Xəbər lenti
30/10/2020 [14:38]:
"O vaxt Qarabağı ermənilərə Qorbaçov arvadı Raisanın təhriki ilə verirdi..."
30/10/2020 [14:38]:
Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb
30/10/2020 [14:35]:
"Ermənistan rəhbərliyinin Azərbaycana qarşı hərbi cinayətlər törətməsi tam təsbit olunub"
30/10/2020 [14:32]:
“Ermənilər məğlub olduqlarına görə ağıllarını itiriblər”
30/10/2020 [14:27]:
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA - CANLI YAYIM
30/10/2020 [14:27]:
İşğalçıya cəhənnəm yaşadan Bayraktardan paylaşım: "Yeni mühərrik əlavə güc verəcək"
30/10/2020 [14:24]:
Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO
30/10/2020 [14:22]:
Müəllimlərin işə qəbulu qeyri-müəyyən müddətədək uzadıldı
30/10/2020 [14:16]:
BDU-da Qarabağ ruhu...
30/10/2020 [14:14]:
Erməni xəstəliyi, erməni terroru...
30/10/2020 [14:09]:
Polis 21 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTOLAR
30/10/2020 [14:02]:
“Əgər karantin rejiminin sərtləşdirilməsini istəmiriksə...” - TƏBİB-dən AÇIQLAMA
30/10/2020 [14:01]:
Ləğv olunmuş bankların müştərilərinə 550 milyon manat ödəniş edilib
30/10/2020 [13:56]:
Bakının Xəzər rayonundakı H.Z.Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub
30/10/2020 [13:53]:
Daha dörd rayonda 22 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verildi - FOTO
30/10/2020 [13:50]:
Azərbaycanın baş pediatrı vəzifəsindən azad olunub
30/10/2020 [13:49]:
Jurnalistə yeni vəzifə verildi
30/10/2020 [13:46]:
21 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
30/10/2020 [13:43]:
Prezidentin fərmanı - Qarabağda başlayan quruculuq işləri
30/10/2020 [13:20]:
“Amazon”un xalis mənfəəti 3 dəfə artıb
30/10/2020 [13:19]:
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
30/10/2020 [13:13]:
“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”
30/10/2020 [13:09]:
“Azərbaycan bu davada onu yarı yolda durdurmaq istəyən qüvvələri fakt qarşısında qoyacaq”
30/10/2020 [13:01]:
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər - FOTO
30/10/2020 [12:59]:
UFC rəhbəri: "Həbib döyüş meydanına qayıdacaq!"
30/10/2020 [12:53]:
“Laçın “dəhlizi”ndə sülhməramlıların yerləşdirilməsinə izn vermək olmaz...”
30/10/2020 [12:49]:
Azərbaycanın axtardığı məşhur təxribatçı yenidən Qarabağa GƏLDİ
30/10/2020 [12:45]:
Prezident kimi 5-ci dəfə and içdi
30/10/2020 [12:40]:
"Formula 1" komandası iki pilotu ilə müqaviləni yenilədi
30/10/2020 [12:38]:
Sabiq maliyyə naziri: “Ölkəmizin 3-4 il müharibə aparmaq imkanı var”
30/10/2020 [12:16]:
Vətən Müharibəsinin ilk qadın şəhidinin anası: “Dedi, mənə bir şey olsa, uşaqlarım sənə əmanət” - VİDEO
30/10/2020 [12:14]:
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ
30/10/2020 [12:12]:
Nazir: "Sonda detallı qiymətləndirmənin keçirilməsi planlaşdırılır"
30/10/2020 [12:09]:
Mərkəzi Elmi Kitabxananın yeni layihəsi: “Qarabağ Azərbaycandır!”
30/10/2020 [12:05]:
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”
30/10/2020 [12:05]:
Daha bir “dondurulmuş” münaqişə “qaynar” fazaya keçir: 2 ölü, 5 yaralı
30/10/2020 [12:03]:
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq - VİDEO
30/10/2020 [12:02]:
DİM prezident təqaüdünə layiq görülən tələbələrlə bağlı məlumat yaydı
30/10/2020 [11:55]:
Nazir: “Mənim də qızım bu il birinci sinifə gedir, elə bilir ki...”
30/10/2020 [11:54]:
Sosial media nəhənglərinin gəliri artıb
30/10/2020 [11:51]:
Bölgələrdə 100 məktəbə fiber optik internet çəkiləcək
30/10/2020 [11:50]:
Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb
30/10/2020 [11:47]:
AMB uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:45]:
Təhsil naziri: "Builki tədris ilinin uzaldılması nəzərdə tutulmur"
30/10/2020 [11:42]:
Nazir: “Repetirorluq sahəsində qadağa nəzərdə tutulmur”
30/10/2020 [11:34]:
Şagirdlər üçün VPN-siz işləyən platformalar tətbiq olunacaq - RƏSMİ
30/10/2020 [11:33]:
Azərbaycanda ATM və POS terminallardan istifadə artıb
30/10/2020 [11:32]:
Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur
30/10/2020 [11:28]:
İş adamı Dövlət Sərhəd Xidmətinə "Hummer" hədiyyə etdi - FOTOLAR
30/10/2020 [11:25]:
Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib
30/10/2020 [11:23]:
Müdafiə Nazirliyi: “Azərbaycan tərəfinin hücum cəhdi olmayıb”
30/10/2020 [11:17]:
"Qələbə xəbərini Vaqif müəllimin də məzarı başında ona çatdıracam”
30/10/2020 [11:13]:
Azərbaycan hərbçisi: “Düşmən bizim qarşımızda dayana bilmir” - VİDEO
30/10/2020 [11:13]:
“İndi İlham Əliyev kimi Ali Baş Komandanın yanında mən çox rahatam...”
30/10/2020 [11:12]:
Təhsil naziri: "Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib"
30/10/2020 [11:11]:
Mülki bölgələrə raket zərbələrinin endirilməsi ilə bağlı məsələ AŞPA komitəsinin gündəliyinə salınıb
30/10/2020 [10:53]:
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
30/10/2020 [10:46]:
“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırıb
30/10/2020 [10:43]:
Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edildi - RƏSMİ
30/10/2020 [10:29]:
“Xalqımız işğaldakı torpaqları son qarışına qədər azad etməkdə qərarlıdır”
30/10/2020 [10:27]:
1982-ci il 29 iyulda Heydər Əliyev Şuşada olub, 38 il sonra İlham Əliyev prezident kimi gedəcək bu şəhərə...
30/10/2020 [10:24]:
“Azərbaycana Qarabağ məsələsində heç bir təzyiq mümkün deyil, ona görə ki...”
30/10/2020 [10:16]:
“Əgər bunu etməsəydik, təyyarə və PUA-larımız belə rahatlıqla hərəkət edə bilməzdi”
30/10/2020 [10:13]:
Bərdəni atəşə tutan "Smerç" məhv edildi - VİDEO
30/10/2020 [10:11]:
Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib - FOTOLAR
30/10/2020 [10:09]:
“XII-XV əsrlər Ön Asiya və Qafqazın tarixi-etnoqrafik məsələlərinə baxış” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək
30/10/2020 [09:57]:
Düşmən səhər saatlarından yaşayış məntəqələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
30/10/2020 [09:55]:
Qatarın 25 vaqonu relsdən çıxdı - ANBAAN VİDEO
30/10/2020 [09:52]:
Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir
30/10/2020 [08:23]:
Döyüşlər cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - RƏSMİ
30/10/2020 [08:15]:
"Azərbaycan ordusu bu cinayətkarın Ermənistana qaçmasına yol verməməlidir..."
30/10/2020 [08:06]:
Astronomlar Yer kürəsi boyda yeni planet aşkarladılar
30/10/2020 [08:00]:
Ağ Ev müharibədə Ermənistanın  daha çox itki verdiyini bəyan etdi...
30/10/2020 [07:44]:
Paşinyan Xankəndinə Azərbaycan bayrağı sancılmamış Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...
30/10/2020 [07:13]:
Fransada Makron hökumətinə qarşı kütləvi etirazlar başladı...
30/10/2020 [06:38]:
Separatçı rejim döyüşlərin Şuşanın cənubunda getdiyi haqda xəbər yaydı...
30/10/2020 [01:02]:
Niderland Parlamentinin deputatına erməni vəhşiliyi barədə məlumat verilib
30/10/2020 [00:39]:
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
29/10/2020 [23:58]:
"Qarabağ" "Vilyarreal"a uduzdu
29/10/2020 [23:37]:
“Qarabağ” – “Vilyareal” matçında ardıcıl qollar - YENİLƏNİR
Bütün arxiv bir sırada
18/09/2020 [16:37] - Cəmiyyət - ( 4507 dəfə baxılıb)

Terrorçuların Qarabağa yolunu kəsməyin tək yolu: HƏRBİ ZƏRBƏLƏR...



Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin ata evi Livan ermənisinə verilib; Azərbaycan ərazilərinə “erməni köçü”nü təşkil edən Ermənistan hakimiyyəti  yenə də “sülh yolu ilə həll” və “yalnız qarşılıqlı güzəştlər”dən danışmağa başladı

Ermənistan Livan ermənilərinin işğal altındakı Qarabağ ərazilərinə köçürülməsini reklam etməklə ciddi yanlışlıqlara yol verdiyini, deyəsən, anlamaqdadır. Hər halda, son günlər bununla bağlı rəsmi xəbərlərin nisbətən arxa plana keçirilməsi belə ehtimalı söyləməyə əsas yaradır.

Azərbaycanın rəsmi və qeyri-rəsmi dairələrinin Suriya və Livan ermənilərinin Qarabağa köçürülməsinin beynəlxalq qanunlara zidd olduğu, müharibə cinayətinə yol verildiyi barədə kəskin mövqelərinə dünyanın aparıcı təsisatlarından hələlik hər hansı bir reaksiya gəlməsə də, işğalçı ölkənin davranışlarına kiminsə bəraət qazandırması mümkünsüzdür. Nikol Paşinyan hökuməti erməni diasporunun dəstəyini qazanmaq və hakimiyyətinin ömrünü uzatmaqdan ötrü Beyrut partlayışında zərərçəkən ermənilərə dəstək vermək qərarı versə də, koronavirus və iqtisadi problemlərin əlində əsir vəziyyətində qalan Ermənistanın bu məsələdə ciddi imkanlara malik olmadığı bəllidir. Artıq heç kəs şübhə etmir ki, mülki əhali adı ilə Qarabağa köçürülənlər muzdlu döyüşçülər və terrorçu qruplaşmaların üzvləridir. Artıq Türkiyə mətbuatı da Azərbaycanın işğal olunmuş ərazilərinə PKK-çıların köçürüldüyünü yazıb. Çox güman ki, səs-küyə səbəb olan bu köçürülmənin davamı sakit şəkildə həyata keçiriləcək. Çünki məsələ artıq Ankara və Bakı tərəfindən ciddi şəkildə təqib olunmaqdadır və hər an antiterror əməliyyatlarına start verilə bilər.

Belə məkrli siyasətlə məşğul olan Ermənistan rəhbərliyi növbəti dəfə güzəştli sülhdən bəhs etməyə başlayıb. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan son açıqlamalarında elə danışıb ki, sanki terrorçu və işğalçı ölkənin rəsmisi deyil. “Cənubi Qafqazda təhlükəsizliyə təhdidlərimiz var. Biz sadə olmayan danışıqlar prosesinə qatılmışıq. Biz danışıqların yalnız sülh yolu ilə həllinə, yalnız qarşılıqlı güzəştlər əsasında həllinə təkid edirik. Mövqe və maraqların bərabərsizliyi əsasında həll variantı yoxdur” - deyə, Mnatsakanyan Misir televiziyasına açıqlamasında deyib.

İkiüzlü nazirin dediklərinə Bakıdan reaksiyalar isə gecikməyib. “Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirdəki bəyanatı təxribat xarakterli bəyanat kimi qiymətləndiriməlidir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov BMTM və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı tədbirdə çıxışında deyib. Nazir müavini bildirib ki, bu cür çıxışlar Ermənistanın bütün bölgəyə və xüsusilə də Türkiyəyə qarşı təcavüzkar siyasətinin məntiqi davamıdır: “Ermənistan hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalar edir. Nazir Mnatsakanyanın Misirdəki çıxışı da növbəti qarayaxmadır. Ermənistan bu cür addımlarla özünün təcavüzkar siyasətini ört-basdır etmək niyyəti güdür”. Nazir müavini Xələfov bildirib ki, Ermənistan təcavüzkar ölkə olaraq Azərbaycan torpaqlarını işğal edib və bu ölkə hər zaman sülh danışıqlarında substantiv addımların atılması tələb olunanda təxribat və hücumlar edir, sülh üçün münbit şəraiti pozur: “Ermənistanın siyasəti qonşulara qarşı ərazi iddialarına əsaslanan təcavüzkar siyasətdir. Onlar Gürcüstana, Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər”. X.Xələfov deyib ki, Ermənistan rəsmilərinin bu cür bəyanatlarına  qulaq asan ölkələr bu ölkənin təcavüzkar olduğunu  yaxşı bilir. O qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq xarici siyasətdə nüfuzu yüksəkdir: “Ermənistan müstəqil deyil, digər üçüncü ölkələrin maraq və xarici siyasət alətidir. Ermənistan ona deyilən məsələləri, üzərinə qoyulan vəzifələri yerinə yetirmək üçün bu cür bəyanatlar edir. Azərbaycan öz torpaqlarını azad edəcək. Biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına, bir qarış torpağımızın  ilhaq olunmasına imkan vermərik.  Bu, sadəcə, Ermənistanın xülyasıdır, onlar xəyali prioritetlər qururlar". Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan hərbi təhlükəsizlik siyasətini gücləndirib, müdafiə qabiliyyətini inkişaf etdirib və bütün bunların məntiqi nəticəsinə nail olacaq.

Danışıqları “yeganə həll yolu” sayan Ermənistanın məkrli və həyasız siyasət yürütdüyünü təsdiq edən bir fakta diqqət çəkək. Təsəvvür edin, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri davamlı olaraq Qarabağ erməniləri ilə birgə yaşamağın mümkünlüyü barədə mövqe ifadə edir, Ermənistan rəhbərliyi isə Livan ermənilərini... icma rəhbərinin evinə köçürməklə buna “cavab” verir. Təbii ki, bu, təsadüfi deyil.

“Son günlər Livan ermənilərinin Şuşaya köçürülməsi həyata keçirilir. Mən öz yaşadığımız evə ermənilərin köçürüldüyünü gördüm və bu, məni çox məyus etdi”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında deputat, Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib. Modern.az-ın xəbərinə görə, deputat qeyd edib ki, Livandakı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq cinayətdir. Tural Gəncəliyevin sözlərinə görə, digər tərəfdən, biz beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin sayını artırmalıyıq: “Biz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birgə bu görüşləri, əməkdaşlığı genişləndirməliyik”.

Təbii ki, bütün bu qanunsuzluqlara son qoymaq lazımdır. Ancaq necə? Danışıqlar yalnız Ermənistanın əlinə işləyir. Düşmən status-kvonu qorumaqla ərazilərdə möhkəmlənməyə, erməni əhalinin sayını süni şəkildə artırmağa, sonda Azərbaycanı “fakt qarşısında” qoymağa çalışır.

Politoloq Məhəmməd Əsədullazadə də “Yeni Müsavat”a bildirdi ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə məskunlaşma siyasəti aparmaqla, münaqişənin həlli istiqamətində bütün sülh təşəbbüslərini və danışıqları pozmaqda davam edir: “Bu ölkə bununla sübut edir ki, diplomatik danışıqlar yolu ilə ərazilərin qaytarılmasına getməyəcək. Biz indiyə qədər aparılan danışıqların məntiqli davamında işğalçı ölkənin sabotajlığını görmüşük. İlk növbədə Nikol Paşinyan Qarabağda demoqrafiq vəziyyəti dəyişmək üçün belə bir planı həyata keçirir, həmçinin burada qanunsuz hərbi bölmələr və terrorçu qruplar yaradır. Livanda məlum partlayışdan sonra erməni ailələrinin köçürülməsi adı ilə başlanan bu prosedur ilk növbədə Azərbaycana qarı hərbi və işğalçı fəaliyyətin davam etdirilməsinə hesablanıb”. M.Əsədullazadə qeyd etdi ki, Suriyadan köçürülən ermənilər də Suriyada Türkiyəyə qarşı yaradılan Ozanyan terror qruplaşmasının məhz Qarabağda bir bölməsini təsis ediblər: “Livan erməniləri ASALA-nin yeni bir qolunu yaradır. Çünki köçürülən ailələrin işlə təmini mümkünsüz olduğu üçün İrəvan belə terror təşkilatları yaratmaqla, onları ”işlə" təmin etmiş olur, həm də bu ərazilərdə məskunlaşmanın olduğunu göstərir. Azərbaycan öz ərazisində terror yuvalarına imkan verməməlidir".

Politoloq hesab edir Livandan gələn ermənilər burada çox qalmayacaq: “Azərbaycanın kəskin və lokal hücumu olarsa, buraya köçürülən ailələr hamısı bölgəni tərk edəcəklər. Buna baxmayaraq, hazırkı mərhələdə Ermənistanın bu siyasəti beynəlxalq Cenevrə Konvensiyasına, həmçinin Ermənistan konstitusiyasına ziddir. Çünki, işğal olunmuş ərazilərdə öz əhalisini yerləşdirməyi erməni qanunları yasaq edir. Belə olan təqdirdə Paşinyan ölkə konstitusiyasını pozmuş olur. Hesab edirəm ki, Ermənistan rəhbərliyi bu avantüraya getməklə, Azərbaycana qarşı kompromissiz olduğunu və bu əraziləri anneksiya edəcəyi mesajını verir. İrəvanın bu siyasətinə qarşı Minsk Qrupunun susqunluq nümayiş etdirməsi, Azərbaycanın müraciətinə baxmayaraq, yenə də ikili standartlara üstünlük verməsi, ilkin şərt olmadan danışıqlara başlanmasını bəyan edir. Hesab edirəm ki, Azərbaycan ilkin şərt kimi ərazilərdə məskunlaşmanı dayandırmaq şərti ilə danışıqlara hazır olduğunu qeyd etməlidir. İndiki şərtlər altında danışıqlara getmək əleyhimizədir və Ermənistanın bu məskunlaşma siyasəti ilə barışmaq deməkdir. Ona görə də qəti və kəskin mövqe ortaya qoymalı, ondan sonra danışıqlara razılıq verməlidir. Hazırkı situasiya bunu tələb edir”. M.Əsədullazdə əmindir ki, Türkiyə də bu məsələdə Azərbaycanın yanındadır: “Rəsmi Bakının siyasi kursu yalnız bu tələbə əsaslanmalıdır. Yoxsa belə şərtlərlə danışıqlarda müsbət nəticə olmayacaq, Ermənistan eyni avantüranı davam etdirəcək. İşğalçı ölkə maneəyə rast gələrsə, həmçinin təhlükəsizlik kövrək olarsa, əhali bura köçməkdən imtina edər. Azərbaycanın əlində bu imkanlar var. Elə bir hərbi lokal zərbələr endirilməlidir ki, Ermənistan tərəfi qəti şəkildə belə məskunlaşmaya getməsin, əhalidə gəlməkdən imtina etsin. Bu, Azərbaycanın tam haqqıdır və öz ərazilərində məskunlaşma siyasətinin qarşısını almış olar”. Ekspert hesab edir ki, Rusiya faktoruna görə çəkinməməliyik: “Çünki Türkiyə faktoru var. Danışıqlar yolu ilə beynəlxalq təşkilatlara müraciət etmək yalnız vaxt öldürməkdir. Danışıqların davamı Ermənistanı tam arxayınlaşdırır. Məsələnin həll yolu yalnız hərbi zərbələrdir və bundan qəti çəkinmək lazım deyil. İşğal olunmuş ərazilərin içərilərinə artilleriya ilə vurmaq və bu məskunlaşmanı dayandırmaq lazımdır”.

Bu arada işğal olunmuş ərazilərimizlə bağlı xüsusi qanunun qəbul olunmasına ehtiyac olduğu barədə növbəti dəfə təşəbbüs qaldırılıb.  Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında deputat Elman Nəsirov deyib. Deputat qeyd edib ki, bir çox beynəlxalq şirkətlərin bu ərazilərdə fəaliyyət göstərməsi artıq məlumdur: “Ancaq bu sahədə xüsusi qanun olmadığından biz müdaxilə edə bilmirik. İndiki məqamda bu qanunun qəbuluna ehtiyac var”.

Təbii ki, sözügedən qanun da ermənilərin məkrli planlarının qarşısını tam şəkildə almayacaq. Ancaq istənilən halda, belə bir qanunun qəbulu bir çoxları üçün çəkindirici amil olar. Getdikcə hər kəs əmin olur ki, “donuzu darıdan çıxartmağın” tək yolu var. Əks halda, Qarabağı başdan-ayağa  “donuz ferması”na çevirəcəklər-Suriya, Livandan gətirilən terrorçuların hesabına...(musavat.com)

loading...
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
"Artıq Azərbaycan Ordusunun Xankəndi və Şuşaya daxil olacağına əminliyim artır..."
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”
Siyasət
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”
Hadisə
Bərdəni atəşə tutan "Smerç" məhv edildi - VİDEO
Cəmiyyət
“Əslində düşmənin hər bir terrorçu addımı bizə qələbəmizin sədalarından xəbər verir...”
Cəmiyyət
“Ermənilər əslində döyüş meydanında olduğu kimi, musiqidə də qorxaqdırlar...”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
Terrorçu ölkə müdafiə naziri Laçının müdafiəsini öz üzərinə götürdü…
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247