Xəbər lenti
24/09/2020 [18:35]:
Prezident onlara fəxri adlar verdi - SİYAHI
24/09/2020 [18:34]:
Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM
24/09/2020 [18:32]:
Yusif İldırımzadənin qaynı qətlə yetirilib
24/09/2020 [18:29]:
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
24/09/2020 [18:28]:
Plan yerləri tam dolan ali məktəblərin adları açıqlanıb
24/09/2020 [18:25]:
DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"
24/09/2020 [18:24]:
Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində nöqsan aşkar edilib
24/09/2020 [18:24]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
HHQ-nin təlim-döyüş uçuşları keçirilir – VİDEO
24/09/2020 [17:54]:
Türkiyədə zəlzələ olub
24/09/2020 [17:52]:
“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”
24/09/2020 [17:47]:
STAR zavodu “Urals” neftindən imtina edir
24/09/2020 [17:37]:
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
24/09/2020 [17:27]:
Elektron Su Portalında abonentlərə 24 saat xidmət göstəriləcək - FOTO
24/09/2020 [17:25]:
Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK
24/09/2020 [17:18]:
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı - RƏSMİ
24/09/2020 [17:16]:
Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib - FOTO
24/09/2020 [17:14]:
Prezident universitet əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
24/09/2020 [17:12]:
İlham Əliyevdən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru ilə bağlı SƏRƏNCAM
24/09/2020 [17:06]:
“Səhhətimdə problem var idi, həkimlər əməliyyat edib bunu aradan götürdülər...”
24/09/2020 [16:42]:
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
24/09/2020 [16:39]:
Elza Seyidcahanın “Payız şahzadəsi”geyimi və qeyri-adi baş tacı - FOTO + VİDEO
24/09/2020 [16:38]:
Zelenskinin Belarusa rəsmi səfəri ləğv olunub
24/09/2020 [16:36]:
“Mövcud şəraitdə onlayn təhsilin keyfiyyəti müqayisələndirmə obyekti ola bilməz”
24/09/2020 [16:31]:
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
24/09/2020 [16:30]:
“Ordu quruculuğuna daha çox vəsaitin ayrılması tamamilə başadüşüləndir, çünki...”
24/09/2020 [16:24]:
Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
24/09/2020 [16:20]:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Elektron Su Portalı istifadəyə verilib
24/09/2020 [16:17]:
“Bizim ailədə mübtəda Qarabağla başlayır, xəbər Qarabağla bitir” - Baş redaktorun tələbə oğlu
24/09/2020 [16:13]:
"Rusiya bu adla Azərbaycana yenidən özünün hərbi bazasını qaytarmaq istəyir..."
24/09/2020 [16:11]:
XİN Paşinyanın Baş nazir seçilməsindən indiyədək həyata keçirdiyi təxribatçı fəaliyyət barədə məlumat yayıb - SİYAHI
24/09/2020 [16:03]:
“Hərbi məlumatları hay-küyə yol vermədən, şişirtmədən yaymaq lazımdır”
24/09/2020 [16:01]:
İkili agent olduğu üçün güllələnən rəqqasə - Cəsədi oğurlanan sirli qadının həyat HEKAYƏSİ - FOTOLAR
24/09/2020 [15:46]:
Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələdi: Bir nəfər öldü - FOTO
24/09/2020 [15:38]:
Nobel mükafatının məbləği artırılır
24/09/2020 [15:36]:
Daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ
24/09/2020 [15:35]:
Tələbə adı qazanan jurnalist övladları - FOTOLAR
24/09/2020 [15:31]:
Sevda Yahyayeva: "Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir" - Video
24/09/2020 [15:27]:
Fransa şəhərinin meri ofisi önündə separatçı erməni rejiminin "bayrağı"nı qaldırdı...-FOTO
24/09/2020 [15:18]:
Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü
24/09/2020 [15:14]:
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
