Məlum olduğu kimi, bu günlərdə Livan və s. ölkələrdəki ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərin köçürülməsinə münasibət bildirən Rusiya XİN-i əcaib açıqlama ilə çıxış edib. Ermənilərin özünün bununla bağlı xeyli videomateriallarla çıxış etməsinə rəğmən, Rusiya XİN-i bununla bağlı onlarda hər hansı faktın mövcud olmadığını bildirib.
Rusiyanın hər kəsə bəlli
olan həqiqəti görməzdən gəlməsi, özünü bu məsələdə sözün həqiqi mənasında
korluğa qoyması Kremlin ermənipərəst siyasətinin növbəti təzahürü hesab edilə
bilərmi?
Moderator.az-a açıqlama
verən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Rusiyanın hər zaman ermənipərəst
siyasət yürütdüyünün bütün dünyaya məlum olduğunu vurğuladı:
“Rusiyanın erməniyanlı
olması həqiqəti bütün dünyaya bəllidir. Bu gün Azərbaycanın ən ucqar kəndində
yaşayan insanlar da bilir ki, Rusiya hər zaman Ermənipərəst siyasət yürüdüb və
bu gün də həmin siyasətə sadiqdir. Buna səbəb isə Rusiyanın imperialist
maraqlarıdır. Rusiya XİN-nin Qarabağla bağlı son açıqlaması da göstərir ki,
Moskva açıq-açkar Ermmənistanın hərbi cinayətlərini ört-basdır etməyə çalışır.
Bu səbəbdən də hesab edirəm
ki, Azərbaycan tərəfi daha cəsarəti olmalı, Rusiyanın Ermənipərəst siyasətini
ifşa etməlidir. Azərbaycanın milli maraqları məhz bunu tələb edir”.
Seymur ƏLİYEV