Xəbər lenti
26/10/2020 [16:49]:
İşğalçılar Ağdamda məktəbi atəşə tutdu - FOTO
26/10/2020 [16:48]:
“Epidemiyanın yayılmasını əngəlləmək üçün müəyyən məhdudlaşdırıcı tədbirlər görülə bilər”
26/10/2020 [16:46]:
"Bu, onu göstərirdi ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək"
26/10/2020 [16:43]:
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ
26/10/2020 [16:27]:
Azərbaycanda son sutkada 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib
26/10/2020 [16:18]:
"Qarabağ gec-tez azad olacaq" - İbrahim Kalın
26/10/2020 [16:14]:
Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı
26/10/2020 [16:12]:
Vladimir Putinin mətbuat katibi: “Ölkəmiz düşmən kimi təqdim olunur”
26/10/2020 [16:11]:
Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
26/10/2020 [16:10]:
Tərtər şəhəri atəşə tutulub - Müdafiə Nazirliyi
26/10/2020 [16:08]:
Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA
26/10/2020 [15:58]:
Pakistan Baş Naziri Makronu “terrorçu” adlandırdı...
26/10/2020 [15:56]:
Qırğızıstanın keçmiş prezidenti aclıq elan edib
26/10/2020 [15:55]:
Türkiyədə konsert vermək istəyən Mətanət İsgəndərli linç edildi - VİDEO
26/10/2020 [15:26]:
Qarabağın enerjiyə olan tələbatını ödəmək imkanı olacaq
26/10/2020 [15:22]:
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” - VİDEO
26/10/2020 [15:18]:
Türk lirəsinin məzənnəsi tarixi minimumu yeniləyib
26/10/2020 [15:14]:
MN: Ağcabədi rayonu yenidən atəşə tutulub
26/10/2020 [15:13]:
Polşada aborta qadağaya görə etirazlar başladı - FOTO/VİDEO
26/10/2020 [15:07]:
“Rusiya dərhal sülhməramlılarını  Laçın dəhlizinə yeritməlidir...” -Ermənipərəst politoloq
26/10/2020 [14:52]:
Ermənilər Tərtərə top mərmiləri atdı, evlər dağıldı - FOTOLAR
26/10/2020 [14:49]:
Azərbaycan Ordusunun şəhid hərbçisi Dmitri Solnsevin cənazəsi kilsəyə aparılıb - YENİLƏNİB
26/10/2020 [14:29]:
Qubadlıdan bir qrup ziyalının Ali Baş Komandan İlham Əliyevə MÜRACİƏTİ...
26/10/2020 [14:27]:
“İndi əsas odur ki, başladığımız işi sona çatdıraq, bizə mane olub yenə “tələ”yə salmasınlar”
26/10/2020 [14:18]:
F-16 məsələsi Rusiya və İrana mesaj idi... - Politoloq
26/10/2020 [14:13]:
"Azərbaycan ordusunun gücü və döyüş taktikası inkişaf etmiş ölkələr tərəfindən oyrənilir"
26/10/2020 [14:12]:
"Nə "beşinci kolon", nə də Avropadakı bəzi qurumların hazırladığı ssenarilər işə yaramır"
26/10/2020 [14:08]:
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
26/10/2020 [14:06]:
Hərbçilərimizdən koronavirusla mübarizəyə dəstək - VİDEO
26/10/2020 [14:01]:
“Mən onlara sübut etdim ki, kürdlərin bir nömrəli düşməni ermənilərdir...”
26/10/2020 [13:45]:
Prezident: “Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir”
26/10/2020 [13:43]:
Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarını açıqlayıb - SİYAHI
26/10/2020 [13:38]:
“Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər” - İlham Əliyev
26/10/2020 [13:17]:
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
26/10/2020 [13:16]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:16]:
Ermənistanın hərbi cinayətləri Səudiyyə və Misir mətbuatında
26/10/2020 [13:05]:
Prezident işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adını açıqladı - Son Dəqiqə...
26/10/2020 [13:05]:
Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb
26/10/2020 [13:02]:
İlham Əliyev: "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu?"
26/10/2020 [13:00]:
Prezident: "O qədər mənasız görüş olub ki..."
26/10/2020 [12:58]:
İlham Əliyev: "Biz yeni reallıq yaratmışıq, hesablaşın!"
