Ermənistanda hakimiyyət böhranı dərinləşir - Paşinyan cəbhədə növbəti təxribata əl ata bilər
Oxunub: 920
19 Sep 2020 | 10:26
Ermənistanda hakimiyyət böhranı dərinləşir -  Paşinyan cəbhədə növbəti təxribata əl ata bilər
Ermənistanın “demokrat” libasına bürünmüş baş naziri ölkədəki ən ciddi rəqibini neytrallaşdırmaq üçün hərəkətə keçdi; çıxılmaz duruma düşən Nikol Azərbaycana qarşı növbəti provokasiyalar törətməklə diqqəti daxildəki proseslərdən yayındırmağa çalışa bilər; Arzu Nağıyev: "Artıq Ermənistanda qarşıdurma özünün pik nöqtəsindədir"

Ermənistanda hakimiyyət böhranı getdikcə dərinləşdikcə, baş nazir Nikol Paşinyan əsas rəqibi, “Çiçəklənən Ermənistan” partiyasına qarşı təzyiqlərini də gücləndirir. Hakimiyyətə əsas iddialı qüvvənin, Ermənistan parlamentində ikinci böyük deputat fraksiyasına malik olan “Çiçəklənən Ermənistan”ın lideri Qagik Tsarukyan 2018-ci ildə N.Paşinyanın tərəfdarlarından olsa da, bu gün onlar arasında düşmənçilik münasibətləri hökm sürməkdədir.

Bir neçə ay əvvəl deputat toxunulmazlığından məhrum edilərək həbsə atılan, lakin ittihamların əsassızlığını sübuta yetirərək azadlığa çıxan, fəaliyyətini bərpa edən Tsarukyan Paşinyana qarşı amansız olacağına and içib. Hətta partiyasının toplantısında ölkə hökumətinin bütün sahələrdə uğursuzluqlara “imza atdığını” elan edərək hökumətin tam tərkibdə istefa verməsi tələbini irəli sürən müxalifət lideri cavabında “zorlama” ittihamı ilə üz-üzə qaldı. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan milyonçu fraksiya başçısını kilsənin ərazisində qrup halında zorlama törətməkdə ittiham etdi. Təsəvvür edin ki, N.Paşinyan hətta bu barədə facebookdakı şəxsi səhifəsində də yazıb. “Təhsli naziri ilə razılaşmamaq olmur: əvvəlcə bir əcnəbi qadını kilsəni göstərməyə dəvət edirsən. Bundan sonra çavuş işləyərkən həmin qonaq qadını qarət edir, qrup şəklində zorlayırsan. Bütün bunlardan sonra millət adından milli dəyər və maraqların təmin olunmasından danışırsan”, - Nikol Paşinyan Q.Tsarukyan barəsində yazıb. Ermənistan müxalifətinin lideri, milyonçu deputat Qagik Tsarukyan 1979-cu ildə qrup şəklində zorlamaya görə mühakimə edilib. SSRİ dağıldıqdan sonra məhkəmə ona bəraət qazandırmışdı. Q.Tsarukyanın keçmişi ilə bağlı bu cinayəti ötən gün Ermənistanın təhsil, elm, mədəniyyət və turuzm naziri Araik Arutyunyan istefasını tələb edən “Çiçəklənən Ermənistan” Partiyasının üzvlərinə müraciətində yada salıb. Onun ardınca Nikol Paşinyan facebook səhifəsində nazirə haqq qazandırıb. Q.Tsarukyan ittihamları qəbul etməyərək, iddia edib ki, 22 yaşında onu ləkələmək üçün belə bir ittiham irəli sürülüb.

Ancaq belə görünür ki, 70-ci illərdə baş verən hansısa hadisəyə görə rəqibini susdurmağa çalışan N.Paşinyan Tsarukyandan əl çəkmək niyyətində deyil. Azərbaycanla sərhəddə vaxtaşırı gərginliklər yaratmaqla daxildəki rəqiblərini susdurmağa çalışan Paşinyan müxtəlif yollarla hakimiyyətini möhkəmləndirmək, siyasi rəqiblərini susdurmaq istəyir. Baş nazirin növbəti əcaib planı barədə növbəti məlumatlar yayılıb.

Belə ki, Ermənistanın “Joxovurd” qəzeti sensasion material dərc edib. Mətbu nəşr öz mənbəsinə istinadən xəbər verir ki, hakimiyyət Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın rəhbərliyi ilə “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qagik Tsarukyana elçilər göndərib. Müxalifət liderinə deyilib ki, rəhbərlik etdiyi fraksiyanın bir neçə deputatı mandatından imtina etməlidir. Hakimiyyət elçilərinin əsas arqumenti bu olub ki, “Mənim addımım” fraksiyasının deputatları və ümumiyyətlə, hakimiyyətlə mövcud olan konfliktə son qoymaq üçün buna gedilməlidir.

Qəzetin yazdığına görə, hakimiyyət “Çiçəklənən Ermənistan”ın 7 deputatının mandatdan imtinası şərtini irəli sürüb. Bu sırada adları konkret şəkildə çəkilənlər bunlardır: Qagik Tsarukyan, Eduard Babayan, David Manukyan, Vardan Qukasyan, Gevork Petrosyan, Naira Zoqrabyan. Mandatını təhvil verməsi tələb olunan sonuncu deputatın adı isə açıqlanmır. Lakin N.Paşinyanla sonadək döyüşəcəyini bəyan edən Tsarukyan təklifi rədd edib. Bildirib ki, bu, heç vaxt olmayacaq və rəhbərlik etdiyi partiyanın deputatları mandatlarını təhvil verməyəcəklər. 

A.Mirzoyan isə öz növbəsində bildirib ki, başqa variant yoxdur. Paşinyanın elçisinin sözlərinə görə, parlamentdə konkret işlə məşğul olanlar, siyasi fiqurlar təmsil olunmalıdır, ancaq adı çəkilən deputatlar bu meyarlara uyğun gəlmir. 

Ermənistan qəzeti parlament sədrinin iddiasına rəğmən xatırladıb ki, insan hüquqları və ictimai məsələlər daimi komissiyasının sədri N.Zoqrabyan siyasi fiqur kimi tanınır.

Erməni jurnalistlər məsələ ilə bağlı parlament sədrinin köməkçisi Vaan Kostanyana müraciət edilsə də, ondan məsələyə cavab ala bilməyiblər. “Çiçəklənən Ermənistan” da məsələni şərh etməkdən yayınıb.

Diqqət edin, özünü “inqilab lideri” adlandıran, Qərb dövlətləri qarşısında “demokrat” libasına bürünüb yardım dilənən N.Paşinyanın mahiyyəti budur! Erməni baş nazir parlamentdə ciddi səsə malik olan rəqib partiyanı say azlığında qoymaqla özünə yönəlik təhlükələri aradan qaldırmağa çalışır, ancaq hansı yolla? Artıq heç bir şübhə yoxdur ki, Ermənistanın Qarabağ istiqamətində və cəbhəboyunca vaxtaşırı təxribatlara əl atmasının da arxasında daxili müxalifəti neytrallaşdırmaq planı dayanır. Kəsəsi, Ermənistan hakimiyyəti müxalifəti və bütövlükdə xalqını Azərbaycanla qorxutmaq üçün silahları işə salır, itkilər versə də... 

