Xəbər lenti
24/10/2020 [06:56]:
Mayk Pompeo Qarabağ görüşünə dair "TVİT" yazdı- FOTO
24/10/2020 [06:49]:
İnsanın ən böyük düşməni harada oturub?..
24/10/2020 [00:28]:
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
24/10/2020 [00:23]:
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşdü
24/10/2020 [00:08]:
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
24/10/2020 [00:07]:
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
24/10/2020 [00:01]:
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
23/10/2020 [23:59]:
Xocavənd və Füzuli istiqamətlərində məhv edilən növbəti döyüş texnikaları... - VİDEO
23/10/2020 [23:56]:
“Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir"
23/10/2020 [22:48]:
“Arsenalımızda kifayət qədər zirehli texnikamız var və onlar əməliyyat şəraitinə uyğun tətbiq olunur”
23/10/2020 [22:38]:
XİN-in İşlər idarəsinin sabiq müdirinin həbs qətimkan müddəti uzadılıb
23/10/2020 [22:36]:
Azərbaycanda yaşayan erməni qadın ölkəmizdə ona olan münasibəti türkiyəli jurnalistlərə danışdı - VİDEO
23/10/2020 [22:04]:
"Heç kəs, xüsusilə də işğalçı, əli qana batmış Ermənistan buna görə bizi qınaya bilməz"
23/10/2020 [21:56]:
“Qarabağda müharibəni dayandırın” - Qondarma rejimin rəhbəri Putinə yalvardı...
23/10/2020 [21:54]:
Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur"
23/10/2020 [21:50]:
“Azərbaycan xüsusi təyinatlılarının bölməsinin məhv edilməsi barədə Ermənistanın yaydığı məlumat xülyadır”
23/10/2020 [21:45]:
Azərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTO/VİDEO
23/10/2020 [21:36]:
Azərbaycanın dörd şəhərində binalarda yeraltı qaraj mərtəbəsi tikiləcək
23/10/2020 [21:34]:
Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
23/10/2020 [21:29]:
Azyaşlı uşağın boğazından çıxan şey tibb dünyasında çaşqınlıq yaratdı...
23/10/2020 [21:17]:
Təcavüz nəticəsində doğulan uşağına ağlasığmaz işkənəcə verdi...
23/10/2020 [21:03]:
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz edib - FOTOLAR
23/10/2020 [20:45]:
Fırlatdığı daş milyon dollarlıq avtomobili havaya uçurtdu - İNANILMAZ HADİSƏ
23/10/2020 [20:33]:
Tural Gəncəliyev: "Separatçıların liderinin Putinə məktubu etik normalardan kənardır"
23/10/2020 [20:31]:
Azərbaycanlı cüdoçu Böyük Dəbilqədə bürünc medal qazandı
23/10/2020 [20:28]:
"Əmin olun ki, dünya ictimaiyyəti gerçəkləri bilsəydi, torpaqlarımız illər öncə alınardı"
23/10/2020 [20:23]:
Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ
23/10/2020 [20:19]:
15 ildir komada olan şahzadə barmağını tərpətdi - VİDEO
23/10/2020 [20:03]:
XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
23/10/2020 [19:36]:
Ermənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır
23/10/2020 [19:33]:
Ədliyyə naziri Türkiyənin Baş Ombudsmanı ilə görüşüb - FOTOLAR
23/10/2020 [19:28]:
"Anasına həsrət qalmış uşaq kimi Sərsəngə qovuşmaq arzusundayam..."
23/10/2020 [19:20]:
Müdafiə Nazirliyi: “Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”
23/10/2020 [19:14]:
Rusiya idmançısına 8 illik cəza verildi
23/10/2020 [19:13]:
Ceyhun Bayramov Azərbaycanın ABŞ-dakı səfirliyini ziyarət edib
23/10/2020 [19:07]:
Leonid Kuçma Prezident İlham Əliyevə məktub göndərib
23/10/2020 [19:05]:
Məzahir Pənahov Gürcüstanda parlament seçkilərini müşahidə edəcək
23/10/2020 [19:00]:
Sahibə Qafarova Türkiyənin “Daily Sabah” jurnalına müsahibə verib
23/10/2020 [18:54]:
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım - FOTO
23/10/2020 [18:51]:
PKK-nın “Nubar Ozaryan” taboru terrorçularının əsas mərkəzi Kəlbəcərdir - VİDEO
23/10/2020 [18:48]:
Rusiyalı politoloq: "Mənasız yerə aparılan, sonu görünməyən danışıqlar nəyə lazımdır!?"
23/10/2020 [18:46]:
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
23/10/2020 [18:45]:
Putinin sözçüsündən Türkiyə haqqında Paşinyan hökumətini pərt edəcək açıqlama - VİDEO
23/10/2020 [18:42]:
Mayk Pompeo ilə Ceyhun Bayramovun görüşü başa çatdı...
23/10/2020 [18:39]:
Nazir: “Son atəşkəs danışıqları zamanı Ermənistan separatçıların danışıqlar masasına oturmasını israr etdi”
23/10/2020 [18:35]:
"Bu mahnını Qarabağda oxuyacam" - Türkiyəli müğənni... + VİDEO
23/10/2020 [18:28]:
Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - VİDEO
23/10/2020 [18:26]:
İlkin xristianlığın Azərbaycanda beşiyi
23/10/2020 [17:48]:
TİKA Azərbaycanın cəbhə bölgəsinə ərzaq yardımı göndərdi
23/10/2020 [17:47]:
“Tezliklə “Laçın dəhlizi”nin qapadılmasının da siyasi nəticələrini görəcəyik...”
23/10/2020 [17:43]:
Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ dövlət katibi arasında görüş başlayıb
23/10/2020 [17:39]:
Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır - RƏSMİ
23/10/2020 [17:35]:
Xocavəndin 2, Cəbrayılın 5, Qubadlının 4, Zəngilanın 2 kəndi işğaldan azad olundu...
23/10/2020 [17:10]:
Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən məktəbdənkənar təhsil müəssisələrinin sayı açıqlanıb
23/10/2020 [17:00]:
Azərbaycan səni unutmayacaq: “Aprel döyüşləri”nin əfsanəvi qəhrəmanı - VİDEO
23/10/2020 [16:56]:
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib - VİDEO
23/10/2020 [16:52]:
Qarabağda məhv edilən muzdlunu İspaniyada BASDIRDILAR
23/10/2020 [16:49]:
Kreml Əliyev-Paşinyan görüşünü keçirməyə hazırlaşır? - AÇIQLAMA
23/10/2020 [16:39]:
“Atamla anam yataqdan durmurlar...” - Azyaşlı uşaqlar üç gün ölmüş valideynləri ilə yaşadı - FOTO
23/10/2020 [16:36]:
“Paşinyanı Hitlerin, Səddam Hüseynin taleyi gözləyir”
23/10/2020 [16:35]:
“Vətən Müharibəsi artıq indidən Azərbaycan ədəbiyyatında öz əksini tapmaqdadır”
23/10/2020 [16:31]:
“Şah İsmayıl Ordeni” kimlərə verilə bilər?
23/10/2020 [16:23]:
Hikmət Hacıyevdən fransız jurnalistlərin təzyiqə məruz qalmasına ETİRAZ
23/10/2020 [16:20]:
Türkiyə Qarabağ münaqişəsində Rusiya ilə bərabərlik TƏLƏB ETDİ
23/10/2020 [16:19]:
Bu SMS-lər telefonunuzdakı şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər
23/10/2020 [16:15]:
"Bu cür dövlətdə jurnalist, şair, Prezident, süpürgəçi də olmaq şərəfdir"
23/10/2020 [16:10]:
Ceyhun Bayramov "Washington Post"a açıqlama verib
23/10/2020 [16:08]:
Terrorçu ölkə müdafiə naziri Laçının müdafiəsini öz üzərinə götürdü…
23/10/2020 [16:00]:
Ordumuz düşmənin daha 27 hərbçisini məhv etdi -Siyahı...
23/10/2020 [15:50]:
Ərdoğan: “S-400-ü sınaqdan keçirmək üçün ABŞ-dan icazə alacaq deyildik”
23/10/2020 [15:48]:
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək
23/10/2020 [15:46]:
Məhv edilən erməni əsgərlərin görüntüləri - FOTOLAR
23/10/2020 [15:45]:
Azərbaycanda daha 803 yeni yoluxma faktı qeydə alınıb
23/10/2020 [15:43]:
İşğaldan azad edilmiş şəhər və kəndlərimiz - SİYAHI
23/10/2020 [15:41]:
Allahı danan müəlliminin başına stul çırpdı, övladı olmadı, qızlığını xalası oğluna qısqandı
23/10/2020 [15:28]:
Ceyhun Bayramov: “Qondarma “DQR”in Azərbaycanın sərhədləri daxilində gələcəyi yoxdur”
23/10/2020 [15:26]:
Erməni komandirin cəbhədən qaçan əsgərləri dilə tutması gülüş hədəfinə çevrildi... - FOTO
23/10/2020 [15:25]:
Prezidentin köməkçisindən BMT TŞ-də Qarabağ müzakirələri ilə bağlı AÇIQLAMA
23/10/2020 [15:23]:
“O adamların yaxınlarına demək istəyirəm ki, öz doğmalarınızı bu şərəfsiz yoldan geri çəkin”
23/10/2020 [15:19]:
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Bütün arxiv bir sırada
28/09/2020 [16:58] - Cəmiyyət - ( 1251 dəfə baxılıb)

"Kim bilməsə də, Azərbaycan dövləti çox yaxşı bilirdi ki..."



27 sentyabr! – Müzəffər ordumuzun şanlı tarixinə daha bir əlamətdar gün yazıldı! Əlbəttə, bu əlamətdar gün daha çox bir başlanğıcı ifadə edir, hələ qarşıda gediləsi zəfər yolumuz var; bununla belə, ən yaxın günlərin zəfər yürüyüşünün özü ilə müqayisə etsək, ilk gün – cəmi bir neçə saat içində əldə edilən nəticələr deməyə əsas verir ki,  27 sentyabr daha təsirli, daha uğurlu nəticələrlə müşahidə olunur. Bu, ilkin nəticələr olsa da, ordumuzun hazırlığını, düşmən qüvvələrindən nə qədər üstün olduğumuzu və haqq işimizin nəhayi qələbəsi üçün qətiyyətimizi ehtiva etməsi ilə özünəməxsus səciyyə daşıyır.

Cənab Prezidentin dediyi kimi, “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”. – Dünəndən bəri bizi tez-tez sülhə, danışıqlara dəvət edən xarici dövlətlər, beynəlxalq qurumlar, zəhmət çəkib, Azərbaycan Prezidentinin bu sözlərinə diqqət etsinlər və Ermənistan Baş nazirinin “Qarabağ – Ermənistandır. Nöqtə” anti-sülh çağırışını yada salsınlar. – Məncə, belə bir diqqət, onları öz çağırışlarında daha konkret ifadələrə gətirə bilər. İşğala məruz qalan tərəflə işğalçı tərəf eyni çağırışlar eşitməməli, hər kəs haqq etdiyi münasibəti görməlidir. Bölgəyə ədalətli sülh gəlməsinin həqiqi tərəfdarları hər kəsi öz adı ilə çağırmalı, hadiələrə mahiyyət üzrə, doğru-dürüst münasibət göstərməlidir.
Çox sadə bir suala cavab soruşmaq hər bizimizin haqqıdır: Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış sərhədləri daxilində hansı hüquqla mövcuddur?! – Əlbəttə, ritorik sualdır. – Hər kəs çox yaxşı bilir ki, bu mövcudluq heç bir beynəlxalq hüquq normasının ən adi tələbinə uyğun gəlmir və şəxsən baş nazir Paşinyanın oğlu da, ailəsinin istəyi ilə bu hüquqsuzluqda iştirak edib. Oğlunu Azərbaycan Respublikasının işğal altındakı ərazisinə həqiqi hərbi xidmətə göndərən, Qarabağda qanunsuz məskunlaşmaya, qanunsuz tikililərə rəvac verən bir baş nazir, hansı səmimiyyət, hansı ədalət və haqla sülh danışığı apara bilər?!

Ona görə də, indi bir çağırış olmalıdır: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini qeyd -şərstiz və yubanmadan tərk etsin! Ermənistan, onun havadarları Azərbaycanın daxili işlərinə hər hansı formada müdaxilədən əl çəksin! – Bax, bu, sülh istəyənlərin çağırışı kimi qəbul görə bilər; belə bir ədalətli yanaşmadan sonra, danışıqlar masasında əyləşməyin bir anlamı olar.

