Xəbər lenti
20/09/2020 [12:12]:
Rusiyada koronavirusa yoluxanların sayı 1 milyon 100 min nəfəri ötüb
20/09/2020 [12:09]:
ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi
20/09/2020 [12:06]:
Qurbanlarına işgəncə verdikdən sonra başlarını kəsiblər – Qatil cütlüyün qorxunc cinayətləri
20/09/2020 [11:52]:
Sevgilisinin iki uşağına təcavüz etdikdən sonra öldürən şəxs həsb edildi- FOTOLAR
20/09/2020 [11:37]:
Bir şəklin tarixçəsi - Azərbaycanın 3 prezidenti və Ramiz Mehdiyev...
20/09/2020 [11:22]:
Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb
20/09/2020 [11:16]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [11:12]:
Bu gün “Qarabağ” və “Neftçi” üz-üzə gələcək
20/09/2020 [11:09]:
Yerdə uzanan döyüşçü rəqibini nokaut etdi - VİDEO
20/09/2020 [10:37]:
Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
20/09/2020 [10:35]:
“Villalarını kluba çeviriblər” - Müğənni Daxili İşlər Nazirliyinə müraciət etdi...
20/09/2020 [10:31]:
ÜST 3-cü mərhələ sınağı aparılan 5 peyvəndin təcili istifadəsinə İCAZƏ VERDİ...
20/09/2020 [10:30]:
İxtisas seçimi bu gün başa çatır
20/09/2020 [10:25]:
Nazirlər Kabinetinin qalmaqallı qərarı QÜVVƏYƏ MİNİR
20/09/2020 [10:24]:
"Niyə bəzi məmurlar rüşvət alırlar?.." - ƏSAS SƏBƏB...
20/09/2020 [10:16]:
“Niyə Qərb üçün Assanj cunayətkar, Navalnı isə qəhrəmandır?..” -Almaniya deputatı...
20/09/2020 [09:59]:
Nəsrullah gizləndiyi yerdən çıxarsa... - İsrailli general
20/09/2020 [09:56]:
Rusiya nəşrindən şok iddia: “Lavrov yaxın günlərdə istefaya gedir...”
20/09/2020 [09:49]:
Navalnı komadan sonrakı bərpa prosesindən danışdı: “Sözləri necə seçəcəyimi anlamırdım”
20/09/2020 [09:47]:
Ermənilər mövqelərimizi atəşə tutub
20/09/2020 [09:45]:
Azərbaycanda Neftçilər Günü qeyd edilir
20/09/2020 [00:06]:
Bakıda taksi sürücüsü üç bıçaq zərbəsi aldı
19/09/2020 [23:29]:
Qubanın Dəlləkli kəndinin girişində polis postları qurulub: Nə baş verir?
19/09/2020 [23:23]:
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq
19/09/2020 [23:22]:
"Sevdiyim insan olsa, rayona da ərə gedərəm"
19/09/2020 [23:07]:
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
19/09/2020 [23:03]:
Azərbaycan Prezidenti: “Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək”
19/09/2020 [22:59]:
Koronavirusun müalicəsində istifadə olunan dərmanın ölümcül təhlükəsi aşkarlanıb
19/09/2020 [22:40]:
Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO
19/09/2020 [22:33]:
“Faşizmə qarşı mübarizə aparan soydaşlarımızla bağlı komissiya yaradılmalıdır”
19/09/2020 [22:27]:
Prezident: “Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”
19/09/2020 [22:15]:
İlk dəfə idi ki, başqa bir kənd mənə kəndimizi bu qədər xatırladırdı...
19/09/2020 [21:55]:
Rusiya kəşfiyyatını maraqlandıran 76 azərbaycanlı adı sızdırıldı-...MANİPULYASİYA?..
19/09/2020 [21:52]:
Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb
19/09/2020 [21:21]:
Ermənistan PKK terrorçularını işğal altındakı Dağlıq Qarabağa yerləşdirir - VİDEO
19/09/2020 [21:19]:
Qənirə Paşayeva şair-publisist Güləmail Muradı 70 illik yubileyi münasibətilə təbrik edib
19/09/2020 [21:17]:
SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19/09/2020 [21:05]:
Prezident: “Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir”
19/09/2020 [20:55]:
Tural Gəncəliyev: “Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır”
19/09/2020 [20:51]:
İsraildəki ermənilərdən Rusiyaya və rus dilinə hörmətsizlik
19/09/2020 [20:44]:
Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi
19/09/2020 [20:41]:
Eynək taxan şəxslər koronavirusa 5 qat daha az yoluxur - MARAQLI ARAŞDIRMA
19/09/2020 [20:10]:
“Ermənistan yeni müharibəyə hazırlaşır” – Prezidentdən kritik açıqlama
19/09/2020 [20:07]:
Sosial mediada diqqət çəkmək üçün canını bu cür heçə saydı - VİDEO
19/09/2020 [19:59]:
Türkiyənin keçmiş baş nazir Məsut Yılmaz həyatını itirdi - DOSYE
19/09/2020 [19:55]:
"Döşlərim sayəsində ayda 12 min dollar qazanıram" - FOTOLAR
19/09/2020 [19:54]:
“Ölkə başçısının son bəyanatı həm Ermənistana, həm də bütün dünyaya mesajdır”
19/09/2020 [19:37]:
Oğurluq edən 3 şəxsə ağr cəza: Barmaqları kəsildi...
19/09/2020 [19:33]:
"Bunu Ali Baş Komandanın Vətəninə misilsiz xidmətləri kimi qiymətləndirirəm" - BƏYANAT
19/09/2020 [19:04]:
Faiq Ağayev sədr müavini təyin olundu
19/09/2020 [18:51]:
"Bunu Paşinyan rejimi şüurlu şəkildə edir" - İlham Əliyev
19/09/2020 [18:47]:
Prezident bir qrup neft sənayesi işçisini təltif etdi - SƏRƏNCAM
19/09/2020 [18:45]:
"Ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik"
19/09/2020 [18:44]:
Bill Qeyts Trampın koronavirusla bağlı əsas səhvindən danışdı...
19/09/2020 [18:08]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər- “The Guardian”dan maraqlı iddia
19/09/2020 [18:01]:
Təhsil naziri intihar edən 27 yaşlı müəllimdən yazdı
19/09/2020 [18:00]:
Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir
19/09/2020 [17:43]:
“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”
19/09/2020 [17:41]:
1 həftəyə 13 milyard dollar QAZANDI
19/09/2020 [17:39]:
Qazaxıstanın yeddi şəhərində quş qripi yayıldı
19/09/2020 [17:33]:
İlham Əliyev: "Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir"
19/09/2020 [17:31]:
Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
19/09/2020 [17:29]:
İlham Əliyev: “Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi”
19/09/2020 [17:20]:
İlham Rəhimov himayəyə götürdüyü şəhid övladını Tovuzda ziyarət etdi FOTOLAR
19/09/2020 [17:15]:
Azay Quliyev: "Tofiq Yaqublu ilə bağlı qərar siyasi müdriklikdir, həm də müxalifət üçün testdir"
19/09/2020 [17:09]:
“Babam Əziz Əliyevin oxumağa pulu yox idi, Hacı Zeynalabdin Tağıyevdən xahiş etmişdi ki…” – İlham Əliyev
19/09/2020 [17:07]:
Binəli Yıldırım koronavirusdan sağaldı
19/09/2020 [17:00]:
Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm
19/09/2020 [17:00]:
Düşmən hərbi təxribatlar üçün gərəkli olan cəsarəti kimdən alır?
19/09/2020 [16:42]:
Şeyxülislamın Nobelə namizədliyinə kimlər dəstək verir?
19/09/2020 [16:39]:
Sanitariya-gigiyena qaydalarını pozan şəxs cərimələnib - FOTO
19/09/2020 [16:25]:
Tanınmış müğənniyə cinayət işi açıldı
19/09/2020 [16:23]:
Prezident köməkçisinin QHT-lərlə görüşünü təşkilat sədri belə dəyərləndirdi - FOTO
19/09/2020 [16:18]:
"Adam sürücülük vəsiqəsinə ayaqlarının şəklini çəkdirmir ki, sinədən yuxarısını çəkirlər"
19/09/2020 [16:13]:
“Əfsuslar olsun ki, onun sözünə baxmadılar” - İlham Əliyev
19/09/2020 [16:09]:
Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb
19/09/2020 [16:08]:
İlham Əliyev neftçiləri təbrik etdi
19/09/2020 [16:05]:
"Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayanlar sırasındayam"
19/09/2020 [15:53]:
Övladını məktəbə göndərən və göndərməyən valideynlər iltizam imzalayacaq - FOTO
19/09/2020 [15:43]:
“Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq”
Bütün arxiv bir sırada
15/09/2020 [19:07] - Cəmiyyət - ( 925 dəfə baxılıb)

Rəşad Mahmudov: "Böyrək transplantasiyası dializə görə 4 dəfə əlverişlidir"



Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

İclasda 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlərə dair hesabat  və komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi barədə müzakirə aparılacaq.

R. Mahmudov deyib ki, payız sessiyasında pandemiya ilə bağlı icra strukturlarının ehtiyacı olan qanun layihələrinin sürətlə hazırlanması prioritet istiqamətlərdən biridir: “Eyni zamanda yaz sessiyasında müzakirəsi planlaşdırılsa da, pandemiya ilə bağlı təxirə salınan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin payız sessiyasında mütləq müzakirəyə çıxarılacaq qanun layihələri sırasında birinci yerdə gəlir. Bu qanun layihəsi bütün mərhələlərdən keçib, plenar iclasda müzakirəyə çıxarılmaq üçün hazır vəziyyətdədir. Bununla əlaqədar biz son dinləmələr və müzakirələrimizi də aparmışıq. Düşünürəm ki, həmkarlarım da həssas yanaşacaq və payız sessiyasında   “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun Milli Məclisdə qəbuluna nail olacağıq. Çünki bu, orqan çatışmazlığında son mərhələyə düşmüş, həyatda yaşamaq ümidini itirmiş insanlar üçün onların həyatını qurtaracaq bir qanundur. Bu qanun yüksək səviyyədə hazırlanıb və qəbul olunmaması üçün də bir əsas yoxdur”.

Komitə sədrinin müavini qeyd edib ki, yeni növ koronavirusun (COVİD-19) pandemiyasının yaratdığı şəraitin şərtləri də nə hüquqi, nə də icra strukturlarının işi nöqteyi-nəzərdən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinə fərqli yanaşmağa, xüsusi dəyişiklik etməyə ehtiyac yaratmır: 

“İcbari tibbi sığorta ilə bağlı öncəki planlarda demək olar ki, icbari sığortanın əhatə etməyəcəyi həyati vacib transplantasiya yox idi. Söhbət bu qanun işlədiyi halda ürək, qaraciyər və böyrək başda olmaqla, yaşam üçün vacib transplantasiya əməliyyatlarından gedir. Ürək və qaraciyər çatışmazlığının son mərhələsində transplantasiya həyat qurtarır və bu, “qızıl standart” olaraq qəbul edilib. Böyrək çatışmazlığında da yenə əlçatanlıq olmadığı zaman alternativ yoldan – dializdən istifadə etmək olur. Dializlə əlaqədar dövlət proqramı həyata keçirilir və xəstələr dializlə uzun müddət yaşaya bilir. Amma mən statistikanı da açıqlamaq istəyirəm. Böyrək transplantasiyası yerinə dializ proqramının həyata keçirilməsinın əslində bir çox nöqteyi-nəzərdən mənfi tərəfləri var. İlkin baxışda transplantasiya dövlət üçün ağır və məsrəfli bir iş kimi görünsə də, iqtisadi baxımdan bir xəstənin 5 il dailizlə yaşamasını böyrək transplantasiyası ilə qarşılaşdırsaq, böyrək transplantasiyası dializə görə 4 dəfə əlverişlidir. Böyrək transplantasiyanın aşağı-yuxarı qiyməti bəllidir. Ondan sonra da illik immunspresiv müalicələr var. Ancaq bu halda da dövlətin üzərinə bir vətəndaşla bağlı düşən xərc 30 min manatdan yuxarını keçmir. 30 min manat müqabilində həmin insanın aktiv həyata da dönməsi, əlillikdən uzaqlaşması ehtimalı var. Çünki artıq sağlam insan deməkdir. Dializdə həftədə 3-4 dəfə süni aparata bağlamaqla zaman itkisi  olur. Eyni zamanda hər dəfə dializ zamanı insan bədəninə keçən viruslar, hepatitlər sayəsində böyrək çatışmazlığı ilə bərabər əlavə problemlər yaranır. Bu da ölkə səhiyyəsinin üzərinə əlavə yük yaradır. Transplantasiya səhiyyənin üzərinə düşən bu əlavə yüklərin də son nəticədə azalmasına səbəb olur. İqtisadi baxımdan dailizə baxsaq, 2011-2015-ci illərdə bir xəstənin bir il ərzində sadəcə dializ aparatlarından keçməsi üçün dövlətin səhiyyə büdcəsindən 27 min manat xərclənirdi. Son illərdə bu məbləğ 11 min manata düşdü. Əvvəlki qiymətlərdə 5 il ərzində bir xəstə üçün dövlətin  təxminən 120 min manat xərci çıxırdı, indiki qiymətlərlə isə 50 min manat xərc çıxır. Amma bu xərc sadəcə dializatorlar və dializ sisteminə görədir. İnsanın həyatından həftənin 3 gününün alınması, sosial baxımdan effektiv olmaması, iqtisadi cəhətdən ailəsi və dövlət üzərinə yük gətirməsi qeyd edilməlidir. Yəni, dializ həm insanın şəxsi həyatının keyfiyyətinə xələl, həm də dövlət üçün əlavə yüklər gətirir. Dailizin yaratdığı əlavə problemlərə gəlincə, təkcə bir faktı demək istəyirəm. Dializə girən xəstələr 1 il sonra yoxlanıldığı zaman onların 90 faizindən çoxunda hepatit xəstəliyi əmələ gəlir. Böyrək çatışmazlığından əziyyət çəkən  və dializlə yaşayan insanlar gələcək illərdə qaraciyər çatışmazlığı ilə də üzləşə bilir. Biz bu gün Prezidentin, Birinci Vitse-prezidentin və hökumətin qarşıya qoyduğu hədəflər çərçivəsində vətəndaş məmnuniyyəti ilə birlikdə səhiyyəyə xərclənən vəsaitin effektini dəfələrlə artırmış olacağıq. Azərbaycan səhiyyəsi də bu istiqamətdə üzərinə düşən işləri görməyə çalışır. Əfsuslar olsun ki, pandemiya planlaşdırılan bir çox işlərə yan təsirsiz ötüşmədi. Amma biz heç zaman pandemiyanın təsiri səbəbindən səhiyyənin inkişafı yolundan qalmamalıyıq. Çünki vətəndaşın ən vacib hüququ olan yaşamaq hüququnu optimal bir şəkildə təmin etmək hər bir dövlətin ən ümdə vəzifələrindən biridir”.

R. Mahmudov vurğulayıb ki, kağız üzərində demək olar ki, hər şey hazırdır:  “Önəmli olan bunu reallığa çevirməkdir. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun qəbulundan sonra bunu tətbiq edəcək mərkəzlər, ixtisasçılar, keyfiyyətli tibbi xidmət və bu tibbi xidməti satın alacaq sığorta şirkətləri, eləcə də icbari tibbi sığorta gəlir. Bu çarx bütünlüklə sağlam işlədiyi təqdirdə hər bir vətəndaşın, eləcə də Azərbaycan hökumətinin arzuladığı səhiyyənin inkişafından söhbət gedə bilər”.

loading...
Eynək taxan şəxslər koronavirusa 5 qat daha az yoluxur - MARAQLI ARAŞDIRMA
Sosial mediada diqqət çəkmək üçün canını bu cür heçə saydı - VİDEO
"Döşlərim sayəsində ayda 12 min dollar qazanıram" - FOTOLAR
Zibil toplayarkən baxın nə tapdı - FOTO
60 nəfərin qatıldığı toyun bədəli ağır oldu - FOTO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Sevgilisinin iki uşağına təcavüz etdikdən sonra öldürən şəxs həsb edildi- FOTOLAR
Dünya
Rusiya nəşrindən şok iddia: “Lavrov yaxın günlərdə istefaya gedir...”
Dünya
Oğurluq edən 3 şəxsə ağr cəza: Barmaqları kəsildi...
Cəmiyyət
Daha bir küçəyə Polad Həşimovun adı verildi - FOTOLAR
Siyasət
Rəsul Quliyevin işğalçı Ermənistan spikeri ilə birgə görüntüləri yayıldı...- FOTOLAR

Yazar
İlham İsmayıl
Bir gün Zaman, ya da Amerika prezidenti bizi də yaxalayacaq...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Rövşən Lənkəranski sağdır? - Məzarından GÖRÜNTÜLƏR - VİDEO
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİA
"Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib, bilirsiniz niyə..?"
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
“Torpaqları azad etmək istəyən bir nömrəli adam İlham Əliyevdir, çünki o, bilir ki...”
"Bu şəhərdə" bu dəfə Siyavuş Novruzovu parodiya etdi - VİDEO
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
Bill Qeyts də o dünyaya köçdü...- FOTOLAR
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Separatçı liderdən Ağdamdakı üzüm və nar bağından həyasız bəyanat - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247