Xəbər lenti
24/09/2020 [19:11]:
"Tramp dərk etməlidir ki, Putin qətiyyən onun dostu deyil"
24/09/2020 [19:07]:
BDU Fransa Lyon Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək
24/09/2020 [18:48]:
Türkiyədə zəlzələ oldu
24/09/2020 [18:35]:
Prezident onlara fəxri adlar verdi - SİYAHI
24/09/2020 [18:34]:
Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM
24/09/2020 [18:32]:
Yusif İldırımzadənin qaynı qətlə yetirilib
24/09/2020 [18:29]:
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
24/09/2020 [18:28]:
Plan yerləri tam dolan ali məktəblərin adları açıqlanıb
24/09/2020 [18:25]:
DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"
24/09/2020 [18:24]:
Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində nöqsan aşkar edilib
24/09/2020 [18:24]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
HHQ-nin təlim-döyüş uçuşları keçirilir – VİDEO
24/09/2020 [17:54]:
Türkiyədə zəlzələ olub
24/09/2020 [17:52]:
“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”
24/09/2020 [17:47]:
STAR zavodu “Urals” neftindən imtina edir
24/09/2020 [17:37]:
Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA
24/09/2020 [17:27]:
Elektron Su Portalında abonentlərə 24 saat xidmət göstəriləcək - FOTO
24/09/2020 [17:25]:
Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK
24/09/2020 [17:18]:
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı - RƏSMİ
24/09/2020 [17:16]:
Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib - FOTO
24/09/2020 [17:14]:
Prezident universitet əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
24/09/2020 [17:12]:
İlham Əliyevdən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru ilə bağlı SƏRƏNCAM
24/09/2020 [17:06]:
“Səhhətimdə problem var idi, həkimlər əməliyyat edib bunu aradan götürdülər...”
24/09/2020 [16:42]:
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
24/09/2020 [16:39]:
Elza Seyidcahanın “Payız şahzadəsi”geyimi və qeyri-adi baş tacı - FOTO + VİDEO
24/09/2020 [16:38]:
Zelenskinin Belarusa rəsmi səfəri ləğv olunub
24/09/2020 [16:36]:
“Mövcud şəraitdə onlayn təhsilin keyfiyyəti müqayisələndirmə obyekti ola bilməz”
24/09/2020 [16:31]:
“Ögey ana” filminin Cəmiləsi: “Həyat yoldaşım qəfildən rəhmətə getdi, iki qızımı...”+FOTOLAR
24/09/2020 [16:30]:
“Ordu quruculuğuna daha çox vəsaitin ayrılması tamamilə başadüşüləndir, çünki...”
24/09/2020 [16:24]:
Azərbaycanda bu günədək koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
24/09/2020 [16:20]:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Elektron Su Portalı istifadəyə verilib
24/09/2020 [16:17]:
“Bizim ailədə mübtəda Qarabağla başlayır, xəbər Qarabağla bitir” - Baş redaktorun tələbə oğlu
24/09/2020 [16:13]:
"Rusiya bu adla Azərbaycana yenidən özünün hərbi bazasını qaytarmaq istəyir..."
24/09/2020 [16:11]:
XİN Paşinyanın Baş nazir seçilməsindən indiyədək həyata keçirdiyi təxribatçı fəaliyyət barədə məlumat yayıb - SİYAHI
24/09/2020 [16:03]:
“Hərbi məlumatları hay-küyə yol vermədən, şişirtmədən yaymaq lazımdır”
24/09/2020 [16:01]:
İkili agent olduğu üçün güllələnən rəqqasə - Cəsədi oğurlanan sirli qadının həyat HEKAYƏSİ - FOTOLAR
24/09/2020 [15:46]:
Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələdi: Bir nəfər öldü - FOTO
24/09/2020 [15:38]:
Nobel mükafatının məbləği artırılır
24/09/2020 [15:36]:
Daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ
24/09/2020 [15:35]:
Tələbə adı qazanan jurnalist övladları - FOTOLAR
24/09/2020 [15:31]:
Sevda Yahyayeva: "Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir" - Video
24/09/2020 [15:27]:
Fransa şəhərinin meri ofisi önündə separatçı erməni rejiminin "bayrağı"nı qaldırdı...-FOTO
24/09/2020 [15:18]:
Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü
24/09/2020 [15:14]:
Nərgiz Cəlilova AzTV-də yeni vəzifəyə təyin olunub
24/09/2020 [14:55]:
"Rusiya həmişə birlikdən dəm vurduqları öz yaxın dostunu satır, bir gün növbə onun özünə çatacaq"
24/09/2020 [14:48]:
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
24/09/2020 [14:24]:
Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO
24/09/2020 [14:21]:
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib - VİDEO
24/09/2020 [14:17]:
Kreml: Putinə Nobel Sülh mükafatının verilməsi yaxşı olardı
24/09/2020 [14:13]:
“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat
24/09/2020 [14:09]:
“Zamanında dedim ki, hərbi jurnalistika fakültələri açaq, amma heç kim ciddi yanaşmadı”
24/09/2020 [14:08]:
Şöbə müdiri məktəblərdə koronavirusla bağlı vəziyyətdən danışdı
24/09/2020 [14:04]:
Zaqatalada iribuynuzlu mal-qara güllələnib - FOTO
24/09/2020 [14:01]:
Lukaşenko andiçmə mərasiminin gizli keçirilməsi ilə bağlı ittihamlara cavab verib
24/09/2020 [14:00]:
Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb
24/09/2020 [13:59]:
"Biz Heydər Əliyevin liderliyi ilə cəmi 150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olmuşduq..."
24/09/2020 [13:58]:
Ermənistanın təcavüzkar siyasəti  ifşa olundu...
24/09/2020 [13:56]:
Suriyada PKK/YPG terror təşkilatının təlim keçdiyi erməni batalyonu Qarabağa göndərildi
24/09/2020 [13:51]:
Vilayət Eyvazov "Bandotdel"ə yeni şöbə rəisi TƏYİN ETDİ
24/09/2020 [13:50]:
Ali Rada deputatı: “Ermənistanın Azərbaycanla sərhəddə hərbi eskalasiyası qəbuledilməzdir”
24/09/2020 [13:36]:
“Mən yıxılana balta vuran deyiləm”
24/09/2020 [13:32]:
İsveçin Xarici İşlər naziri Azərbaycana səfər edəcək
24/09/2020 [13:28]:
“Barselona”nın heyətində 364 qol vuran möhtəşəm trio - MSN
24/09/2020 [13:26]:
Fərid Mansurov: “Açıq havada məşq etmək mümkün olmayacaq”
24/09/2020 [13:24]:
46 yaşında yenidən tələbə adını qazandı
24/09/2020 [13:19]:
Paytaxtda avtomobil qəzasına düşən sürücü xəstəxanada öldü
24/09/2020 [13:18]:
Nazir: “Bugünkü görüşdə humanitar sahəyə iqtisadi-siyasi blokdan heç də az diqqət ayrılmadı”
24/09/2020 [13:11]:
Xətai rayonunda uzunluğu 7.9 km uzunluğu olan 5 küçə təmir olunub
24/09/2020 [13:04]:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12.5 mlyon manat ayrılıb
24/09/2020 [12:56]:
Azərbaycan XİN başçısı: “Gürcüstanla sərhədin delimitasiyasının üçdə ikisi başa çatdırılıb”
24/09/2020 [12:52]:
“Ermənistan ciddi-cəhdlə müharibəyə hazırlaşır”
24/09/2020 [12:52]:
Zalkaliani: “Sərhədlərin delimitasiyası üzrə ekspertlərin yeni qərarları qəbul edilib”
24/09/2020 [12:50]:
Ermənilər sosial şəbəkələrdə saxta profillərdən yalan məlumatlar yayır - FOTO
24/09/2020 [12:47]:
Ceyhun Bayramov: “Ermənistan rəhbərliyi regionda vəziyyətin alovlanmasına xidmət edən bəyanatlar verir”
24/09/2020 [12:46]:
Gürcüstan XİN başçısı: “Sərhədlərin delimitasiyası pandemiya ilə əlaqədar bir qədər uzandı”
24/09/2020 [12:43]:
Nazir: “Azərbaycan-Gürcüstan əlaqələri strateji xarakter daşıyır”
24/09/2020 [12:40]:
Rusiyada daha 149 nəfər koronavirusdan öldü
24/09/2020 [12:32]:
Bu il AKİA fermerlərə 51 milyon manatdan çox kredit ayırıb
24/09/2020 [12:29]:
Mikayıl Cabbarov ölkə prezidentinin qarşıya qoyduğu əsas hədəfi açıqladı
24/09/2020 [12:26]:
Bakıda kişi benzin töküb özünü yandırdı
Bütün arxiv bir sırada
16/09/2020 [11:45] - Dünya - ( 941 dəfə baxılıb)

Şərqi Avropa ətrafında qövsi müdafiə gücləndirildi – ABŞ “Ruzvelt” gəmisini niyə Qara dənizə göndərir?



ABŞ Hərbi-Dəniz Qüvvələrinin "USS Roosevelt (Ruzvelt)" destroyeri NATO müttəfiqləri ilə birlikdə regional təhlükəsizliyi qorumaq üçün Qara dənizə yola düşüb. 

Bu barədə məlumatı ABŞ-ın 6-ci donanması yayıb.
 
““USS Roosevelt” dəniz əməliyyatları aparmaq üçün Aralıq dənizindən Qara dənizə şimal tranzitinə başlayır", - deyə məlumatda bildirilir.
 
Qeyd olunur ki, altıncı donanma ABŞ-ın müttəfiq və tərəfdaşlarını dəstəkləmək üçün Qara dənizdə müntəzəm olaraq fəaliyyət göstərəcək.
 
Ovqat.com-un analizinə görə, son zamanlar ABŞ hərbi qüvvələrinin Qara dəniz cəmləşməsi prosesi aydın şəkildə özünü göstərir. İki gün öncə ABŞ-a məxsus strateji B-52N təyyarələrinin də Ukrayna hava məkanında müntəzəm uçuşlarının təşkil ediləcəyinə dair rəsmi məlumat verilmişdi. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Aviasiya Komandanlığının yaydığı məlumata görə, bundan sonra ölkənin səması ABŞ-ın strateji bombardımançıları ilə birgə qorunacaq və sərhəd boyunca müntəzəm uçuşlar həyata keçiriləcək. Rəsmi Kiyevin çıxardığı bu qərar ABŞ-ın ən güclü təyyarələrinin artıq Ukraynada yerləşdirilməsi anlamına gəlir. Ukrayna rəsmiləri bu dislokasiyanın “Qara dənizi “Rusiyanın gölü” olmaqdan çıxarmağa”, başqa sözlə desək, bu dəniz üzərində rus hegemonluğuna son qoymağa xidmət etdiyini açıq şəkildə bildirirlər.

 
ABŞ hərbi donanmasının ən güclü gəmilərindən sayılan “USS Roosevelt” destroyerinin 6-cı donanmanın heyətində Qara dənizə göndərilməsi də bu mənada təsadüfi sayılmaya bilər. Belə ki, İtaliyanın Napoli hərbi limanında yerləşən 6-cı donanmanın əsas missiyası Aralıq və Qara dənizlərə nəzarəti həyata keçirməkdir. “USS Roosevelt” destroyeri isə ABŞ-ın ən böyük təyyarə gəmisidir. Zaman-zaman müxtəlif donanmaların heyətinə daxil edilən “USS Roosevelt” ABŞ-ın hərbi gərginlik yaşadığı ən qaynar nöqtələrinə göndərilir. Ötən il bu gəmi 5-ci və 7-ci donanmanın tərkibində xidmət göstərirdi. Həmin donanmaların missiyası Sakit okeanın “təhlükəsizliyi”dir. 5-ci donanmanın tərkibində Fars körfəzinə qədər gələn “USS Roosevelt” İrana əzələ nümayiş etdirmişdi.  İndisə Rusiya ilə ABŞ arasında ziddiyyətlərin artdığı bir zamanda onun Qara dənizə hərəkət etməsi yaxın günlərdə iki super güc arasında gərginliyin kulminasiya nöqtəsinə çıxacağından xəbər verir.
 
Qeyd edək ki, Rusiya-ABŞ gərginliyi təkcə Qara dənizdə özünü büruzə vermir. İndiyədək Rusiyanın yeganə hegemon güc olduğu Şimali Buzlu okean da hazırda NATO hərbi donanmasının əsas hədəflərindən birinə çevrilib. Verilən məlumatlara görə, Britaniyanın “Sutherland” freqatı və “TİDESPRİNG” Hərbi Dəniz tankerləri, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Russell” destroyeri (esminets)  və Norveçin “Thor Heyerdahl” freqatının da yer aldığı NATO donanması ötən həftə Barents dənizində hərbi təlimlər keçirməyə başlayıb. Böyük Britaniyanın Kral donanmasının məlumatına görə, NATO gəmiləri Uzaq Şimalda “çətin əməliyyat” şəraitində bu təlimləri keçirirlər. 

 
Hərbi mütəxəssislərin bildirdiyinə görə, NATO hərbi donanmasının bu əməliyyatı çox da uğurlu alınmayıb. İddia olunur ki, Uzaq Şimalda keçirilən bu təlimlərin əsas məqsədi “Arktika kimi həyati əhəmiyyət daşıyan rayonda hamı üçün üzmək azadlığını və sülhü qorumağa sadiqliyini” nümayiş etdirməkdir. 
 
Rusiyalı ekspertlərin sözlərinə görə, NATO-nun sözgedən bəyanatına "üzmək azadlığı" anlayışı əbəs salınmayıb. Belə ki, bu ilin may ayında Rusiya Müdafiə Nazirliyi Arktika regionunda manevrlər keçirmiş və Şimali Atlantika Alyansının Hərbi-Dəniz Qüvvələrinin Kola yarımadasına keçməsinə imkan verməmişdir. Böyük Britaniya, ABŞ və Alyansın digər ölkələrinə görə isə, Arktika yalnız Rusiyaya aid deyil və bölgə istənilən ölkənin gəmilərinə, o cümlədən hərbi donanmasına açıq tutulmalıdır. Məhz bu səbəbdən, NATO qüvvələri soyuğa davamlı gəmilərini bir araya gətirərək, “Şimali dəniz yolu akvatoriyasında keçiş təhlükəsizliyinin təmin olunması” adı altında son əməliyyatlara start vermiş və Barents dənizinə qədər irəliyə bilmişdi. Hərbi donanmayla yanaşı, ABŞ-ın ən iri sualtılarının da əməliyyat bölgəsində olduğu güman edilir. 

 
Mütəxəssislərin fikrincə, NATO gəmilərinin bu bölgədə qarşılaşdığı ən böyük əngəl heç də rus hərbi qüvvələri deyil. ABŞ-ın “USS Russell” destroyerinin rəhbərliyi altında hərəkət edən NATO donanması mübahisəli ərazilərə tam çatmamış böyük bir təbii əngəllə qarşılaşmışlar. Məsələ burasındadır ki, Arktika bölgəsində hər gəmi hərəkət edə bilmir. Hərbi və ticarət gəmiləri mütləq buzqıran gəmilərin müşayiəti altında Şimalı Buzlu okeanında hərəkət etmək imkanına malikdirlər. İsti və qismən soyuq sular üçün nəzərdə tutulan ABŞ donanması isə bu cür imkanlara sahib deyil. Daha doğrusu, ABŞ donanmasının cəmi 2 buzqıran gəmisi var. 
 
Rusiyanın hərbi donanmasında isə vəziyyət kifayət qədər fərqlidir. Rus donanmasının əsas gücü bu bölgədə yerləşdiyindən təbii şəraitə daha çox uyğunlaşdırılıblar. Həm rus hərbi gəmilərin soyuğa qarşı “qabıqları” daha qalındır, həm də şimal qonşumuzun 40 ədəd buzqıran gəmisi var. Bu da Rusiyanın Şimal donanmasının bölgədə manevr imkanlarını artırır. NATO gəmiləri isə xüsusilə payız aylardan başlayaraq, soyuq fəsillərdə buzları qırıb keçə bilmirlər.

 
Rusiya Uzaq Şimal bölgəsində özünün müqayisə olunmaz üstünlüyünün fərqində olduğundan ölkənin Baş Qərargah rəisi Valeri Gerasimov hələ 2019-cu ilin dekabrında  NATO qüvvələrinin bu təlimlərə hazırlaşmasının mənasızlığına diqqət çəkərək demişdi: "Silahlı Qüvvələrimiz Şimali dəniz yolu akvatoriyasında gəmiçiliyin təhlükəsizliyini tam şəkildə təmin edə bilir və bununla əlaqədar olaraq, bu dəniz dəhlizində başqa ölkələrin hərbi gəmilərinin hərəkətinə ehtiyac yoxdur".
 
Görünür, Gerasimovun bu sözlərinin rəqabət “paxıllığından” doğduğunu düşünən NATO qüvvələri indi Böyük Britaniya Kral Donanmasının etiraf etdiyi kimi “çətin əməliyyat şəraiti” ilə qarşı-qarşıyadırlar. 
 
Üstəlik, "Arktikada Rusiya hegemoniyasının qarşısını almaq"  üçün əməliyyata başlayıb Norveç yarımadasının ən şimal məntəqəsi Vardyö şəhəri yaxınlığında Barents dənizinin girişində buza sapalanan NATO gəmilərini yaxınlaşmaqda olan daha soyuq günlər gözləyir. Mümkündür ki, donanma cəld tərpənib geri qayıtmasa, tamamilə buza həbs oluna və  bir də bu həbsdən önümüzdəki yay aylarında qurtula bilər. 
 
NATO donanmasının hərəkət azadlığı tələb etdiyi Arktika bölgəsində hərbi qüvvələr nisbəti də Rusiyanın xeyrinədir. Rusiya Müdafiə Nazirliyinin məlumatlarına inansaq, NATO gəmilərinın “qəfil həmləsi”ndən sonra Rusiya Müdafiə Nazirliyi Şimal donanmasını "Marşal Ustinov" kreyser ilə təchiz edib: ““Marşal Ustinov”un əsas zərbə qüvvəsi 1000 km-ə qədər mənzilli 16 P-1000 Vulkan gəmiəleyhinə raketdən İbarətdir. Bu raket həm yüksək partlayıcılıq gücünə malik mərmilər, həm də nüvə başlıqları ilə daşıya bilər. Hərbi mütəxəssislərin fikrincə, bu raketin zərbəsi ilə təyyarə gəmisi də daxil olmaqla, istənilən bir yerüstü hədəfi məhv etmək olar. Kreyserin artilleriya silahlanmasına ayrıca ikiqat 130 mm-lik AK-130 top dəstəyi və altı ədəd 30 mm-lik AK-630 topu daxildir. “Marşal Ustinov” dənizaltılara qarşı silahlarla da təchiz olunub: 533 mm çaplı iki torpedosu var, bunlardan raketlər və RBU-6000 tipli mərmilər atmaq mümkündür. Sualtı qayıqlara müqavimət göstərmək üçün kreyser əsaslı Ka-27 helikopterindən istifadə olunur”.

 
Sözsüz ki, Rusiyanın Arktika bölgəsində başqa hərbi qüvvələri də var. Moskva nadir materialların və karbohirogen yataqlarının toplandığı bu bölgəni əlində saxlamaq üçün ən ciddi hərbi yatırımlarını Şimal dairəsinə yatırıb. Bu da təəccüblü deyil. Son araşdırmalara görə, Arktikadakı karbohidrogen ehtiyatları o qədər zəngindir ki, istismarına başlanacağı təqdirdə dünyanın enerji mərkəzi Yaxın Şərqdən Şimali Buzlu okeanına keçəcək. Əlbəttə, bu qədər böyük zənginliyi Rusiya kiminləsə paylaşmaq niyyətində deyil. 
 
Bununla belə, “Uzaq Şimal əməliyyatı”na başlayan NATO qüvvələrinin bu təşəbbüsünün tamamilə fiaskoya uğradığını da demək olmaz. NATO donanması Şimal dairəsində “hərəkət azadlığını” təmin edə bilməsə də, Norveç sahillərinə öz gəmilərini yerləşdirə bilib. Nəticədə həm Rusiyanın şimal-qərbdən Avropaya qapısı bağlanıb, həm də ABŞ-ın “USS Russell” gəmisinə quraşdırılan “Aegis” raketdən müdafiə sistemi ilə Qara dənizdən Barents dənizinə qədər ərazidə hava hücumuna qarşı qorunma xətti tamamlandı. 

 
Məlumat üçün onu da qeyd edək ki, ABŞ 2013-cü ildə Rumıniyanın cənubundakı Deveselu hərbi bazasını istifadəyə götürmüş və burada Aegis raketdən müdafiə sisteminin əsas hissəsi olan SM-2 raketə qarşı batareyası quraşdırmağa başlamışdı. Moskvanın bütün etirazına baxmayaraq, batareya 2016-cı ildə böyük təmtəraqla xidmətə açılmışdı. Bu batareyalar Avropaya atılması gözlənilən rus strateji raketlərini elə Rusiyanın başı üstündə partlatmağı nəzərdə tutur.
 
ABŞ-ın ən böyük hərbi gəmisi “USS Roosevelt”-in Qara dənizə göndərilməsi sözügedən su hövzəsini Rusiyaya dar etməklə qalmır, həm də Şərqi Avropanı əhatə edən qövsi müdafiəni möhkəmləndirir.(Ovqat.com)

loading...
Rusiya Qarabağı işğal etdiyini etiraf etdi...
"Onlar "Qarabağ"ın əvəzinə "Arsax" sözü işlədir və anlamırlar ki, bu söz də türk mənşəlidir"
İki filin dueli ölümlə nəticələndi - VİDEO
Özünü İsa Peyğəmbər elan edən şarlatanın 30 illik səltənəti bitdi - FOTO
Sahilə çıxan balina sayı həyəcanverici həddə çatdı - 300-ü öldü...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Dünya
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
Cəmiyyət
“Vətən eşqini, torpağa sevgini yaradan amillərdən biri də budur...”
Cəmiyyət
“Ziyalılarımızın prezidentə bu müraciəti alqışalayiqdir, Nuru Paşaya poema yazmışam...”
Siyasət
“Yoxsa erməni qadınlarının gülləsini gül kimi qəbul etməliyik?!”
Cəmiyyət
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO

Yazar
İlham İsmayıl
Xalqın səsini alan qorxaqcasına gizli andiçmə keçirərmi?
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247