əhaliyə qarşı etdikləri vəhşilikdir».
Aylarla davam edən erməni zülmünə QİO 3 ay yarım müddətində çətin şərtlər daxilində apardığı əzmkar savaşdan sonra son qoya bildi. Bu qələbə Osmanlı və Azərbaycan hərbçilərinin rəsmi əməkdaşlığının türk tarixində şanlı səhifəsi idi.
15 sentyabr 1918-ci il Azərbaycanın təkcə öz paytaxtına deyil, həqiqi istiqlaliyyətinə qovuşduğu gün olmuşdur. Bakını Azərbaycandan ayırmaq cəhdi 100 il öncə də olubdur, sovetlər dönəmində də səylər edilibdir. Diplomatiyanın həll edə bilmədiyi «Bakı məsələsi»ni QİO əzmkarlığı ilə gerçəkləşdirdi. Almaniya ilə Sovet Rusiyasının Bakı üzərindəki sövdələşməsini alt-üst etdi. Sənəd siyasi-diplomatik, beynəlxalq dövriyyəyə girmədən işləməz hala gəldi. Bu sövdələşmədən xəbər tutan M.-Ə.Rəsulzadə yeganə çıxış yolunu cümhuriyyətin xarici işlər naziri M.-H.Hacınskiyə xüsusi məktubunda qəti məzmunda ifadə etmişdir: «Necə olursa-olsun Bakını almaq, almaq və almaq lazımdır». «Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq» mesajını versə də M.-Ə.Rəsulzadə «Mərkəz» bloku, həmçinin bitərəf dövlətlərin səfirliklərinə Azərbaycan sülh heyətinin sədri kimi nota göndərmişdir. Nota İstanbul qəzetlərində dərc edilmişdir. «Bakı məsələsi» ilə bağlı İstanbulda nəşr edilən «Tərcümani-həqiqət» qəzeti M.-Ə.Rəsulzadədən «Bəyanat» istəmişdir. Həmin bəyanatı, Bakı azad olunduqdan sonra belə əhəmiyyətinə görə «Azərbaycan» qəzeti də nəşr etmişdir: «Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixən də, halən də bir türk şəhəri və müsəlman bələdəsidir. İstiqbalən də öylə olaraq Azərbaycanın paytaxtını təşkil edəcəkdir... Azərbaycan bugünkü milli və mənəvi işığını dəxi Bakıdan alıyor. Burası Qafqasiya islamlarının mərkəzi-ürfanıdır. Azərbaycanın qabiliyyəti-həyatiyyəsini təmin edən varidati-mühümmə buradan hasil oluyor. Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır... Bakı, əksəriyyət nüfuz etibarilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlakın, əfar və müstəqfatın qismi-küllisi müsəlmanlardadır. Ətrafında bulunan köylər tamamilə müsəlman köyləridir, azəri türkləridir. Xülasə, Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə Azərbaycan üçün də Bakı ondan artıq olmasa da, odur». Bakının qurtuluşu xəbərini İstanbulda alan M.-Ə.Rəsulzadə hökumət başçısı F.x.Xoyskiyə təbrik teleqramı göndərmişdi: «Paytaxtımızın istirdadından dolayı təhti-idareyi-alilərində bulunan hökumətimizi səmim təbrik ilə Bakının yeni türk ellərini istixlas üçün sarsılmaz bir qəleyi-mətin olması ümidi ilə bütün arkadaşlarımla öpüşürsünüz». Noyabrın 7-də Bakıya dönən M.-Ə.Rəsulzadə Bakının Azərbaycana bağlılığı tarixini qələmə alaraq «Azərbaycan paytaxtı» başlıqlı məqalə ilə «Azərbaycan» qəzetinin 5 sayında çıxış etmişdir. Məqalənin sonuncu hissəsi Cümhuriyyətin bir illik yubileyi ilə əlaqədar 1919-cu il mayın 28-də işıq üzü görmüş, «İstiqlal» məcmuəsində dərc edilmişdir: «Bakıyı qurtarmaq üçün yeni təşəkkül edən Azərbaycan hökuməti Türkiyə dövlətinə müraciət eləmiş, igid qardaşlarımız vaxtında yetişərək Nuru Paşa, Mürsəl Paşa və Xəlil Paşaların komandasında olaraq 1918 sənəsi sentyabr ayının 15-də qanlı bir müsadimədən sonra Bakı təkrar əsl sahibi olan Azərbaycan türklərinin əlinə keçmişdir. Bakının istirdadı Azərbaycan istiqlalının yüzdə doxsan təmyini-istiqlal elədigi gündür... Bakı türklügün şahrahı üzərində vaqe sınmaz atəşlərilə yanan bir amal məşəlidir ki, həpimizin diləgi onun bütün Azərbaycan və bütün türklük üçün daimi bir surətdə işıqlanmasıdır!».
QİO hər bir zabitin, hər bir əsgərin hünəri hesabına qələbə qazandı. Amma ordu komandanı Nuru paşa isə Azərbaycan xalqının yaddaşında əfsanələşdi. Şəninə qurbanlar kəsilən, şeirlər qoşulan gənc Nuru paşa Bakıya qalib, qəhrəman, xilaskar kimi daxil oldu. Nuru paşanın şərəfinə ziyafətlər düzənləndi. M.-Ə.Rəsulzadə həmin ziyafətdə Nuru paşaya xitabən geniş nitq söylədi: «... maddətən qələbəyi-daimi qazanmış olduğumuz – nəuzu billah – müvəqqəti olsa belə, Azərbaycan istiqlalı mənən qazanılmış nemətlərdəndir. Dağları, dərələri, susuz səhraları aşıb gələn qardaşlarımızla bərabər şu doğma topraqlarımız üzərində qayalaşdıq, yenidən qardaş olduq. Topraqlarımız əsrlərdən bəri yekdigərini qaib etmiş qardaşların əməl yolunda verdikləri qurban qanları ilə islandı; Turan toxumu əkildi. O böyük fikrin yıldızı doğdu. Dan yeri ağardı... Turan bu gün maddətən qazanılmamışsa da, mənən hasil olmuş; Turan fikri doğmuşdur. Bir kərə doğan fikir bir daha ölməz, bir daha sönməz! Ən qaranlıq gecələrimizdə bizi məşəli-hürriyyət gətirən və ən çətin dəmlərimizdə imdadımıza gələrək bizi xilas edən qardaşlarımızı bizə doğru qoşduran, yolumuzda qurbanlar verdirən iştə bu məfkurə, bu yeni doğmuş əməl günəşidir. O əməl günəşi ki, bir Nuru da (Nuru paşayı göstərərək) iştə bizimlə bərabər! Yaşasın əməl yolunda fədayi-can edən türk ordu və zabitanı, yaşasın böyük Turan!».
Düz bir il sonra, 1919-cu il sentyabrın 15-də «Bakı bir böyük gün daha keçirdi». «Xəlqimiz, türk nəslinə məxsus bir mətanətlə günün sevincilə bərabər dərin bir ciddiyyət və həzin bir təsəlliyyət günü olduğunu pək əla dərk eləmişdi. Bugünkü bayramını millət daşqın bir çocuq kibi degil, mütəfəkkir bir fərdiyalığ kibi tutdu. ...Mətbuatın, ədəbiyyatın millətin qəlbində milliyyət və istiqlal toxumu saçan bir amal olduğu məlumdur. Fəqət imdi anlıyoruz ki, bir alay əskərin milli nəğmələrlə ötərək bir dəfəlik keçişi mətbuatın on sənəlik propaqanından – əhali üzərinə – daha böyük bir təsir buraxır».
Qurtuluş günü kimi sentyabrın 15-i Azərbaycan istiqlal hərəkatının tarixinə yazıldı: «Bu etibarla dəxi eylülün 15-i qurtuluş günüdür». Qurtuluş şəhidlərinin xatirəsinə ehtiramla 1919-cu il sentyabrın 15-də Azərbaycan ordusunun rəsmi keçidi oldu. Eyni zamanda «qurtuluş abidəsi»nin bünövrəsi qoyuldu. Amma Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı həmin abidənin tamamlanmasına imkan vermədi. Abidə qoyulmuş olsa idi, belə, bolşevik hakimiyyətinin birmənalı olaraq tarixdən silmək istədiyi ilk milli izlərdən olacaqdı.

Firdovsiyyə Əhmədova, 
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri

loading...
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
"Onlar "Qarabağ"ın əvəzinə "Arsax" sözü işlədir və anlamırlar ki, bu söz də türk mənşəlidir"
İki filin dueli ölümlə nəticələndi - VİDEO
Özünü İsa Peyğəmbər elan edən şarlatanın 30 illik səltənəti bitdi - FOTO
Sahilə çıxan balina sayı həyəcanverici həddə çatdı - 300-ü öldü...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Dünya
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
Cəmiyyət
“Vətən eşqini, torpağa sevgini yaradan amillərdən biri də budur...”
Cəmiyyət
“Ziyalılarımızın prezidentə bu müraciəti alqışalayiqdir, Nuru Paşaya poema yazmışam...”
Siyasət
“Yoxsa erməni qadınlarının gülləsini gül kimi qəbul etməliyik?!”
Cəmiyyət
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO

Yazar
İlham İsmayıl
Xalqın səsini alan qorxaqcasına gizli andiçmə keçirərmi?
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247