Xəbər lenti
23/10/2020 [00:04]:
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
22/10/2020 [23:10]:
Yəhudi əsilli əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəyəm” - VİDEO
22/10/2020 [22:52]:
Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb - FOTO
22/10/2020 [22:50]:
TBMM sədri: “İki dövlət, tək millət” sadəcə bir şüar deyil”
22/10/2020 [22:40]:
"Azərbaycanın əhəmiyyətli bir hissəsinin itirildiyi belə bir vəziyyət əbədi davam edə bilməz"
22/10/2020 [22:30]:
"Belə partnyorla işləmək sadəcə xoş deyil, həm də etibarlıdır” - Putin Ərdoğanı təriflədi...
22/10/2020 [21:56]:
"Həmin danışıqlarda masada rəhbəri olduğum İrəvan Türk Cümhuriyyəti də olmalıdır"
22/10/2020 [21:36]:
"Ermənilərin Xocalıda, doğma kəndim Ağdabanda törətdikləri cinayətin cavabı verilir"
22/10/2020 [21:30]:
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib - FOTOLAR
22/10/2020 [21:01]:
Prezident Aparatının rəhbəri ailəsi ilə birgə koronavirusa yoluxdu
22/10/2020 [20:56]:
Mehriban Əliyeva: "Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır"
22/10/2020 [20:52]:
Ərdoğan Ruhani ilə Qarabağ məsələsini müzakirə etdi
22/10/2020 [20:41]:
"Bu torpaqların həqiqi sahibləri-1 milyon məcburi köçkün evlərinə qayıdacaq..."
22/10/2020 [20:34]:
“Rusiya təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malikdir” - Putin
22/10/2020 [20:32]:
İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri... - FOTOLAR
22/10/2020 [20:32]:
Prezident Aparatının rəhbəri ailəsi ilə birgə koronavirusa yoluxdu
22/10/2020 [20:31]:
Hərbi attaşelər rayonlarımızın raket atəşinə tutulması barədə məlumatlandırıldı
22/10/2020 [19:58]:
Ədliyyə naziri Özbəkistan səfiri ilə Ermənistanın müharibə cinayətləri barədə danışıb
22/10/2020 [19:58]:
Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - VİDEO
22/10/2020 [19:53]:
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb
22/10/2020 [19:49]:
"Cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir"
22/10/2020 [19:48]:
İmmunitetinizdə problem olduğunu göstərən 6 əlamət
22/10/2020 [19:41]:
Ərdoğan və Ruhani telefonla danışdı
22/10/2020 [19:19]:
İşğaldan azad edilmiş Ağbənddə Azərbaycan bayrağı qaldırılıb - VİDEO
22/10/2020 [19:16]:
Qəbələ-İsmayıllı sərhədində zəlzələ olub
22/10/2020 [19:14]:
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer BARƏDƏ...
22/10/2020 [18:57]:
“Nar”dan koronavirusla mübarizə aparan həkimlərə növbəti rabitə dəstəyi
22/10/2020 [18:44]:
"Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü" - Ali Baş Komandan
22/10/2020 [18:42]:
Təkcə Paşinyan yox, bütün erməni xalqı “xəstədir”...
22/10/2020 [18:41]:
Zəngilanın daha 1 qəsəbəsi və 13 kəndi işğaldan azad edildi...
22/10/2020 [18:37]:
Zaxarova: "Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktiv vasitəçilik səylərini davam etdirir"
22/10/2020 [18:36]:
Prezident Füzuli və Cəbrayılın daha 7 kəndinin işğaldan azad olunmasından yazdı - FOTO
22/10/2020 [18:32]:
Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu
22/10/2020 [18:22]:
"Ermənilik simasızlıq, buna qulluq edən ermənilər isə etibarsızdır..."
22/10/2020 [18:22]:
“İrəvan qoşun, muzdlu və terrorçuları Azərbaycan torpaqlarından çıxarmalıdır”
22/10/2020 [18:20]:
“Rusiya ordusunun Qarabağda istifadəsi planlaşdırılmır”
22/10/2020 [18:01]:
Kürdəmirə atılan raketlə bağlı ANAMA-dan açıqlama
22/10/2020 [17:59]:
Düşmən daha 40 itkisini açıqladı - SİYAHI
22/10/2020 [17:48]:
Azərbaycanlı nazir İran səfiri ilə Xüdafərin körpüsünü müzakirə etdi
22/10/2020 [17:46]:
Səfərbərlik Xidməti hərbi çağırışla bağlı MƏLUMAT YAYDI
22/10/2020 [17:39]:
Ovacağıq Şuşada düşmənlərin burnunu, erməni kimdi türkün sındıra qürurunu?!
22/10/2020 [17:35]:
ADNSU-nun xarici tərəfdaşları Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəni dəstəkləyir
22/10/2020 [17:32]:
Cəbhədəki əsgərlər COVID-19-la bağlı əhaliyə çağırış etdi
22/10/2020 [17:30]:
Köçkünlərə 40 ton ərzaq yardımı göndərilib - FOTOLAR
22/10/2020 [17:27]:
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
22/10/2020 [17:24]:
Sən it südü içibsən, itin belindən gələn...
22/10/2020 [17:16]:
Professorun “Təhsilə yeni baxış” tezisləri müzakirə olunub
22/10/2020 [17:12]:
Ermənilər “Çukur”un məşhur aktyorunu da Qarabağda “öldürdü” - FOTO
22/10/2020 [17:09]:
Üçüncü ölkənin Qarabağ münaqişəsinin nizamlanmasına cəlb olunması Azərbaycan və Ermənistanın razılığından asılıdır - Peskov
22/10/2020 [17:07]:
Baş Prokuror: “Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır”
22/10/2020 [17:04]:
Azay Quliyev: “Siyəzən, Qəbələ, Kürdəmirə raket atılması Paşinyan siyasətinin davamıdır”
22/10/2020 [17:01]:
Zəngilanlı aparıcı rayonun azad olunma xəbərini oxuyarkən ağladı- FOTOLAR
22/10/2020 [16:49]:
Prezident internetə qoyulan məhdudiyyətdən DANIŞDI
22/10/2020 [16:42]:
Artilleriyamız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirdi - VİDEO
22/10/2020 [16:30]:
Nazirlər Kabineti erməni təxribatlarını BMT rəsmiləri ilə müzakirə etdi
22/10/2020 [16:20]:
Döyüşün gedişatını dəyişən PUA-lar: “Gör və məhv et” düşmənin canına qorxu salır - FOTO
22/10/2020 [15:59]:
Prezident: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq, heç vaxt”
22/10/2020 [15:55]:
Azərbaycan XİN: Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır
22/10/2020 [15:54]:
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
22/10/2020 [15:51]:
Prezident: "Əgər bizim əlavə döyüşçüyə ehtiyacımız olsa, səfərbərlik elan edərik"
22/10/2020 [15:45]:
“Biz qələbə çalacağıq, vətən sağ olsun...”- Şəhid atası...
22/10/2020 [15:44]:
“Azərbaycan ordusu hücumu dayandırmasa, Laçın dəhlizinə girəcək...” - Ekspert
22/10/2020 [15:21]:
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
22/10/2020 [15:12]:
“Kaş belə olaydı” dediklərimiz: Azərbaycanı sarsıdan görüntülərə bir də belə baxın - FOTO
22/10/2020 [14:56]:
Azərbaycanda koronavirusa yoluxmada yeni rekord qeydə alındı: Altı nəfər öldü - FOTO
22/10/2020 [14:55]:
Laçınlı xanım Makrona AÇIQ MƏKTUB yazdı: “Sizi İlham Əliyevlə Ərdoğanın yanında olmağa dəvət edirəm”
22/10/2020 [14:34]:
İlham Əliyev: "Bizə hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik"
22/10/2020 [14:33]:
Prezident İlham Əliyev Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşündən gözləntilərini açıqlayıb
22/10/2020 [14:30]:
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib - YENİLƏNİB
22/10/2020 [14:07]:
Azərbaycanda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
22/10/2020 [14:01]:
Erməni əsgərlərin “Bayraktar” qorxusu - VİDEO
22/10/2020 [13:58]:
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb
22/10/2020 [13:52]:
Ermənistan mətbuatı Sərdar Ortacı Qarabağda “öldürdü”
22/10/2020 [13:50]:
Bibiheybət mayakı bizim hərb tarixinin ayrılmaz hissəsidir
22/10/2020 [13:44]:
Düşmənin Siyəzənə atdığı raketlərin qalıqları dənizə düşdü
22/10/2020 [13:30]:
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
22/10/2020 [13:16]:
Vəng kəndinin Çinarlı adlandırılması layihəsi MM-in plenar iclasına tövsiyə edilib
22/10/2020 [13:12]:
ADAU-nun fəxri doktoru: Mixaylonun qəhrəmanlığını heç vaxt unutmayacağıq
22/10/2020 [13:08]:
Ermənistana məxsus daha bir PUA Naxçıvan ərazisində məhv edilib
22/10/2020 [13:05]:
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir
Bütün arxiv bir sırada
18/09/2020 [22:51] - Cəmiyyət - ( 996 dəfə baxılıb)

Qarabağa terrorçu köçü – torpaqlarımız işğalçılar kimi onlara da məzar olacaq!



Bütöv bir ölkənin siyasi intiharı fərqli cür görünə bilər. Ermənistan timsalında bu - RKK ilə əməkdaşlığın növbəti dəfə intensivləşməsidir. 

Minval.az-ın artıq xəbər verdiyi kimi, ASALA terrorçularının Livandan işğal altındakı Dağlıq Qarabağa köçürülməsi ilə yanaşı, terrorçu PKK-nın üzdəniraq “xüsusi təyinatlı qüvvələri” də Qarabağa yerləşdirilməkdədir. 

Bundan əlavə, məlumatlar var ki, Ermənistanın İraqdakı səfiri Qraçya Poladyanın vasitəçiliyi ilə RKK yaraqlılarının Süleymaniyyə-Seyran Band-Kirmanşah-Qarabağ marşrutu üzrə tranziti təşkil edilib. Beləcə, işğal altındakı Azərbaycan torpaqlarına artıq bir neçə min silahlı atılıb.
Ermənistanda, əlbəttə ki, terrorçularla bağlı möhtəşəm planlar qurulur. Hələ 2018-ci ilin fevralında Rusiyadakı tok-şouların daimi personası Semyon Baqdasarov İrəvan bonzlarına RKK ilə yaxından əlaqəli olan kürd “peşmərgə”nin “döyüş təcrübəsi”ndən yararlanmağı tövsiyə edirdi. Bəzi müəmmalı “kürdlər”, daha doğrusu, RKK yaraqlıları Ermənistanda daha sonra - 2019-cu ildə, türk “təmizləmələrindən” gizlənərkən göründülər. Bu gün Türkiyənin silahlı qüvvələri yenidən PKK-ya qarşı əməliyyatlar aparır. Odur ki, yaraqlıların Ermənistan ərazisində özlərinə sığınacaq axtarmasının əsl vaxtıdır.

Onların bu ərazilərə necə getdikləri ilə maraqlanmaq pis olmaz. Artıq neçənci dəfə xatırlatmalı oluruq ki, Ermənistanın sərhədlərini Rusiya qoruyur. Bu xüsusda İrəvanın planlarında terrorçular üçün çətin ki, yalnız xoş piknik gəzintisi və kabab nəzərdə tutulsun. Onlardan əlbəttə ki, birbaşa anlamda istifadə niyyəti güdülür. Terrordan yararlanmaq, döyüş meydanında uduzmaq və revanş şansının olmaması – bu, sırf “janr klassikası”dır. Xüsusən də yada salsaq ki, RKK funksionerləri hələ 1990-cı illərin ortalarında Azərbaycanı onun neft infrastrukturuna qarşı terror hazırlamaqla bağlı təhdid edirdilər. İşğal olunmuş torpaqlar isə heç bir qanunun, müqavilə və beynəlxalq zəmanətin qüvvədə olmadığı klassik “qara dəlik”dir.

Bütün çapdan olan terrorçuların bazalarının və düşərgələrinin yerləşdirilməsi – işin özüdür ki, var. Nəhayət, o da bəlli ki, İrəvanın “Kürd ümidləri” yalnız “Qarabağ cəbhəsi” ilə və hətta heç, pardon, Türkiyəyə mümkün qədər əl altdan “pislik eləmək” cəhdləri ilə də məhdudlaşmır. Söhbət həm də Yaxın Şərqdə sərhədləri yenidən çəkmək planlarından gedir - nəyə ki, Sayks-Piko razılaşmasının yüzilliyi ilə əlaqədar Ermənistanda açıq şəkildə eyham vururdular. İndi isə eyhamlardan açıq-aşkar işə keçiblər.

Artıq yaraqlılar Ermənistandan Suriyaya atılır, burada RKK-PYD/YPG-nin yerli “qolları”na qoşulurlar. Elə İraq Kürdüstanının paytaxtı Ərbildə də Qraçya Poladyan təkcə silahlıları cəlb etməklə məşğul deyil, eyni zamanda, burada Ermənistan konsulluğunun açılması planlaşdırılır.

Əgər kimsə unutmuşsa, bunu da yada salaq: 2017-ci ilin payızında İraq Kürdüstanının liderləri separatçı bölgədə üsyan qaldırmış və zəngin neft yataqları olan türkmən torpaqlarının mühüm bir hissəsini ələ keçirmək ümidi ilə “Kürdüstanın müstəqilliyi üçün referendum” təşkil etmişdilər. Amma hər şey qulaqları batıran iflasla sona çatdı: rəsmi Bağdad bir sıra dilə tutmaların ardınca qoşunlarını şimala doğru hərəkətə keçirdi, ABŞ ona bu yaxınlaradək müttəfiq olanlara dəstəyini dərhal kəsdi, “peşmərgə” döyüş dəstələri təəccüblü bir şəkildə sürətlə param-parça oldu. Di gəl, bu planlar Ərbildə unudulubmu? Sual ən azından birmənalı deyil...

Qarabağdan sonra erməni strukturları tez-tez separatçı siyasi texnologiyaların donoru kimi çıxış edir. Abxaziyada Gürcüstanın qanuni hakimiyyətlərinə qarşı vuruşmuş “Bağramyan batalyonu”nu, yaxud Krım parlamentinin vitse-spikerini, hələ 90-cı illərdə Simferopoldan qaçan, yalnız yarımada Rusiyaya ilhaq edilmək ərəfəsində Krıma dönən Anuşavan Danelyanı xatırlamaq kifayətdir. İndi bütün bunların üstünə haqqında erməni dairələrində permanent şəkildə söz açılan Yaxın Şərqdə “xristian muxtariyyəti” qurmaq planlarını da əlavə edin. Ciddi desək, onun tərkibinə yalnız etnik erməniləri deyil, həmçinin assuriyalıları, xristian ərəbləri, aramlıları və s. daxil etmək planlaşdırılır. Lakin İrəvanın sevimlilərinə orada əsas rolun ayrıldığı şəkk-şübhəsizdir. Eləcə də həmin o “xristian muxtariyyətinə” neft qaynaqları olan rayonların daxil edilməsinin planlaşdırıldığına şübhə yoxdur. O ayrı məsələ ki, Yerevanda bu barədə ucadan danışmağa tələsmirlər.

Fəqət bir ış var ki, Ermənistanda Cənubi Qafqaz və Yaxın Şərqdə sərhədlərin yenidən çəkilməsi xəyallarına qapılanlar reallıqdan çox-çox uzaqlaşıblar. Və unudublar ki, bölgə ölkələri, ilk növbədə də Azərbaycan Qarabağın terrorçular üçün cani yuvasına çevrilməsinin hamı üçün hansı təhlükəni özündə ehtiva etdiyini əla bilir. Ancaq Azərbaycanın işğal altındakı torpaqlarına kimlərin – ASALA-çıların, PKK terrorçularının, yaxud erməni kəşfiyyatçısı və diversantı Vova Vartanovun əməkdaşlıq etməyi tövsiyə etdiyi İŞİD yaraqlılarının və ya erməni pasportları ilə dünyanı dolaşan “Əl-Qaidə”çıların köçürülməsindən asılı olmayaraq, belə qanunsuz fəaliyyətlər yalnız Azərbaycana işğal olunmuş torpaqlarda antiterror “təmizlənməsi” əməliyyatı aparıb quldur yuvalarını ləğv eləmək üçün əlavə əsaslar verir.

İndi isə bir qədər “hərbi konkretika” barədə. 2016-cı ilin aprelində Ermənistanın darmadağnından sonra, Qızılqaya-Günnüt əməliyyatı nəticəsində Ermənistanın başına gətirilən logistik fəlakətdən sonra - nə vaxt ki, uğurlu əməliyyatlar nəticəsində Azərbaycan strateji əhəmiyyətli ərazilər və yollar üzərində nəzarəti bərpa edə bilmişdi, nəhayət, Tovuzdakı döyüşlərdən sonra – nə vaxt ki, erməni ordusu boru kəmərlərini əngəlləmək, Yevlaxa və Mingəçevirə “çıxmaq” və ümumiyyətlə “Bakıda çay içmək” xəyallarına düşmüş, lakin darmadağın olaraq döyüş meydanından qaçmışdı, artıq heç bir şübhə qalmır ki, hərbi-güc üstünlüyü Azərbaycanın tərəfindədir. Bu gün hətta erməni təbliğatçıları da fantastik “döyüş qabiliyyətli ordu” barədə sərsəmləmələri təkrarlamağa cürət etmirlər...

Qarabağda antiterror “təmizlənməsi” həyata keçirmək üçün Azərbaycan Silahlı Qüvvələrinin kifayət qədər gücü, resursu və peşəkarlığı var. Ordumuz dünyanın ən güclü 50 ordusundan biridir, ən müasir zenit sistemləri strateji obyektlərimizi mühafizə edir, Rusiyada, Belarusda, İsraildə, Türkiyədə istehsal olunan müasir silahlarla (“Polonez”lər, LORA-lar, “Buk”lar, qatil dronlar və s.) təchiz olunub, sovet dövründən qalan silahlar isə modernləşdirilib.

Son illər ölkəmiz strateji mövqeyini gücləndirib. Nəticədə hərbi logistikada vəziyyət kökündən dəyişib: Qarabağdakı işğalçı ordu üçün əsas təchizat yolları hazırda ordumuzun atəş nəzarəti altındadır və “X gün”ü asanlıqla kəsilə bilər. Bundan əlavə, Azərbaycanın həm təmas xəttinin bilavasitə yaxınlığında, həm də mövqelərin möhkəmləndirildiyi, yolların çəkildiyi, infrastrukturun qurulduğu yaxın “arxa cəbhədə” apardığı mühəndislik işlərini xatırlatmağa dəyər. Hansı işlərə ki, Ermənistanda çox əsəbi reaksiyalar verirlər və yaxşı bilirlər ki, bütün bunlar qüvvələr balansını necə dəyişir və ilk zərbədəcə necə işə düşəcək.

Bizim hərbçilərimiz bu müqəddəs missiyanı yerinə yetirmək üçün gündəlik məşqlərdə və təlimlərdə öz peşəkarlıqlarını və döyüş hazırlıqlarını daim artırırlar. Türkiyə ilə birlikdə həyata keçirilmiş misilsiz sayda hərbi təlimləri yada salmaq yetər. Odur ki, bütün çapdan olan yaraqlılar öz “təhlükəsizlikləri” və “etibarlı sığınacaqlar” barədə illüziyalar qurmasalar yaxşı olar...

loading...
"Belə partnyorla işləmək sadəcə xoş deyil, həm də etibarlıdır” - Putin Ərdoğanı təriflədi...
Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu
Ovacağıq Şuşada düşmənlərin burnunu, erməni kimdi türkün sındıra qürurunu?!
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Daha 22 kəndimiz erməni tapdağından qurtuldu: İlham Əliyevdən yeni qələbə xəbəri...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri... - FOTOLAR
Siyasət
Təkcə Paşinyan yox, bütün erməni xalqı “xəstədir”...
Cəmiyyət
“Biz qələbə çalacağıq, vətən sağ olsun...”- Şəhid atası...
Dünya
ABŞ-ın cəmi 5500 sakini olan şəhərciyi  separatçı erməni rejimini “tanı”dı...-NƏ OLSUN!..
Cəmiyyət
“Biz həmin PUA-larla möhtərəm prezidentin dediyi kimi iti qovuruq...”

Yazar
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
“Bakı Ermənistana zərbə vursa belə, Rusiya İrəvanı müdafiə etməyəcək”- Perenciyev
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
30 illik işğala son qoymaq üçün savaşan Şanlı Ordumuza 30 tonluq tibbi yardım... - FOTOLAR
Ermənilər hazırkı hərbi itkilərinə görə Xocalı qatilinin yaxasından yapışdı...
Azərbaycan Ordusu Gəncənin qisasını belə aldı - VİDEO
“İsrail həkimləri Putinin sağlamlıq problemlərinin nə qədər ölümcül olduğunu hamıdan yaxşı bilir...” 
“Babam əsir düşməmək üçün özünü partlatdı, nənəmi vəhşicəsinə öldürdülər...”
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247