Xəbər lenti
30/10/2020 [01:02]:
Niderland Parlamentinin deputatına erməni vəhşiliyi barədə məlumat verilib
30/10/2020 [00:39]:
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
29/10/2020 [23:58]:
"Qarabağ" "Vilyarreal"a uduzdu
29/10/2020 [23:37]:
“Qarabağ” – “Vilyareal” matçında ardıcıl qollar - YENİLƏNİR
29/10/2020 [23:16]:
“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib
29/10/2020 [23:15]:
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB
29/10/2020 [23:12]:
“Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? - İDDİA+FOTO
29/10/2020 [22:54]:
Horizon Education Agency “Dağlıq Qarabağın gələcəyini yaxşı düşünün” adlı forum keçirəcək
29/10/2020 [22:46]:
Ermənistanın 30 hərbçisinin meyiti BQXK vasitəsi ilə təhvil verilib
29/10/2020 [22:39]:
Ədliyyə Nazirliyi 3 dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaratdı - VİDEO
29/10/2020 [22:37]:
Mövlud Çavuşoğlu və Ceyhun Bayramov Qarabağ məsələsini müzakirə etdilər
29/10/2020 [22:10]:
Düşmənin qüvvə və vasitələri məhv edilib - VİDEO
29/10/2020 [22:06]:
Erkan Özoral: “Qarabağ Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur”
29/10/2020 [22:05]:
Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Türkiyə bayrağına büründü - FOTO
29/10/2020 [21:35]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [21:29]:
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
29/10/2020 [21:20]:
Konstitusiya Məhkəməsindən dünya ölkələrinə müraciət
29/10/2020 [21:18]:
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub
29/10/2020 [21:17]:
Tanınmış aparıcıya ağır itki... - VİDEO
29/10/2020 [20:58]:
"Allah mənə bir az ömür yazsın, Qarabağın qaytarıldığını görüm başımı göyə qaldırıb deyim ki..."
29/10/2020 [20:49]:
Düşmən bölmələri ordumuz tərəfindən darmadağın edilir - VİDEO
29/10/2020 [20:43]:
“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...”
29/10/2020 [20:41]:
İşğaldan azad olunmuş torpaqların sakinləri Ali Baş Komandana minnətdardırlar
29/10/2020 [20:24]:
Arutunyan: “Azərbaycan Şuşanın maksimum 5 kilometrliyindədir, istəyirəm bunu dərk edək”
29/10/2020 [20:21]:
Düşmən gün ərzində Tərtərə 2 raket, 100 top mərmisi atıb
29/10/2020 [20:16]:
MN: Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır
29/10/2020 [20:00]:
Ermənistan bir günə 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi
29/10/2020 [19:51]:
Müstəqillik tariximizin ən yeni salnaməsi...
29/10/2020 [19:24]:
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
29/10/2020 [19:23]:
Prezidentin köməkçisi: “Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz” - FOTO
29/10/2020 [19:21]:
Şahmar Mövsümov ABŞ siyasətçilərini Azərbaycan və türk əsilli seçicilərinin səsini eşitməməkdə qınadı - FOTO
29/10/2020 [19:17]:
Qarabağda darmadağın olan erməni ordusu qadınların ümidinə qalıb - VİDEO
29/10/2020 [19:11]:
Ceyhun Bayramov: “Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular barədə məlumatlar dezinformasiyadır”
29/10/2020 [19:10]:
DİN-dən hərbi vəziyyət və komendant saatı ilə bağlı ÇAĞIRIŞ
29/10/2020 [19:07]:
Atatürkün balıqçı meyxanəsindəki şəkilləri...
29/10/2020 [19:06]:
Kəndimizin 18 yaşlı şəhidi...
29/10/2020 [18:59]:
"Başda Xankəndi olmaqla bütün işğal əraziləri dinc əhali yeri yox, müharibə meydanıdır..."