24/09/2020 [14:55]:
"Rusiya həmişə birlikdən dəm vurduqları öz yaxın dostunu satır, bir gün növbə onun özünə çatacaq"
24/09/2020 [14:48]:
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
24/09/2020 [14:24]:
Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO
24/09/2020 [14:21]:
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib - VİDEO
24/09/2020 [14:17]:
Kreml: Putinə Nobel Sülh mükafatının verilməsi yaxşı olardı
24/09/2020 [14:13]:
“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat
24/09/2020 [14:09]:
“Zamanında dedim ki, hərbi jurnalistika fakültələri açaq, amma heç kim ciddi yanaşmadı”
24/09/2020 [14:08]:
Şöbə müdiri məktəblərdə koronavirusla bağlı vəziyyətdən danışdı
24/09/2020 [14:04]:
Zaqatalada iribuynuzlu mal-qara güllələnib - FOTO
24/09/2020 [14:01]:
Lukaşenko andiçmə mərasiminin gizli keçirilməsi ilə bağlı ittihamlara cavab verib
24/09/2020 [14:00]:
Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb
24/09/2020 [13:59]:
"Biz Heydər Əliyevin liderliyi ilə cəmi 150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olmuşduq..."
24/09/2020 [13:58]:
Ermənistanın təcavüzkar siyasəti  ifşa olundu...
24/09/2020 [13:56]:
Suriyada PKK/YPG terror təşkilatının təlim keçdiyi erməni batalyonu Qarabağa göndərildi
24/09/2020 [13:51]:
Vilayət Eyvazov "Bandotdel"ə yeni şöbə rəisi TƏYİN ETDİ
24/09/2020 [13:50]:
Ali Rada deputatı: “Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir”
24/09/2020 [13:36]:
“Mən yıxılana balta vuran deyiləm”
24/09/2020 [13:32]:
İsveçin Xarici İşlər naziri Azərbaycana səfər edəcək
24/09/2020 [13:28]:
“Barselona”nın heyətində 364 qol vuran möhtəşəm trio - MSN
24/09/2020 [13:26]:
Fərid Mansurov: “Açıq havada məşq etmək mümkün olmayacaq”
24/09/2020 [13:24]:
46 yaşında yenidən tələbə adını qazandı
24/09/2020 [13:19]:
Paytaxtda avtomobil qəzasına düşən sürücü xəstəxanada öldü
24/09/2020 [13:18]:
Nazir: “Bugünkü görüşdə humanitar sahəyə iqtisadi-siyasi blokdan heç də az diqqət ayrılmadı”
24/09/2020 [13:11]:
Xətai rayonunda uzunluğu 7.9 km uzunluğu olan 5 küçə təmir olunub
24/09/2020 [13:04]:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12.5 mlyon manat ayrılıb
24/09/2020 [12:56]:
Azərbaycan XİN başçısı: “Gürcüstanla sərhədin delimitasiyasının üçdə ikisi başa çatdırılıb”
24/09/2020 [12:52]:
“Ermənistan ciddi-cəhdlə müharibəyə hazırlaşır”
24/09/2020 [12:52]:
Zalkaliani: “Sərhədlərin delimitasiyası üzrə ekspertlərin yeni qərarları qəbul edilib”
24/09/2020 [12:50]:
Ermənilər sosial şəbəkələrdə saxta profillərdən yalan məlumatlar yayır - FOTO
24/09/2020 [12:47]:
Ceyhun Bayramov: “Ermənistan rəhbərliyi regionda vəziyyətin alovlanmasına xidmət edən bəyanatlar verir”
24/09/2020 [12:46]:
Gürcüstan XİN başçısı: “Sərhədlərin delimitasiyası pandemiya ilə əlaqədar bir qədər uzandı”
24/09/2020 [12:43]:
Nazir: “Azərbaycan-Gürcüstan əlaqələri strateji xarakter daşıyır”
24/09/2020 [12:40]:
Rusiyada daha 149 nəfər koronavirusdan öldü
24/09/2020 [12:32]:
Bu il AKİA fermerlərə 51 milyon manatdan çox kredit ayırıb
24/09/2020 [12:29]:
Mikayıl Cabbarov ölkə prezidentinin qarşıya qoyduğu əsas hədəfi açıqladı
24/09/2020 [12:26]:
Bakıda kişi benzin töküb özünü yandırdı
24/09/2020 [12:21]:
İsraildə təkrar karantin əhalini ayağa qaldırdı
24/09/2020 [12:19]:
Rusiyada kişi oğlunu portalda satışa çıxardı
24/09/2020 [12:17]:
İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
Bütün arxiv bir sırada
15/09/2020 [18:48] - Köşə - ( 4146 dəfə baxılıb)

15 Sentyabrı hələ də  bayram edə bilmiriksə -  içimizdə Şeytan oturub...

"O Gün olmasaydı, nə  “Azərbaycan xalqı” adlı toplum,  nə də “Azərbaycan iqtidarı” və “Azərbaycan müxalifəti” adlı siyasi ifadələr mövcud olardı..."  
Fikir savaşı...
Sultan Laçın

Sonradan bərpa olunmuş müstəqillik illərində rəsmən Bilik Günü kimi də qeyd edilən 15 Sentyabr – gerçəklikdə 102 ildir ki, ÜMUMMİLLİ XİLAS, ZƏFƏR GÜNÜ kimi qeyd olunmalıydı... Amma nə yazıqlar ki, 70 illik sovet dövrünü çıxsaq, 29 illik müstəqillik dönəmində də bizlər bir toplum olaraq hələ bu günün dəyərini tam dərk edə, onu dövlət səviyyəsində tarixi bir gün, BAYRAM kimi rəsmiləşdirə bilməmişik... 

*** 
Bizi laqeydləşdirən, ümummilli dəyərlərdən, dərdlərdən uzaqlaşdıran bir çox səbəblər var: həm tarixi, həm də çağdaş, həm daxili, həm xarici...

*** 
Osmanlı Türkiyəsinin  Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi və ordusuna  böyük dəstəyi sayəsində bizim bir xalq olaraq faktiki yer üzündən silinməyimizin qarşısının alınması gerçəkliyi yalnız iki il (1918-1920) şüurlarımıza, yaddaşlarımıza təlqin olunub.... 1920-ci ildə bolşevik Rusiyasının işğalından sonra isə nəinki bu fakt, türklüyümüz, müsəlmanlığımız da total və iyrənc bir təbliğatla, eyni zamanda təqib, təzyiq, repressiya, sürgün və güllələnmələrlə unutdurulmağa başlanıb... Əksinə, AXC də, Xoyskilər,  Rəsulzadələr, Nəsibbəylilər də, Həsən bəy Aayevlər də, Xosrov bəy Sultanovlar da, Nuru Paşa da, bütövlükdə bu xalqın düşmənləri kimi təbliğ edilib... Əvəzində Azərbaycan müsəlmanlarının, türklərinin soyqırımının başında dayanmış Şaumyanlar  “qəhrəman”ımız, “xilaskar”ımız kimi şüurumuza da, şüuraltımıza da yeridilib, adlarına rayonlar, şəhər, küçələr, metrolar verilib, heykəlləri ucaldılıb...

*** 

15 Sentyabrı Ümummmilli Qurtuluş, Xilas günü kimi təbliğ edəcək bəylərimizin, ziyalılarımızın, ruhanilərimizin, xanımlarımızın çoxu  1920-30-cu illərdə repressiyların qurbanı olub. Yarım milyona yaxını “Böyük Vətən” müharibəsində qurban gedib... Yerdə qalıb qorxudulmuş, gözüqıpıq edilmiş, beynəlmiləlləşmiş, Zəngəzura, Göyçəyə yiyələnmiş ermənilərlə “kirvələşmiş”, “qardaş”laşmış, komsomollaşmış, kommunistləşmiş, kolxozlaşmış ata-analarımız... Onlar arasında ermənilərin 1905-1906, 1918-ci illərdəki və s. bizlərə qarşı törətdikləri qırğınların şahidi olanlara belə, övladlarına bu haqda danışmaq qadağan edilib... Çox nadir sovet ailələrində Rəsulzadə-Xoyski hökuməti,  Osmanlı, Nuru paşa xilaskarlığı haqqında danışılıb...

