Xəbər lenti
26/10/2020 [14:13]:
"Azərbaycan ordusunun gücü və döyüş taktikası inkişaf etmiş ölkələr tərəfindən oyrənilir"
26/10/2020 [14:12]:
"Nə "beşinci kolon", nə də Avropadakı bəzi qurumların hazırladığı ssenarilər işə yaramır"
26/10/2020 [14:08]:
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
26/10/2020 [14:06]:
Hərbçilərimizdən koronavirusla mübarizəyə dəstək - VİDEO
26/10/2020 [14:01]:
“Mən onlara sübut etdim ki, kürdlərin bir nömrəli düşməni ermənilərdir...”
26/10/2020 [13:45]:
Prezident: “Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir”
26/10/2020 [13:43]:
Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarını açıqlayıb - SİYAHI
26/10/2020 [13:38]:
“Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər” - İlham Əliyev
26/10/2020 [13:17]:
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
26/10/2020 [13:16]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:16]:
Ermənistanın hərbi cinayətləri Səudiyyə və Misir mətbuatında
26/10/2020 [13:05]:
Prezident işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adını açıqladı - Son Dəqiqə...
26/10/2020 [13:05]:
Ermənistanın Daşkəsəni atəşə tutması nəticəsində meşədə başlayan yanğın söndürülüb
26/10/2020 [13:02]:
İlham Əliyev: "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu?"
26/10/2020 [13:00]:
Prezident: "O qədər mənasız görüş olub ki..."
26/10/2020 [12:58]:
İlham Əliyev: "Biz yeni reallıq yaratmışıq, hesablaşın!"
26/10/2020 [12:56]:
Ali Baş Komandan: "Axıra qədər gedəcəyik, sonacan gedəcəyik"
26/10/2020 [12:55]:
Prezident Paşinyana yeni ad (od) qoydu: "Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək..."
26/10/2020 [12:44]:
“Cəbrayıl istiqamətində vurulan PUA-dan PKK qoxusu gəlir” - Məşhur ekspert
26/10/2020 [12:38]:
Naqif Həmzəyev: "Prezident İlham Əliyev böyük lider olduğunu nümayiş etdirir"
26/10/2020 [12:36]:
Mərkəzi Bank hərracda 633 milyon manat cəlb edib
26/10/2020 [12:35]:
Fransa informasiya resurslarına kiberhücumlar
26/10/2020 [12:34]:
Prezident: "Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib”
26/10/2020 [12:33]:
İlham Əliyev: "Biz dünya ictimaiyyətini münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq"
26/10/2020 [12:20]:
Növbəti səyyar sənəd qəbulunun vaxtı açıqlanıb
26/10/2020 [12:19]:
MN: Ağcabədi rayonu atəşə tutulub
26/10/2020 [12:19]:
Lavrovdan yeni Qarabağ AÇIQLAMASI
26/10/2020 [12:17]:
Giriş-çıxışına qadağa qoyulan rayonlarda dəfn mərasimi necə keçirilir? - AÇIQLAMA
26/10/2020 [12:14]:
Prezident xalqa müraciət edəcək
26/10/2020 [12:14]:
“Ordumuz beynəlxalq terrorizmə qarşı mübarizədə dünyaya böyük töhfələr verir”
26/10/2020 [12:11]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir - RƏSMİ
26/10/2020 [12:09]:
Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır - RƏSMİ
26/10/2020 [12:09]:
“Düşünürəm ki, bütün vətəndaşlarımız indiki şəraitdə bu yanaşmanı ortaya qoymalıdır...”
26/10/2020 [12:07]:
“Bütün bloqerlər cəbhə bölgəsindən çıxarılsın, reytinq xatirinə ora gediblər”
26/10/2020 [12:04]:
“Sevincimi ifadə etməkdə çətinlik çəkirəm...”- Qubadlının qürbətdə yaşayan sabiq icra başçısı
26/10/2020 [11:55]:
Dünyada daha bir epidemiya sürətlə yayılır
26/10/2020 [11:54]:
Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq
26/10/2020 [11:48]:
Xərçəngdən əziyyət çəkən qadınlar dünya şöhrətli fotoqrafın obyektivindən... -FOTOLAR
26/10/2020 [11:45]:
Putin və Tramp arasında Qarabağ çəkişməsi - Ərdoğandan sərt etiraz
26/10/2020 [11:41]:
ABŞ üçün ƏN BÖYÜK TƏHLÜKƏ - Bayden açıqladı
26/10/2020 [11:37]:
Şəhid Dmitri Solnsevlə vida mərasimi keçirilir - FOTO
26/10/2020 [11:21]:
“Əsas odur ki, ermənilər torpaqlarımızdan çıxmaq öhdəliyini öz üzərlərinə götürməlidir”
26/10/2020 [11:17]:
Qubadlı rayonunun təhsil statistikası açıqlanıb
26/10/2020 [11:15]:
İşğaldan azad edilən Qubadlının peyk görüntüsü - FOTO
26/10/2020 [11:13]:
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
26/10/2020 [10:57]:
Gözün Aydın Olsun, VƏTƏN, bir yaran da sağaldı!
26/10/2020 [10:57]:
Ermənistanda son sutkada 973 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb
26/10/2020 [10:56]:
Erməni təxribatları nəticəsində 10-u uşaq olmaqla 65 nəfər həlak olub - Baş Prokurorluq
26/10/2020 [10:52]:
Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim”
26/10/2020 [10:47]:
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi - FOTO
26/10/2020 [10:44]:
Qubadlıda inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayeləri
26/10/2020 [10:42]:
Prezidentin köməkçisindən ermənilərin yeni hərbi təxribatları barədə XƏBƏRDARLIQ
26/10/2020 [10:39]:
Bakıda Şəhid və Milli Qəhrəman adı daşıyan məktəblərin sayı açıqlandı
26/10/2020 [10:34]:
Ermənistan Yaxın Şərqdən muzdluları və döyüşçüləri münaqişə zonasına gətirir...
26/10/2020 [10:32]:
“Bu 27 ildə bizə elə gəlib ki, sanki 57 il həsrət çəkmişik" - Əliyar Əliyevin qardaşı
26/10/2020 [10:26]:
DİN-dən əhaliyə sayıq olmaqla bağlı XƏBƏRDARLIQ
26/10/2020 [10:24]:
Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur - XİN
26/10/2020 [10:14]:
“Rayon qəzetlərimizin nəşri bərpa edilməlidir” – “Onların yazdığını heç kim yaza bilməz!”
26/10/2020 [10:09]:
Düşmən Ağdam rayonunu atəşə tutur - RƏSMİ
26/10/2020 [10:03]:
Putin Qarabağla bağlı son mövqeyinə görə Azərbaycandakı nüfuzunu gücləndirdi...
26/10/2020 [10:00]:
"Ermənilər Pompeodan istədiklərini ala bilmədikdən sonra daha yuxarıya çıxış tapa bildilər"
26/10/2020 [09:58]:
Dünyada koronavirusa yoluxanların sayı 43 milyonu keçdi - STATİSTİKA
26/10/2020 [09:52]:
ABŞ-ın COVID-19 peyvəndinin nə vaxt hazır olacağı açıqlandı
26/10/2020 [09:50]:
İsa Məsihinin çarmıxa çəkildiyi mıxlar aşkarlandı
26/10/2020 [09:49]:
Düşmən bölmələrimizi atəşə tutur - Müdafiə Nazirliyi
26/10/2020 [09:48]:
İsrailin öz koronavirus peyvəndi olacaq...
26/10/2020 [09:47]:
"Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
26/10/2020 [09:45]:
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərindən erməni icmasına MÜRACİƏT...
26/10/2020 [09:37]:
“Məsuliyyətli davranış və vətəndaş intizamı koronavirusa qarşı uğurlu mübarizənin açarıdır”
26/10/2020 [09:36]:
Ermənistan Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini atəşə tutdu...
26/10/2020 [09:35]:
Erməni terrorunun ilk azərbaycanlı qurbanları... - Nəsiman Yaqublunun araşdırması
26/10/2020 [09:33]:
“Ermənistan terrorçuluq fəaliyyətindən əl çəkmək istəmir”
26/10/2020 [08:19]:
Ermənistan yeni atəşkəs rejimini də kobud şəkildə pozdu...
26/10/2020 [07:44]:
"Türkiyə olmazsa, olmaz...”- Hikmət Hacıyev
26/10/2020 [07:38]:
"Müharibə yenə davam edəcək, çünki Ermənistan..."
26/10/2020 [07:33]:
Ermənistan "PKK" terrorçularını Şuşaya topladı...
26/10/2020 [07:17]:
"Ya sükut et, ya xeyir danış" – nitqin İslami resepti
26/10/2020 [00:21]:
Qarabağda üçüncü atəşkəs başlayır - ATƏT-in Minsk Qrupu həmsədrlərinin açıqlaması...
26/10/2020 [00:01]:
Ermənistanın Gəncəyə raket hücumları ilə bağlı “Vikipediya”da xarici dillərdə məqalələr yaradılır
25/10/2020 [23:49]:
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO
Bütün arxiv bir sırada
22/09/2020 [22:12] - Cəmiyyət - ( 2933 dəfə baxılıb)

“Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir”



Sentyabrın 19-da Azərbaycan Prezidenti cənab İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdi; təməlqoymadan sonra isə yerli TV-lərə geniş müsahibə verdi, iqtisadi-sosial sfera da daxil olmaqla, ölkə həyatının bütünü əməli çalışma sahələri üzrə ətraflı danışdı, təsbitlərini açıqladı.

Gəlin öncə “Abşeron” haqqında qısa bilgilərə diqqət edək: “Abşeron” qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng yataqlardan biridir. Yataq Azəri-Çıraq-Günəşli neft-qaz yatağından cənub-qərbdə, dənizin 500 m. dərinliyində yerləşir. Yatağın sahəsi 260 km2 təşkil edir.
Yataqda neftlilik-qazlılıq təbaşir yaşlı çöküntülərlə bağlıdır. Burada suyun dərinliyi 250-650 metr arasında dəyişir. Məhsuldar laylar isə 6500-6700 metr dərinlikdə yerləşir.

İlkin qaz ehtiyatları 1 trilyon m3, kondensat ehtiyatları isə 945 milyon barel və ya 150 milyon ton təşkil edir. Abşeron layihəsində pay bölgüsü aşağıdakı qaydada bölünüb: “Total” (operator, 40%), ARDNŞ (40%) və “Engie” (20%). ARDNŞ-in qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. m3 qaz və 45 mln. ton kondensat təşkil edir.

Yataq 2001-ci ildə “Abşeron” X-2 kəşfiyyat quyusu ilə kəşf olunub.

“Abşeron” qaz-kondensat yatağının işlənməsinin I mərhələsində ildə 1,5 mlrd. m3 qaz, 700 min ton kondensat hasilatı nəzərdə tutulur. “Abşeron” yatağından 2022-2023-cu illərdə illik hasilatın ən azı 4 mlrd. m3 qədər artacağı gözlənilir.

Bu məqamda Ümummilli lider Heydər Əliyevin məşhur sözlərini xatırlatmaq istərdim: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Böyük dövlət və siyasət xadiminin başqa bir kəlamısa belə idi: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Mən bu iki kəlamdan çıxış edərək, “Abşeron” qaz-kondensat yatağı ilə bağlı, dənizin genişliklərinə və dərinliklərinə uzanan su yollarını, dəmir estakadaları, yol gedən, iş görən mütəxəssislər ordumuzu, mürəkkəb qurğuları… toplu halda, yalnız iqtisadiyyata deyil, bütün əməli fəaliyyət sahələrinə şamil edərdim. Əgər insanın yaratdığı bütün maddi nemətlər çoxluğu mədəniyyət sahəsinə (də) aiddirsə, “zəncirini qıran Xəzər”in dəli dalğalı qoynunda, dənizin dərinliklərində iş aparılması imkanları Azərbaycan sənaye mədəniyyətininin bir göstəricisidir. Bu, neft-qaz mühəndislərimizin intellektual mədəniyyətinin də ifadəsidir.
 
Beləliklə, “Abşeron”da işin yeni mərhələsi ilə respublikamız öz neft-qaz strategiyasında önəmli bir hadisəyə imza atmaqdadır. Azərbaycan bununla neft ölkəsindən qaz ölkəsinə keçid etmiş olur. Ölkəmiz artıq daha etibarlı şəkildə qaz təchizatçısı olacaq.

Bir məqama diqqət çəkmək istərdim. “Abşeron”un yeni mərhələsinin təməlqoyamsında iştirak edən cənab İlham Əliyev, vaxtı ilə ARDNŞ-də 9 il vitse-prezident olaraq çalışıb, şirkətdə məhz xarici əlaqələr sahəsinə rəhbərlik edib və əsas kontraktların hazırlanmasında, imzalanmasında biləvasitə fəal rol oynayıb. – Cənab Prezident özü o illəri belə dəyərləndirir: “Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir”.

“Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Xatırlatmaq istərdim ki, ilk kontraktın uğursuzluğuna baxmayaraq, Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış, “Total” şirkəti ilə ARDNŞ-in işbirliyi sonucunda böyük qaz-kondensat yatağı aşkarlanmışdır.

Yataqda ilkin proqnoza görə 350-360 milyard m3 qaz ehtiyatı var. Nəzərə alsaq ki, əhalimiz artır, yeni evlər tikilir, yeni təsərrüfatlar yaranır, o zaman “Abşeron”un birinci mərhələsində çıxarılacaq qazın daxili tələbatı ödəmək məqsədi ilə yönləndiriləcəyinin bildirilməsi, özlüyündə həyati vacib sosial-iqtisadi önəm daşıyır. Digər yandan, yataqda 100 milyon ton kondensatın olması, neft hasilatını və ixracını sabit saxlamağa imkan verir.

Təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası ilə yeni qaynaqlardan hasilat artacaq.

Cənab Prezident hər fürsətdə olduğu kimi, yenə çox doğmalıq və güclü qardaşlıq ruhu ilə Türkiyə bazarında, Türkiyə vasitəsi ilə digər ölkələrdə Azərbaycan neft və qazının satılması mövzusuna da toxundu: “TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm də Türkiyə üçün çox önəmlidir. Çünki qaz hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq”.

Bəli, “Əsrin kontraktı”nın imzalanmasından 26 il keçib və o vaxtdan bu günə qədər bir çox başqa kontraktlar da imzalanıb, lakin heç bir kontrakt Azərbaycanın neft potensialına ümumdünya marağını azaltmır, əksinə artır. – Çünki, Azərbaycan etibarlı tərəfdaşdır, dürüst siyasət yeridir, ölkəmizdə neft-qaz sahəsində böyük imkanlar mövcuddur, güclü mütəxəssislərimiz, peşəkar neft-qaz işçilərimiz var. Əlbəttə, ölkəmizin əlverişli coğrafi mövqeyi də bu planda öz sözünü deyir.

Cənab Prezidentin “Abşeron”un yeni mərhələsinin təməlqoymasından sonra yerli TV-lərə verdiyi müsahibədə diqqət yetirdiyi çox önəmli mövzulardan biri də dövlət müstəqilliyinin gücləndirilməsi, müstəqilliyin necə bir nemət olmasının təsirli təsbiti oldu: “Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik.

…Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik.

Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır”. – Mən də yazımı, dövlət başçımızın məh bu inam və çağırışı ilə tamamlamaq istərdim. – Qürur duyuram ki, Prezidentimiz ölkəmizin və bölgənin geosiyasi mövqeyi, diplomatiya, demoqrafik gerçəkliklər, iqtisadiyyat, sosial rifah… haqqında olduqca aydın baxışa, irəligörüşə sahibdir. Çağdaş və tarixi aspektdən yanaşdıqda yerli TV-lərə verilən yeni müsahibəni məhz yeni nəsillərimiz üçün dərin məzmunlu, strateji mahiyyətli proqram kimi gördüyümü deməliyəm.

DÖVLƏTİMİZ VAR OLSUN!
 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

loading...
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərindən erməni icmasına MÜRACİƏT...
Belaruslular "Batya"nı devirmək üçün yenidən meydanlara axışdı - 100 minlik aksiya...
"Artıq Azərbaycan dövləti nəinki regionda, dünyada söz sahibinə çevrilir"
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“Bütün bloqerlər cəbhə bölgəsindən çıxarılsın, reytinq xatirinə ora gediblər”
Cəmiyyət
Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim”
Siyasət
"Ermənilər Pompeodan istədiklərini ala bilmədikdən sonra daha yuxarıya çıxış tapa bildilər"
Cəmiyyət
“Türkiyədədir, özü gələr və konsert məsələsinə aydınlıq gətirər...” - Müğənninin köməkçisi
Cəmiyyət
Məhv edilən erməni işğalçılarının görüntüləri yayıldı - FOTO + VİDEO

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247