Gücümüz Birlikdədir!
Oxunub: 1391
24 Sep 2020 | 10:28
Gücümüz Birlikdədir!
Bu gün dünyanın siyasi xəritəsində 6 müstəqil türk dövləti və başqa dövlətlərin tərkibində onlarla müxtəlif siyasi, iqtisadi və mədəni muxtariyyət statusları ilə yaşayan türk toplumları və onların yerli özünü idarəçilik qurumları var. Bunlarla yanaşı bir sıra dövlətlərin ərazilərində hələ də öz fundamental haqlarını reallaşdıra bilməyən çoxsaylı türk toplumu var ki, onlar da öz haqlarının tanınması uğrunda tərkibində yaşadıqları dövlətlərin rejimlərinə qarşı mücadilə aparırlar.

20-ci əsrin 90-cı illərində SSRİ-nin tərkibindəki türk respublikalarının müstəqilləşməsi türk dünyası üçün böyük perspektivlər açdı və Avrasiyanın sonuncu imperiyasının tərkibindən çıxmış Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızstan bu gün milli müstəqillik dayaqlarını möhkəmləndirməklə məşğuldurlar. Bu xalqların hər biri öz dövlətlərini daha güclü, daha müasir bir quruluşa çatdırmağa səy göstərirlər. Əlbəttə güclü olmaq bir zərurətdir, amma çağdaş dünyada sadəcə güclü olmaq heç də hər şeyin həllinə nail olmaq demək deyil. Əslində güclü olmaq – həmişə diqqət mərkəzində olmaq, rəqabətdə olan digər dövlətlərin maneələri ilə üzləşmək və bu maneələri dəf etmək məcburiyyətində qalmaq deməkdir. Güclü olmaq – savaşların mərkəzində olmaq, daim gözlənilməz təhlükələrlə üzbəüz qalmaq deməkdir. Deməli, sadəcə müstəqil və güclü olmaq milli azadlıq ideallarımızın tam qələbəsi hesab oluna bilməz. Burada çatışmayan daha bir komponent var. Bu gün gücün birliklə tamamlanması həqiqəti türk dünyasının gələcəyini müəyyən edən əsas şərtə çevrilməkdədir. Müstəqil olmaq və güclü olmaqla yanaşı eyni zamanda birlikdə olmaq həm müstəqilliyimizin, həm də güclü olmağımızın ən etibarlı zəmanətidir. Artıq bütün müstəqil türk dövlətlərində bu paradiqma dərk edilməkdədir. İndiyədək bu istiqamətdə müəyyən addımlar atılıb, amma daha qətiyyətli addımların atılmasına ehtiyac var.

Bu gün türk dövlətlərinin qarşılıqlı münasibətləri ilə bağlı qəbul olunan çoxsaylı sənədlər siyasətdən iqtisadiyyata, mədəniyyətə, elm və təhsilə qədər bütün istiqamətlərdə əlaqələrimizin real əsasını təşkil edir. Belə çoxtərəfli əsaslar üzərində müasir türk respublikalarının müştərək siyasi platforması, iqtisadi coğrafiyası və milli-mədəni identifikasiyası formalaşır. Bu genişlənmə getdikcə daha çox siyasi-iqtisadi və ictimai-mədəni məzmun alır və daha çox beynəlxalq əhəmiyyət kəsb edir. Amma zaman sürətlə dəyişir, qloballaşma meyllərinin dərinləşməsi hər gün qarşımıza yeni dilemmalar çıxarır. Bu dəyişikliklər suveren türk milli dövlətlərinin daha sıx müttəfiqliyini zəruriləşdirən yeni geosiyasi vəziyyət yaradıb. Türkiyə və Avropa Birliyi arasında onillərlə uzanan danışıqların dayandırılması, artıq 30 ildən çox kənar güc mərkəzləri tərəfindən Azərbaycana qarşı hibrid müharibənin aparılması və Qarabağ münaqişəsinin başımız üzərində “Domokl qılıncı” kimi saxlanması, Mərkəzi Asiya türk respublikalarının keçmiş imperiyanın təsirindən tam azad ola bilməməsi biz türkləri daha mütərəqqi və doğru bir yola – türk dövlətləri arasında müttəfiqliyin dərinləşdirilməsi və onun işlək siyasi əsaslarının yaradılmasına yönəltməkdədir. Bu bizim üçün tarixi bir fürsət, dünya üçün isə Avrasiyada sülhün və sabitliyin təmin olunmasına böyük bir töhfə imkanıdır.

Türk birliyini mümkün və zəruri edən ilkin əsaslar tarixən mövcuddur və bu gün də öz aktuallığını qoruyub saxlayır. Eyni sivilizasiya koduna mənsubluq, dil, din və mədəniyyət eyniliyi, eləcə də müstəqil türk milli dövlətləri arasında birbaşa coğrafi bağlılıq və ən başlıcası, bütün türk dövlətlərində xalqın özündən gələn qarşılıqlı cazibə qüvvəsi – bütün bunlar beynəlxalq birlik yaratma təcrübəsində öz təsdiqini tapmış ilkin şərtlərdir. Bu gün dünyada gedən qloballaşma prosesləri türk birliyinin siyasi əsaslarını təşkil edir. Avropa ölkələrinin AB şəklində siyasi İttifaq səviyyəsinə qədər inkişaf edə bilməsi türk dövlətləri arasındakı münasibətlərin də analoji vektor üzrə siyasi müttəfiqlik statusuna yüksəlməsi üçün nümunə və təcrübə yaradıb. Bu təcrübənin müsbət və mənfi xüsusiyyətlərini nəzərə almaqla Türk dövlətləri öz aralarında siyasi birliyin daha mükəmməl formasına nail ola bilərlər. Türk Dövlətləri Birliyinin (TDB) təsis edilməsi heç də milli müstəqilliyin itirilməsi hesabına deyil, əksinə dövlətlərüstü siyasi qurumun ( TDB) hesabına milli dövlətçiliyin daha da möhkəmləndirilməsinə və hər bir türk dövlətinin xarici təzyiqlərə qarşı müqavimət gücünün artırılmasına xidmət etməlidir.

Dövlətlərarası siyasi birliyin digər bir mühüm şərti də ortaq iqtisadi bazarın mövcudluğudur. Bu baxımdan da türk dövlətlərinin ayrı-ayrılıqda mövcud iqtisadi potensialı kumulyativ şəkildə analoji birliklərin iqtisadi potensialını üstələyir. Belə ki, hal-hazırda təxminən 250 milyon türk əhalisinin yaşadığı Avrasiya türk arealında mövcud olan təbii resursların təsdiq olunmuş həcmi 500 milyon əhalisi olan AB-nin toplam təbii resurslarından 2 dəfə çoxdur. Deməli, türk coğrafiyasında təbii resursların adambaşına düşən xüsusi çəkisi Avropaya nisbətdə 4 dəfə çoxdur. Belə zəngin iqtisadi potensiala malik olan bir ərazidə eyni etnik kökə malik olan xalqlar arasında qarşılıqlı siyasi-iqtisadi, mədəni-sosial münasibətlərin yeni əsaslar üzərində, yəni İttifaq əsasları üzərində qurulması dünyada birlik yaratma təcrübəsinin ən uğurlu nümunəsi ola bilər.

Hadisələrin bu günə qədərki inkişafı göstərir ki, türk dövlətlərinin öz aralarında siyasi birlik yaratması üçün təməl faza artıq keçilib. İndi dövlətlər arası münasibətlərin elə bir mərhələsinə keçid etmək lazımdır ki, orada bütün türk dövlətlərinin problemləri bir arada müzakirə olunsun və dünya siyasətinə vahid platformadan, ortaq türk mövqeyindən bəyan edilsin. Bu mərhələyə keçidin ilk addımları isə Azərbaycan-Türkiyə münasibətlərinin dinamikasından çox asılıdır. Hazırda bu iki dövlət “bir millət-iki dövlət” paradiqması əsasında özlərinin daxili və xarici siyasətlərini uğurla uzlaşdırırlar. Bu yanaşma beynəlxalq müstəvidə hər iki dövlətin mövqeyini möhkəmləndirən ən səmərəli yanaşmadır. Son 30 ildə Türkiyə -Azərbaycan münasibətlərinin qardaşlıq münasibətlərinə yüksəlməsi onların beynəlxalq siyasətdə vahid platformadan çıxış etməsini təmin edib və hər iki ölkənin milli təhlükəsizlik məsələləri ən vacib ortaq məsələ olaraq dəyərləndirilir. Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin mövqeyi, eləcə də Türkiyəyə qarşı təcrid siyasətinə Azərbaycan dövlətinin reaksiyası bu münasibətlərin açıq görünən tərəfləridir. Bölgədə hərbi-siyasi vəziyyətin mürəkkəbləşəcəyi halda isə bu qarşılıqlı dəstəyin bəyanatlardan əməli müstəviyə keçəcəyi artıq heç kimə sirr deyil. Amma Türk dövlətlərinin problemləri yalnız Qarabağ və Kipr münaqişəsi ilə, eləcə də Türkiyənin regionda sıxışdırılması ilə qurtarmır. Mərkəzi Asiya türk respublikaları da öz ərazilərini və iqtisadi potensiallarını öz xalqlarının mənafeyinə uyğun istifadə etməkdə böyük çətinliklərlə üzləşirlər. Türkmənistan, Özbəkistan, Qazaxstan və Qırğızstanın ayrı-ayrılıqda öz gücünə müstəqil siyasət yürütmək imkanları məhduddur. Nə qədər müstəqil siyasət yürütməyə çalışsalar da böyük güclərin təzyiqləri qarşısında bəzən beynəlxalq siyasətin konyunkturasına tabe olaraq öz milli maraqlarını güzəştə getməli olurlar. Bütün bu amillər türk dövlətləri arasında daha optimal inteqrasiya zərurətini - müttəfiqləşmə zərurətini doğurur. Hər cür təhlükəyə qarşı səfərbər olmaq, güclənərək birləşmək və birləşərək güclənmək zərurəti bu gün və gələcəkdə türk dünyasının var olmaq şərtini özündə ehtiva edir. Bu prosesdə Azərbaycan türk dünyasının qərbi ilə şərqini bir-birinə bağlayan ən vacib həlqə rolunu oynayır. Xəzər dənizi sahillərində Avrasiya üçün əvəzsiz strateji əhəmiyyət daşıyan bir bölgədə yerləşən Azərbaycan öz ərazisində geniş türk coğrafiyasında yaşayan insanların, mal və əmtəənin qarşılıqlı hərəkətini təmin edən beynəlxalq nəqliyyat kommunikasiyalarının qovşağını yaradıb. Qərblə Şərq məhz Azərbaycan üzərindən bir-biri ilə təmas qurur, ticarət edir, elmi-texniki təcrübələrin və eləcə də malik olduğu mədəni dəyərlərin mübadiləsini həyata keçirir. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətlərinin İttifaq səviyyəsinə yüksəldilməsi həm də bütün türk dünyasını bir-birinə bağlayan cazibə mərkəzi rolunda çıxış edə bilər. Bu missiyanın uğurla həyata keçməsi isə bütün türk dövlətlərində türk birliyinə doğru atılacaq addımların qətiyyətindən və ardıcıllığından asılıdır. Bu gün hər bir türk dövlətinin öz ərazisində öz milli hegemonluğunu qoruyub saxlaya bilməsi bütün türk coğrafiyasında türk hegemonluğunun təmin edilməsindən birbaşa asılıdır. Bunu təmin etmək üçün bütün türk dövlətlərinin siyasi-iqtisadi, mədəni-sosial, ictimai-humanitar siyasəti və fəaliyyətləri ortaq nöqtədən və ortaq maraqlar əsasında istiqamətləndirilməlidir. Belə bir ortaq fəaliyyətin mərkəzində isə “Türk Dövlətləri Birliyi” adını daşıyan siyasi ittifaq qurumu dayana bilər.

Türk Dövlətləri Birliyinin yaradılması və möhkəmlənməsi digər dövlətlərə və onların birliklərinə qarşı deyil. Belə bir müttəfiqləşmə – öz növbəsində dünya birliyini də gücləndirən, beynəlxalq aləmə yeni bir enerji verən, qlobal siyasətin qeyri-bərabərlik, dominantlaşma, bloklaşma, separatizm, təcridçilik və s. kimi neqativ tendensiyalarına qarşı müqaviməti artıran bir prosesdir. İyirminci əsrdə Avropa Birliyi bəşəriyyətin tarixi-siyasi həyatında, beynəlxalq sülhün təminatında hansı rolu oynamışdısa, iyirmi birinci əsrdə yaranan

Türk Dövlətləri Birliyi də eyni funksiyanı, lakin daha böyük siyasi təcrübə və potensialla yerinə yetirmək imkanları qazana bilər.

Bu gün birlik - qlobal və regional siyasətin oriyentasiyalarını müəyyən edən ən başlıca amildir. Birlik imkanlarından rasional şəkildə istifadə edilmədiyi təqdirdə suveren türk milli dövlətlərinin hansısa bir superdövlətin və ya güc mərkəzinin “himayəsi” altına keçməsi qaçılmaz ola bilər.

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru
Oxşar xəbərlər
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
23 Apr 2024 | 17:43
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:39
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
23 Apr 2024 | 17:35
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
23 Apr 2024 | 17:25
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:17
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
23 Apr 2024 | 17:14
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 17:05
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
23 Apr 2024 | 17:04
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
23 Apr 2024 | 17:00
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Apr 2024 | 16:55
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
23 Apr 2024 | 16:53
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
23 Apr 2024 | 16:50
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 16:45
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
23 Apr 2024 | 16:40
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
23 Apr 2024 | 16:35
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 06:28
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
23 Apr 2024 | 08:02
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 06:28
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
23 Apr 2024 | 08:02
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO