“Ölkəmizin inkişaf strategiyası var. Onu qaralamaq mümkün deyil. Bu gün dostlarımız da, düşmənlərimiz də etiraf edirlər ki, İlham Əliyevin alternativi yoxdur.
Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili
Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, ölkəmizdə sürətli inkişaf
getdiyi halda, müxalifətdə geriləmə prosesi gedir. Milli Şura və digər bu kimi
keçmişdə qalmış qurumlar yaradırlar. Millət vəkili hesab edir ki, bu cür
qurumları yaratmağın heç bir mənası yoxdur.
“Cəmil Həsənlini biz həmişə yaxşı alim və tarixçi
kimi tərifləmişik. Ancaq adam gərək bacardığı işlə məşğul olsun. Dövlət
idarəçiliyi tamam ayrı sahədir. Cəmil Həsənli heç bir rayonu da idarə edə
bilməz. İdarəçilik ayrı bir şeydir”, - N.Cəfərov vurğulayıb.
Həmsöhbətimiz Cəmil Həsənlinin televiziya
debatlarındakı çıxışına da münasibət bildirib.
“Bu debatlarda əsas iş olan ölkənin taleyi qalır
bir tərəfdə, məsələyə dəxili olmayan söhbətlər edirlər. Bir vaxtlar belə
şeylərin reaksiyası olurdu, maraq doğururdu. İndi o da heç maraq doğurmur”, - o
əlavə edib.
Moderator.az