Oturuşmayan hökumət və müxalifət - Ermənistanda nə baş verir?
Oxunub: 1164
18 Sep 2020 | 15:45
Oturuşmayan hökumət və müxalifət -  Ermənistanda nə baş verir?
Ermənistanda hakimiyyət və müxalifət hələ də özünü təsdiqləyə bilməyib. Deməli, 2018-ci ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra qurulan yeni rejim özünü demokratik, islahatçı,anti-korrupsioner, qərbyönlü, anti-Rusiya və s. kimi təqdim etməyə çalışdı. Ancaq ötən müddət ərzində iddialarına nail ola bilməyib. 

Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın hələ də azadlıqda olması bunu təsdiqləyir. Ermənistan KİV-in məlumatına əsasən, Koçaryanın əmlakının bir hissəsinə qoyulan həbs götürüləcək. Sarqsyanın kürəkəni və ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan barəsində həbs qətimkan tədbirinin seçilməməsi kimi faktlar Nikol Paşinyan hökumətinin may “inqilabının şüarlarını” yerinə yetirə bilməməsinə aid dəlillərdəndir. 2016-cı ilin aprel döyüşləri ilə bağlı Ermənistan parlamentində aparılan araşdırma da hələlik nəticəsiz qalıb.

Əslində, mövcud hakimiyyət Qərblə Rusiya arasında vurnuxur. Nəticədə hər iki tərəfin hələ də etimadını qazana bilməyib. Rusiya və Qərb blokunun Ermənistana etdikləri isə Paşinyanla bağlı deyil. Bu, onların adıçəkilən ölkədəki maraqlarının təmini üçündür. Bununsa hakimiyyətdə olan siyasi qüvvəyə heç bir aidiyyəti yoxdur.

Nikol Paşinyan hökuməti iqtisadi baxımdan da uğur əldə edə bilməyib. O, bu günlərdə iqtisadi uğurları ilə bağlı statistik göstəriciləri açıqlayıb. Paşinyan bildirib ki, keçi və qoyun ixracatı 256 faiz artıb. Yerli ekspertlər bildirib ki, bu rəqəm manipulyasiya xarakteri daşıyır. Çünki 2019-cu ildə qəbul edilən proqram əsasən belə bir uğuru qısa müddətə əldə etmək mümkün deyil. Bu proqramın gerçəkləşməsi üçün azı 5 il vaxt lazımdır. İndiyədək ölkə iqtisadiyyatına sərmayə cəlb edilməyb. Hökumət binasının qarşısında isə az qala hər gün iqtisadi və sosial tələblərlə iş adamları, tacirlər, kəndlilərin etiraz aksiyaları keçirilir.


Ümumiyyətlə, Nikol Paşinyan hökumətə başçılıq edəndən xaricdəki erməni milyonçular və iş adamları ilə bu istiqamətdə danışıqlar aparır. Ancaq indiyədək bunun heç bir nəticəsi olmayıb. Məsələn,“American International Airports” şirkətinin sahibi, Argentina vətəndaşı Eduardo Ernekyanla danışıqlar nəticəsiz qalıb. Ermənistana sərmayə qoyan kimi görünən “Taşir” şirkətinin sahibi Samvel Karapetyandır. O, daha çox Ermənistanda Rusiyanın tapşırıqlarını icra edənə oxşayır. Xarici sərmayənin cəlb edilməməsi isə hakimiyyətlər, hökumətlər üçün çox pis göstəricidir. Bu, Ermənistanın riskli ölkə olduğunu, siyasi cəhətdən sabit olmadığını, hökumətə isə etimadsızlığı əks etdirir. Koronavirusa qarşı mübarizədə fövqəladə vəziyyəti qanunsuz olaraq uzatmaqla vaxt udmağa, rəqiblərini sıradan çıxarmağa çalışsa da, hələlik buna nail ola bilməyib. Müxalifət sayılan qüvvələr fəaliyyətini davam etdirir. Paşinyan təzyiqlərdən sonra fövqəladə vəziyyəti 2021-ci il yanvarın 11-dək qüvvədə olacaq karantin rejimi ilə əvəzlədi. Fövqəladə vəziyyət rejimi dövründə müxalifətdə olan keçmiş hakimiyyət nümayəndələri ölkənin bütün sahələr üzrə vəziyyətinin acınacaqlı olduğunu bildiriblər.

Son günlər Ermənistanın təhsil, elm, mədəniyyət, turizm və idman naziri Araik Arutyunyanın istefası tələb edilir. Müxalifətdə olan Qaqik Sarukyanın Çiçəklənən Ermənistan və eyniadlı parlament fraksiyası ötən günlərdə bu istiqamətdə aksiya keçiriblər. Ermənistan Gündəliyi Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə Nazirlər Kabinetinin binası qarşısında keçirilən etiraz aksiyasında Nikol Paşinyan hökumətinin tam tərkibdə istefası tələb edilib, yeni milli razılıq hökumətinin qurulması ideyası irəli sürülüb. Araik Arutyunyan istefa verməyə hazır olduğunu bildirməklə yanaşı, Sarukyanın keçmişindən də bəzi detalları xatırladıb. O bildirib ki, 1979-cu ildə erməni milyonçu, siyasəti, deputat Sarukyan qrup şəklində zorlamada iştirak edib.

Nikol Paşinyan da nazirə dəstək olaraq bu barədə “Facebook” səhifəsində bunları yazıb: “Təhsil naziri ilə razılaşmamaq olmur: əvvəlcə bir əcnəbi qadını kilsəni göstərməyə dəvət edirsən. Bundan sonra çavuş işləyərkən həmin qonaq qadını qarət edir, qrup şəklində zorlayırsan. Bütün bunlardan sonra millət adından milli dəyər və maraqların təmin olunmasından danışırsan”. Qeyd edək ki, Ermənistan müxalifətinin lideri, milyonçu deputat Qaqik Sarukyan 1979-cu ildə qrup şəklində zorlamaya görə mühakimə edilib. 22 ildən, SSRİ dağıldıqdan sonra məhkəmə ona bəraət qazandırıb. Faktiki müxalifət lideri, Sarukyanın Paşinyana cavabı gecikməyib. O, Ermənistanın baş nazirini nəzərdə tutaraq bildirib: “Ciddi psixoloji problemlərdən əziyyət çəkən şəxslərin ali dövlət vəzifələri tutmamasının Konstitusiyada təsbit edilməsinin vaxtı çatıb”. Sarukyan deyib ki, belə şəxslər dövlətin və vətəndaşların təhlükəsizliyini ciddi təhdid edirlər.

Hər halda 2,5 ildən sonra Ermənistanda hökumət oturuşmayıb. Başqa sözlə, yeni siyasi qüvvələrin həm yönü, həm də istəyi hələ də müəmmaldır. Bu qüvvələr hakimiyyət dəyişikiyindən əvvəl Rusiyanın kölgəsini qamçılayır, Qərbə sədaqətli olduqlarını nümayiş etdirməyə çalışırdılar. İndi isə Kremlə yarınmaq üçün dəridən-qabıqdan çıxırlar. Bəlli siyasi mövqeyin olmaması da indiki hakimiyyət, hökumət üçün beynəlxalq aləmdə problem yaradıb.


Ermənistanda müxalifət də birmənalı olaraq formalaşmayıb. Ermənistanda müxalifət kimdir? Revanşist Koçaryan? Onun tutduğu mövqe və fəaliyyəti bəlli olduğu üçün sabiq prezidentin ətrafında müxalifətin formalaşması təhlükəli və Ermənistanın inkişafı üçün xeyirsizdir. Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyası da müxalifət olmağa iddia edir. Ancaq onlar da keçmiş iqtidar partiyası kimi əllərini çoxdan oxudub. Sarqsyanın dəstəsi də Koçaryanınkından fərqlənmir. Bu baxımdan ehtimal etmək olar ki, onların ətrafında yaradılacaq müxalifət daha çox qisasçılıq edəcək. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın başçısı olduğu Vətən Partiyasının da müxalifətə liderlik etmək iddiası var. Onun Rusiyayönlü olduğu sirr deyil. Əvvəllər Paşinyan komandasında təmsil olunduğu və sonra “üçüncü ölkəyə casusluq etməkdə şübhəli bilinərək” istefaya göndərilməsi onun birmənalı şəkildə müxalifət düşərgəsində lider kimi qəbul edilməsini çətinləşdirir. Kommunistlər və başqa Rusiyayönlü partiyaların, ictimai birliklərin müxalifətə liderlik etmək şansı da çox azdır, yaxud heç yoxdur.

Ermənistan parlamentində iki müxalifət partiyası var: İşıqlı Emənistan və Çiçəklənən Ermənistan. Birinci qərbyönlü sayıldığından daha çox indiki hökumət üçün yedək sayılır. İkincisi isə 2018-ci ilin may hadisələrində Paşinyana dəstək verdi. Sarukyan Sarqsyanın istefası tələbinə əvvəlcə qoşulmadı. Ancaq bir müddət sonra Sarqsyanın sərt çıxışı onun şəxsi biznesinə toxunduğu üçün istefa hərəkatına qoşuldu. O, indi rayon və şəhərləri gəzərək görüşlər keçirir, Nikol Paşinyan hökumətinin əleyhinə çıxışlar edir, bu kabineti Ermənistanı faciəvi vəziyyətə salmaqda günahlandırır. O, Nikol Paşinyan hökumətinin istefasını tələb edir. Əslində, bunu Sarukyanın Rusiyanı inandırmaq üçün ikinci cəhdi kimi də qiymətləndirirlər. Ancaq Kremlin adamı sayılan Serj Sarqsyanın istefası hərəkatını Sarukyanın dəstəkləməsini Moskva yəqin ki unutmayıb. O, bu addımı ilə etibarını itirib. Son günlər zorlama faktı ilə bağlı cinayət işinin yada salınması Sarukyanın nüfuzuna çox mənfi təsir edəcək. Onun bu cinayətdə əli olması doğruluğunu Rusiya da yaxşı bilir. Belə çirkli ömür yolu ilə Sarukyan müxalifət lideri rolu üçün Moskvaya göydəndüşmə ola bilərdi. Ancaq Sarqsyana “xəyanəti” onu ikinci plana keçirə bilər. Sarukyan bu “ləkəni” təmizləmək, Rusiyaya yararlı olacağını sübut etməkdən ötrü daha çox canfəşanlıq edir. Bu zaman hökumət əlində olan resurslarla onun yamaqlı yerlərini açıb göstərir. Elə zorlama faktı ilə bağlı cinayət işi də bu yamaqlardandır.


Beləliklə, Ermənistanda yolu, mövqeyi hələ də bəlli olmayan hökumət var. İqtidardakı belə siyasi qüvvə ilə əməkdaşlıq başqa dövlətlər üçün çox riskli sayılır. Heç müxalifət də hökumətdən seçilmir. Onun da çoxsaylı problemləri var. Bu düşərgədə isə birmənalı qəbul ediləcək lider yoxdur. Ona görə də Ermənistanın belə tezliklə demokratikləşməsi, yaxud bu istiqamətdə uğur qazanacağı az inandırıcıdır. Yaranmış vəziyyəti belə xarakterizə etmək olar: belə psixi cəhətdən anormal baş nazirin hökumətinə, zorlamada iştirak etmiş milyonçu siyasətçi müxalif olar, yaxud Ermənistanda “axsaq ata kor at nalbəndilik edir”.(Report)
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır