Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
Oxunub: 26539
19 Sep 2020 | 01:13
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti...  - FOTO + VİDEO
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şeyxlərinin birinə ərə getmiş və daha sonra ondan boşanmış azərbaycanlı idmançı, gimnastika üzrə beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlının üzləşdiyi dramatik situasiya davam edir.

Bir neçə gün əvvəl Zeynəb Cavadlı İnstagram-da video paylayaşaraq keçmiş ərinin uşaqlarını ondan almaq və valideyinlərini həbs etdirmək üçün onun evinə polis və mülki şəxslər göndərdiyi barədə videokadrlar yaymışdı.

lakin Azərbaycanın Dubaydakı Baş Konsulluğu  bildirir ki, hazırda Zeynəb Cavadlı "uşaqları və valideynləri ilə öz evindədir, normal həyatına davam edir, amma onun keçmiş həyat yoldaşı ilə arasında "uşaqlarla bağlı problem yaranıb".

Azərbaycanlı hüquq müdafiəçiləri bildiriblər ki, Zeynəb Cavadlının qohumları onlardan yardım istəyib. Onların sözlərinə görə, onlar bir neçə dəfə azərbaycanlı qızları BƏƏ-də işgəncələrdən xilas ediblər. BBC News Azərbaycanca Zeynəb Cavadlının özü və ailəsi ilə, eləcə də BƏƏ-nin Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlaya bilməyib.
Zeynəb Cavadlı 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şeyxlərindən biri, Dubay əmirinin qardaşı oğlu Səid Əl-Maktumla evlənib. Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların üç qızı var, media yazır.

Onun başına gələnlərlə bağlı  məsələni Birləşmiş Ərəb Əmirliklərində ədalətsizliklə üzləşən xarici vətəndaşlara hüquqi yardım göstərən bir Britaniya təşkilatı - "Detained in Dubai" gündəmə gətirib. Təşkilat Zeynəb Cavadlıya aid olduğu deyilən İnstagram hesabından edilən canlı yayımları paylaşıb.

Həmin görüntülərdə qadının pəncərədən evinin həyətinə daxil olan bir neçə qadın və kişini göstərərək və ağlayaraq "onlar mənim valideynlərimi aparırlar" deyə qışqırdığı eşidilir. O, həyətdəki qadınlardan birini işarə edərək "bu qadın məni və anamı döyürdü, mənim telefonumu və uşaqlarımı qoparıb almaq istəyirdi" deyib.
"Mən heç nə etməmişəm. Mən dedim ki, mən heç bir problem olmadan uşaqlarımı aparacağam, uşaqlarımı təhlükədə qoya bilmərəm. Onların mənimlə davranış forması bu cürdür. Burada qanun yoxdur. Mənim evimə polis göndərirsən, məhkəmə qərarı olmadan məni təhdid edirsən, mənə təzyiq edirsən. Bir insan öz uşaqlarına bunu necə edə bilər?! Mən bütün bunlara layiq olacaq nə isə etməmişəm," - Zeynəb Cavadlıya aid olduğu iddia edilən və sonradan YouTube platformasına yüklənmiş canlı yayım görüntülərində deyilir.

Canlı yayım kiminsə Zeynəb Cavadlıdan qapını açmağı istəməsi, onun isə buna etiraz etməsi ilə bitir.

Qadın video görüntülərdə deyir ki, 9 ay ərzində təhdidlərlə "üzləşib". Yayılan görüntülərdə Zeynəb Cavadlı təqib olunması ilə bağlı yerli polis orqanlarına, prokurorluğa müraciət etdiyini, lakin onlardan "bu, şeyxin məsələsidir, biz qarışa və nə isə edə bilmərik" cavabı aldığını deyib.

BBC News Azərbaycancanın məsələ ilə bağlı Birləşmiş Əmirliklərin Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb. Mətbuatda yayılan məlumatların "həqiqətə uyğun olmadığını" deyən Azərbaycanın Dubaydakı Konsulu Elnur Məmmədov BBC News Azərbaycancaya bildirib ki, Konsulluq Zeynəb Cavadlı ilə mütəmadi əlaqə saxlayır və o, "normal həyatını davam etdirir".
O, Zeynəb Cavadlının valideynlərinin həbs edilmədiyini bildirib və qeyd edib ki, həbs üçün əsas olmalıdır. "Onun valideynləri həbs edilməyib. Bura hüquqi dövlətdir və heç bir qanunsuz hərəkət ola bilməz. Burada hər hansı şəxsin o şəkildə saxlanılması, təqib olunması mümkün deyil. Əgər elə bir hal olubsa, niyə bizə məlumat verməyib, yerli polis orqanlarına müraciət etməyib?"

"Detained in Dubai" təşkilatından hüquq müdafiəçisi Radha Stirling isə BBC News Azərbaycancaya deyib ki, onlarda olan son məlumata görə, Zeynəb Cavadlı hələ də öz uşaqları ilə öz evindədir, lakin uşaqlar "ondan götürüləcək". Radha Stirling söyləyir ki, Zeynəb Cavadlının məsələni İnstagramda canlı yayımda ictimailəşdirməsi, Dubayın hakim ailə üzvü barədə şikayəti, polisi tənqid etməsi onun özünü ictimai cinayətdə ittiham edilmə riski altında qoyur və o, buna görə həbs edilə bilər.

O deyir ki, indiyədək bu cür hallarda şəxslərin uzun müddətlik həbs edilməsi təcrübəsi olub və buna görə Zeynəb Cavadlının təhlükəsizliyi barədə narahatdırlar.

Azərbaycanın Dubaydakı konsulu Elnur Məmmədov isə deyir ki, sosial şəbəkələrdə "həqiqəyə uyğun olmayan, dövlət orqanları və şəxslər haqqında yanlış və ya təhrif olunmuş informasiyalar yaymaq hər ölkədə cinayətdir".

"Əgər Zeynəb xanımın əməlində hər hansı cinayət olsaydı, əlbəttə, ona cinayət işi açıla bilərdi, həbs oluna bilərdi. Lakin Zeynəb xanım evindədir, övladları və valideynləri yanındadır və normal həyatına davam edir," - o bildirib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, Zeynəb Cavadlının yaxınları onlara müraciət edib və bu məsələdə kömək istəyib. Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədrinin sözlərinə görə, hüquq müdafiəçiləri Zeynəb Cavadlının məsələsinin yerində araşdırılması üçün Xarici İşlər Nazirliyinə müraciət edəcək ki, onlara Birləşmiş Ərəb Əmirliklərinə getməyə yardım edilsin.

"Bu, birinci dəfə deyil ki, biz azərbaycanlı qızları BƏƏ-də işgəncələrdən xilas edirik", hüquq müdafiəçisi deyir.

"Onların qanunları bir az fərqlidir. Zeynəb Cavadlı şiddət görübsə, bunu təsdiq edən material olmalıdır. İnanmıram ki, həkimi şeyxin evinə buraxalar ki, gəlib şeyxin onu döydüyünü təsdiq etsin. Bunu qanun çərçivəsində sübut etmək çox çətindir. Bütün bunları araşdırmaq üçün yaxşı vəkillər lazımdır".

Novella Cəfəroğlu deyir ki, bu halda hüquq müdafiəçilərinin gücü kifayət etmir və məsələ "ikitərəfli münasibətlər çərçivəsində, dövlət strukturlarının iştirakı ilə" həll oluna bilər.

Lakin bu qalmaqlda Azərbaycanın Dubaydakı konsulu azərbaycanlı qadının deyil, şeyxin maraqlarının müdafiəçisi kimi danışır. Yayılan məlumatları "həqiqətə uyğun olmadığı üçün" təkzib edən  E.Məmmədov bildirir ki, əgər Dubayda qanunlar şeyxin tərəfində olsaydı, "məhkəmə uşaqları ananın yox, atanın himayəsinə verərdi". Konsul Zeynəb Cavadlının özünün vəkilinin olduğunu və Konsulluğun onunla da əlaqə saxladığını söyləyib. Elnur Məmmədov deyir ki, Zeynəb Cavadlı və Səid Əl-Maktum 2019-cu ilin noyabrında boşanıblar və məhkəmə uşaqları ananın himayəsinə verib.

Onun sözlərinə görə, məhkəmə ataya həftədə bir dəfə övladlarını görmə icazəsi verib və yaranan problem bunun ətrafında baş verib.

"Ötən ilin noyabr ayından indiyədək uşaqlar ata ilə görüşüblər və heç bir problem olmayıb. Problemin bu şəkildə olmasının səbəbi odur ki, Zeynəb xanım övladlarını ataları ilə görüşə özü aparmaq istəyir. Məhkəmə qərarında isə onların şeyx ofisindən sürücü və ya başqa şəxslə getməsinə dair qeyd var".

Elnur Məmmədov Zeynəb Cavadlının bu istəyinin səbəbini və nə üçün indi ortaya çıxmasını izah etməyib və bu suala "onun özündən cavab almağı" məsləhət görüb.

BBC News Azərbaycanca Zeynəb Cavadlının özü ilə əlaqə saxlaya bilməyib.

Konsul deyir ki, bir neçə gün əvvəl Zeynəb Cavadlı və Dubay Baş Polis İdarəsi arasında görüş keçirilib və ona "uşaqlarının atası ilə görüşə polis müşayəti altında göndərilə biləcəyi" təklif olunub. Amma cənab Məmmədov görüşün vətəndaş və qurum arasında olduğuna görə danışığın nəticəsinin onlara "məlum olmadığını" söyləyir. (Virtualaz.org)
Oxşar xəbərlər
12:41, Bu gün
BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib
12:37, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
12:33, Bu gün
Azərbaycan milllisinin baş məşqçisi: “Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq”
12:31, Bu gün
“Əgər kimsə öz çılpaq bədəni ilə diqqət çəkmək istəyirsə...”
12:27, Bu gün
FHN gücləndirilmiş iş rejimində çalışacaq
12:23, Bu gün
"Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Şarl Mişel
12:18, Bu gün
BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub - FOTO
12:14, Bu gün
Jurnalistin anasının ölümü ilə bağlı araşdırma başladı
12:09, Bu gün
Arif Əsədov: “İlin ilk oyunlarında qələbə qazanmaq istəyirik” – MÜSAHİBƏ
12:07, Bu gün
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
12:03, Bu gün
Paşinyanın başı dərddə: Beynəlxalq investorlar Ermənistanı məhkəməyə verirlər - ŞƏRH + FOTO
11:58, Bu gün
BAXCP ƏHD-də çevrildi - niyə indi?
11:55, Bu gün
Martın 20-də TOEFL iBT imtahanı keçiriləcək
11:49, Bu gün
"Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri yeni sahələri əhatə edəcək" - Kamaləddin Qafarov
11:45, Bu gün
RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:43, Bu gün
İranda daşqınlarla əlaqədar əhali təxliyə edilib - VİDEO
11:41, Bu gün
"WhatsApp" istifadəçiləri üçün MÖHTƏŞƏM XƏBƏR: Bundan sonra… - FOTO
11:40, Bu gün
Atasıyla fotosuna görə qınadılar - FOTO/VİDEO
11:37, Bu gün
Bir sahədə biznesmenlərə güzəşt ediləcək
11:33, Bu gün
Üç övladı, səkkiz nəvəsi olan Azərbaycanın ən yaşlı tələbəsi - VİDEO
11:28, Bu gün
Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı - FOTO/VİDEO
11:27, Bu gün
Yol kənarında faciəvi şəkildə ölən Rəşad və Yaşarın - FOTOSU
11:25, Bu gün
Metroda baş verən terror aktından 30 il ötür
11:25, Bu gün
Aeroport yolunda huşunu itirən sürücü belə xilas edildi - ANBAAN VİDEO
11:24, Bu gün
Putinin seçkisində ruslar seçki bülletenlərinin üzərlərinə nələr yazıblar?..- FOTOLAR
11:24, Bu gün
Qlobal iqlim dəyişmələrinə qarşı fəaliyyətin Azərbaycan modeli və onun bioloji əhəmiyyəti
11:21, Bu gün
Məmmədbağır Bağırzadənin oğlu: "Anam öldükdən sonra atam ağac kimi qurudu" - VİDEO
11:20, Bu gün
SON DƏQİQƏ!! İlahə Ağayeva faciəvi şəkildə VƏFAT ETDİ
11:17, Bu gün
Qaradağda 10 min manatlıq oğurluq olub
11:04, Bu gün
Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü
11:00, Bu gün
Bakıda qadın dəm qazından boğularaq ölüb
10:55, Bu gün
Bu meyvə pisixi sağlamlığı yaxşılaşdırır
10:54, Bu gün
AFFA prezidentliyinə namizədliyini irəli sürən yoxdur
10:47, Bu gün
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
10:44, Bu gün
"Bank of Baku"-dan narazılıq
10:39, Bu gün
DİN Xankəndi ilə bağlı məlumat yaydı
10:31, Bu gün
Aprelin bəxtəvər 3 bürcü- Şans ayaqlarına gələcək
10:25, Bu gün
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
10:20, Bu gün
“Zəfər qazandığımız indiki dövrdə NATO ilə qarşılıqlı faydalı münasibətlər qurmaq üçün daha böyük pəncərə açılıb...”
10:18, Bu gün
Bələdiyyə sədri bıçaqlanmadan danışdı: “Vuran 8-ci, vurulan 10-cu sinif şagirdidir”
10:09, Bu gün
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib
09:58, Bu gün
Gözlənilən proses başlayır - İlham Əliyev “çox yaxınıq” dedi
09:46, Bu gün
ADNSU-nun şəhid məzunlarının ailələri ziyarət olunub -FOTOLAR
09:41, Bu gün
İşaxtaranların NƏZƏRİNƏ: Vakansiyalarla bağlı yeni qayda hansı fürsətləri yaradacaq? - VİDEO 
09:37, Bu gün
Azay Quliyev Vyanada ATƏT PA-nın mənzil-qərargahında həmkarlarla görüşlər keçirib
09:36, Bu gün
Mehriban Əliyeva ilaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO 
09:29, Bu gün
Ronaldu Portuqaliya millisinin ilk oyununu buraxacaq
09:27, Bu gün
“Xankəndinin mərkəzi meydanının Zəfər meydanı adlandırılması bayramımıza bayram qatdı”
09:22, Bu gün
Paşinyan müdafiə nazirinin kəndlərin Azərbaycana qaytarılması haqdakı fikrinə qəzəbləndi...
09:18, Bu gün
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
09:07, Bu gün
Taksilərlə bağlı YENİ QAYDALAR - Bundan sonra... - VİDEO
09:01, Bu gün
UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub
08:58, Bu gün
Ruhi deputat olmaq istəyir? - VİDEO
08:44, Bu gün
Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR - Seksual tələbat çətin…
08:34, Bu gün
Dərsdən sonra məktəblilər dalaşdı - Biri digərini bıçaqladı - VİDEO
08:26, Bu gün
Uber-dən taksi sürücülərinə "178 milyon"luq TƏZMİNAT
08:10, Bu gün
“Qadınlar kişiləri passiv görməyə başlayıblar, çünki...” - Məşhur psixoloq
08:02, Bu gün
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
07:54, Bu gün
Teleqram 330 milyon dollarlıq istiqraz buraxır
07:20, Bu gün
Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO
07:03, Bu gün
Pakistanda güclü zəlzələ
05:58, Bu gün
Tanınmış amerikalı göz həkimi Ramazanda İslamı qəbul etdi...-FOTOLAR+VİDEO
00:04, Bu gün
"Consonun Ukraynaya yardım planı çoxlu suallar doğurur" - "The Hill"
18 Mar 2024 | 23:53
Almaniyanın müdafiə naziri Ukraynadakı münaqişənin dondurulmasının əleyhinə çıxış edib
18 Mar 2024 | 23:42
“Meta”ya cərimə kəsildi, hər gün 4,8 milyon
18 Mar 2024 | 23:35
Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır
18 Mar 2024 | 23:30
Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib
18 Mar 2024 | 23:30
Qərbi Azərbaycan Xronikası: “Gərnibasardakı 52 kənddə cəmi 150 erməni yaşayırdı” - VİDEO
18 Mar 2024 | 23:27
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
18 Mar 2024 | 23:24
Rəqqasə Renkanın avtomobili qəzaya uğrayıb - FOTO
18 Mar 2024 | 23:22
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada qanaxmadan ölüb
18 Mar 2024 | 23:21
Paşinyan Putini təbrik etmədi: - gözləyir…
18 Mar 2024 | 23:18
Krımda hərbi yük maşını Rusiyanın sabiq top-məmurunun avtomaşınını əzib
18 Mar 2024 | 22:50
Məşhur müğənnidən ŞOK açıqlama - Yadplanetlilər dişlərimi oğurladılar
18 Mar 2024 | 22:42
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub
18 Mar 2024 | 22:35
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bu şəxslər 5 il tez pensiyaya çıxacaq
18 Mar 2024 | 22:30
Lənkəranda yeni istifadəyə verilmiş penitensiar müəssisədən ƏN SON görüntülər - FOTOLAR
18 Mar 2024 | 22:27
İlahiyyatçıdan ŞOK TƏKLİF: Onlayn ehsana keçmək lazımdır 
18 Mar 2024 | 22:26
"Dublyor" filminin afişası yayımlandı - FOTO
18 Mar 2024 | 22:24
Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib
18 Mar 2024 | 22:18
O, gah quldur, cani, gah cin-şəyətin, gah da xan-bəy olur...
18 Mar 2024 | 22:17
Uşaq maşının altında qaldı: Əsəbi zəif olanlar baxmasın! - VİDEO
18 Mar 2024 | 22:11
Qobuda itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti AÇIQLANDI - VİDEO
18 Mar 2024 | 22:09
Müəmmalı xəstəlik sürətlə yayılır: ölüm nisbəti 30 faizdir 
18 Mar 2024 | 22:05
Gömrük Akademiyasında Novruz şənliyi keçirilib - FOTOLAR
18 Mar 2024 | 22:01
Zamiq doğulduğu torpaqda konsert verdi
18 Mar 2024 | 22:00
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyəti müzakirə edilib
18 Mar 2024 | 22:00
"Putinin qələbəsindən sonra Rusiyanı nə gözləyir?" - CNN
18 Mar 2024 | 21:59
"Rusiya ərazisində könüllülərin reydinin məqsədi nədir?.."
18 Mar 2024 | 21:53
BMT-də Fransanın məsuliyyətsiz şəkildə dünyanı nüvə müharibəsinə sürüklədiyi açıqlanıb
18 Mar 2024 | 21:47
Bakı Bulvarında bayram ab-havası - FOTO
18 Mar 2024 | 21:47
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO
18 Mar 2024 | 21:39
Bakıda avtomobil keçiddən istifadə etməyən qadını vurub - FOTO
18 Mar 2024 | 21:30
“Qarabağ”ın baş məşqçisi cəzalandırıldı
18 Mar 2024 | 21:15
Niyaməddin Musayevin bu VİDEOsu gündəm oldu
18 Mar 2024 | 21:04
“Kurtlar Vadisi” Hakan Fidandan bəhs edir? – Özü danışdı
18 Mar 2024 | 20:59
“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək
18 Mar 2024 | 20:53
NATO Baş katibi: Gələcəkdə Azərbaycanın Avropa üçün enerji təminatçısı kimi rolu artacaq
18 Mar 2024 | 20:47
Professordan oruc tutanlara XƏBƏRDARLIQ - 10 gün ərzində…
18 Mar 2024 | 20:45
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
GÜNLÜK
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 13:46
"Putin "seçkilərinin" nəticələri: rusiyalıların başlıca qorxusu" - " The New York Times" 
18 Mar 2024 | 13:08
BDU-nun professoru VƏFAT ETDİ - FOTO
18 Mar 2024 | 14:04
Novruzda bölgələrdə dincəlmək neçəyə başa gəlir? - QİYMƏTLƏR
HƏFTƏLİK
18 Mar 2024 | 10:41
Əhaliyə Novruz müjdəsi - Martın 19-dan...
17 Mar 2024 | 16:31
“Atamı KQB öldürdü...” - Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı? - FOTO
13 Mar 2024 | 18:44
“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” –  Xabi Alonsonun CAVABI
15 Mar 2024 | 13:09
İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
15 Mar 2024 | 09:20
“Bavariya” Qurban Qurbanova təklif göndərdi - RƏSMİ
14 Mar 2024 | 09:10
Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”
16 Mar 2024 | 09:37
Bakıda yeni hava limanı tikilir - VİDEO
16 Mar 2024 | 15:22
"Mən hər birinizi Putinə müqavimət göstərməyə çağırıram, o, quldurdur" - Bayden
15 Mar 2024 | 07:49
Qurbanovdan AÇIQLAMA: "Sübut etdik ki, istənilən rəqiblə mübarizə apara bilərik"
16 Mar 2024 | 16:52
Zaqatalada partlayış nəticəsində 18 yaşlı gənc öldü - YENİLƏNİB
AYLIQ
18 Mar 2024 | 16:19
“Bakıya gələn NATO Baş katibi yaxşı bilir ki...”-Sabiq baş diplomat
18 Mar 2024 | 15:02
Firəngiz Mütəllimova qızından danışdı: “Heç vaxt mənim şöhrətimdən, adımdan istifadə etməyib” - FOTO + ÖZƏL
18 Mar 2024 | 17:48
Tanınmış aparıcıdan SPACE TV-yə ŞƏRT: "Əgər birinci günə kimi..." - FOTO
18 Mar 2024 | 13:14
"Azərbaycanla Gürcüstan yaşıl enerji sahəsində də uğurlu əməkdaşlıq həyata keçirir"
18 Mar 2024 | 15:15
Tanınmayan "Dnestryanı respublikası"nda hərbi hissəyə dronla hücum edilib
18 Mar 2024 | 15:22
İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 15:48
Prezident Xankəndində Novruz tonqalını alovlandırdı, xalqı təbrik etdi - YENİLƏNİB + FOTO
18 Mar 2024 | 13:46
"Putin "seçkilərinin" nəticələri: rusiyalıların başlıca qorxusu" - " The New York Times" 
18 Mar 2024 | 13:08
BDU-nun professoru VƏFAT ETDİ - FOTO
18 Mar 2024 | 14:04
Novruzda bölgələrdə dincəlmək neçəyə başa gəlir? - QİYMƏTLƏR