29/10/2020 [18:32]:
“Avropada erməni terroruna diqqət çəkən aksiyaların keçirilməsinə ehtiyac var”
29/10/2020 [18:23]:
Ceyhun Bayramov: “Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında maraqlı deyil”
29/10/2020 [18:19]:
Putin: “Türkiyə Qarabağla bağlı danışıqlarda olmalıdır”
29/10/2020 [18:13]:
Ceyhun Bayramov: “Bizim reaksiyamız işğal olunmuş ərazilərimizin azad edilməsi olacaq”
29/10/2020 [18:11]:
Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29/10/2020 [18:10]:
Prezident təqaüdü alacaq tələbələrin - SİYAHISI
29/10/2020 [18:04]:
Kubada Azərbaycan səfirliyi təsis edilir - SƏRƏNCAM
29/10/2020 [18:01]:
Ermənilərin terror silahı kimi istifadə etdiyi “Smerç”in texniki göstəriciləri - VİDEO
29/10/2020 [17:59]:
İşğalçılar Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
29/10/2020 [17:56]:
Ciddədəki Fransa konsulluğuna hücum olub
29/10/2020 [17:53]:
"Qızımızın “atam haradadır?” sualına şərəflə “Vətənə xidmətdədir” cavabını verirəm”
29/10/2020 [17:38]:
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir...
29/10/2020 [17:34]:
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölən könüllüsünün kimliyi bilindi
29/10/2020 [17:31]:
Ermənistan strateji enerji infrasturkturunu ələ keçirmək istəyirdi
29/10/2020 [17:30]:
Bərdə terrorunda ölən FHN işçisinin adı bilindi
29/10/2020 [17:17]:
Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29/10/2020 [17:15]:
Düşmən qüvvələri arasında silahlı qarşıdurma: Ölənlər var - RƏSMİ
29/10/2020 [17:14]:
Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır - RƏSMİ
29/10/2020 [17:04]:
MN: Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür
29/10/2020 [17:02]:
"İlham Əliyevi mat vəziyyətinə salmaq istəyənlərin özləri bu gün mat vəziyyətindədirlər"
29/10/2020 [17:02]:
Qorxuya düşən düşmən döyüşdən imtina etdi: Həbs edilənlər var - RƏSMİ
29/10/2020 [16:59]:
Dünyanın ən varlı adamı bir günə 6,8 milyard dollar itirib
29/10/2020 [16:33]:
Fəlsəfə və Sosiologiya institutunun əməkdaşları şəhid ailələrini ziyarət etdi
29/10/2020 [16:25]:
Birinci Qarabağ müharibəsində ölmədi, dünən Bərdədə həlak oldu - Fotolar
29/10/2020 [16:20]:
“Siz bu hərəkətlərinizlə müharibə cinayətlərinin müdafiəçisinə çevrilirsiniz”
29/10/2020 [16:14]:
"Olduqca çətin və mürəkkəb inkişaf yolu keçən qardaş Türkiyə dünyada ciddi söz sahibidir"
29/10/2020 [16:12]:
Nazirlik rəsmisindən gənclərin ordumuza dəstəyi ilə bağlı AÇIQLAMA
29/10/2020 [16:05]:
“Əslində düşmənin hər bir terrorçu addımı bizə qələbəmizin sədalarından xəbər verir...”
29/10/2020 [16:00]:
"Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır"
29/10/2020 [15:54]:
Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır
29/10/2020 [15:51]:
“Ermənilər əslində döyüş meydanında olduğu kimi, musiqidə də qorxaqdırlar...”
29/10/2020 [15:49]:
Kamran Əliyev Türkiyənin Ədliyyə naziri, Baş prokuroru və Ali Məhkəməsinin sədri ilə danışdı
29/10/2020 [15:45]:
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi - FOTO
29/10/2020 [15:44]:
“Əsgərə məktub” layihəsinə qoşulanlar hər gün artır
29/10/2020 [15:41]:
“İki maşının sürücüsü yanaraq həlak olub”
29/10/2020 [15:22]:
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Bərdə qətliamını sərt qınadı
29/10/2020 [15:20]:
Akademik Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat vəsait köçürüb
29/10/2020 [15:15]:
“Cümhuriyyət bayramı Türkiyə ilə yanaşı, həm də Azərbaycanın bayramıdır”
29/10/2020 [15:14]:
İctimai iaşə obyektlərində yoxlamalar başladı - RƏSMİ
29/10/2020 [15:04]:
Ukraynada koronavirus həyəcanı: Qərərgaha Zelenski özü başçılıq edəcək
29/10/2020 [15:03]:
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
29/10/2020 [15:00]:
Qondarma rejimin “lideri” “Bayraqdar”dan qorunmaq üçün sığınacaqda gizləndi- FOTO
29/10/2020 [14:59]:
Rusiyadan Qarabağa 50 ton humanitar(?) yardım  göndərildi?..-FOTOLAR
Bütün arxiv bir sırada
18/09/2020 [11:01] - Araşdırma - ( 3052 dəfə baxılıb)

Azərbaycan tarixində Üzeyir Hacıbəyli... - Nəsiman Yaqublunun araşdırması + FOTOLAR



Üzeyir bəy Hacıbəyli 1885-ci ilin sentyabrın 18-də Ağcabədidə anadan olub, sonra ailəsi ilə birlikdə Şuşaya köçüb.
