Xəbər lenti
30/10/2020 [17:08]:
İşğaldan azad olunmuş Vejnəli qızıl yatağından qeyri-qanuni istifadə olunub - Hikmət Hacıyev
30/10/2020 [17:05]:
Bakcell Bərdə sakinlərinə dəstək göstərib
30/10/2020 [16:59]:
“Ermənilər bizim əsir hərbçilərimizi başından və ürəyindən güllələyiblər” - Kamran Əliyev
30/10/2020 [16:54]:
Erməni terroru nəticəsində valideynsiz qalan körpələrin səsi - VİDEO
30/10/2020 [16:46]:
“Meyitləri təhqir etmək erməni xislətinin bir parçasıdır”
30/10/2020 [16:44]:
Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirilib - FOTO
30/10/2020 [16:41]:
Cənubi Qafqazda Azərbaycanın uğurlarının yeni geosiyasi şifrələri...
30/10/2020 [16:32]:
Türkiyədə 6,6 bal gücündə zəlzələ: Binalar yerlə-yeksan oldu - CANLI YAYIM
30/10/2020 [16:26]:
“Heç kim təsəvvür etməzdi ki, Stepanakertə, Şuşaya doğru Ordumuz belə irəliləyə bilər”
30/10/2020 [16:22]:
Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib - Dövlət Komissiyası
30/10/2020 [16:20]:
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub
30/10/2020 [16:19]:
ADNSU “Əsgərə məktub!” layihəsinə qoşulub - FOTO
30/10/2020 [16:06]:
Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi işğalçılıq və terror siyasəti bütün dövlətlər tərəfindən qınanmalıdır
30/10/2020 [15:51]:
Azərbaycanda ictimai iaşə obyektlərində qayda pozuntuları aşkarlanıb
30/10/2020 [15:50]:
“Otuz illik vətən həsrəti bu millətin torpağa nə qədər bağlı olduğunu sübuta yetirdi...”
30/10/2020 [15:36]:
“Ermənilər darmadağın olmaq ərəfəsindədirlər” - Xüsusi xidmət polkovniki
30/10/2020 [15:31]:
Erməni təcavüzü nəticəsində yeddi ailə tamamilə məhv edilib - RƏSMİ
30/10/2020 [15:25]:
“Belə hadisələr nainki insanların əzmini sındırmaq, əksinə Azərbaycan xalqını daha da mətinləşdirir”
30/10/2020 [15:15]:
“Cenevrə görüşünün 3 məqsədi var” – Tofiq Zülfüqarov
30/10/2020 [15:10]:
"Ermənistan dövləti yalnız adamlarla deyil, abidələrlə də müharibə aparır..."
30/10/2020 [15:07]:
Avropa Şurasının Baş katibi BAXCP sədrinə cavab məktubu yazıb
30/10/2020 [15:05]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub, 480 nəfər sağalıb, 10 nəfər vəfat edib
30/10/2020 [15:04]:
Daha 3 rayonun 9 kəndi işğaldan azad edildi...
30/10/2020 [14:54]:
Ermənistan XİN başçısının Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb
30/10/2020 [14:52]:
Azərbaycanda Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan barəsində də cinayət işi başlanıb
30/10/2020 [14:52]:
"Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürnberq Məhkəməsi qurulacaq!"
30/10/2020 [14:38]:
"O vaxt Qarabağı ermənilərə Qorbaçov arvadı Raisanın təhriki ilə verirdi..."
30/10/2020 [14:38]:
Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb
30/10/2020 [14:35]:
"Ermənistan rəhbərliyinin Azərbaycana qarşı hərbi cinayətlər törətməsi tam təsbit olunub"
30/10/2020 [14:32]:
“Ermənilər məğlub olduqlarına görə ağıllarını itiriblər”
30/10/2020 [14:27]:
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA - CANLI YAYIM
30/10/2020 [14:27]:
İşğalçıya cəhənnəm yaşadan Bayraktardan paylaşım: "Yeni mühərrik əlavə güc verəcək"
30/10/2020 [14:24]:
Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO
30/10/2020 [14:22]:
Müəllimlərin işə qəbulu qeyri-müəyyən müddətədək uzadıldı
30/10/2020 [14:16]:
BDU-da Qarabağ ruhu...
30/10/2020 [14:14]:
Erməni xəstəliyi, erməni terroru...
30/10/2020 [14:09]:
Polis 21 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTOLAR
30/10/2020 [14:02]:
“Əgər karantin rejiminin sərtləşdirilməsini istəmiriksə...” - TƏBİB-dən AÇIQLAMA
30/10/2020 [14:01]:
Ləğv olunmuş bankların müştərilərinə 550 milyon manat ödəniş edilib
30/10/2020 [13:56]:
Bakının Xəzər rayonundakı H.Z.Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub
30/10/2020 [13:53]:
Daha dörd rayonda 22 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verildi - FOTO
30/10/2020 [13:50]:
Azərbaycanın baş pediatrı vəzifəsindən azad olunub
30/10/2020 [13:49]:
Jurnalistə yeni vəzifə verildi
30/10/2020 [13:46]:
21 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
30/10/2020 [13:43]:
Prezidentin fərmanı - Qarabağda başlayan quruculuq işləri
30/10/2020 [13:20]:
“Amazon”un xalis mənfəəti 3 dəfə artıb
30/10/2020 [13:19]:
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
30/10/2020 [13:13]:
“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”
30/10/2020 [13:09]:
“Azərbaycan bu davada onu yarı yolda durdurmaq istəyən qüvvələri fakt qarşısında qoyacaq”
30/10/2020 [13:01]:
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər - FOTO
30/10/2020 [12:59]:
UFC rəhbəri: "Həbib döyüş meydanına qayıdacaq!"
30/10/2020 [12:53]:
“Laçın “dəhlizi”ndə sülhməramlıların yerləşdirilməsinə izn vermək olmaz...”
30/10/2020 [12:49]:
Azərbaycanın axtardığı məşhur təxribatçı yenidən Qarabağa GƏLDİ
30/10/2020 [12:45]:
Prezident kimi 5-ci dəfə and içdi
30/10/2020 [12:40]:
"Formula 1" komandası iki pilotu ilə müqaviləni yenilədi
30/10/2020 [12:38]:
Sabiq maliyyə naziri: “Ölkəmizin 3-4 il müharibə aparmaq imkanı var”
30/10/2020 [12:16]:
Vətən Müharibəsinin ilk qadın şəhidinin anası: “Dedi, mənə bir şey olsa, uşaqlarım sənə əmanət” - VİDEO
30/10/2020 [12:14]:
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ
30/10/2020 [12:12]:
Nazir: "Sonda detallı qiymətləndirmənin keçirilməsi planlaşdırılır"
30/10/2020 [12:09]:
Mərkəzi Elmi Kitabxananın yeni layihəsi: “Qarabağ Azərbaycandır!”
30/10/2020 [12:05]:
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”
30/10/2020 [12:05]:
Daha bir “dondurulmuş” münaqişə “qaynar” fazaya keçir: 2 ölü, 5 yaralı
30/10/2020 [12:03]:
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq - VİDEO
30/10/2020 [12:02]:
DİM prezident təqaüdünə layiq görülən tələbələrlə bağlı məlumat yaydı
30/10/2020 [11:55]:
Nazir: “Mənim də qızım bu il birinci sinifə gedir, elə bilir ki...”
30/10/2020 [11:54]:
Sosial media nəhənglərinin gəliri artıb
30/10/2020 [11:51]:
Bölgələrdə 100 məktəbə fiber optik internet çəkiləcək
30/10/2020 [11:50]:
Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb
30/10/2020 [11:47]:
AMB uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:45]:
Təhsil naziri: "Builki tədris ilinin uzaldılması nəzərdə tutulmur"
30/10/2020 [11:42]:
Nazir: “Repetirorluq sahəsində qadağa nəzərdə tutulmur”
30/10/2020 [11:34]:
Şagirdlər üçün VPN-siz işləyən platformalar tətbiq olunacaq - RƏSMİ
30/10/2020 [11:33]:
Azərbaycanda ATM və POS terminallardan istifadə artıb
30/10/2020 [11:32]:
Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur
30/10/2020 [11:28]:
İş adamı Dövlət Sərhəd Xidmətinə "Hummer" hədiyyə etdi - FOTOLAR
30/10/2020 [11:25]:
Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib
30/10/2020 [11:23]:
Müdafiə Nazirliyi: “Azərbaycan tərəfinin hücum cəhdi olmayıb”
30/10/2020 [11:17]:
"Qələbə xəbərini Vaqif müəllimin də məzarı başında ona çatdıracam”
30/10/2020 [11:13]:
Azərbaycan hərbçisi: “Düşmən bizim qarşımızda dayana bilmir” - VİDEO
30/10/2020 [11:13]:
“İndi İlham Əliyev kimi Ali Baş Komandanın yanında mən çox rahatam...”
Bütün arxiv bir sırada
18/09/2020 [09:33] - Mədəniyyət - ( 5539 dəfə baxılıb)

"Üzeyir Hacıbəyovun musiqi dühası dünya durduqca bəşəriyyəti heyrətləndirməkdə davam edəcək"

“Xalqın sevgisi əsl sənətkar üçün ən böyük təltifdir”
Ayaz İmranov: “Bu, elə bir sərvətdir ki, onu heç nə ilə satın almaq mümkün deyil”


Sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

 

Moderator.az olaraq görkəmli tarzən Ayaz İmranovla söhbətimizdə ölkəmizdə milli musiqimizin mövcud durumunu müzakirə etməyə çalışdıq.

 

-Ayaz bəy, bu gün 18 sentyabr Milli Musiqi Günüdür. Öncə bu gün və onun əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik.

 

-18 sentyabr görkəmli bəstəkar, musiqişünas-alim Üzeyir Hacıbəyovun doğum günüdür. Üzeyir Hacıbəyovun həm böyük musiqiçi, həm də nəhəng mütəfəkkir kimi necə zəngin bir dühaya sahib olduğunu anlamaq üçün onun müsəlman şərqində ilk opera müəllifi olduğunu yada salmaq,  habelə Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin məhz ona məxsus olduğunu xatırlatmaq kifayətdir. Üzeyir Hacıbəyov qeyri-adi istedadı ilə milli musiqimizdə elə bir məktəb formalaşdırıb ki, bu məktəbdən bütün dünya bu gün də faydalanmaqda, onun musiqi qüdrəti qarşısında heyrətlənməkdədir. Bu baxımdan 18 sentyabr tarixinin ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilməsi Üzeyir bəyin ölməz xatirəsinə sonsuz ehtiram əlaməti kimi olduqca vacibdir. Bu tarixi gün musiqimizin bugünkü inkişafına görə kimə borclu olduğumuzu, onun necə böyük sütunlar üzərində qərarlaşdığını yada salmaq baxımından da önəmlidir.

 

-Ayaz bəy, sovet dönəmində milli musiqi alətlərimizə, xüsusilə də tara birmənalı münasibət m övcud olmayıb. Sizcə bu gün milli musiqi aləti kimi tar öz layiqli yerini tuta bilibmi?

 

-Təbii ki, xalqımız kimi, tarın da keçdiyi yol asan olmayıb. Bu yol kifayət qədər keşməkeşli olub. Lakin olduqca sevindirici və qürurverici haldır ki, prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində ölkəmizdə tara, muğam sənətinə yüksək səviyyədə diqqət var. Heydər Əliyev Fondunun mədəni-mənəvi sərvətlərimizin, eləcə də milli musiqimizin, muğamımızın qorunub saxlanılması və inkişafı ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan həyati əhəmiyyət kəsb edir. Əminliklə qeyd edə bilərəm ki, məhz ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində bütövlükdə  muğam sənətimizin təbliği yüksək pillədə qərarlaşıb və gənc nəsil tərəfindən sevgi ilə mənimsənilməkdədir.


Ümumiyyətlə, ulu öndər Heydər Əliyev tərəfindən milli musiqimizə, milli dəyərlərimizə verilən qiymət bizim hər birimiz üçün örnək olmalıdır. Milli musiqimizin qorunub saxlanılması, onun yeni istedadlar, mükəmməl sənət əsərləri hesabına daha da zənginləşdirilməsi hər zaman ümummilli liderin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri olub. Bu yanaşma ulu öndərin milli musiqimiz qarşısındakı çoxsaylı xidmətlərindən biridir. 

 

-Bir müddət bundan öncə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri millət vəkili Qənirə Paşayeva ilə görüşdünüz. Sizcə Milli Məclisin Mədəniyyət Komitəsi ölkəmizin mədəni həyatındakı yeniliklərə lazımi reaksiya sərgiləyə bilirmi?

 

-Hesab edirəm ki, son illər ölkəmizin mədəni həyatındakı ən mühüm yeniliklərdən biri Qənirə xanımın Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri seçilməsi oldu. Hər zaman hədsiz çalışqanlığı ilə diqqət çəkən Qənirə xanımın sosial şəbəkələrdəki hesabına nəzər salmaq onun gün ərzində mədəniyyət və incəsənət xadimləri ilə  nə qədər görüş keçirdiyini, ölkəmizin mədəni həyatı ilə bağlı hansı zəruri təklifləlrə çıxış etdiyini anlamaq baxımından yetərlidir. Bu baxımdan Milli Məclisin Mədəniyyət Komitəsinin ölkəmizin mədəni həyatındakı rolu danılmazdır. Və mən şəxsən bir musiqiçi kimi bu xidmətlərinə görə Qənirə xanıma öz dərin  təşəkkürümü bildirirəm.

 

-Ayaz bəy, bu gün ölkəmizdə bir sıra qurumların nəzdində mədəniyyət mərkəzləri fəaliyyət göstərməkdədir. Sizcə bu mərkəzlərin fəaliyyəti nə dərəcədə qənaətbəxşdir?

 

-Ölkəmizin mədəni həyatında bu mədəniyyət mərkəzlərinin də böyük rolu var və bu rol özünü sadəcə musiqimizin təbliği baxımından deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından göstərir. Sizə iki nümunə deyəcək. Bu ayın əvvəlində “Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada keçirilən “Sərhədsiz dostluq” Milli Mədəniyyətlər festivalının mahnı və rəqs müsabiqələrində Azərbaycanı Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı uğurlu çıxışına görə birinci yerə layiq görüldü. Hansı ki, festivalda milli mahnılarla yanaşı, dünya xalqlarının mahnı və marşları, eləcə də rəqslkəri ifa edilirdi. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı “Qızıl səs” vokal nominasiyası üzrə birinci yerə layiq görülməsi faktı hər şeydən əvvəl Azərbaycan musiqisinin qüdrəti kimi qiymətləndirilməlidir.

 

Başqa bir nümunə kimi, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzinin uğurlu fəaliyyətini qeyd etmək istəyirəm. Bildiyiniz kimi, hörmətli Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə gəlməsindən sonra, adıçəkilin qurum bütün sahə və sferalarda ciddi aktivlik ortaya qoymaqda, bir-birindən əhəmiyyətli uğurlara imza atmaqdadır. Bunlardan biri kimi, cari ilin avqust ayında Dövlət Təhlükəsizlik Xidmətinin şəhid generalımız Polad Həşimovla bağlı hazırladığı “Paşam, hey” adlı musiqi kompozisiyasını qeyd etmək vacibdir. Musiqisi Faiq Sücəddinova, sözləri ilə Musa Urada aid bu mahnıda generalımızın timsalında Azərbaycan ordusunun qüdrəti, ölümsüzlüyü öz əksini tapıb. Bu və bu kimi faktlar göstərir ki, mədəniyyət mərkəzlərinin ölkəmizin mədəni həyatındakı rolu kifayət qədər böyükdür.

 

-Ayaz bəy, məlumata görə ötən il Qazaxıstanda qran-pri mükafatına layiq görülsəniz də, bununla bağlı heç bir dövlət qurumu, eləcə də Mədəniyyət Nazirliyi sizə hər hansı diqqət ayırmayıb. Habelə, heç bir fəxri ada sahib deyilsiniz. Bunca laqeydlik və biganəlik fonunda yaradıcılıqla məşğul olmaq, ruhdan düşməmək necə mümkün olur?

 

-Təəssüflə də olsa qeyd etməliyəm ki, ötən il Qazaxıstandakı festivalda qran-pri mükafatına layiq görüldüyüm halda, Mədəniyyət Nazirliyinin baş verənlərə hər hansı reaksiya verməməsi ilə bağlı deyilənlər həqiqətdir. Bu da bir həqiqətdir ki, hər hansı fəxri ada sahib deyiləm. Təbii ki, istənilən yaradıcı insan üçün diqqətdən kənarda qalmaq xoş hal deyil və bunun əhval-ruhiyyəyə təsirsiz ötüşdüyünü söyləmək də qeyri-səmimilik olar. Lakin istənilən halda bizim daim diqqətdə saxlamağımız gərəkən bir həqiqət var. Bu da bizim hər şeydən öncə sənətimizə, dövlətimizə, millətimizə xidmət etməyimiz gerçəyidir. Əsl sənətkar üçün ən böyük təltif xalqa xidmət, xalqın sevgisini  qazanmaqdır. Bu, elə bir sərvətdir ki, onu heç nə ilə satın almaq mümkün deyil.

Əgər kimsə bunu qazanıbsa, onu sözün həqiqi mənasında xoşbəxt hesab etmək mümkündür.

 

Bu arada onu da qeyd edim ki, hazırda mədəniyyət naziri vəzifəsinin icrası hörmətli Anar Kərimova həvalə edilib. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi Anar Kərimovun rəhbərliyi altında daha məhsuldar fəaliyyət ortaya qoyacaq, sənət adamlarına daha duyarlı münasibət sərgilənəcək.

 

loading...
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
"Artıq Azərbaycan Ordusunun Xankəndi və Şuşaya daxil olacağına əminliyim artır..."
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
“Meyitləri təhqir etmək erməni xislətinin bir parçasıdır”
Cəmiyyət
“Otuz illik vətən həsrəti bu millətin torpağa nə qədər bağlı olduğunu sübuta yetirdi...”
Siyasət
"Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürnberq Məhkəməsi qurulacaq!"
Cəmiyyət
“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”
Siyasət
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşdü
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247