“Ermənistan ciddi-cəhdlə müharibəyə hazırlaşır və onun danışıqlarla bağlı dedikləri sadəcə cılız siyasi fənddir”.
Bunu Moderator.az-a
açıqlamasında politoloq Tofiq Abhbasov bildirib. Ekspertin sözlərinə görə, Azərbaycan
gec-tez Qarabağ problemini müharibə yolu ilə həll etmək məcburiyyəti qarşısında
qalacaq:
“Ermənilərin xisləti,
onların siyasəti hər kəsə məlumdur. Onların təbiəti elə formalaşıb ki, bu təbiətdə
müsbət, humanist hansısa dəyişikliyin
baş verməsi mümkün deyil. Ermənistan işğaldakı torpaqları azad etmək niyyətində
deyil və heç vaxt bu məsələdə geri addım atmayacaq. Bu isə o deməkdir ki, Azərbaycan
gec-tez Qarabağ poblemini müharibə yolu ilə həll etmək, düşmənin başını hərb meydanında əzmək məcburiyyəti
qarşısında qalacaq. İndiki məqamda müharibənin baş vermə ehtimalını yüksək
hesab etməsəm də, yaxın gələcəkdə belə bir müharibənin baş verəcəyi mütləqdir”.
Seymur ƏLİYEV