Xəbər lenti
24/09/2020 [18:48]:
Türkiyədə zəlzələ oldu
24/09/2020 [18:35]:
Prezident onlara fəxri adlar verdi - SİYAHI
24/09/2020 [18:34]:
Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM
24/09/2020 [18:32]:
Yusif İldırımzadənin qaynı qətlə yetirilib
24/09/2020 [18:29]:
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
24/09/2020 [18:28]:
Plan yerləri tam dolan ali məktəblərin adları açıqlanıb
24/09/2020 [18:25]:
DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"
24/09/2020 [18:24]:
Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində nöqsan aşkar edilib
24/09/2020 [18:24]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
HHQ-nin təlim-döyüş uçuşları keçirilir – VİDEO
24/09/2020 [17:54]:
Türkiyədə zəlzələ olub
24/09/2020 [17:52]:
“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”
24/09/2020 [17:47]:
STAR zavodu “Urals” neftindən imtina edir
24/09/2020 [17:37]:
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
24/09/2020 [17:27]:
Elektron Su Portalında abonentlərə 24 saat xidmət göstəriləcək - FOTO
24/09/2020 [17:25]:
Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK
24/09/2020 [17:18]:
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı - RƏSMİ
24/09/2020 [17:16]:
Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib - FOTO
24/09/2020 [17:14]:
Prezident universitet əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
24/09/2020 [17:12]:
İlham Əliyevdən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru ilə bağlı SƏRƏNCAM
24/09/2020 [17:06]:
“Səhhətimdə problem var idi, həkimlər əməliyyat edib bunu aradan götürdülər...”
24/09/2020 [16:42]:
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
24/09/2020 [16:39]:
Elza Seyidcahanın “Payız şahzadəsi”geyimi və qeyri-adi baş tacı - FOTO + VİDEO
24/09/2020 [16:38]:
Zelenskinin Belarusa rəsmi səfəri ləğv olunub
24/09/2020 [16:36]:
“Mövcud şəraitdə onlayn təhsilin keyfiyyəti müqayisələndirmə obyekti ola bilməz”
24/09/2020 [16:31]:
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
24/09/2020 [16:30]:
“Ordu quruculuğuna daha çox vəsaitin ayrılması tamamilə başadüşüləndir, çünki...”
24/09/2020 [16:24]:
Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
24/09/2020 [16:20]:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Elektron Su Portalı istifadəyə verilib
24/09/2020 [16:17]:
“Bizim ailədə mübtəda Qarabağla başlayır, xəbər Qarabağla bitir” - Baş redaktorun tələbə oğlu
24/09/2020 [16:13]:
"Rusiya bu adla Azərbaycana yenidən özünün hərbi bazasını qaytarmaq istəyir..."
24/09/2020 [16:11]:
XİN Paşinyanın Baş nazir seçilməsindən indiyədək həyata keçirdiyi təxribatçı fəaliyyət barədə məlumat yayıb - SİYAHI
24/09/2020 [16:03]:
“Hərbi məlumatları hay-küyə yol vermədən, şişirtmədən yaymaq lazımdır”
24/09/2020 [16:01]:
İkili agent olduğu üçün güllələnən rəqqasə - Cəsədi oğurlanan sirli qadının həyat HEKAYƏSİ - FOTOLAR
24/09/2020 [15:46]:
Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələdi: Bir nəfər öldü - FOTO
24/09/2020 [15:38]:
Nobel mükafatının məbləği artırılır
24/09/2020 [15:36]:
Daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ
24/09/2020 [15:35]:
Tələbə adı qazanan jurnalist övladları - FOTOLAR
24/09/2020 [15:31]:
Sevda Yahyayeva: "Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir" - Video
24/09/2020 [15:27]:
Fransa şəhərinin meri ofisi önündə separatçı erməni rejiminin "bayrağı"nı qaldırdı...-FOTO
24/09/2020 [15:18]:
Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü
24/09/2020 [15:14]:
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
24/09/2020 [14:55]:
"Rusiya həmişə birlikdən dəm vurduqları öz yaxın dostunu satır, bir gün növbə onun özünə çatacaq"
24/09/2020 [14:48]:
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
24/09/2020 [14:24]:
Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO
24/09/2020 [14:21]:
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib - VİDEO
24/09/2020 [14:17]:
Kreml: Putinə Nobel Sülh mükafatının verilməsi yaxşı olardı
24/09/2020 [14:13]:
“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat
24/09/2020 [14:09]:
“Zamanında dedim ki, hərbi jurnalistika fakültələri açaq, amma heç kim ciddi yanaşmadı”
24/09/2020 [14:08]:
Şöbə müdiri məktəblərdə koronavirusla bağlı vəziyyətdən danışdı
24/09/2020 [14:04]:
Zaqatalada iribuynuzlu mal-qara güllələnib - FOTO
24/09/2020 [14:01]:
Lukaşenko andiçmə mərasiminin gizli keçirilməsi ilə bağlı ittihamlara cavab verib
24/09/2020 [14:00]:
Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb
24/09/2020 [13:59]:
"Biz Heydər Əliyevin liderliyi ilə cəmi 150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olmuşduq..."
24/09/2020 [13:58]:
Ermənistanın təcavüzkar siyasəti  ifşa olundu...
24/09/2020 [13:56]:
Suriyada PKK/YPG terror təşkilatının təlim keçdiyi erməni batalyonu Qarabağa göndərildi
24/09/2020 [13:51]:
Vilayət Eyvazov "Bandotdel"ə yeni şöbə rəisi TƏYİN ETDİ
24/09/2020 [13:50]:
Ali Rada deputatı: “Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir”
24/09/2020 [13:36]:
“Mən yıxılana balta vuran deyiləm”
24/09/2020 [13:32]:
İsveçin Xarici İşlər naziri Azərbaycana səfər edəcək
24/09/2020 [13:28]:
“Barselona”nın heyətində 364 qol vuran möhtəşəm trio - MSN
24/09/2020 [13:26]:
Fərid Mansurov: “Açıq havada məşq etmək mümkün olmayacaq”
24/09/2020 [13:24]:
46 yaşında yenidən tələbə adını qazandı
24/09/2020 [13:19]:
Paytaxtda avtomobil qəzasına düşən sürücü xəstəxanada öldü
24/09/2020 [13:18]:
Nazir: “Bugünkü görüşdə humanitar sahəyə iqtisadi-siyasi blokdan heç də az diqqət ayrılmadı”
24/09/2020 [13:11]:
Xətai rayonunda uzunluğu 7.9 km uzunluğu olan 5 küçə təmir olunub
24/09/2020 [13:04]:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12.5 mlyon manat ayrılıb
24/09/2020 [12:56]:
Azərbaycan XİN başçısı: “Gürcüstanla sərhədin delimitasiyasının üçdə ikisi başa çatdırılıb”
24/09/2020 [12:52]:
“Ermənistan ciddi-cəhdlə müharibəyə hazırlaşır”
24/09/2020 [12:52]:
Zalkaliani: “Sərhədlərin delimitasiyası üzrə ekspertlərin yeni qərarları qəbul edilib”
24/09/2020 [12:50]:
Ermənilər sosial şəbəkələrdə saxta profillərdən yalan məlumatlar yayır - FOTO
24/09/2020 [12:47]:
Ceyhun Bayramov: “Ermənistan rəhbərliyi regionda vəziyyətin alovlanmasına xidmət edən bəyanatlar verir”
24/09/2020 [12:46]:
Gürcüstan XİN başçısı: “Sərhədlərin delimitasiyası pandemiya ilə əlaqədar bir qədər uzandı”
24/09/2020 [12:43]:
Nazir: “Azərbaycan-Gürcüstan əlaqələri strateji xarakter daşıyır”
24/09/2020 [12:40]:
Rusiyada daha 149 nəfər koronavirusdan öldü
24/09/2020 [12:32]:
Bu il AKİA fermerlərə 51 milyon manatdan çox kredit ayırıb
24/09/2020 [12:29]:
Mikayıl Cabbarov ölkə prezidentinin qarşıya qoyduğu əsas hədəfi açıqladı
24/09/2020 [12:26]:
Bakıda kişi benzin töküb özünü yandırdı
24/09/2020 [12:21]:
İsraildə təkrar karantin əhalini ayağa qaldırdı
24/09/2020 [12:19]:
Rusiyada kişi oğlunu portalda satışa çıxardı
Bütün arxiv bir sırada
16/09/2020 [10:47] - Cəmiyyət - ( 1267 dəfə baxılıb)

Ermənistan ordusunda fəlakətli durum: İrəvanın muzdluları Qarabağa daşımasının sirri açıldı



İşğalçı ölkənin hərbi polisi 4 min fəraridən birini tutub ölkəyə gətirə bildi; Ermənistan parlamenti isə rüşvət müqabilində ordudan yayınanlarla bağlı cəzaları sərtləşdirməyə hazırlaşır; erməni hərbçiləri arasında növbəti qanlı dava

Ermənistan koronavirus pandemiyasının yayılmasına görə bölgənin “lider” ölkəsi olmaqda davam edir. Sentyabrın 15-nə olan məlumata görə, işğalçı ölkədə COVİD-19-a yoluxanların sayı 46 119-a çatıb, 920 nəfərsə ölüb. Koronavirusun əlində çarəsiz durumda qalan Ermənistan hakimiyyəti Azərbaycan ərazilərinin işğalını davam etdirməkdən vaz keçmək niyyətində olmadığını da nümayiş etdirir. Elə bugünlərdə ölkədə səfərbərlik istiqamətində addımların atılması da işğalçı siyasətin davamıdır. 

Məlumata görə, dekabrın sonlarınadək müxtəlif yaş qrupları üzrə vətəndaşlar orduya çağırılacaq və təlimlərə cəlb ediləcək. Məsələ burasındadır ki, Ermənistan ordusunun komplektləşdirilməsilə bağlı ciddi problemlər yaşanır və bu, bir sıra hallarda rəsmən etiraf edilir. Bir müddət öncə Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan bildirib ki, “27 yaşı tamam olmuş (hərbi mükəlləfiyyətli olmayan), kişi cinsindən olan təxminən 4000 vətəndaş hazırda axtarışdadır”. Əhalisi ilbəil azalan bir ölkə üçün ciddi rəqəmdir. Ancaq reallıq budur ki, Ermənistan əhalisinin böyük əksəriyyəti Azərbaycan torpaqları uğrunda ölmək istəmədiyi üçün müxtəlif yollarla xaricə axın edir. “Kişi cinsindən olan, 27 yaşı tamam olmuş və axtarışda olan Ermənistan vətəndaşları üçün əfv təklifi. ”Müəyyənləşdirilmiş qaydanın pozuntusu ilə məcburi hərbi xidmət keçməmiş vətəndaşlar haqqında" Ermənistan qanununun fəaliyyət müddəti 2019-cu il dekabrın 31-də bitib və uzadılmayıb"-  Marukyan əlavə edib.

“Global Fire Power” şirkətinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir. Azərbaycan Ordusu dünyanın 52 güclü ordusu sırasında yer alıb. Elə Tovuz döyüşləri zamanı Azərbaycan Prezidentinin müraciətinin ardınca on minlərlə vətənpərvər insan torpaqlarımız uğrunda döyüşmək üçün rəsmi qaydada müraciət etdi və onlar Ali Baş Komandanın əmrini gözləyirlər.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün əvvəl Qarabağa erməni köçünə münasibət bildirərkən İrəvanın məkrli siyasətini ifşa edərək söylədi ki, “Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir”. Ordusuna əsgər tapa bilməyən işğalçı ölkə Suriya və Livandan “mülki vətəndaşlar” adı altında köçürülmüş muzdlu döyüşçülərə və terrorçu qruplaşmaların üzvlərinə “arxalanır”. Beləliklə, İrəvanın Livan muzdlularını gətirməsinin sirri açıldı. Ordunun komplektləşdirilməsi üçün hətta baş nazirin arvadı Anna Akopyan başda olmaqla, erməni qadınlarını təlimlərə cəlb edən işğalçı ölkə muzdlulara “stavka” etməyə başlayıb.  Tovuz döyüşləri zamanı Ermənistanın öz itkilərini gizlətməsi də məhz muzdluların ön cəbhədə məhv edilməsi səbəbindən mümkün oldu. Ancaq “cidanı çuvalda gizlətmək” mümkün olmayacaq... 

Ermənistan ordusunda baş alıb gedən özbaşınalıq halları da silahlı qüvvələrdən yayınmaların əsas səbəblərindəndir. Təsəvvür edin, orduda xidmət üçün hətta pul mükafatları və digər vədlər də keçərli olmadı. Təkcə bu ilin yanvar ayında 20-dək erməni hərbçinin ordudakı özbaşınalıqların qurbanı olduğunu ermənilər özləri açıqlamışdılar. Ordudakı cinayətlər barədə faktlar isə saysız-hesabsızdır. Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin xüsusilə vacib işlərin istintaqı şöbəsinin gedişatında araşdırılan cinayət işi üzrə, yəni 2020-ci ilin 2-ci hərbi çağırışı zamanı saxta tibbi diaqnozlar qoymaq və başqa yollarla hərbi çağırışçıları məcburi müddətli hərbi xidmətdən azad etmək, yaxud hərbi çağırışçılara möhlətlər vermək prosesini təşkil etmək, xüsusilə böyük məbləğdə rüşvət verməyə yardım etmək şübhəsi ilə Ermənistan Cinayət Məcəlləsinin 38-312 maddəsinin 3-cü hissəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə iki nəfər həbs olunub. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki, daha bir nəfər Ermənistan Cinayət Məcəlləsinin 312-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş cinayəti törətmək - xüsusilə böyük məbləğdə rüşvət vermək şübhəsi ilə həbs olunub. Cinayət işi üzrə ilkin istintaq davam edir.

Ötən həftə Ermənistan hərbi polisi Moskva-Gümrü reysi ilə Rusiyada gizlənmiş 36 yaşlı fərari Q.Zoronu həbs edib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, Vardenisdən olan fərari erməni 2013-cü ildən axtarışda imiş və barəsində cinayət işi qaldırılıbmış.  Ancaq bu, 4 min fəraridən sadəcə biridir. Bir çox hallarda isə ermənilərin ordudan yayınması korrupsiya və rüşvət qarşılığında mümkün olur. Ermənistan yetkililəri özləri də orduda fərariliyi etiraf edir və bildirirlər ki, ordudan yayınanlardan bunun əvəzi olaraq rüşvət istəyirlər. Odur ki, işğalçı ölkənin hakim partiyası parlamentə hərbi qulluqla bağlı qanuna bu dəyişiklikləri əks etdirən layihə təklif ediblər. Azərbaycanın “digər ərazilərini işğal edəcəkləri ilə hədələyən, digər sərsəm bəyanatlar verənlərin ölkəsinin hazırkı durumu budur.

Elə yazını hazırlayarkən yeni bir məlumat yayıldı. Məlumata görə, işğal edilmiş Ağdərə yaşayış məntəqəmizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən hərbi qulluqçular arasında kütləvi dava baş verib və nəticədə 5 nəfər xəsarət alıb. (Ordu.az) Artilleriya divizionunda xidmət edən gənc əsgərlərlə müqaviləli hərbçilər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Hərbi qulluqçular Hayk Martirosyan, Aram Papikyan, Narek Torosyan, Tiqran Aseryan, Artik Musoyan aldıqları müxtəlif bədən xəsarətləri səbəbindən tibb məntəqəsinə yerləşdiriliblər. Bildirilir ki, komandanlıq hadisəni ört-basdır etməyə çalışıb. Lakin davada xəsarət alanlardan birinin vəzifəli qohumu bu hadisədən xəbər tutduqdan sonra hərbi hissə komandiri hərbi prokurorluğa məlumat verməyə məcbur qalıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 İşğal edilmiş yaşayış məntəqələrimizdən birində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən daha bir hərbi qulluqçu əsgər yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Bir neçə gün əvvəl də belə bir xəbər yayılmışdı ki, işğal altındakı Ağdərə yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun hərbi hissəsinin əsgəri Tiqran Hovsepyan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb və o, tibb məntəqəsinə yerləşdirilib.

Azərbaycanın işğal altındakı ərazilərində saysız-hesabsız belə hadisələr baş verir və intiharlar da geniş yayılıb. Elə bu səbəbdəndir ki, Nikol Paşinyan Qarabağda xidmət etmək istəməyənləri öz fikrindən daşındırmaq üçün oğlunu Azərbaycanın işğal altındakı ərazilərdə “xidmətə” göndərmişdi. Ancaq bu da durumu dəyişmədi və vaxtaşırı Ermənistanda əsgər valideynlərinin Qarabağdakı hərbi hissələrdə öldürülən, intihar edənlərlə bağlı etiraz aksiyaları keçirilməkdədir.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan ordusundakı real vəziyyət yazılanlardan və deyilənlərdən qat-qat mürəkkəb və ağırdır: “Bunu erməni seqmentinin sosial şəbəkə istifadəçiləri son vaxtlar daha çox yazır və qabardırlar. Əvvəlki illərdən fərqli olaraq onlar artıq hər şeyi açıq yazır və narahatlıq və narazılıqlarını dilə gətirirlər. Həqiqətən də orduda olan nizam-intizamın zəif olması, nizamnamədənkənar münasibətlər fərariliyin, cinayət hallarının artmasına şərait yaradır”. Hərbi ekspert Ermənistan parlamentində müzakirəyə çıxarılması gözlənilən qanun layihəsinə də toxundu: “Qanunvericiliyə təklif olunan dəyişiliklər də, necə deyərlər, ”xoş güzərandan" irəli gəlməyib. Deməli, vəziyyətə nəzarət etmək üçün onlar qanunları sərtləşdirməklə vəziyyətə nəzarət etmək, baş verə biləcək başıpozuq hərəkətlərin qarşısını almaq üçün addımlar atırlar. İşğalçı ölkədə problemlər o qədər dərinləşib ki, bunların qarşısını hətta sərt qanunlarla belə, qısa müddətdə almaq mümkün olmayacaq. Ölkədəki ağır iqtisadi-siyasi durum ordunun da vəziyyətinə təsir göstərir və bundan sonra da göstərəcək".

Yuxarıda qeyd etdiyimiz kimi, bütün özbaşınalıqlara və daxildəki problemlərə rəğmən, işğalçı ölkə məkrli siyasətindən əl çəkmir. Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur. Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.

Sözsüz ki, günün birində torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaş başlayacaq və düşmənin burnu ovulacaq, o halda muzdlu-terrorçu qruplaşmalar da Ermənistanın köməyinə çata bilməyəcək...

loading...
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
"Onlar "Qarabağ"ın əvəzinə "Arsax" sözü işlədir və anlamırlar ki, bu söz də türk mənşəlidir"
İki filin dueli ölümlə nəticələndi - VİDEO
Özünü İsa Peyğəmbər elan edən şarlatanın 30 illik səltənəti bitdi - FOTO
Sahilə çıxan balina sayı həyəcanverici həddə çatdı - 300-ü öldü...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Dünya
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
Cəmiyyət
“Vətən eşqini, torpağa sevgini yaradan amillərdən biri də budur...”
Cəmiyyət
“Ziyalılarımızın prezidentə bu müraciəti alqışalayiqdir, Nuru Paşaya poema yazmışam...”
Siyasət
“Yoxsa erməni qadınlarının gülləsini gül kimi qəbul etməliyik?!”
Cəmiyyət
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO

Yazar
İlham İsmayıl
Xalqın səsini alan qorxaqcasına gizli andiçmə keçirərmi?
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247