Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində Ermənistanın təxribatları, bunun mümkün nəticələri ilə bağlı açıqlama verib. Ölkə başçısı qeyd edib ki, əgər Ermənistan beynəlxalq hüquqa bundan sonra da hörmətsizlik göstərməkdə davam edərsə, o zaman Azərbaycan da beynəlxalq hüququn tələblərini nəzərə almaya bilər:
“İyul təxribatı - o da
artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk
qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq
bildirib. Mən demişəm o vaxt, bu gün də, bizim Ermənistan ərazisində heç bir hərbi
hədəfimiz yoxdur və biz əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik,
bizim tam hərbi imkanlarımız var idi. Amma biz etmədik bunu. Çünki bizim hərbi
siyasət konsepsiyamızda bu, yoxdur - əgər bizə qarşı ciddi təxribat törədilməsə.
Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs
bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz
niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar
üçün pis olacaq”.
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Ermənistanın faşizmdən
belə təhlükəli ideologiyaya sahib olduğunu vurğuladı:
“Ermənistan faizmdən belə
qorxunc ideologiyaya malikdir. Məhz bu ideologiyaya söykənən Ermnistan yeni
torpaqlar iddiasını irəli sürməkdədir.
Rusiyanın Ermənistana
verdiyi dəstəklərə nəzər slasaq aydın olar ki, işğalçı dövləti təxribatlara həvəsləndirən
məhz Rusiyadır. Rusiya aşkar şəkildə beynəlxalq aləmə meydan oxumaqdadır. Məhz
Rusiyanın dəstəyi sayəsində Ermənistan region üçün təhlükə mənbəyinə çevrilməkdədir.
Ermənistan işğalçılıq
siyasətindən əl çəkib torpaqları geri qaytarma əvəzinə, absurd bəyanatlar verməkdə,
yeni ərazi iddiaları irəli sürməkdədir. Ermənistan çox böyük həyasızlıq sərgiləməkdədir.
Ölkə prezidenti haqlı
olaraq bildirir ki, Ermnistan beynəlxalq hüquq pinsiplərinə əməl etmir. Azərbaycan
isə ona qarşı irəli sürülən bu cür hədələri həzm edə bilməz. Əgər Azərbaycan
günü sabah anti-terror əməliyyatlarına başlayarsa, bu, heç də beynəlxalq hüquq
normalarının pozulması demək olmayacaq.
Ölkə başçısı Ermənistanın
təxribatları davam etdirəcəyi təqdirdə hərbi əməliyyatları işğalçı ölkənin ərazisində
keçirə biləcəyimizə də işarə vurur. Bu, həm Ermənistana, həm də dünyaya
mesajdır. Əgər dünya birliyi, beynəlxalq təşkilatlar işğalçı Ermənistanın təxribtlarının
qarşısını almaq, onun işğalçılıq siyasətindən əl çəkməsini təmin etməzsə, o
zaman Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün bütün gərəkli addımları
atacaq”.
Seymur ƏLİYEV