Bu gün 18 sentyabr Milli Musiqi Günüdür.
Maraqlıdır, Azərbaycan
musiqisinin bugünkü durumu nə dərəcədə qənaətbəxşdir? XXI əsr Azərbaycan
musiqisində Üzeyir Hacıbəyov dəyərləri lazımınca qorunub saxlanılırmı?
Moderator.az-a açıqlama
verən xalq artisti Mübariz Tağıyev milli musiqimizin hazırkı durumunun qənaətbəxş
olduğunu vurğuladı:
“Hər şeydən öncə qeyd edim
ki, son vaxtlar gənclərimizin musiqi sahəsindəki fəallığını görəndə sevinirəm. Musiqimizin
bütün sahələrində xeyli irəliləyiş var. Dahilərimizin ruhu şad olsun. Hesab edirəm
ki, Üzeyir Hacıbəyovdan qalan dəyərlər bu gün də qorunub saxlanılır və davam
etdirilir.
Istedadlı gənclərimiz
var. Gənc bəstəkarlar arasında da öz istedadı ilə diqqət çəkən xeyli musiqiçi
var. Ən əsas məsələ irsimizi qoruyub saxlamaqdır və zənnimcə, qorunub
saxlanılır. Musiqimiz dünya səviyyəsində təbliğ olunur.
Mən Milli Musiqi Günü ilə
bağlı bütün sənət dostlarımı təbrik edirəm. Sizə də minnətdaram ki, belə bir
gündə məni yada saldınız”.
Seymur ƏLİYEV