26/10/2020 [12:56]:
Ali Baş Komandan: "Axıra qədər gedəcəyik, sonacan gedəcəyik"
26/10/2020 [12:55]:
Prezident Paşinyana yeni ad (od) qoydu: "Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək..."
26/10/2020 [12:44]:
“Cəbrayıl istiqamətində vurulan PUA-dan PKK qoxusu gəlir” - Məşhur ekspert
26/10/2020 [12:38]:
Naqif Həmzəyev: "Prezident İlham Əliyev böyük lider olduğunu nümayiş etdirir"
26/10/2020 [12:36]:
Mərkəzi Bank hərracda 633 milyon manat cəlb edib
26/10/2020 [12:35]:
Fransa informasiya resurslarına kiberhücumlar
26/10/2020 [12:34]:
Prezident: "Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib”
26/10/2020 [12:33]:
İlham Əliyev: "Biz dünya ictimaiyyətini münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq"
26/10/2020 [12:20]:
Növbəti səyyar sənəd qəbulunun vaxtı açıqlanıb
26/10/2020 [12:19]:
MN: Ağcabədi rayonu atəşə tutulub
26/10/2020 [12:19]:
Lavrovdan yeni Qarabağ AÇIQLAMASI
26/10/2020 [12:17]:
Giriş-çıxışına qadağa qoyulan rayonlarda dəfn mərasimi necə keçirilir? - AÇIQLAMA
26/10/2020 [12:14]:
Prezident xalqa müraciət edəcək
26/10/2020 [12:14]:
“Ordumuz beynəlxalq terrorizmə qarşı mübarizədə dünyaya böyük töhfələr verir”
26/10/2020 [12:11]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir - RƏSMİ
26/10/2020 [12:09]:
Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır - RƏSMİ
26/10/2020 [12:09]:
“Düşünürəm ki, bütün vətəndaşlarımız indiki şəraitdə bu yanaşmanı ortaya qoymalıdır...”
26/10/2020 [12:07]:
“Bütün bloqerlər cəbhə bölgəsindən çıxarılsın, reytinq xatirinə ora gediblər”
26/10/2020 [12:04]:
“Sevincimi ifadə etməkdə çətinlik çəkirəm...”- Qubadlının qürbətdə yaşayan sabiq icra başçısı
26/10/2020 [11:55]:
Dünyada daha bir epidemiya sürətlə yayılır
26/10/2020 [11:54]:
Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq
26/10/2020 [11:48]:
Xərçəngdən əziyyət çəkən qadınlar dünya şöhrətli fotoqrafın obyektivindən... -FOTOLAR
26/10/2020 [11:45]:
Putin və Tramp arasında Qarabağ çəkişməsi - Ərdoğandan sərt etiraz
26/10/2020 [11:41]:
ABŞ üçün ƏN BÖYÜK TƏHLÜKƏ - Bayden açıqladı
26/10/2020 [11:37]:
Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilir - FOTO
26/10/2020 [11:21]:
“Əsas odur ki, ermənilər torpaqlarımızdan çıxmaq öhdəliyini öz üzərlərinə götürməlidir”
26/10/2020 [11:17]:
Qubadlı rayonunun təhsil statistikası açıqlanıb
26/10/2020 [11:15]:
İşğaldan azad edilən Qubadlının peyk görüntüsü - FOTO
26/10/2020 [11:13]:
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
26/10/2020 [10:57]:
Gözün Aydın Olsun, VƏTƏN, bir yaran da sağaldı!
26/10/2020 [10:57]:
Ermənistanda son sutkada 973 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb
26/10/2020 [10:56]:
Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub - Baş Prokurorluq
26/10/2020 [10:52]:
Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim”
26/10/2020 [10:47]:
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi - FOTO
26/10/2020 [10:44]:
Qubadlıda inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayeləri
26/10/2020 [10:42]:
Prezidentin köməkçisindən ermənilərin yeni hərbi təxribatları barədə XƏBƏRDARLIQ
26/10/2020 [10:39]:
Bakıda Şəhid və Milli Qəhrəman adı daşıyan məktəblərin sayı açıqlandı
26/10/2020 [10:34]:
Ermənistan Yaxın Şərqdən muzdluları və döyüşçüləri münaqişə zonasına gətirir...
26/10/2020 [10:32]:
“Bu 27 ildə bizə elə gəlib ki, sanki 57 il həsrət çəkmişik" - Əliyar Əliyevin qardaşı
Bütün arxiv bir sırada
17/09/2020 [16:14] - Cəmiyyət - ( 2008 dəfə baxılıb)

"Bu məmurlarda psixologiya maddi gəlir əldə etməyə, şəxsi sərvətini artırmağa yönəlib..."



Son vaxtlar ölkədə vəzifədən kənarlaşdırılan bir çox məmurların xalqa qarşı münasibətləri, öz vəzifələrindən şəxsi gəlirlərini artırmaq üçün istifadə etmələri, dəyəri milyonlarla ölçülən varidatları və digər bu kimi məsələlər problemə daha geniş müstəvidə baxmaq üçün əsas verir.

Ölkədə idarəetmənin strukturu ilə bağlı əsas problem nədir? Sosioloq Əhməd Qəşəmoğlu ilə müsahibədə bu suala cavab tapmağa çalışdıq.

- Əhməd müəllim, son illər ölkədə kadr islahatları sürətlənib və idarəetmənin ən yüksək pillələrində təmsil olunan məmur-oliqarxlar vəzifələrini itirirlər. Ancaq vəzifədən gedən hər bir məmurun, icra başçısının arxasından nə qədər cinayətlər, korrupsiya faktları aşkarlanır. Bu durumun obyektiv səbəbləri nələrdir? Məmurlar niyə xalq üçün yox, özləri üçün çalışırlar?

- Yaxşı olar ki, bütün islahatlar, son nəticədə, məmurun əhaliyə qarşı daha düşüncəli və sayğılı olmasına aparıb çıxartsın. O ölkədə , dövlətdə yaşamaq əhali üçün rahat olur ki, insanlar məmurların onların qayğısına qaldığını hiss edirlər. Bunu hiss edən əhali, birləşir. Hər zaman deyirik ki, gəlin birləşək, birlik haqqında danışırıq. Bu birlik o zaman olacaq ki, əhali məmurların onların qayğısına qaldığını hiss edəcək. Əhali bunu hiss etdikdən sonra dövlətin elə qərarları ola bilər ki, insanlara bundan ziyan dəyər. Ancaq yenə də anlayar ki, məmur bunu çıxılmaz vəziyyətə görə edir, şəxsi maraqlarına görə yox. O zaman vətəndaşların da verilən qərarlara reaksiyası normal olur və sosial gərginlik olmur. Çox təəssüf ki, bizdə hələ ki, belə vəziyyət yaranmayıb. Hər dəfə insanlar görür ki, hansısa idarə, nazirlik , təşkilat elə qərarlar qəbul edir ki, burada əhalinin yox, özlərinin və ya hansısa qüvvələrin mənafeyini müdafiə edir. Bu zaman əhali arxayın da olmur ki, onun cibindən çıxan pul dövlət büdcəsinə gedir, ya yox. Bizdə bu məsələ çox böyük problemdir. Əhalinin idarəetmədə olan şəxslərə, məmurlara inamını yaratmağa çox böyük ehtiyac var. Bu inam da öz-özünə yarana bilməz, primitiv çağırışlarla heç kimi aldatmaq olmaz. Elin gözü tərəzidir və hamı hər şeyi çox gözəl başa düşür. Ona görə də, belə məsələlərə aydınlıq gətirilməlidir. İstənilən zaman müəyyən qərarlar qəbul olunanda onun açıq şərhi olmalıdır ki, niyə bu addım atılır və burada əhalinin maraqları nə dərəcədə qorunub. Qorunmayıbsa, nə üçün qoruna bilməyib. Bu istiqamətdə şərtlər aydın olduqdan sonra qarşılıqlı inam yaratmaq mümkün olacaq. İndiki vaxtda, dövlət başçısı göstəriş verir, əhali inanır ki, onların faydası üçün bir addım atılacaq, sonra isə ortaya belə məsələlər çıxır. Bu məmurlar köhnə psixologiya ilə yaşayırlar. Onlar əhaliyə ikinci dərəcəli kimi baxırlar. Hansısa təşkilatın marağı, kiminsə şəxsi marağı baxımından addımlar atmaq vərdişi köhnə məmur ordusuna xas olan xüsusiyyətdir. İndi kadr dəyişiklikləri gedir, gənclər idarəetməyə gəlir, onlar anlamalıdır ki, dövlətçilik üçün ən mühüm şərt dövlətlə vətəndaş arasındakı qarşılıqlı etibar və inamdır. Bunsuz mümkün deyil. Müasir düşüncəli məmurlara ehtiyacımız var. Onlar ilk növbədə idarəetmədə müasir metodlardan istifadə etməlidirlər. Bundan əlavə, əhalinin daha çox qayğısına qalmalıdırlar. Əhali belə məmur gözləyir.

- Çox zaman məmurların açıqlamalarından onların real vəziyyətindən , xalqın güzəranından, hətta idarə etdikləri sahədən xəbərsiz olduqları hiss olunur. Məsələn, BNA əhalini taksidən imtina edib, ictimai nəqliyyatdan istifadə etməyə çağırır, halbuki ictimai nəqliyyatda sıxlıq pik həddədir. Real vəziyyətdən xəbəri olmayanların idarəetmədə iştirakı nəyə gətirib çıxarır?

- Məmur prezidentə kömək etmir, əsas problem budur. Prezident əhalini ictimai qınağı gücləndirməyə dəvət edir. Dediyiniz kimi, avtobuslarda sıxlıq var, hamı maskanı çənəsinə taxıb, heç kimə də heç nə demək olmur, risk çoxdur. İctimai qınaq bu məsələdə asan deyil. Əvvəlcə ictimai nəqliyyatda rahatlığı yaradıb, sonra ondan istifadəni təbliğ etmək lazımdır. Bu virus sonuncu deyil, koronavirus gedəcək, yerinə başqası gələcək. Artıq dünya, o cümlədən Azərbaycan yeni bir eraya daxil olub, bu viruslar erasıdır. Biz virusla birgə yaşamağı öyrənməliyik. Necə ki, kəndlərdə insanlar ilanın olduğunu nəzərə alıb yaşayırlar, ondan qorunurlar. Biz də virusla bərabər yaşamağı öyrənməliyik ki, sonra qalan məsələləri həll edək. Əgər bu gün toylara icazə verilsə, sabah 50 nəfər toy iştirakçısı yeyib-içib qucaqlaşacaq, yallı gedəcəklər. İnsanlar hələ hazır deyil. Əvvəlcə problemi həll edib, sonra əhaliyə tənqidi yanaşmaq lazımdır. Avtobusda təhlükəsizliyi təmin etmədən taksidə qiymətləri qaldırmaq özü əhalini narazı salmaqdır.

- Digər məsələ, bəzi məmurların, hətta xalqın səsverməsi ilə seçilən bəzi deputatların çıxışlarında xalqı aşağılamaq, xor görmək ritorikası sezilir. Bunun səbəbi nədir?

- Səbəb odur ki, uzun müddət məmurların seçilməsində doğru kriteriyalar əsas götürülməyib. Elə insanlar məmur təyin edilməli idi ki, onlar xalqı sevsin, əhalinin qayğısına qalsın.

- Bu bir qədər mücərrəd keyfiyyətlərdir, məmurun xalqa sevgisini necə müəyyən etmək olar?

- İşə kadr götürəndə işini bilən və vətənpərvər adama üstünlük verilməlidir. Məmur işləyərkən bəlli olur ki, bu adam rüşvətxordur, əhaliyə qayğı göstərən deyil, dələduzdur. Kiminsə tapşırığı , tövsiyəsi ilə kadr seçmək olmaz. İndiyə qədər məmur seçimində kriteriyalar qaydasında olmayıb. Vətənpərvərlik komponenti nəzərə alınmayıb. Vətənpərvər insan rüşvətxor olmur, neqativ bir hal olsa belə onu tərbiyə etmək asan olur. Bu insanlar daha çox xalqın qayığısına qalır. Sovet dövründə də bu amillər nəzərə alınırdı. Sovet dövründə də bu amillər nəzərə alınırdı. Məmur vəzifəyə gedərkən bilməlidir ki, ondan tələb olunan məsələlərdən biri də əhaliyə qayğıdır. Bu istiqamətdə işləri gücləndirməliyik. İndiyə qədər hansısa vəzifəyə gedən məmur əhaliyə qayğı və diqqətin birinci işi olduğunu düşünməyib, əksinə fikirləşib ki, işi bilir və pul qazanıb aşağıdan yuxarı ötürür. Biz məmurları seçərkən əsas götürdüyümüz prinsipləri dəyişməliyik.

- Azərbaycanda iki idarəetmə formasını gördük. Biri ənənəvi dövlət qurumları, bir də “ASAN Xidmət” modeli. Hər ikisinə eyni kateqoriyadan olan şəxslər təyin edilir. Ancaq birində insanlar təmiz, rüşvətsiz xidmət göstərir, digərində isə vəzifəyə gələn gündən fərqli yollara əl atırlar. Bu fərqin səbəbi nədir, şəxsi keyfiyyətlər, idarəetmə modeli?

- Burada insan psixologiyasına mühitin təsiri məsələsi var. Mən Moskvada oxuyarkən müşahidə edirdim ki, orada bizim tələbə gənclər avtobusa minməzdən öncə bilet alırdılar. Həmin adam Bakıya gələndə avtobusa xüsusi əda ilə minirdi, qabaqdan sürücünün üstünə pulu tullayıb otururdu. Eyni adamdır, ancaq fərqli şəraitdə davranışı dəyişirdi. Moskvada növbəyə əməl edənlər, Bakıya gələndə qaydanı pozurdular. İnsanın davranışına təsir edən 4 mühüm amil var. Biri insanın şəxsi psixoloji xüsusiyyəti, xarakteridir, ikincisi mühit, üçüncü aldığı informasiyalar , dördüncü isə üstünlük verdiyi dəyərlərdir. Biz bu 4 amili əlaqələndirməklə bu məsələləri idarə edə bilərik. Çətin bir məsələ olmasa da, elmi yanaşma tələb edir. Məmur bilir ki, özəl şirkətə gedərkən ondan yüksək səviyyədə iş tələb olunur, onu edir. Digər tərəfdə mühit ondan başqa şeylər tələb edir və insanın daxilindəki başqa hisslər aktivləşir. Bu insanın təbii xüsusiyyətidir, insan psixologiyasına məxsus məsələdir. Mühit məsələsi çox önəmlidir. Təhsil mühitindən danışmaq lazımdır. Orta məktəbdə, universitetdə də təhsil mühiti daha çox təhsilin keyfiyyətinə təsir edir. Biz hələ primitiv yollarla məmur seçirik, əsas prinsip odur ki, məmur çox pul qazansın. İndi hansı məmuru , naziri işdən çıxarırlarsa, məlum olur ki, neçə milyon pul oğurlayıb, malı-mülki, sərvəti tapılır. Bu məmurlarda psixologiya maddi gəlir əldə etməyə, şəxsi sərvətini artırmağa yönəlib, əhaliyə qayğı göstərməyə yox. Ona görə də, bu sahədəki prinsiplər dəyişdikcə müsbət seçimlər də olacaq.(musavat.com)

loading...
Qubadlıdan bir qrup ziyalının Ali Baş Komandan İlham Əliyevə MÜRACİƏTİ...
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərindən erməni icmasına MÜRACİƏT...
Belaruslular "Batya"nı devirmək üçün yenidən meydanlara axışdı - 100 minlik aksiya...
"Artıq Azərbaycan dövləti nəinki regionda, dünyada söz sahibinə çevrilir"
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
“Epidemiyanın yayılmasını əngəlləmək üçün müəyyən məhdudlaşdırıcı tədbirlər görülə bilər”
Cəmiyyət
“Bütün bloqerlər cəbhə bölgəsindən çıxarılsın, reytinq xatirinə ora gediblər”
Cəmiyyət
Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim”
Siyasət
"Ermənilər Pompeodan istədiklərini ala bilmədikdən sonra daha yuxarıya çıxış tapa bildilər"
Cəmiyyət
“Türkiyədədir, özü gələr və konsert məsələsinə aydınlıq gətirər...” - Müğənninin köməkçisi

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247