Xəbər lenti
22/10/2020 [01:05]:
Nurməhəmmədov və Qetji arasında “baxışların döyüşü” - VİDEO
22/10/2020 [00:57]:
Türkiyədə son sutkada koronavirusdan 68 nəfər ölüb
22/10/2020 [00:39]:
Prezidentin köməkçisi: “PKK terrorçuları əsasən Ermənistan ordusunun ilk müdafiə xəttində yer alır”
21/10/2020 [23:41]:
TİKA-dan cəbhə bölgəsinə 2 min ailəyə çatdırılacaq 40 ton ərzaq dəstəyi...
21/10/2020 [23:26]:
Rəsmi Bakı istəsə, Türkiyə Azərbaycana qoşun göndərməyə hazırdır...
21/10/2020 [23:24]:
Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”
21/10/2020 [23:23]:
“Dərman var, sadəcə onu görmək lazımdır...”
21/10/2020 [23:20]:
Diabet, xərçəng, ürək, artritə qarşı ƏVƏZOLUNMAZ NEMƏT...
21/10/2020 [23:15]:
"Bunu sözlə izah edə bilmərəm, o qədər sevinmişdim ki, göz yaşlarımı saxlaya bilmədim"
21/10/2020 [23:07]:
Gürcüstanda hakim “Gürcü arzusu” Partiyasının ofisində atışma: yaralılar var
21/10/2020 [23:06]:
Gürcüstanda bankda girov götürülənlər xilas edildi: Cinayətkar saxlanıldı
21/10/2020 [21:58]:
Braziliyanın Səhiyyə naziri COVID-19-a yoluxdu
21/10/2020 [21:55]:
Yaşayan, yaşadan tarix...
21/10/2020 [21:51]:
"Qarabağ savaşının dayandırılması üçün başqa bir dövlət münaqişəyə müdaxilə etməməlidir”
21/10/2020 [21:46]:
Azərbaycanlı ekspertlərin İngiltərə mətbuatında Qarabağ həqiqətləri barədə məqaləsi dərc edilib
21/10/2020 [21:44]:
“Valideynlərim evi tərk edəndə yaddan çıxıb məni kənddə unudublar, daha sonra isə...”
21/10/2020 [21:38]:
"1 milyon 200 min facebook istifadəçsinə məlumat çadırdıq"
21/10/2020 [21:34]:
Cəhənnəmə xoş gəldin, Paşinyan!
21/10/2020 [21:31]:
Polad Bülbüloğlu: “Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün şərait hələ yetişməyib”
21/10/2020 [21:30]:
Azərbaycan əsgərinin türk dronları ilə erməni ordusuna çəkdiyi dağ: İrəvan NATO-ya yalvarır
21/10/2020 [21:19]:
Pakistan səfiri ordumuzun uğurları münasibətilə Azərbaycan xalqını təbrik edib
21/10/2020 [21:08]:
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
21/10/2020 [20:55]:
İbrahim Kalın Paşinyanın açıqlamasına münasibət bildirdi
21/10/2020 [20:48]:
Britaniya Azərbaycanlıları Assosiasiyası ordumuza yardım etdi
21/10/2020 [20:39]:
“Zəngilandan atamın "Kamaz"ı ilə çıxmışdıq, əlimizə keçəni götürdük” - ATV-nin aparıcısı
21/10/2020 [20:34]:
"Azərbaycan Ordusu 30 ildən artıqdır ki, kağız üzərində qalan BMT qətnamələrinin icrasını yerinə yetirir"
21/10/2020 [20:23]:
Daha 22 kəndimiz erməni tapdağından qurtuldu: İlham Əliyevdən yeni qələbə xəbəri...
21/10/2020 [19:51]:
Xəstəxana dəhlizləri cəsədlə doldu QORXUNC GÖRÜNTÜ...+ VİDEO
21/10/2020 [19:36]:
"Bizim Qarabağ üçün duetimiz həmişə hazırdır..."
21/10/2020 [19:14]:
2 min məhkum həbsxanadan qaçdı, komendant saatı elan edildi...
21/10/2020 [18:51]:
Baş nazir canlı yayımda qorxu dolu anlar yaşadı - VİDEO
21/10/2020 [18:47]:
Fikrət Məmmədov dünya prokurorlarına müraciət etdi
21/10/2020 [18:43]:
Birinci vitse-prezidentin köməkçisi: “Mədəni irsə əhəmiyyət verilmir” - FOTO
21/10/2020 [18:35]:
Sevgilisi ilə yaxalanan qadın oğlunu öldürdü - DƏHŞƏT...
21/10/2020 [18:31]:
Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib
21/10/2020 [18:03]:
BQXK Ermənistana 1500 hərbçinin meyitini təhvil verib
21/10/2020 [18:00]:
Aleksandr Lukaşenko ilə görüşən müxalifətçilərdən biri onun üstünə qışqırıb
21/10/2020 [17:59]:
İlham Əliyev Yaponiya qəzetinə müsahibə verdi
21/10/2020 [17:58]:
Baş İdarənin rəisi QHT Koalisiyası ilə görüşdü
21/10/2020 [17:44]:
“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir...”
21/10/2020 [17:32]:
Paşinyan Qarabağla bağlı yenidən SƏRSƏMLƏDİ
21/10/2020 [17:21]:
"Görsənir ki, quldur Nikolun başı tam əzilməyincə yerində sakit oturmayacaq..."
21/10/2020 [17:20]:
Erməni general Qarabağdan xəstəlik adı ilə qaçıb
21/10/2020 [17:17]:
Qarabağa görə başına yaylıq bağlayan şair...
21/10/2020 [17:14]:
Qarabağda məhv edilən erməni hərbçilərin rəsmi sayı 842-yə ÇATDI
21/10/2020 [17:12]:
Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular...
21/10/2020 [17:12]:
Şuşada QARABAĞ Universiteti - Dünyanın güclü ali təhsil ocağı yaradıla bilər
21/10/2020 [17:10]:
Erməni əslli rusiyalı kinorejissordan Qarabağla bağlı İrəvana od qoyan etiraflar - VİDEO
21/10/2020 [17:07]:
Baş Prokuror İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə görüşüb
21/10/2020 [17:06]:
Azərbaycanda icbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
21/10/2020 [17:05]:
DİN vətəndaşlara xəbərdarlıq edib
21/10/2020 [17:04]:
Ombudsman: "Sentyabrın 27-dən ermənilərin atəşi nəticəsində 8 uşaq həlak olub, 32 uşaq isə yaralanıb"
21/10/2020 [17:03]:
Bakı Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna ümumilikdə 473 656 manat vəsait köçürüb
21/10/2020 [17:01]:
Qarnına təpik vurulan Tovuz sakini xəstəxanada öldü
21/10/2020 [16:49]:
"Ümidləri Kardaşyan kimi əxlaqsızlara, xarici havadarlarına qalan Ermənistan çökmək üzrədir"
21/10/2020 [16:47]:
“Evimizin divarını öpdüm, qapısını açarladım, uşağlığımı orda dəfn edib gəldim”- FOTOLAR
21/10/2020 [16:42]:
“Döyüş meydanında şərtlər bizim lehimizədir və bu bizim diplomatik masada da əlimizi ciddi şəkildə gücləndirir...”
21/10/2020 [16:37]:
Deputatlar Dağlıq Qarabağ münaqişəsini beynəlxalq ictimaiyyətə çatdıran çarx hazırlayıblar - VİDEO
21/10/2020 [16:36]:
Ermənistana məxsus daha üç PUA məhv edildi - RƏSMİ
21/10/2020 [16:24]:
“Onlar bir ailənin deyil, bütün xalqın şəhididir” - MDTF-nin kampaniyasına dəstək...
21/10/2020 [16:04]:
"İşğaldan azad edilən kəndlərdən birinə "Bayraktar" adı verilsin..." - Maraqlı təklif
21/10/2020 [16:00]:
Fransada müsəlman qadınları bıçaqladılar
21/10/2020 [15:59]:
ABŞ iqtisadiyyatına son 20 il ərzində irqçilik səbəbindən dəyən zərər hesablandı
21/10/2020 [15:48]:
Elman Rüstəmov: “Şokların iqtisadiyyata təsir kanalları məhdudlaşdırılıb”
21/10/2020 [15:45]:
Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşüb
21/10/2020 [15:44]:
TANAP “İlin Layihəsi” oldu - FOTO
21/10/2020 [15:29]:
Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - VİDEO
21/10/2020 [15:21]:
Mərkəzi Bankın 200 milyon manat həcmində hərracı keçirilib
21/10/2020 [15:19]:
Azərbaycanda sutka ərzində daha yeddi nəfər koronavirusdan öldü: Yeni yoluxma rekordu - FOTO
21/10/2020 [15:17]:
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində məcburi köçkünlərə yardım göstərilib
21/10/2020 [15:12]:
“Şəhidlərimizin xatirəsini işğaldan azad edilən torpaqlarımızda da yaşadacağıq...” -Şəhid atası...
21/10/2020 [15:06]:
Fəzail Ağamalıdan dünyanın bir çox siyasi partiyalarına və beynəlxalq təşkilatlara məktub
21/10/2020 [15:04]:
Azərbaycan ordusu 24 günə Ermənistana illik büdcəsi qədər ziyan vurub
21/10/2020 [15:02]:
Düşmənin atıb-qaçdığı, məhv edilən hərbi texnikalarının görüntülərini yayıldı - VİDEO
21/10/2020 [14:39]:
“Azərbaycan-İran sərhəddinin tam bərpa edilməsi düşmənə növbəti mesajdır”
21/10/2020 [14:18]:
“Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilməlidir” -Vahid Əhmədov
21/10/2020 [14:18]:
MDTF “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayır
21/10/2020 [14:17]:
"Mən Hindistandan xam maddə alanda Azərbaycan adını eşidib təəccüblənmişdilər..."
21/10/2020 [14:07]:
Vur, oğlum...
21/10/2020 [13:50]:
Fuad Muradov Azərbaycan diasporuna müraciət etdi
Bütün arxiv bir sırada
18/09/2020 [09:18] - Cəmiyyət - ( 1070 dəfə baxılıb)

Ziya Məmmədov klanı tam çökə bilər



Elton Məmmədovun Ramiz Mehdiyevin səngərində yer alması, Ziya Məmmədovun özünün Rusiyaya sığınan Abbas Abbasovla əlaqələri klanın gələcəyini sual altına alıb

AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyuna qatılıb, amma kölgədə qalanlardan biri də sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov oldu. Ziya Məmmədov vəzifədən çıxarılandan sonra Elton Məmmədov bir müddət işsiz qaldı. 2020-ci ilin yanvarında isə Ramiz Mehdiyevin xeyir-duası ilə Elton Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsinə təyinat aldı. Bu təyinat uzun illər ictimaiyyət üçün gizli qalan əlaqələrin üzə çıxması idi.

Elton Məmmədovun nəzarətində olmuş Bakı Beynəlxalq Avtovağzalı “2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində, o dövrdə  Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt o zaman nazir olan Ziya Məmmədovun ailə biznes imperiyasını özündə birləşdirən “ZQAN” Holdinq tərəfindən inşa edilmişdi. Baş podratçı isə “Bakı XXI Əsr” MMC adlı şirkət idi. “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib. Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov idi.

Ramiz Mehdiyev Elton Məmmədova yüksək vəzifə verdi
Elton Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi. Avtovağzal kompleksinin 80-100 milyon dollara başa gəldiyi bildirilir. Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxil idi. Ziya Məmmədov vəzifədən gedəndən sonra onun klanının fəallığı nəzərə çarpmırdı. Elton Məmmədovun bir-birinin ardınca vəzifələrə təyinat alması, 2019-cu ildə Anar Məmmədovun ölkəyə qayıtması onlara münasibətdə münasibətin bir qədər yaxşılığa doğru dəyişmişdi. Elton Məmmədovun Ramiz Mehdiyevlə sıx əlaqələri isə vəziyyətin Məmmədovlara münasibətdə dəyişə biləcəyi ehtimallarını doğurur.

Anar Məmmədov Birləşmiş Krallığın vətəndaşlığını alır | Azadliq
Anar Məmmədov atası Ziya Məmmədov vəzifəsini itirməzdən çox əvvəl ölkədən gedib. Onun Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşdığı haqda xəbərlər vardı. 2017-ci ildə Zamirə Hacıyevanın Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində məhkəməyə çəkilməsindən sonra Anar Məmmədovun oradan getdiyi deyilirdi. Həmin dövrdə Məmmədovların “ZQAN” adı ilə qurduqları, sonradan “Garant”a çevrilmiş holdinqlərinə daxil olan şirkətlər nəzarətlərindən  çıxarılırdı. Hətta 2018-ci ildə Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs də qoyulmuşdu. Məlum olmuşdu ki, Anar Məmmədov və şirkətlərinin “Paşa Bank”a kredit borcu var. O dövrdə məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədovun adları keçirdi. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlakın - Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə, eyni zamanda əmlak kompleksi, Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdu. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi.

Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləği idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsini də tələb etmişdi. Apelyasiya şikayəti verən “Garant İnşaat Sənaye” MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və “qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürmüşdü.


Bundan başqa, Məmmədovlara məxsus Qubadakı beşulduzlu “Quba Rixos” hoteli də rebrendinq edilib. Hotel 2018-ci ilin aprelindən “Quba Palace” adı ilə fəaliyyətə başlayıb. Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik keçmiş “Rixos” hotel kompleksi 2013-cü ildə istifadəyə verilib. Hazırda kompleks Məmmədovların nəzarətində deyil.

Elton Məmmədov: “Ziya Məmmədovla Ramiz Mehdiyevin harada dincəlməsinin  mətbuata nə dəxli var?”

Məmmədov klanı hakimiyyətdə təmsil olunduğu illərdə adları böyük qalmaqallarda, ölüm işlərində, jurnalistlərin məhkəmələrə çəkilməsində və döyülməsində hallanırdı. 2014-cü ilin aprelində qəzetimizin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsi də Məmmədov klanına bağlı idi. Ziya Məmmədovun xüsusi adamlar saxladığı və onlardan lazım olduğu zaman məharətlə istifadə etdiyi ilə bağlı mətbuatda bir sıra faktlar var. Fərahim İlqaroğlunu da məhz Məmmədovların “qoçuları” döymüşdü. F.İlqaroğlu hazırda Almaniyada mühacirətdədir. 25 aprel 2014-cü il tarixində F. İlqaroğlu “Yeni Müsavat”da çalışdığı günlərdə evinin qarşısında naməlum şəxs tərəfindən amansızlıqla döyülmüş, fiziki təzyiqə məruz qoyulmuşdu. Nizami Rayon Polis İdarəsi əməkdaşları jurnalisti döyən Feyruz Termişi tulandan sonra etiraf edib ki, jurnalistin döyülməsi sifarişini Kikboksinq Federasiyasının keçmiş idmançısı Tural Bayramovdan alıb. Bu şəxsin isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədovun oğlu Aynar və Elnur Məmmədovlarla çox sıx əlaqələri üzə çıxmışdı. O dövrdə sifarişi icra edən Feyruz Termişi saxlanılsa da, Tural Bayramov və əsas sifarişçi Aynar Məmmədov istintaqdan kənar qala bildilər. Səbəb də sadə idi - Aynar Məmmədovun əmisi Ziya Məmmədov nazir, atası isə deputat idi. Tural Bayramov da iş üzrə açar fiqur olduğundan onu da istintaqdan yayındırmışdılar.

Məmmədov klanına münasibətdə vəziyyət hər an dəyişə bilər. Elton Məmmədovun Ramiz Mehdiyevin səngərində yer alması, Ziya Məmmədovun özünün baş nazirin sabiq 1-ci müavini, Rusiyaya sığınan Abbas Abbasovla əlaqələri klanın gələcəyini sual altına alıb.

loading...
2 min məhkum həbsxanadan qaçdı, komendant saatı elan edildi...
Baş nazir canlı yayımda qorxu dolu anlar yaşadı - VİDEO
Sevgilisi ilə yaxalanan qadın oğlunu öldürdü - DƏHŞƏT...
"Görsənir ki, quldur Nikolun başı tam əzilməyincə yerində sakit oturmayacaq..."
Düşmənin atıb-qaçdığı, məhv edilən hərbi texnikalarının görüntülərini yayıldı - VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
Azərbaycan əsgərinin türk dronları ilə erməni ordusuna çəkdiyi dağ: İrəvan NATO-ya yalvarır
Dünya
Xəstəxana dəhlizləri cəsədlə doldu QORXUNC GÖRÜNTÜ...+ VİDEO
Cəmiyyət
"Bizim Qarabağ üçün duetimiz həmişə hazırdır..."
Maraqlı
Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular...
Cəmiyyət
“Döyüş meydanında şərtlər bizim lehimizədir və bu bizim diplomatik masada da əlimizi ciddi şəkildə gücləndirir...”

Yazar
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
Prezident fransız aparıcının “Nə qədər türk dronunuz var?” sualına gülərək cavab verdi: “Kifayət qədərdi...”
“Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə ölümcül yaralanmışdım...” - Xalq artisti
“Bakı Ermənistana zərbə vursa belə, Rusiya İrəvanı müdafiə etməyəcək”- Perenciyev
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
30 illik işğala son qoymaq üçün savaşan Şanlı Ordumuza 30 tonluq tibbi yardım... - FOTOLAR
Atası azərbaycanlı olan xain separatçı generalın doğulduğu kənd də azad edildi...
Ermənilər hazırkı hərbi itkilərinə görə Xocalı qatilinin yaxasından yapışdı...
Azərbaycan Ordusu Gəncənin qisasını belə aldı - VİDEO
“Babam əsir düşməmək üçün özünü partlatdı, nənəmi vəhşicəsinə öldürdülər...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247