Bu gün 21 sentyabr Beynəlxalq Sülh Günüdür. Lakin təəssüflər olsun ki, bu gün də öz terrorçu təbiətinə sadiq qalan Ermənistan atəşkəs rejimini pozaraq ordumuzun bir hərbi qulluqçusunu şəhid edib.
Uzun illərdir ki, ölkəmizə
qarşı işğalçılıq siyasəti yürüdən, bu gün də təxribatlardan əl çəkməyən Ermənistan
beynəlxalq sülh və təhükəsizlik üçün ən böyük təhdid hesab edilə bilərmi? Ermənistanın
Beynəlxalq Sülh Günündə belə öz təcavüz və təxribatından əl çəkməməsi rəsmi İrəvanın
bütün bəşəriyyətə, eləcə də beynəlxalq qanunlara meydan oxuması kimi dəyərləndirilə
bilərmi?
Moderator.az-a açıqlama
verən millət vəkili Məşhur Məmmədov Ermənistana qarşı beynəlxalq təşkilatların,
dünya birliyinin ciddi addımlar atmasının vacib olduğunu söylədi:
“Hesab edirəm ki, dövlətimiz
baş verənlərlə bağlı sadəcə işğalçı Ermənistana deyil, həm də BMT-yə, Minsk
qrupuna öz etirazını bildirməlidir. Necə ki, bu günə qədər beynəlxalq təşkilatlara
çoxsaylı müraciətlər edilib, çağırışlar səsləndirilib. Beynəlxalq təşkilatların,
aparıcı dövlətlərin bu çağırışlara adekvat reaksiya verməsi, işğalçıya qarşı cəza
mexanizmlərini işə salması olduqca vacibdir.
Son günlər təmas xəttində
baş verənlər bir daha göstərir ki, Ermənistan beynəlxalq qanunlara,
konvensiyalara əməl etmir. Əksinə, bu qanunları kobud şəkildə pozur, bəşəri dəyərlərə
qarşı açıq hörmətsizlik sərgiləyir. Ermənistanın təxribatçı addımları bir daha
göstərir ki, düşmən Qarabağ probleminin danışıqlar yolu ilə həllində maraqlı
deyil. Bu səbəbdən də ərazi bütövlüyümüzü təmin etmək, işğaldakı torpaqların
azadlığına nail olmaq üçün digər imkanlardan da istifadə haqqında düşünməliyik.
Bu, beynəlxalq qanunların ölkəmizə verdiyi haqdır və ölkəmiz bu haqdan istifadə
edərək Qarabağda anti-terror əməliyaytları aparmaq, öz ərazisini işğaldan azad
etmək istiqamətində addımlar ata bilər.
Bu gün çoxsaylı təxribatlara
əl atan, regional təhlükəsizlik üçün böyük təhdid mənbəyinə çevrilən işğalçı
Ermənistan onu da bilməlidir ki, bu təxribatlar nəticə etibari ilə onun özü
üçün ağır nəticələrə səbəb olacaq, rəsmi İrəvanı ağır itkilər və rüsvayçı məğlubiyyətlə
üz-üzə qoyacaq”.
Seymur ƏLİYEV