"Ermənistan və onun hüquqtanımazlığına göz yuman havadarları bilməlidir ki..."
Oxunub: 2499
24 Sep 2020 | 21:58
Ermənistan dövləti = “FAİL STATE”

Sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirində iştirak edən Prezident İlham Əliyevin, tədbirdən sonra AzTV, İTV və “Real” TV-yə verdiyi geniş müsahibə özündə bir sıra əməli fəaliyyət sahələrinə aid bilgiləri, təsbit və çağırışları ehtiva edir. Təsadüfi deyil ki artıq 4 gün keçməsinə və bu günlərə içində ölkəmizdə, dünyada bir sıra önəmli olaylar baş verməsinə baxmayaraq, həmin müsahibədə səsləndirilən fikirlər gündəmin əsas müzakirə mövzusu olmaqda davam edir. Cənab Prezidentin hərbi, iqtisadi, siyasi, insan amili, tarixi həqiqətlər, strateji tərəfdaşlıq, milli prioritetlər və b. mövzularda verdiyi təhlillər, bölüşdüyü informasiyalar və etdiyi çağırışlar bir tərəfdən dövlətimizin öncəlik tanıdığı sahələri, digər yandan yerli və beynəlxalq münasibətlər sisteminə dövlət baxışını ifadə edir. Prezidentin jurnalistlərin suallarına cavabı həm də üslub özəllikləri, ritorikası baxımından özünə diqqət tələb edir. Mövzunun işlənməsi, fikir ardıcıllığı, sözlərlə ifadə alqoritmi, yaddaşlara xitab etmək kimi incəliklər dövlət başçısının nitqinin ritorikasını müəyyənləşdirir. Burada ciddiyyət, siyasi gurultulara heç vəchlə yer verməmək kimi nüansları da fərqləndirməliyik. Bu, qarşı tərəflə müqayisə etdikdə daha qabarıq görsənməsi ilə də diqqəti cəlb edir. Biz burada “qarşı tərəf” dedikdə, işğalçı Ermənistanı, erməni Baş naziri nəzərdə tuturuq. (Əlbəttə, “qarşı tərəf” anlayış olaraq çox yerdə işlənə bilsə də, ərazisi işğal olunmuş, milyondan artıq mülki vətəndaşı məcburi köçkün və qaçqın həyatı yaşayan, bir sözlə, özünə belə xeyri dəyməyən (“Fail state”) uğursuz Ermənistan dövləti adlı terrorçu xislətli, hüquqtanımaz “qonşu” ilə həmhüdud olan bizlər üçün başqa “qarşı tərəf”lər şərti sıralamada çox sonrakı yerlərdə gəlir və gəlməlidir. Cənab Prezidentin hərtərəfli islahatlar kursunun mahiyyətini də bu planda başa düşməkdə fayda var). Demokrat libaslı, amma işğalçı zehniyyətli Paşinyanın, digər erməni başbilənlərinin boş sözlər yığını, hay-küy mənasızlığında işlətdiyi “fikir”lər sabun köpüyü kimidir. Sözsüz ki burada Ermənistanın haqsız tərəf olması, Ermənistan rəhbərliyinin hər çıxışında, daha çox yalanı, riyanı gizlətmək zorunda qalmasının da rolu var. – Prezidentin “Biz erməni rəhbərliyindən fərqli olaraq, piar üçün yox, mahiyyət üçün işləyirik” ifadəsi Azərbaycan hökumətinin apardığı siyasətin mahiyyətini nümayiş etdirir.
Beləliklə, ölkə başçısının yerli TV-lərə geniş müsahibəsindəki ritorika hər nə qədər hərbi, strateji, iqtisadi, siyasi yükümlü olsa da, eyni dərəcədə üslub(iyyat), tarix (tarixi həqiqətlər), beynəlxalq davranış etikası, psixologiya və məntiqlə bağlıdır.
Məsələn, hərbi ritorikaya diqqət etsək, cənab Prezidentin “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” fikri, əslində, açıq siyasi ismarıncdır. Bu ismarınc hadisələrin inkişaf ssenarilərindən asılı olmayaraq, Azərbaycanın hər zaman müharibəyə hazır olduğunu nümayiş etdirir. Bu ismarınc, eyni zamanda, gücümüzü, o cümlədən dövlət siyasətimizin müstəqillik dərəcəsini əks etdirir.
Barış və diplomatik üsullara sadiq olan Azərbaycan Respublikası, öz hərbi gücünə yaxşı bələddir və müharibə ehtimalını inkar etmir. Dövlətimiz hərbi ritorikaya çağırmır – hərbi əməliyyatlar vasitəsi ilə işğal olunmuş ərazilərimizin məhz adekvat vasitələrlə qaytarılmasına hazır olduğunu bildirir. “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır”. Beynəlxalq ictimaiyyət bilməlidir ki, bu sözlər hərbi ritorikanın təzahürü deyil. Bu sözlər tarixi ədalətin bərpasına dair bir çağırışdır. Prezidentin “Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub” - fikri artıq Ermənistana inamın olmadığını açıq şəkildə nümayiş etdirir.
Cənab Prezidentin “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır” deməsi, dövlətimizin qəti qələbəli müharibəyə hazır olmasının ifadəsidir. Bu ifadə xüsusi olaraq onu müəyyən edir ki, müharibənin başlanması yalnız hökumətin deyil, eyni zamanda xalqın çağırış və istəyinin nəticəsidir. Bu yerdə, vətəndaşlarımızın yaşından, cəmiyyətdə tutduğu mövqedən, digər amillərdən asılı olmadan, könüllü surətdə hərbi xidmətə getmək üçün hərbi komissarlıqlara kütləvi şəkildə axın etməsini yada salmaq istərdim. Bu sətirlərin müəllifinin Milli Məclisdə təmsil etdiyi Tovuz rayonunda iyulda baş vermiş sərhəd toqquşması (daha dəqiq ifadə ilə desək, Ermənistanın növbəti avantüsit hücumu) zamanı vətənə bağlılıq yönündə yaşananlar yaxşı örnəklər təşkil etməkdədir. – Dövlət müstəqilliyi tarıximizdə ilk dəfə, ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ayrılıqda, Ali Baş Komandanın ətrafında birləşməsi Bəyanatı ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının təzahürüdür.
Hərbi ritorikaya toxunmuşkən, onu da vurğulayaq ki cənab Prezident elanolunmamış müharibə və torpaqlarımızın işğalında bütövlükdə erməni xalqını yox, məhz Ermənistan siyasi hakimiyyətini günahlandırır. Bu, beynəlxalq ictimaiyyətin nəzərə almalı olduğu prinsipial yanaşmadır. Azərbaycan Prezidentinin bu sözləri, eyni zamanda erməni cəmiyyətinə də ünvanlanmış ismarıncdır: “Ermənistanın indiki rəhbərliyi məsuliyyəti dərk etmir. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır.”
Qeyd etməliyik ki, bizimlə güc dili ilə danışmaq cəhdi də, özünü qalib ədasında tutmaq da, yeri gəldikdə beynəlxalq ictimaiyyət qarşısında məzlumanə görkəm almaq da Ermənistan dövlət rəhbərliyinin dəyişməz “taktika”sıdır. Belə diametral dəyişkənliklə (mövqesizliklə), çətinə düşəndə sülhdən dəm vurmaqla, Azərbaycan dövlətinin Ermənistanla deyil, qondarma Dağlıq Qarabağ xunta rejimi ilə  danışıqlar aparmalı olduğunu deməklə... qarşı tərəf həm həyasızlıq edir, həm də növbəti məntiqsizliyə imza atmış olur. “Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb – biz yox, Ermənistan.” – Prezidentin bu fikri “Azərbaycanı müharibəyə sövq edirlər” şəklində də oxuna bilər. Beynəlxalq ictimaiyyət, ilk növbədə ATƏT-in Minsk qrupu, sülhyaratma mandatlılar bu cür açıqlamalara dair qəti fikrə sahib olmalıdır. Cənab Prezidentin dediyi kimi, biz ətrafımızda nələr baş verdiyini bilirik, bilirik ki Ermənistan və havadarları növbəti hərbi əməliyyatlara hazırlıqla məşğuldur. Beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri içərisindəki torpaqlar belə başdan-başa Azərbaycanın tarixi torpaqları olan Ermənistan və onun hüquqtanımazlığına göz yuman havadarları da bilməlidir ki, bizim bir addım belə geri çəkilməmiz mümkün deyil, mümkün olan yalnız irəli getməyimizdir. Və bu təhdid deyil, məhz tələb olunan ən uyğun cavabdır.
Qəbul edilməlidir ki, Azərbaycanın dövlət başçısının fikirləri artıq simulyasiyaların deyil, konkret və adekvat addımların zamanının çatdığını çox açıq şəkildə ifadə edir: “Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir”.
“Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra verilən müsahibədən danışarkən, cənab Prezidentin qardaş Türkiyənin ünvanına səsləndirdiyi məhəbbət dolu fikirlərə toxunmasaq olmaz. –Türkiyə və Azərbaycan birliyinin “böyük sərvət” adlandırılması ölkələrimiz arasında münasibətlər tarixində yeni eranın başlanmasına işarə edir. Prezidentin “Biz Türkiyə ilə bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq” – ifadəsi Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfi və siyasi prinsipinə yeni nəfəs vermək, o kamil prinsipi davam və inkişaf etdirmək deməkdir. 
“Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz” deyən cənab Prezidentin siyasəti xəlqi siyasətdir. Qəbul olunan qərarlar məhz milli maraqların tələbidir. – Dövlət başçısı xalqın dəstəyini əsas amil kimi müəyyən edir və yalnız xəlqi maraqlara istinad edir.
Şübhəsiz ki gerçəkçi əməl və konstruktivlik üzərində qurulmuş siyasət bütün dövrlərdə xalq tərəfindən rəğbətlə qarşılanır. – Bu, alternativlərin ən yaxşısıdır.
Və nəhayət: “Biz məsuliyyətli ölkəyik”! – Belə ki, məsuliyyət çağdaş, peşəkar və müsbət təsirli siyasətin əsas göstəricisidir.
DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
Oxşar xəbərlər
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 12:08
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 12:08
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”