Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli Məclisdə Xankəndini təmsil edən deputat Tural Gəncəliyev erməni terrorçularının təhdidinə məruz qalıb.Belə ki, Fətəli xan Xoyski, Beybud xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının qətlinə imza atan "Nemesis" terror təşkilatı bu dəfə deputat Tural Gəncəliyevi “səni tapacağıq” sözləri ilə “yad edib”.
Vətəndaşlarımız üçün təhdid
və təhlükə mənbəyi olan erməni terror təşkilatlarına qarşı mübarizə məsələsində
xüsusi xidmət orqanlarımızın üzərinə hansı vəzifələr düşür? Dünyanın harasında
məskunlaşmasından asılı olmayaraq, soydaşlarımızı təhdid edən, onları terrorla
hədələyən ermənilərin tapılıb zərərsizlşdirilməsi nə dərəcədə vacibdir?
Moderator.az-a açıqlama
verən hüquqşünas Əliməmməd Nuriyev Azərbaycanın xüsusi xidmət orqanlarının bu
yöndə lazımi fəaliyyət ortaya qoyduğuna inandığını vurğuladı:
“Öncə qeyd edim ki, terror
ermənilərin mahiyyətindədir. Ermənilər tarixən çoxlu terror təşkilatları
yaradıb və bu gün də belə terror təşkilatları mövcuddur. Insanları məhv etmək,
onlara qarşı terror aktları törətmək bu təşkilatların ruhunu təşkil edir. Bu təhlükəni
diqqətə almaq lazımdır. Əminəm ki, bizim xüsusi xidmət orqanları erməni terror
təşkilatları ilə bağlı lazımi addımlar atmaqdadırlar.
Hesab edirəm ki, erməni
terroru və terror təşkilatları ilə bağlı Minsk qrupu həmsədrlərini, həmsədr
dövlətləri, beynəlxalq təşkilatları ətraflı məlumatlandırmaq lazımdır. Azərbaycan
erməni terrorurunun davam etdiyini mütəmadi şəkildə bəyan etməlidir.
Azərbaycan xüsusi xidmət
orqanları erməni terrorizminin qarşısını almaq üçün müvafiq işlər görməkdədir.
Hazırkı şəraitdə bu məsələ xüsusi ilə aktuallıq təşkil edir. Ermənilər
zaman-zaman Azərbaycanın müxtəlif şəhərlərində terror aktları həyata keçirməyə
cəhd edib və yəqin ki, bundan sonra da bu cür cəhdlər olacaq. Tovuz hadisələrində
mülki vətəndaşımızın və hərbçilərimizin şəhid edilməsi də terror hadisəsidir.
İnanıram ki, xüsusi xidmət
orqanlarımız erməni terroruna qarşı mübarizədə beynəlxalq tərəfdarlarla da işləyir.
Bu məsələdə İsrailin MOSSAD təşkilatının nümunəsindən istifadə edilməlidir. Harada
terrorla məşğul olan, dövlətimiz, vətəndaşlarımız üçün təhlükə kəsb edən terrorist
varsa, o, zərərsizləşdirilməlidir. Çünki terrora qarşı mübarizə yalnız
terroristin məhv edilməsi fonunda effekt verə bilər. Azərbaycan ərazilərinin
işğalı da erməni terroruna bir nümunədir. Bu baxımdan erməni terrorizminə qarşı
mübarizənin qətiyyətlə davam etdirilməsini zəruri hesab edirəm”.
Seymur ƏLİYEV