Bu gün 21 sentyabr Beynəlxalq Sülh Günüdür. BMT tərəfindən 1981-ci ilin 30 noyabr tarixindən bütün dünyada qeyd edilən bu gün bəşəriyyətin sülhə, təhlükəsizliyə, əmin-amanlığa verdiyi dəyəri əks etdirir. Lakin təəssüfllər olsun ki, sadəcə ölkəmiz üçün deyil, bütün bəşəriyyət üçün böyük mənəvi önəm kəsb edən bu gündə belə işğalçı Ermənistan qan tökməkdən, təxribatçılıq cəhdlərindən əl çəkmir. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu gün saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.
Ermənistanın Beynəlxalq
Sülh günündə belə qan tökməkdən imtina etməməsi, düşmənin terrorçu mahiyyətindən,
onun dəyişməz yırtıcı xislətindən xəbər verir. Bu hadisə bir daha sübut edir
ki, Ermənistan üçün beynəlxalq dəyərlərin, ümumbəşəri priniplərin heç bir əhəmiyyəti
yoxdur. İstənilən ümumbəşəri dəyər Ermənistanın cinayətkar təbiəti, qatil
ehtirası qarşısında acizdir.
21 sentyabr Beynəlxalq
Sülh Günündə Ermənistanın bir daha atəşkəsi pozması, hərbçimizi şəhid etməsi
işğalçı dövlətin sadəcə Azərbaycana deyil, həm də bütün bəşəriyyətə verdiyi qanlı
mesajdır. Rəsmi İrəvan Beynəlxalq Sülh Gününə öz qanlı möhürünü vurmaqla, başda
BMT olmaqla bütün beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə heç bir beynəlxalq
hüquqa, ümumbəşəri dəyərə önəm vermədiyini, beynəlxalq birliyin qərarlarının
onun üçün adi kağız parçasından başqa bir şey olmadığını sübut etdi.
Ermənistanın Beynəlxalq
Sülh Günündə reallaşdırdığı qanlı aktdan sonra sual doğuran sadəcə bir məsələ
var. Dünya bu mesaja nə cavab verəcək? Ümumiyyətlə, Ermənistanın Beynəlxalq
Sülh günündə törətdiyi vəhşiliyə reaksiya veriləcəkmi?
İndiki məqamda ən çox
sual doğuran məsələ budur. Ümid edirik ki, beynəlxalq birlik, eləcə də BMT Ermənistanın
bu vəhşiliyini cavabsız qoymayacaq, ən azından özünün qəbul etdiyi dəyərlərə
açıq hörmətsizlik sərgiləyən, bu dəyərləri qanla boyayan Ermənistanı cəzalandırmaq
istiqamətində gərəkli addımları atacaqdır.
Seymur ƏİYEV
e-mail: seymur_dq04@mail.ru