***  

Məsələn, bəndənizin ulu babası, yəni atasının babası -Əbdüləli bəy Şirinbəyli I Cahan savaşına könüllü gedərək silahla, qılıncla davranmağı, döyüşməyi öyrənib mənimsəyib və 1917-ci ildə yaralanıb geri dönərək sağaldıqdan sonra o dövrdə Azərbaycanın Zəngəzur-Qarabağ ərazilərinə də gəlmiş Osmanlı və Azərbaycan ordusuna könüllü olaraq dəstək verənlərdən olub.  Babam bəndənizin 3 yaşı olanda dünyasını dəyişib.  Onun  Osmanlı haqqında söylədikləri, xüsusən nağarada çalıb ifa etdiyi “Nuru paşa, səni görüm min yaşa!” kimi türküləri, evimizə dəvət etdiyi aşıqların nəğmələri və s. həmin 3 il ərzində şüuraltı olaraq beynimə, hafizəmə, qanıma həkk olunub. Sonradan atamdan, böyük bacılarım və bizə mütəmadi gəlib-gedən qohum-əqrəbadan Türk ordusunun Azərbaycana, ayrıca Zəngəzura, Qarabağa xilaskarlıq missiyasıyla gəlməkləri barədə artıq şüurlu olaraq eşidib dərk etdiyim söhbətlərin ruhi təsirini artıq heç bir güc ruhumdan, qəlbimdən qopara bilməz...

*** 

Bununla yanaşı, sovet dövründə on illərlə aparılmış manqurtlaşdırma siyasəti  yüzlərlə, minlərlə Azərbaycan ailəsinin türklərə, hətta ümumiyyətlə, müsəlmanlara yad atmosferdə böyüməsinə, dilimizin Azərbaycan, millətimizin “azərbaycanlı” adlanmasına gerçək şərait yaradıb... 

*** 

Məhz bu səbəbdən artıq bərpa olunmuş  müstəqilliyimizin 3-cü onilliyinin tamamlanmasına rəğmən 15 Sentyabr günlərində kütləvi sevinc, bayramlaşma, Azərbaycan uğrunda şəhid olmuş Türk hərbçilərinin Şəhidlər Xiyabanı yaxınlığındakı abidəsinə kütləvi axın baş tutmur və təşkil edilmir... Söhbət ayrı-ayrı siyasi qrupların, bir-birindən küsülü(az qala qatı düşmən) hakim və müxalif partiyaların dəstə-dəstə ziyarətindən getmir... 

*** 

Öncə dediyimiz kimi, biz 15 Sentyabrı təntənəli şəkildə Xilas, Zəfər bayramı kimi qeyd etməliyik. Bunu etmək istəmiriksə və ya edə bilmiriksə, bu istək, zərurət qəlbimizin dərinliyindən, ruhumuzdan gəlmirsə, Nuru paşaya Bakıda heykəl qoya bilmiriksə, deməli, 1813-1828-dən, 1920-ci ilə və bu günə gələn imperiya və ermənizm xəttini davam etdirən güclər var... Deməli, nəinki Qarabağı(hələ digər tarixi torpaqları demirik), ruhumuzu, qəlbimizi də  xarici və daxili(nəfsimizin, tamahımızın, şəhvətimizin) işğaldan azad etməmişik... Deməli, içimizdə və içimizdə, yəni hər iki mənada(həm bir fərd, həm də ölkə olaraq) şeytanlar var... O şeytanlar ki, müsəlmanlığımızı, türklüyümüzü unutdurub bizləri gah Moskvaya, gah  Vaşinqtona, gah da Tehrana bağlamağa çalışırlar...  O şeytanlar ki, bizlərə Allahı, Quranı, Axirəti bir yalan, bir xülya kimi göstərib məmurlarımızı, alimlərimizi, müəllimlərimizi,  həkimlərimizi, hərbçilərimizi, polislərimizi  və s. rüşvətxorluğa, saxtakarlığa, dələduzluğa alışdırır və bütövlükdə xalqı bu mərəzə yoluxdurmaq üzrədirlər...

***  

Fəqət, bir əsr öncəki babalarımızın hansı zülmlə müstəqil dövlət qurduqlarını xatırlayıb dərk edən olsa, düşünər ki,  1918-ci ilin 4 iyunundan(qardaş Türkiyə ilə hərbi-siyasi müqavilənin imzalanması) 15 Sentyabradək körpə  AXC ilə qocaman Osmanlı qardaşlarımızın birliyi-diriliyi, iradəsi, dəyanəti, şəhadəti olmasaydı, bu gün bütün qüsurları, xətaları, günahları, uğuru, qələbə və məğlubiyyətləri ilə nə  “Azərbaycan xalqı” adlı toplum,  nə də “Azərbaycan iqtidarı” və “Azərbaycan müxalifəti” adlı siyasi ifadələr mövcud olardı...  15 Sentyabr Zəfəri olmasaydı, bu gün bəlkə Bakıda da, İrəvanda olduğu kimi, bir nəfər Azərbaycan müsəlmanı, türkü, kürdü, talışı, ləzgisi, avarı gəzib dolaşa bilməzdi... Qalsaydı da ya rusun, ya ingilisin qapazı altında qorxa-qorxa gözüqıpıq  dolanardı... 

***

Xülasə, gerçək keçmişini, tarixini, əsl Qurtuluş, Xilas, Zəfər  gününü bilməyən, üstəlik, bu gününü və gələcəyini də nəfsinin, tamahının, şəhvətinin girovuna çevirmiş toplum heç bir qələbəyə nail ola bilməz. Gerçəkləri dərk etmək üçün isə öncə içimizdəki və içimizdəki şeytanı qovmaq gərəkdir. Bunu isə mövhumat, cəhalətlə, baş yarmaq, zəncir vurmaq, ələm uçurmaq, cin çıxartmaqla deyil,  gerçək müsəlman, türk xislətinə sahiblənmək, nəfsinin ağası olaraq etmək mümkündür... Hərə öz tamahına, şəhvətinə qalib olub bu Korrupsiya, Ermənipərəstlik, Moskvapərəstlik Şeytanından ustufca bir çimdik götürsə, o tezliklə baş götürüb Şimal qütbünə qaçar... Əks halda bu cin-şəyatinlər içimizdən hələ çox qanlar axıdacaq, beyinlərimizi, yaddaşlaırmızı hələ çox yuyacaqlar...

Sultan Laçın 

loading...
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
"Onlar "Qarabağ"ın əvəzinə "Arsax" sözü işlədir və anlamırlar ki, bu söz də türk mənşəlidir"
İki filin dueli ölümlə nəticələndi - VİDEO
Özünü İsa Peyğəmbər elan edən şarlatanın 30 illik səltənəti bitdi - FOTO
Sahilə çıxan balina sayı həyəcanverici həddə çatdı - 300-ü öldü...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Dünya
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
Cəmiyyət
“Vətən eşqini, torpağa sevgini yaradan amillərdən biri də budur...”
Cəmiyyət
“Ziyalılarımızın prezidentə bu müraciəti alqışalayiqdir, Nuru Paşaya poema yazmışam...”
Siyasət
“Yoxsa erməni qadınlarının gülləsini gül kimi qəbul etməliyik?!”
Cəmiyyət
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO

Yazar
İlham İsmayıl
Xalqın səsini alan qorxaqcasına gizli andiçmə keçirərmi?
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247