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Paşinyan müxalifət deputatlarını tərksilah etmək istəyir: “Son vaxtlar Ermənistan parlamentində istefalar artıb. Bu həm iqtidar, həm də müxalif partiyalara aiddir. İqtidar partiyası olan ”Mənim addımım" dan gedənlər əsasən bir sıra arqumentlər gətirirlər. Bəziləri bunu icra strukturlarında işlə təmin olunmaqlari ilə izah etsə də, digərləri səbəbin hökumətin apardığı iqtisadi və siyasi islahatların effektsizliyindən narazı olduqlarında gördüklərini deyirlər. Eyni zamanda tənəzüllə uğrayan islahatların gələcəkdə cavabdehliyində ittiham olunmaqdan qorxduqları üçün edildiyini də qabardırlar. Buna paralel olaraq iqtidar partiyası da “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan və digərlərinə də istefa təklifi ediblər. Bu həm say çoxluğunun əldə edilməsi, eyni zamanda, Tsarukyanın mandatının əlindən alınması üçün edilir. Həm də bununla “Mənim addımım” və “Çiçəklənən Ermənistan” partiyası və eyni zamanda hökumətlə narazılığa son qoyulması üçün edilir".

A.Nağıyev bildirdi ki, “Çiçəklənən Ermənistan” partiyasının 7 deputatının istefası tələb olunur, bu da ciddi rəqabət mühiti formalaşdıra bilər: “Təbii ki, Tsarukyan buna getməyəcək və artıq bəyanat da verib. Lakin cəmiyyətdə belə bir fikir formalaşdırılar ki, guya parlamentdə əsasən siyasi fiqurlar olmalıdırlar və biznes mühitinin nümayəndələri buradan uzaqlaşmalıdırlar. Artıq Ermənistanda qarşıdurma özünün pik nöqtəsindədir”.

Beləliklə, N.Paşinyan indi təkcə “Qarabağ klanı”na qarşı döyüşmür. İndi onu bivec hakimiyyətini əlində böyük məbləğdə pullar olan əsas müxalifəti partiyasının rəhbəri Q.Tsarukyan, həmçinin Ermənistanın birinci prezidenti Levon ter-Petrosyanın rəhbərlik Erməni Milli Konqresi açıq şəkildə təhdid edir. Bu gedişlə Paşinyan hakimiyyəti payızdan çıxmaya bilər.

Ekspertlər bildirir ki, Paşinyan belə bir çıxılmaz duruma düşdüyü üçün növbəti dəfə Azərbaycana qarşı təxribatlara əl atıb, daxildəki rəqiblərinin diqqətini yayındırmağa çalışa bilər.
Oxşar xəbərlər
22:52, Bu gün
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
22:24, Bu gün
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
22:18, Bu gün
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
22:14, Bu gün
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
22:07, Bu gün
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
22:03, Bu gün
UEFA “Barselona” klubunu cərimələyib
22:00, Bu gün
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
21:42, Bu gün
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
21:39, Bu gün
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
21:37, Bu gün
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
21:35, Bu gün
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
21:33, Bu gün
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
21:20, Bu gün
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
21:15, Bu gün
Abşeronda oğlan özünü yandırdı
21:09, Bu gün
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
21:06, Bu gün
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
21:05, Bu gün
May ayında pul içində üzəcək 3 bürc
21:02, Bu gün
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
21:00, Bu gün
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
20:58, Bu gün
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
20:52, Bu gün
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
20:47, Bu gün
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
20:33, Bu gün
Fransada uşaqları küçədə bıçaqladılar
20:25, Bu gün
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
20:17, Bu gün
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
20:14, Bu gün
Ailənizdə problem yaradacaq 5 SƏHV
20:13, Bu gün
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
20:09, Bu gün
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
20:01, Bu gün
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
19:55, Bu gün
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
19:42, Bu gün
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
19:41, Bu gün
Tokatda 5,6 maqnitudada zəlzələ olub
19:26, Bu gün
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
19:19, Bu gün
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
19:03, Bu gün
Həddindən artıq duz olan QİDALAR
19:01, Bu gün
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18:55, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18:53, Bu gün
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18:35, Bu gün
Mediasiyanın imkanları...
18:15, Bu gün
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
GÜNLÜK
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER