Eldar Namazov: “Türkiyə Qarabağ məsələsində Rusiya amilini neytrallaşdıracaq gücdədir”
Cəmiyyət
Oxunub: 2657
26 Sep 2020 | 09:42
Eldar Namazov:  “Türkiyə Qarabağ məsələsində Rusiya amilini neytrallaşdıracaq gücdədir”
“Artıq həlledici məqam yetişib və biz ona hazır olmalıyıq”

İndi nəinki Azərbaycan xalqı və dövləti, eyni zamanda beynəlxalq ictimaiyyət də əmin olmağa başlayıb ki, Ermənistanla danışıqlar aparmaqla işğala son verilməsi, Qarabağ məsələsinin ərazi bütövlüyümüz çərçivəsində həlli mümkün olmayacaq. Odur ki, hərb variantı günbəgün daha real görünür. Bu mövzuda Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”ın suallarını cavablandırdı.

- Eldar bəy, cəmiyyətdə mövcud olan bu yanaşmanı - “unikal məqam yetişib, savaş qaçılmazdır” fikrini siz də bölüşürsünüzmü, yoxsa durumla bağlı fərqli mövqedəsiniz?

- Sualınıza konkret cavab verim ki, mənim aləmimdə belə bir şərait yetişib və hazırlıq işləri də göz qabağındadır. Azərbaycan hakimiyyəti bunu gizlətmir, dünya ictimaiyyəti də bunu görür. Düşmən tərəfdə də hazırlıq işləri gedir. Ona görə də sizin sualınızın cavabı birmənalıdır: belə bir şərait yetişib və hərbi əməliyyatlar hər an bərpa oluna bilər. Ancaq bu addımı nə vaxt atmaq məsələsi yalnız Azərbaycan Prezidenti, Ali Baş Komandanın səlahiyyətindədir. Bu da təbiidir. Çünki həm ordu işləri, həm diplomatiya sahəsində atılan addımlarla bağlı bütün dəqiq informasiyalar Prezidentin masasının üstündədir və o informasiyalar nəzərdən keçirilməklə son qərar verilməlidir. Ona görə də bizim cəmiyyət sadəcə olaraq bu addıma hər an hazır olmalıdır, ordumuz da, diplomatiyamız da öz işini görməlidir. İnformasiya müharibəsi sahəsində, cəmiyyətdə səfərbərlik məsələlərində zəruri olan məsələlər həyata keçirilməlidir. Artıq həlledici məqam demək olar ki, yetişib və biz ona hazır olmalıyıq.

- İşğal zonasına terrorçu qruplaşmaların köçürülməsi məsələsi də ciddi narahatlıq doğurur. Livandan “erməni ailələrinin köçürülməsi” adı altında əslində ərəb ölkələrindən terrorçu qruplaşmalar Qarabağa gətirilir. Bunlar Azərbaycanın antiterror əməliyyatı keçirməsinə əsas yarada biləcək faktlar kimi qəbul oluna bilər, yoxsa daha ciddi təhlükələr vəd edən məsələlərdir?

- Gəlin burda konkret və dəqiq informasiyanı müxtəlif şayiələrdən və qeyri-dəqiq məsələlərdən ayıraq. Dəqiq informasiya ondan ibarətdir ki, hələ 90-cı illərin əvvəllərində Qarabağda döyüşlər olanda Yaxın Şərqdən və dünyanın başqa yerlərindən erməni daşnaklarının terror qruplarının üzvləri Qarabağa gəlib bizə qarşı vuruşublar. Bu, ermənilərin daimi taktikası olub. Onların ən məşhur terrorçularından biri Monte Melkumyanı da Azərbaycan əsgərləri Qarabağda gəbərtmişdilər. İndiki situasiyada Suriyadakı Rusiyaya yaxın qruplarının içərisində Suriya ermənilərinin batalyonu da vuruşurdu. Həmin erməni batalyonunun yaradıcısının adı ilə bağlı olan təşkilat (“Nubar Ozanyan” - E.P.) mövcuddur. O təşkilat 90-cı illərin əvvələrində Qarabağ döyüşlərində döyüşmüş erməni terrorçunun adını daşıyır. Bu, artıq real, qəbul olunmuş faktdır ki, Qarabağda döyüşlər başlayanda Yaxın Şərqdən də, Avropa, Amerikadan da ASALA şəbəkəsinin, erməni daşnaklarının terrorçu qruplarının üzvləri dərhal Qarabağa gəlib bizə qarşı vuruşurlar. Təbii ki, yenidən hərbi əməliyyatlar bərpa olunanda, indiki zamanda da onların Yaxın Şərqdən, həmçinin digər ölkələrdən bölgəyə gəlmələri gözlənilən bir haldır. O ki qaldı Livan və ya Suriya ermənilərinin buraya köçürülmə planlarına, əslinə qalsa, o gözdən pərdə asmaq üçün bir şeydir. Onlar bunu niyə elan edirlər, niyə bu haqda kadrlar yayırlar? Axı, onlar bilirlər ki, Azərbaycan diplomatiyası əks hücuma keçəcək, onları qınayacaq, ifşa edəcək, bununla bağlı BMT-yə müraciət edəcək. Ermənilər bunu yaxşı bilirlər. Ancaq bilə-bilə də videoreportajlar yayırlar.

“Əgər Ermənistan sərhədlərimizi keçib torpaqlarımızı işğal edirsə, Azərbaycan ordusunun da sərhədi keçib öz tarixi torpaqlarını azad etmək hüququ var”

- Artıq rəsmən bəyan edirlər ki, 1200 nəfər Livandan Ermənistana gəlib...

- Bəli. Bu məlumatları ona görə yayırlar ki, pərdə arxasında onlar Livandan terrorçu qrupların gəlməsini gizlədirlər. Minlərlə erməni terrorçusunun Dağlıq Qarabağa gəlməsini gizlətmək üçün onlar xəbərlər yayırlar ki, guya hərbi əməliyyatlar, yaxud Livandakı partlayışlar zamanı mülklərini itirən adi erməni ailələri bura gəlir. Guya humanitar bir missiya kimi Ermənistan onları qəbul edir. Bütün bunlar gözdən pərdə asmaq üçündür. Əslinə qalsa, Yaxın Şərqdəki müharibələrdə iştirak edən erməni terrorçularından Azərbaycana qarşı döyüşlərdə istifadə etmək üçün Ermənistana gətirirlər. Bu, faktdır. Biz bunu fakt kimi qəbul etməliyik.

- Qarabağ məsələsində Türkiyə faktoru nə dərəcədə rol oynaya bilər? Təbii ki, müstəsna əhəmiyyətə malikdir. Amma konkretləşdirsək...

- Bu, böyük geopolitik savaşda Türkiyənin öz tarixi missiyası var və bu məsələ Azərbaycan üçün çox böyük önəm daşıyır. Mən deyərdim ki, hətta həlledici amilə çevrilib. Türkiyə Cənubi Qafqazda balansı dəyişməyə qadir bir ölkədir. Türkiyə Ermənistana hərbi dəstək verən Rusiya amilini neytrallaşdırmaq üçün böyük imkanlara malik bir dövlətdir. Minsk Qrupunun fəaliyyətsizliyi hamının gözü qarşısındadır. Əslinə qalsa, real danışıqlar üçbucaqda keçirilir: Bakı-Moskva-İrəvan. Bu üçbucaq Qarabağ məsələsinin həlli üçün qənaətbəxş model deyil. Ona görə ki, bu, üçbucağın bir bucağı Azərbaycan torpaqlarını işğal edib, digəri isə işğalçıya hərbi dəstək verir. Bu mənada Qarabağ probleminin həllini bu üçbucaqda axtarmaq ağılsızlıqdır, yersiz vaxt itirməkdən başqa bir şey deyil. Türkiyənin bu bölgəyə gəlişi geopolitik balansı dəyişir və dördbucaq yaranır.  Türkiyə NATO-nun ikinci güclü ordusuna malik olan və indi Yaxın Şərqdə keçirdiyi əməliyyatlar zamanı Yaxın Şərqin, ön Asiyanın aparıcı hərbi qüvvəsi olaraq Rusiya amilini tam neytrallaşdıra bilər. Mən bu barədə əvvəllər də demişəm, Azərbaycan bu yeni siyasəti quranda onu güzgü prinsipi əsasında qurmalıdır, bu, diplomatiyada çox geniş istifadə olunan, həm də effektli bir yanaşmadır. Yəni sənə qarşı hansı addım atılırsa, sən də ona elə həmin həcmdə cavab verirsən. Ona görə də güzgü prinsipi diplomatiyada çox geniş yayılmış, qəbul olunmuş və effektli bir prinsipdir. Bizim işğal olunmuş ərazilərimizlə bağlı güzgü prinsipi o deməkdir ki, ruslar Ermənistanda hərbi baza yaradıblarsa, Türkiyə də Azərbaycanda hərbi baza yaratmalıdır. Ruslar ermənilərlə birgə qoşun hissələri yaradıblarsa, Naxçıvanda da Əlahiddə Ordu ilə Türkiyənin Üçüncü Səhra Ordusu arasında saziş əsasında vahid qoşun hissələri yaradılmalıdır. Ruslar Ermənistanda həm adi, həm nüvə başlıqları daşıyan İsgəndər raketləri yerləşdirirlərsə, Azərbaycan da nüvə silahına malik olan yeganə müsəlman ölkəsi Pakistandan, bizim çox yaxın müttəfiqimizdən ona uyğun raket sistemlərini almalıdır. Pakistan həm nüvə sistemlərini, həm də adi başlıqları daşıya biləcək raketlər istehsal edir, Azərbaycan da onları almalıdır. Güzgü prinsipi o deməkdir ki, bizə qarşı atılan addımlara cavab olaraq eyni həcmdə adekvat addımlar atırıq. Bu proses Cənubi Qafqazda güclərin balansını dəyişib, Rusiyanın Ermənistana hərbi dəstəyini neytrallaşdıra bilən bir amil olmalıdır. Türkiyə də bunu həyata keçirməyə qadirdir. İnşallah belə də olacaq.

- Eldar bəy, PKK, erməni terrorçuları məsələsi təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı təhdiddir. Qardaş ölkənin mediası da bu təhlükədən geniş bəhs edir və yəqin hökumət də biganə deyil. Bölgədə illərdir antiterror əməliyyatları aparan Türkiyə bu istiqamətdə hansı addımları ata bilər?

- Azərbaycan ordusuna xalqımızın dəstək aksiyalarından sonra mən bildiyimə görə, 70 minə yaxın Azərbaycan könüllüləri orduya səfərbər olunmaq üçün müraciət edib. Bu, faktiki olaraq ikinci ordunun yaradılması deməkdir. Bu könüllülərin bəlkə də 10-20 faizinin səfərbər olunması kifayət edir ki, biz Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad edilməsini öz gücümüz hesabına həyata keçirək. Bunun üçün hansısa başqa ordu gücünün dəstəyi lazım deyil. Bizimçün əsas Rusiya amilini neytrallaşdırıb, işğalçı ilə üz-üzə qalmaqdır. Azərbaycan prezidenti dediyi kimi, Ermənistanın gücü və imkanı varsa, o gərək bizimlə təkbətək vuruşsun. İndi Türkiyə amili həmin şəraiti yarada bilər və yaratmaq üzrədir. Həmin terrorçu dəstələrini Azərbaycan ordusu tam öz gücü ilə darmadağın edə, işğalçıları torpaqlarımızdan çıxara bilər. Türkiyə amili geopolitik amildir. Bu, Cənubi Qafqazın bütün geopolitikasını dəyişə biləcək, yeni şərait yarada biləcək bir faktordur. Bu da dediyim kimi, bizimçün taleyüklü məsələdir və missiyadır. Qardaş Türkiyə də bu missiyanı həyata keçirtməyə hazırdır.

“Bu, Azərbaycanın Qarabağ siyasətində çox böyük və ciddi bir yenilikdir”

- Belə bir yanaşma və ümumiyyətlə, cəmiyyətin istəyi var ki, hərbi əməliyyatlar başlayarsa, o halda Ermənistanın Tovuz, Gəncə, Şəmkir təxribatları və təhdidlərinə cavab olaraq Azərbaycan tarixi ərazilərinin azad olunması istiqamətində hərəkətə keçməli, Mehri dəhlizini açıb, Naxçıvanla, həmçinin Türkiyə ilə quru əlaqələrini bərpa ertməlidir. Bu barədə sizin düşüncələriniz maraqlıdır. Mümkün görünürmü? 

- Azərbaycan mətbuatı bir məsələyə o qədər də diqqət yetirmədi. Prezidentin ölkə jurnalistlərinə verdiyi müsahibədə mühüm bir yenilik var idi. Prezident qeyd etdi ki, bizim ordumuzun Ermənistanın dövlət sərhədlərini keçib, orda hansısa mövqelər əldə etməyə imkanı var idi, ancaq  bu, heç vaxt dövlət sərhədlərindən kənarda hansısa mövqelər əldə etmək bizim hədəfimizdə olmamışdı. Prezident ilk dəfə olaraq xəbərdarlıq etdi ki, ermənilər yenidən təxribata əl atsalara, artıq Azərbaycan beynəlxalq normaları gözləməyəcək. Dedi ki, əgər erməni tərəf o normaları gözləmirsə, Azərbaycan da müvafiq addımlar atacaq. Bu, çox mühüm məsələdir. Bu, Azərbaycanın Qarabağ siyasətində çox böyük və ciddi bir yenilikdir. Vaxtilə elə sizin qəzetinizdə, başqa media orqanlarında əksini tapan, Zəngəzur məsələsi, Türkiyə ilə Azərbaycan arasında quru sərhədlər məsələsi və digər məsələləri özündə ehtiva edən bir yanaşmadır. İlk dəfə olaraq Azərbaycan prezidenti bu məsələni səsləndirib, xəbərdarlıq edib. Mən hesab edirəm ki, müxtəlif dillərdə bunun arqumentləşdirilmiş şəkildə izahatı verilməlidir. Təkcə özümüz üçün yox. Dünya ictimaiyyətinə də çatdırmalıyıq ki, Ermənistan dövləti Azərbaycan torpaqlarında yaradılıb, 20-ci əsrin əvvəllərində müəyyən bir konsensus var idi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi olaraq qalır, ancaq bizim əzəli torpaqlarımız olan Zəngəzuru bolşeviklər Ermənistana vermişdilər. İndi ermənilər Dağlıq Qarabağ iddialarını növbəti dəfə ortalığa qoymaqla həmin o paket-konsensus da ləğv olunur. Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi məsələsi artıq öz legitimliyini itirir. Əgər Ermənistan sərhədlərimizi keçib Azərbaycan torpaqlarını işğal edirsə, Azərbaycan ordusunun da sərhədi keçib öz tarixi torpaqlarını azad etmək hüququ var. Bu, yanaşma, ölkə başçısı səviyyəsində səsləndirilən bu mesajlar çox ciddi xəbərdarlıqlardır və biz bunu dünya ictimaiyyətinə olduğu kimi, arqumentlərlə, faktlarla çatdırmalıyıq ki, sabah bu proseslər baş verəndə bütün dünya ictimaiyyəti də nə baş verdiyini dəqiq bilsinlər və başa düşsünlər.
Oxşar xəbərlər
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:43
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 09:57
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:43
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 09:57
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI