Xəbər lenti
28/10/2020 [00:05]:
Koronavirusa yoluxaraq dəri rəngi dəyişən həkim sağlamlığına qovuşdu - VİDEO
27/10/2020 [23:57]:
"Qucağına oturduğu hansı havadarı ona bu cürəti bağışladı!?"
27/10/2020 [23:36]:
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdi
27/10/2020 [23:34]:
“Geri çəkilənləri, qaçanları ağır cəzalandıracağıq...”- Paşinyan xalqını təhdid etdi...
27/10/2020 [23:32]:
Erməni gəncləri polis gücüylə avtobusa mindirilib cəbhəyə göndərilir- RƏZALƏT...
27/10/2020 [23:23]:
Hamilə sevgilisini öldürüb yol kənarına atdı - VİDEO
27/10/2020 [23:03]:
Heydər Əliyevin əsəbi halda Kazimirova Qarabağ sözü...
27/10/2020 [22:58]:
Təhsil naziri Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verdi
27/10/2020 [22:51]:
"Bu düşük məğlubiyyətini qəbul etmək və ordusunu Qarabağdan çıxarmaq əvəzinə Azərbaycanı hədələyir"
27/10/2020 [22:15]:
90 yaşlı qadın təcavüzə məruz qaldı, bu da azmış kimi döyüldü - AĞLASIĞMAZ...+ FOTOLAR
27/10/2020 [22:03]:
ANAMA: Bərdə qadağan olunmuş kaset sursatla atəşə məruz qalıb - FOTO
27/10/2020 [21:44]:
Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb
27/10/2020 [20:52]:
"Biz nə üçün dəyəri 10 min olan avtomobil üçün 20 minlik sursat işlətməliyik?" - VİDEO
27/10/2020 [20:50]:
“İran-Azərbaycan sərhədi tamamilə nəzarətimizdədir” - Hikmət Hacıyev
27/10/2020 [20:47]:
Ermənistanın sərhəd qoşunlarının qərargah rəisi vəzifədən qovuldu
27/10/2020 [20:47]:
“Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... 
27/10/2020 [20:45]:
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
27/10/2020 [20:41]:
"Ağdamlıların “Biz qaçaraq gəlməmişik, inciyib gəlmişik” sözü ürəyimizin bir küncündə yara bağlamışdı"
27/10/2020 [20:40]:
FİFA prezidenti koronavirusa yoluxub
27/10/2020 [20:29]:
Ermənistan 30 hərbçisinin meyitini təhvil almaq istəmir
27/10/2020 [20:18]:
Azərbaycan erməni meyitlərini bu ərazilərdə qaytarmağa hazırdır
27/10/2020 [20:09]:
“Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil”
27/10/2020 [20:06]:
“Ermənistan Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”
27/10/2020 [19:45]:
"Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"
27/10/2020 [19:30]:
Ombudsmandan Bərdəyə terror hücumu ilə bağlı paylaşım - FOTO
27/10/2020 [19:29]:
“Azərbaycana gələndə hönkürtü ilə ağlamışdım” -Məşhur türkiyəli aktrisa-FOTOLAR
27/10/2020 [19:29]:
Lavrov koronavirusa yoluxma təhlükəsinə görə özünütəcridə başladı - SON DƏQİQƏ...
27/10/2020 [19:20]:
“Qəbrim üstə ağlama” -Talış kəndi uğrunda şəhid olan Emin Bağırovun anasından son istəyi
27/10/2020 [19:08]:
"Ermənistan sülh istəyirsə, qoşunlarını Azərbaycan torpaqlarından çıxarsın" - Ceyhun Bayramov
27/10/2020 [19:05]:
Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı - FOTOLAR
27/10/2020 [19:02]:
Xalq artistinin dünyasını dəyişən oğlu -FOTOLAR
27/10/2020 [18:56]:
“Dünya KİV-ləri özlərinin suallarını prezident İlham Əliyevin tezisləri üzərində qururlar”
27/10/2020 [18:39]:
Çavuşoğlu Lavrovla Dağlıq Qarabağ məsələsini müzakirə etdi
27/10/2020 [18:18]:
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi”
27/10/2020 [18:12]:
Pandemiya ilə əlaqədar təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir
27/10/2020 [18:11]:
Ermənistanın Bərdəyə raket atması ilə bağlı Baş Prokurorluqdan açıqlama
27/10/2020 [18:09]:
Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib
27/10/2020 [18:06]:
Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, 10 nəfər yaralanıb - YENİLƏNİB + FOTO
27/10/2020 [17:57]:
"Harda yaşamalarından asılı olmayaraq ermənilər həmin dövlətə ya satqınlıq ediblər, ya da..."
27/10/2020 [17:52]:
Hikmət Hacıyev: “Ermənistanın Bərdəyə hücumu nəticəsində 3 mülki şəxs öldü, 10 nəfər yaralandı”
27/10/2020 [17:51]:
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
27/10/2020 [17:51]:
Ermənistanın eks-müdafiə naziri Paşinyanı istefa verməyə ÇAĞIRDI
27/10/2020 [17:50]:
Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - FOTO
27/10/2020 [17:46]:
“Ordumuz son bir ay içində zamanında bir il ərzində itirdiyimizdən çox torpaq azad edib”
27/10/2020 [17:40]:
“Dramın devalvasiyası qaçılmazdır”
27/10/2020 [17:37]:
MN: Goranboy, Tərtər və Bərdə rayonları atəşə tutulur
27/10/2020 [17:34]:
Prezidentin getdikcə daha çox ”makronlaşan” həmsədr ölkələrə mesajı çox vacib idi ki..."
27/10/2020 [17:30]:
Ermənistanın Bərdəyə atdığı raket zərərsizləşdirilib
27/10/2020 [17:27]:
BSU-nun kollektivi Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə müraciət edib
27/10/2020 [17:22]:
London Universitetini fərqlənmə diplomu ilə bitirən UNEC məzunu - MÜSAHİBƏ
27/10/2020 [17:19]:
Allahşükür Paşazadədən II Qareqinə CAVAB
27/10/2020 [17:16]:
"Biz, barbar ölkə ilə bərabər, onlara himayədarlıq edən beynəlxalq güclərlə vuruşuruq"
27/10/2020 [17:07]:
Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı
27/10/2020 [16:51]:
Ceyhun Bayramov: "Ermənistan rəhbərləri danışıqları hər vəchlə uzatmağa çalışırdı"
27/10/2020 [16:46]:
“Azad edilən torpaqlar iqtisadiyyata milyardlarla dollar gətirəcək”
27/10/2020 [16:41]:
Prezidentin köməkçisi: "Ermənistanın PKK silahlılarından istifadə etdikləri barədə məlumatlarımız var"
27/10/2020 [16:40]:
Moldovanın TRIBUNA informasiya portalında Ruslan Şevçenkonun məqaləsi dərc edilib
27/10/2020 [16:39]:
Separatçıların “müdafiə naziri”nin məhv edilməsinin görüntüləri yayılıb - VİDEO
27/10/2020 [16:37]:
Azərbaycan Ordusu Xankəndində erməni ordusunun üç əsas nöqtəsini məhv edib
27/10/2020 [16:31]:
Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib
27/10/2020 [16:30]:
"O özünü sadə jurnalist kimi yox, əsl prokuror ədası ilə aparırdı"
27/10/2020 [16:25]:
“Hazırkı vəziyyətdə ən yaxşı diplomat Azərbaycan əsgəridir”
27/10/2020 [16:18]:
Sülhsevər Azərbaycan...
27/10/2020 [16:15]:
Lüksemburqda etiraz aksiyası keçirilib
27/10/2020 [15:48]:
Türkiyə bizimlədir- Zəfər bizimlədir!
27/10/2020 [15:44]:
“Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur...”
27/10/2020 [15:44]:
"İran tərəfinin razılığı olduğu halda Naxçıvanla quru və dəmiryol əlaqəsi də yaradıla bilər"
27/10/2020 [15:41]:
BDU-da Qarabağ ruhu...
27/10/2020 [15:30]:
Düşmən ordusunda qan çatışmazlığı yaranıb - Rəsmi qurumlar əhaliyə müraciət etdi
27/10/2020 [15:29]:
Ermənistan Milli Təhlükəsizlik Xidməti Əks Kəşfiyyat Departamentinin rəhbəri işdən çıxarılıb
27/10/2020 [15:15]:
Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir
27/10/2020 [15:13]:
İranda son sutkada koronavirusdan 346 nəfər ölüb
27/10/2020 [15:09]:
Düşmən Qarabağda həlak olan daha 35 hərbçisinin adını açıqladı - Ümumilikdə itkilər 1020 nəfərə çatdı...
27/10/2020 [15:07]:
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma - FOTO
27/10/2020 [15:00]:
Ermənistanın BƏƏ-dəki səfirindən həyasızlıq: "Bura sənin üçün Pakistan deyil, problem yaratmaq istəmirsənsə..."
27/10/2020 [14:56]:
"Kəlbəcər və Laçının süfrə suları həm yerli bazar, həm də ixracda böyük fayda verə bilər"
27/10/2020 [14:41]:
Ermənistan Əks-kəşfiyyat idarəsinin rəisi işdən azad edilib
27/10/2020 [14:25]:
QARABAĞ...
27/10/2020 [14:00]:
Düşmən mindən çox hərbçi itirdiyini etiraf etdi
27/10/2020 [13:57]:
Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz...
Bütün arxiv bir sırada
28/09/2020 [14:13] - Cəmiyyət - ( 937 dəfə baxılıb)

Cavanşir Feyziyev Qarabağda baş verənlərlə bağlı “London Post” qəzetinə müsahibə verdi



27 sentyabrda – qoşunların təmas xəttində erməni təcavüzünün başladığı gün AR Millət vəkili, Azərbaycan-Böyük Britaniya Parlamentlərarası işçi qrupun rəhbəri Cavanşir Feyziyev Qarabağda baş verən hadisələrlə bağlı İngiltərənin “London Post” qəzetinə geniş müsahibə verib. 

Müsahibənin tərcüməsini diqqətinizə təqdim edirik.

- Ermənistanla sərhəddə yaşanan son gərginliklə bağlı nə deyə bilərsiniz?

- Bu gün gərginlik Ermənistanla sərhəddə yox, Azərbaycanın öz ərazisində, artıq 30 ildir ki, torpaqlarımızı işğal altında saxlayan erməni hərbi qüvvələri ilə təmas xəttində yaşanır. Bu səhər saat 6 radələrində işğal altında olan Qarabağ ərazisində yerləşmiş erməni hərbi qüvvələri təmas xətti boyunca yerləşən kəndlərimizi ağır artilleriya silahlarından güclü atəşə tutublar. Bir çox evlər dağılıb, həm mülki əhali arasında, həm də hərbçilərimiz arasında ölənlər və yaralananlar var. Təbii ki, cavab olaraq Azərbaycan ordusu da öz növbəsində əhalinin təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib. Ermənistan dərhal KTMT-ə müraciət edərək hərbi dəstək istəyib və buradan da görünür ki, Ermənistanın məqsədi Azərbaycanı KTMT üzv-dövlətləri ilə qarşı-qarşıya qoymaq olub. Amma aydındır ki, bu təşkilata üzv olmayan bir dövlətin ərazisində baş verən hadisələrə KTMT-nin müdaxilə etmək səlahiyyəti yoxdur. Hadisələr Ermənistan ərazisində yox, Azərbaycanın tərkib hissəsi olan və son üç onillik ərzində ermənilər tərəfindən işğal altında saxlanılan Qarabağ ərazisində baş verir.

- Elə bu yaxınlarda, bu ilin iyul ayında ermənilər sərhəd bölgəsində Azərbaycanın Sərhəd xidməti postlarına hücum etməyə cəhd göstərmişdilər. Bizə çatan xəbərlərdən bilirik ki, bu hücum cəhdi Azərbaycan üçün gözlənilməz olmuşdu. Bu dəfə necə, hücum gözlənilən idimi, əvvəlcədən ermənilərin hücuma hazırlaşdığını göstərən hər hansı işarələr var idimi?

- Hərbi qarşıdurmanın güclənəcəyi gözlənilən idi. Sizin də xatırlatdığınız kimi, iyul ayında ermənilər iki ölkə arasındakı sərhəd zolağında bizim sərhəd xidmətimizə hücum etməyə cəhd göstərmişdilər. Onu da deyim ki, ölkəmizdən Avropaya gedən neft-qaz kəmərləri həmin ərazinin çox yaxınlığından keçir. Buna görə də bizə aydın idi ki, ermənilərin məqsədi nə idi və onlar hansı güclərin göstərişi ilə bu hücumu həyata keçirirdilər. O zaman həm mülki, həm də hərbi itkilər hesabına olsa da Azərbaycan ordusu ermənilərin hücumunun qarşısını ala bildi. Dərhal bu hadisələrdən sonra bizə məlum oldu ki, Ermənistana gizli surətdə silah-sursat ötürülür. Az sonra məlum oldu ki, iyul ayının ortalarından sentyabr ayının əvvəllərinədək Ermənistana çəkisi 1000 tondan artıq olan müxtəlif növlü silahlar daşınıb. O da məlum oldu ki, bu qeyri-qanuni silah təchizatı Rusiya və Serbiya tərəfindən həyata keçirilib. Azərbaycan hakimiyyəti öz iradlarını açıq şəkildə həmin ölkələrə bildirdi. Elə həmin silahlar Ermənistana daşınan zaman, avqust ayında Ermənistan Baş naziri Paşinyan elan etdi ki, torpaqların azad edilməsindən söhbət belə gedə bilməz və əksinə, o Azərbaycanın işğal olunmuş ərazilərində sayı on minlərlə olacaq könüllülərdən ibarət ordu yaratmaqdadır. Sentyabrın əvvəllərində Ermənistan höküməti bir az da irəli gedərək Liviya, Suriya və İraqda yaşayan ermənilərə müraciət edərək, onları pulsuz evlə və social müdafiə ilə təmin edəcəyinə söz verməklə işğal olunmuş torpaqlara köçməyə dəvət etdi. Az sonra Ermənistan TV-ləri Livandan Qarabağa köçmüş erməni ailəsini nümayiş etdirirdi. Livanlı ermənilər ASALA terror təşkilatının bayrağı önündə televiziya kameralarına poza verirdilər. Bütün bunlar Ermənistanın hansısa bir təxribata hazırlaşmasından xəbər verirdi. Biz bütün bunlardan çox narahat idik və Ermənistan hökümətinin bəd niyyətini hiss edirdik. Bundan başqa, Ermənistanın Müdafiə naziri David Tonoyan da publik çıxışlarından birində demişdi ki, onlar işğal olunmuş torpaqlardan çıxmağa yox, əksinə yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşırlar. Lap bu yaxınlarda Ermənistanın Müdafiə Nazirliyi Qarabağ ərazisində könüllülərin də iştirakı ilə Ermənistan Ordusunun hərbi təlimlərini təşkil etmişdi. Hətta Ermənistan baş nazirinin xanımı Anna Hakopyan da hərbi geyimdə, əlində Kalaşnikov avtomat silahı ilə həmin təlimlərdə iştirak edirdi. O açıq şəkildə erməni qadınlarını Qarabağda qadınlardan ibarət batalyon yaratmağa çağırırdı. Bütün bunlar bizi narahat edirdi və biz ehtimal edirdik ki, hətta ASALA kimi terror təşkilatlarını da cəlb etməklə ermənilər hansısa bir təxribat törədə bilərlər.

- Sizcə, gərginliyin azaldılması üçün beynəlxalq birlik nə edə bilər?

- Bölgədə hökm sürən daimi gərginlik 90-cı illərin əvvəllərində Ermənistanda yerləşən covet ordusunun dəstəyi ilə Azərbaycan torpaqlarının erməni hərbi qüvvələri tərəfindən işğalının nəticəsidir. 1993-cü ildə BMT TŞ-nın bütün erməni hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 Qətnaməsi qəbu olundu. Buna baxmayaraq Ermənistan artıq 30 ildir ki, bu Qətnamələri yerinə yetirməkdən imtina edir. Əksinə bütün bu müddət ərzində Ermənistan bölgədə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək üçün qeyri-qanuni yollarla Yaxın Şərq ölkələrindən gətirdiyi ermənilərlə işğal etdiyi ıəraziləri məskunlaşdırmağa çalışır. Keçən 30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə bizim maddi-mədəni irsimizi dağıtmaqla bu torpaqlarda min illərlə yaşamış Azərbaycanlıların bütün izlərini silib yox etməyə çalışdı. Beləliklə, bölgədə gərginliyin azaldılması və hətta tamamilə aradan qaldırılması yalnız Ermənistanın işğalına son qoymaqla mümkündür. Bu işğala son qoymaq üçünsə Ermənistan öz qeyri-qanuni hərbi birləşmələrini dərhal və heç bir qeyd-şərtsiz Azərbaycan ərazilərindən çııxartmaqla BMT TŞ-nın Qətnamələrini yerinə yetirməlidir.

- Qarabağ münaqişəsinin həllində Rusiya hansı rolu oynaya bilər?

- Rusiya bu münaqişənin sülh yolu ilə həllini təmin etməli olan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir. Yəqin ki, bilirsiniz, digər həmsədr ölkələr Fransa və ABŞ-dır. Təəssüf ki, yaranmasından 30 il keçməsinə baxmayaraq Minsk Qrupu münaqişənin həll edilməsində heç bir uğur qazana bilməyib. Əksinə,atəşkəs rejimindən istifadə edən Ermənistan tutduğu Azərbaycan torpaqlarını qeyri-qanuni olaraq məskunlaşdırmağa başladı. Hamımız bilirik ki, bizim torpaqlarımız 90-cı illərin əvvəllərində Ermənistanda yerlışən sovet qoşunlarının köməyi ilə işğal edilib. Daha sonra oxşar münaqişələr Moldova, Gürcüstan və Ukraynada da baş verdi. Əminəm ki, bu münaqişələri yaratmaqda məqsəd bu ölkələrin Avropa ailəsinə inteqrasiyasını əngəlləmək idi. Rusiya həmişə münaqişənin sülh yolu ilə həll olunmasında maraqlı olduğunu açıq deyib, amma təəssüf ki, son 30 il ərzində bu məsələnin ölü nöqtədən tərpənməsinə nail ola bilməyib. İnanmaq istərdim ki, bu dəfə Rusiya öz ərazi bütövlüyünü təmin etməkdə Azərbaycanın səylərini dəstəkləyəcək.

- ABŞ-nın regionda rolu nədən ibarətdir və sizin ondan gözləntiləriniz nədir?

- ABŞ Minsk Qrupuna həmsədrlik edən 3 dövlətdən biridir, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. ABŞ həmçinin Azərbaycanın Avropa siyasi-iqtisadi sisteminə inteqrasiyasını da dəstəkləyir. Azərbaycan eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün Rusiyaya alternativ olan yeganə enerji mənbəyi rolunu oynayır. ABŞ bunu yüksək qiymətləndirir və Avropanın enerji təminatında Azərbaycanın rolunu dəstəkləyir.

- Belə bir zamanda Avropa İttifaqından və Böyük Britaniyadan nə kimi dəstəyə ehtiyacınız var?

- Həm Avropa İttifaqı və həm də Böyük Britaniya Azərbaycanın ən böyük biznes tərəfdaşları və ən böyük sərmayəçiləridir. Onlar bu münaqişənin bütün detallarını çox yaxşı bilirlər. Biz böyük ümidlər bəsləyirik ki, həm Avropa İttifaqı və həm də Böyük Britaniya bu münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəklər, yəni beynəlxalq hüquq normalarına uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasında ölkəmizə dəstək verəcəklər.

- Çin bu münaqişədə nə kimi rol alır və Çinlə əlaqələriniz hansı səviyyədədir?

- İndiyədək Çin bu münaqişənin həlli prosesində heç bir şəkildə iştirak etməyib, amma dünyanın digər iri dövlətləri kimi, Çin də beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini həmişə bəyan edib. Azərbaycan “Bir yol- bir kəmər” layihəsi çərçivəsində Çinlə uğurlu əməkdaşlıq edir. Hazırda Azərbaycan öz ərazisində yaratdığı beynəlxalq nəqliyyat qovşağı sayəsində Çini Avropa ilə birləşdirən ən vacib həlqəyə çevrilib.

- Oxucularımıza əlavə bir sözünüz varmı?

- Əlavə olaraq demək istəyirəm ki, Azərbaycan heç vaxt heç bir dövlətə qarşı torpaq iddialarında olmayıb, amma öz torpaqlarını da heç kimə vermək fikrində deyil. Tarixdə ilk erməni dövləti hələ 1918-ci ildə böyük güc sahiblərinin təzyiqi nəticəsində məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. Indi 100 il sonra yenidən bizim torpaqlarımızda ikinci erməni dövlətinin yradılmasına imkan verə bilmərik. Bütün işğal olunmuş ərazilərimiz azad olunmalı və bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz öz dogma torpaqlarına, öz evlərinə qayıtmalıdırlar.

- Müsahibəyə görə sizə minnətdaram.

loading...
Koronavirusa yoluxaraq dəri rəngi dəyişən həkim sağlamlığına qovuşdu - VİDEO
Hamilə sevgilisini öldürüb yol kənarına atdı - VİDEO
90 yaşlı qadın təcavüzə məruz qaldı, bu da azmış kimi döyüldü - AĞLASIĞMAZ...+ FOTOLAR
“Azərbaycana gələndə hönkürtü ilə ağlamışdım” -Məşhur türkiyəli aktrisa-FOTOLAR
Xalq artistinin dünyasını dəyişən oğlu -FOTOLAR
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
Erməni gəncləri polis gücüylə avtobusa mindirilib cəbhəyə göndərilir- RƏZALƏT...
Cəmiyyət
“Qəbrim üstə ağlama” -Talış kəndi uğrunda şəhid olan Emin Bağırovun anasından son istəyi
Cəmiyyət
“Onda güldü bəxtimiz, bizim prezidentimiz İlham Heydəroğludur...”
Cəmiyyət
“Sentyabrın 27-dən bəri  bayram günlərimiz başlayıb...” -Qubadlının keçmiş hərbi komendantı
Cəmiyyət
“Düşünürəm ki, Azərbaycan Ordusu qısa zamanda məsələyə son qoymalıdır...”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247