O, ilk təhsilini rus-türk məktəbində alıb. Sonradan Qori Müəllimlər Seminariyasında oxuyub.
Ü. Hacıbəyli musiqi təhsilini artırmaq məqsədi ilə Moskvaya gedib, orada Filarmonik Cəmiyyətin musiqi kurslarında və Peterburq Konservatoriyasında təhsil alıb.
Ü.Hacıbəyli “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “Azərbaycan” qəzetləri ilə əməkdaşlıq edib və həmin mətbuat orqanlarında “Filankəs”, “Üzeyir” və digər imzalarla yazılar çap etdirib.
Üzeyir bəy “Həqiqət” qəzetində, bir müddət isə “Azərbaycan” qəzetində redaktorluq edib.
Ü.Hacıbəyli 1908-ci ilin yanvarında Azərbaycanın musiqi tarixində ilk dəfə olaraq “Leyli və Məcnun” operasını tamaşaya qoyub.
O, müasir Azərbaycan  musiqişünaslığının elmi əsasını qoyaraq çoxlu məqalələr yazıb, tədqiqatlar aparıb.
Ü.Hacıbəyli 1948-ci ilin noyabrın 23-də Bakıda vəfat edib.

AZƏRBAYCAN  XALQ  CÜMHURİYYƏTİ HİMNİNİN  MÜƏLLİFİ 

Azərbaycanın görkəmli ictimai xadimi, tanınmış bəstəkarı və publisisti Üzeyir Əbdülhüseyn oğlu  Hacıbəyli 1885-ci ilin sentybarın 18-də Ağcabədidə doğulmuş, sonra anası onu Şuşaya − öz doğma evinə aparmışdır.
Ü.Hacıbəyli ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində almışdır. Sonra o, Qori Müəllimlər Seminariasında təhsil almışdır.
Üzeyir bəy hələ gənc yaşlarından musiqiyə böyük maraq göstərmişdir. Onun  böyüdüyü Şuşa mühitinin zəngin musiqi ənənələri var idi.
Ü.Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Cəbrayıl qəzasının Tuğ kəndində müəllimlik etdi. O, ilk yazılarını da buradan − Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərmişdir. Onun ilk göndərdiyi yazı 1904-cü ilin sentyabrın 24-də “Kaspi” qəzetinin 215-ci sayında bu başlıqda çap edilib: “Korrespondensiya. Cəbrayıl qəzasından (Müxbirimizdən)”.
Ü.Hacıbəylinin Cəbrayıl qəzasından “Kaspi”yə göndərdiyi sonuncu yazı 1905-ci ilin 13 yanvarında çap 
1 məqalə; 12) “Azərbaycan”(Azərbaycan dilində) qəzetində 68 məqalə (1918-1920-ci illər).
Ü.Hacıbəyli 1909-cu ilin iyunun 28-dən oktyabrın 25-dək “Tərəqqi” qəzetində (Ə.Ağaoğlu Türkiyəyə getdikdən sonra edilib.
Tuğ kəndində müəllimlikdən sonra Ü.Hacıbəyli 1905-ci ildə Bakıya qayıtdı. O, burada bir müddət “Bibiheybət”də çalışdıqdan sonra, “Həyat” və “İrşad” qəzetləri ilə əməkdaşlıq etdi(12,s.216).
Ü.Hacıbəylinin 1904-1920-ci illərdə (sovet rejiminə qədər) çap edilən yazıları haqqında məlumat belədir: 1) “Kaspi” qəzetində 10 məqalə (2 sentybar 1904 − 13 yanvar 1905; 2) “Həyat” qəzetində 5 məqalə və felyeton; 3) “İrşad” qəzetində 241 məqalə və felyeton (1905-ci ilin 28 dekabrından − 1908-ci ilin 24 iyununa qədər); 4) “Tərəqqi” qəzetində 102 məqalə (1908-ci ilin 24 iyunundan − 1909-cu ilin 28 sentyabrına qədər); 5) “Həqiqət” qəzetində 43 məqalə (1909-cu ilin 25 dekabrından − 1910-cu ilin 9 mayına qədər); 6) “Molla Nəsrəddin” jurnalında 1 məqalə (1911-ci il); 7) “Məktəb” jurnalında 1 məqalə (1911-ci il); 8) “İqbal” qəzetində 12 məqalə (1912-1913-cü illər); 9) “Yeni İqbal” qəzetində 70 məqalə (1915-1917-ci illər); 10) “İttihad” qəzetində 2 məqalə; 11) “Azərbaycan” (rusca) qəzetində), 1909-cu ilin 25 dekabrından 1910-cu ilin mayın 28-nə qədər “Həqiqət” qəzetində, 1919-cu ilin 16 yanvarından 1920-ci ilin 28 aprelinə qədər (fasilələrlə) “Azərbaycan” qəzetində redaktor (müdir) olaraq çalışmışdır.
O, yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üzeyir”, Ü.Hacıbəyli”, “Çı”, “Behmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”.
Üzeyir bəy “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” imzası qoyurdu.
Ü.Hacıbəylinin 1920-ci ilə qədər iki kitabı nəşr edilmişdir: 1) “Hesab məsələləri”, 2) Türk-Rusi və Rusi-Türk lüğəti” (1907-ci il). Bu kitabın naşiri M.Ə.Rəsulzadə olmuşdur (10, s. 30).
Ü.Hacıbəyli 1920-ci ilə qədər olan fəaliyyətində “Leyli və Məcnun”dan başqa  aşağıdakı operalarını yazmışdır: “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşid banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915).
Ü.Hacıbəyli məşhur operettalarını da bu illərdə yazmışdır: “Arşın mal alan”, “O olmasın, bu olsun” vəs . 
Ü.Hacıbəyli “Çırpınırdı Qara dəniz” musiqisini (sözləri Əhməd Cavadındır) bəstələmiş və onun Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı Dövlət Himni bu gün də rəsmi tədbirlərdə səslənməkdədir.
       
Ü.Hacıbəyli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra, “Azərbaycan” qəzetində müstəqil dövlətimizin geniş təbliğatını apardı. “Azadlıq”, “Cümhuriyyət”, “Parlament” sözləri onun yazılarının əsasını təşkil edirdi.
Ü.Hacıbəyli ilk dəfə olaraq 1918-ci ilin dekabrın 5-də “Azərbaycan” qəzetinin 56-cı sayında  “Azərbaycan Parlamanı” məqaləsində Azərbaycan Cümhuriyyəti haqqında fikirlərini ifadə edirdi. O, yazırdı: “Bəli, bu günlərdə milli Parlamanımız açılasıdır, deməli, Azərbaycan istiqlalı təmin edilmiş olmasa da, təkmil ediləcək və cümhuriyyətimiz siyasi bir vahid olmaq üzrə mükəmməl bir surətə girəcəkdir”.
Ü.Hacıbəyli “Azərbaycan” qəzetindəki “Tarixi günümüz” məqaləsində dekabrın 7-də açılacaq parlamentin əhəmiyyətini belə dəyərləndirirdi: “Böylə olan surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid − parlamanımızadır və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsi ilə çalışacaq və siyasi imtahanının xaricilər ənzari qarşısında parlaq bir surətdə verməklə vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır. Yaşasın Türk Azərbaycan Cümhuriyyətinin cavan parlamanı!”.
1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılış mərasimi oldu. Ü.Hacıbəyli “Təəssürat” məqaləsində həmin hadisəni belə təsvir edirdi: “Parlamanımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi...”.
Sonra Ü.Hacıbəyli təsirli bənzətmələrlə fikrini gücləndirərək yazırdı: “Parlaman imarətinin içində ziynət cümləsindən diqqəti cəlb edən şey qiymətli xalılar deyil idi, bəlkə qiyməti ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyəsi dedikcə baha olan üçrəngli milli bayrağımız idi”. 
Ü.Hacıbəyli parlamentin açılış mərasimindən çox maraqlı məqamları oxuculara çatdırırdı: “Məhəmməd Əmin (Rəsulzadə − red.) nitqində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endiriləməz!” − dedikdə bütün Məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.
Ü.Hacıbəyli məqaləsini təsirli cümlələrlə davam etdirirdi: “Padşahlıq məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı. Məhəmməd Əmində natiqlikdə “patent” qazanmış olan “orator”lara məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal var idi ki, o da keçdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməklə dərin təsir oyatmaq idi”.
Ü.Hacıbəylinin “İstiqlal və istiqlal ümidi” məqaləsi Versalda keçiriləcək Sülh Konfransına həsr edilib. O, yazırdı ki, həmin toplantıda istiqlalımıza “hə” və “yox” nəticəli qərar veriləcəkdir və oraya göndərilən nümayəndələrimiz çalışıb Azərbaycanı dünyaya tanıtmalıdır. O, narahatlıq içərisində yazırdı: “Lakin Allah eləməsin ki, “yox” xəbəri ilə qayıtsınlar! O halda bütün ümidlərimiz, bütün amal və arzumuz məhv və nabud olub da, əvəzində qeyri-qabil təsəlli, bir hüzn və olduqca dərin bir yas və əməl əmələ gəlib, artıq dünya üzündə yaşamaq həvəsindən düşərək və ya yaşasaq da ölü olduğumuzun və ya diri qaldığımızın heç bir fərqi olmaz, çünki hüquqi-siyasi və milliyyəsindən məhrum edilmiş olan bir millətin diriliyi  ölülüyünə bərabərdir”.
Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinə bağlı olmaq, dəyərləndirmək, onu müdafiə etmək prinsiplərini yazılarında əks etdirirdi. 
Ü.Hacıbəyli Azərbaycan istiqlalının bir illiyinə həsr etdiyi məqaləsini “Bir yaş” adlandırırdı. Onun bu yazısında Azərbaycan istiqlalına böyük bağlılıq vardır. Üzeyir bəy  yazırdı: “Bu gün istiqlalını elan etmiş olduğumuz və bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanımanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk Dövlətinin bir yaşı tamam olub da iki yaşa qədəm qoyduğu gündür.
Novzad dövlətimizin təvəllüdü, ana vətənin bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmişdi. Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar həm anasını, həm bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xəşil etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu zəif sinə içinə gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvəti haiz  idi ki, zəif cisim, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi”.
Ü.Hacıbəyli Azərbaycan istiqlalının  mövcud durumunu belə təqdim edirdi: “Biryaşlı dövlətimiz gələcəkdə və yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı və aləmi-mədəniyyətin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda  hər kəsə bildirməkdədir”.
Ü.Hacıbəyli “Azərbaycan” qəzetində o dövrdə Qarabağda baş verən hadisələrlə də bağlı yazılar çap etdirir, bu bölgədə erməni silahlılarının dinc insanlara qarşı törətdikləri vəhşiliklərdən yazırdı. Ü.Hacıbəylinin “Azərbaycan” qəzetində çap edilən “İçimizdəki Denikinlər” məqaləsi də çox əhəmiyyətlidir. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin sərhədlərində dayanan, çar Rusiyasının generalı olmuş Denikin “Bölünməz Rusiya” xülyalarından uzaqlaşa bilmir, yaranmış müstəqil dövlətləri təhdidlər altında saxlamağa çalışırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə ölkə daxilində mane olanları Ü.Hacıbəyli “İçimizdəki Denikinlər” adlandırıb yazırdı: “Bir Denikin var ki, bizi xaricdən təhdid edir. Bir çox denikinlər də var ki, içimizə dolub, ən xətərli yerlərimizdə gizlənib də bizi daxildən qorxudurlar.Heç şübhə edilməsin ki, bu daxili denikinlərimizin qorxusu xarici Denikinin qorxusundan daha böyük və daha xətərlidir. Çünki xarici Denikin göz önündədir, aşkardır. Daxili denikinlər isə içimizdə gizlənmişlər, özlərini göstərmirlər. Gizli düşmənin aşkara düşməndən daha təhlükəli olduğu hər kəsə məlumdur”.
Ü.Hacıbəylinin “Azərbaycan” qəzetindəki son yazısı “Zurna” adlanırdı. Yazı 1920-ci ilin aprelin 25-də qəzetin 82-ci sayında “Çı” imzası ilə çap olundu.
Ü.Hacıbəyli böyük uzaqgörənliklə iki gündən sonra Azərbaycanı işğal edəcək bolşeviklər haqqında yazırdı: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyir! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “usvoloç”(itoğlu-red) deyib, atamıza söyərdilər, mujik və raboçi(fəhlə-red) hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər”.
1920-ci ilin aprelin 27-də Rusiyayanın  XI  işğalçı ordusu Azərbaycan sərhədlərini keçib ölkə ərazisini işğal etdi.
Sovet işğalının ilk illərində Ü.Hacıbəylinin həyatı sakit keçmədi. Bəzi məlumatlarda onun da bolşeviklər tərəfindən güllələnmə ehtimalı  qeyd olunmaqdadır. Üzeyir bəyin  xilasına kömək edən əsas şəxsin onun həyat yoldaşı Məleykə xanımın qardaşı İ.Terequlov olduğu söylənilməkdədir (İ.Terequlov o dövrdə Fövqəladə Komissiyada çalışırdı).
1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra o, mənən qəbul etmədiyi, məcbur olub 28 il yaşadığı sovet dövründə ümumilikdə 90-na qədər (Azərbaycan və rus dillərində) məqalə çap etdirdi.Azərbaycanın işğalına qədər isə onun (1904-cü ildən 1920-ci ilə qədər) 16 il ərzində 600-ə yaxın məqaləsi çap olunmuşdur.
Ü.Hacıbəylinin Sovet dövründə 1 kitabı rus dilində çap edildi: “Azərbaycan xalq musiqisinin əsasları”.
  
Ü.Hacıbəyli sovet dövründə bütün fəaliyyətini Azərbaycan musiqisinin inkişafına həsr etdi. 1920-ci ilə qədər çoxlu sayda musiqi əsərləri bəstələyən Ü.Hacıbəyli yalnız 1937-ci ildə bir opera əsəri − “Koroğlu”nu yazdı.
Ü.Hacıbəyliyə qarşı sovet rejiminin mənfi  münasibəti 1920-ci illərin sonlarında daha sərt oldu.Ona bu  münasibətin yaranmasında qardaşı C.Hacıbəylinin Avropada sovet dövləti əleyhinə çalışmalarının da böyük təsiri vardı.
Ü.Hacıbəyli isə ciddi cəhd göstərməsinə  baxmayaraq qardaşının Azərbaycana qayıtmasına nail ola bilmədi.
Bu mənada onun C.Hacıbəyliyə yazdığı məktublarda təsirli məqamlar çoxdur. Ü.Hacıbəyli bu məktublarında ailə,məişət və dolanışıq problemləri ilə yanaşı, qardaşından nigaranlığını, onun ailəsindən, uşaqlarından ötrü darıxdığını ağrılı bir formada açıqlayırdı.
Ü.Hacıbəyli peşəcə müəllimə olan Məleykə xanım Terequlova ilə ailə həyatı qurmuşdu. Lakin onların 40 illik birgə həyatında övladları olmadı.
Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu M.Ə.Rəsulzadə Ü.Hacıbəyli haqqında yazırdı: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə otoritəsini (nüfuzunu − red.) hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir neçə rəsmi, siyasi vəzifə və ünvanlarla onu “mənimsəmişdir”.
Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (qaynaqları − red.) arasında qalacaq ayrılmaz bir dəyərdir”.

loading...
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
"Artıq Azərbaycan Ordusunun Xankəndi və Şuşaya daxil olacağına əminliyim artır..."
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Müsahibə
"Qızımızın “atam haradadır?” sualına şərəflə “Vətənə xidmətdədir” cavabını verirəm”
Cəmiyyət
“Əslində düşmənin hər bir terrorçu addımı bizə qələbəmizin sədalarından xəbər verir...”
Cəmiyyət
“Ermənilər əslində döyüş meydanında olduğu kimi, musiqidə də qorxaqdırlar...”
Gündəm
“Cümhuriyyət bayramı Türkiyə ilə yanaşı, həm də Azərbaycanın bayramıdır”
Cəmiyyət
İsrail Azərbaycana raket hücumlarına qarşı “Dəmir Qübbə”dən istifadə etməyi təklif etdi

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
Terrorçu ölkə müdafiə naziri Laçının müdafiəsini öz üzərinə götürdü…
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247