Azərbaycan Prezidenti dəfələrlə xəbərdarlıq etmiş, beynəlxalq qurum və quruluşlara çağırış etmişdi ki, bizim bütün sülhərvər davranışalrımıza, sülhə sadiqliyimizə baxmayaraq, Ermənistan işğalçılıq siyasətini davam və inkişaf etdirir, ardıcıl olaraq təxribatlar törədir, bununla da, danışıqlar prosesini faktiki olaraq pozur. Ermənistanın bu ilin iyulunda Tovuz istiqamətinə növbəti hücum cəhdi, Azərbaycanı təxribata çəkmək cəhdləri işğalçı dövlətin sülhdən nə qədər uzaq olduğunu, yalnız imitasiya ilə baş qatdığını bir daha göstərirdi zatən. Və Azərbaycan dövləti yalançı, nəticəsiz danışıqlarda deyil, həqiqi danışıqlarda iştirak etmək əzmini ifadə edib, bugün də o əzm və iradədədir! Cənab Prezident Azərbaycanın imitasiya naminə danışıqlarda iştirak etməyəcəyini, Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində olmadığını açıq şəkildə bildirib, məhz Ermənistan rəhbərliynin danışıqlar prosesini pozduğunu, onların cəfəng açıqlamalarının, təxribatçı addımlarının danışıqları iflasa uğratdığını söyləyib.

Doğrudur, işğalçı ölkə uzun illər boyu sülh imitasiyası ilə məşğul olub; lakin “guya demokrat”  Paşinyan hakimiyyətə gəldikdən sonra, bəzi beynəlxalq qurum-quruluşlar bizi sülh imkanlarının gerçəkliyinə inandırmağa çalışırdı. Guya o, əlləri biləvasitə qana batmış, ruhlarını ölüm, qan-qada sarmış, Xocalı soyqırımının aşkar suçluları “Köçəryan-Sarkisyan dueti”ndən fərqli davranacaqdı. Artıq sirr deyil ki Paşinyan özü müxtəlif kanallarla Azərbaycan dövlət başçısından vaxt istəyərək, özünü produktiv danışıqlara meyilli kimi göstərirdi. Ancaq kim bilməsə də, Azərbaycan dövləti çox yaxşı bilirdi ki, bu yalnız vaxt udmaq, işğalı mümkün qədər uzatmaq niyyətlərini inkar etmir.
Bayaq vurğuladığımız kimi, bədnam, avantürist  “Qarabağ – Ermənistandır. Nöqtə” açıqlaması, Qarabağdan onlarla kilometr uzaqlardakı Tovuza hücum cəhdi, yeni hərbi təxribatlar, Goranboy istiqamətində diversiya cəhdi, Paşinyanın həyat yoldaşının Qarabağda hərbi təlim keçməsi, Şuşada saxta “andiçmə mərasimi”nin keçirilməsi və bənzəri hadisələr, sülh danışıqlarının işğalçı üçün bir əyləncə, oyun olduğunu sübut edirdi.

Azərbaycan dövləti, şəxsən cənab Prezident ən müxtəlif platformalarda, nüfuzlu beynəlxalq tribunalarda, Ermənistanın dövlət siyasətini dəfələrlə faktlarla ifşa edib.

Prezident İlham Əliyev daha bugünlərdə, BMT-nin 75-ci sessiyasında çıxış edərkən, habelə AzTV, İTV, “Real” TV-yə bugünlərdəki müsahibəsində mövcud durumla bağlı açıq danışaraq, önəmli bəyanatlar səsləndirmişdi. “Guya demokrat” Paşinyanın Azərbaycan dövlətinə Ermənistanla deyil, hətta Ermənistanın özünün belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalı olduğunu bildirməsini xatırladan dövlət başçısı, Azərbaycanın heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacağını, ölkəmizin oyuncaq kriminal xunta rejimi ilə heç bir təmasının ola bilməyəcəyini demişdi.

İşğalçı ölkənin ardıcıl təxribatlarının əsas səbəblərini, niyyət və hiyləli hədəflərini göstərən Azərbaycan Prezidenti, bunun status-kvonu dəyişməz saxlamağa, danışıqları pozmağa və bunda da Azərbaycanı ittiham etməyə hesablandığını söyləmişdi.

Bəli, Azərbaycan Prezidenti açıq xəbərdarlıq etmişdi ki, Ermənistan müharibəyə hazırlaşır;  Ermənistan təmas xəttinə yeni hərbi qüvvələr, zirehli texnika toplayır. Və açıq şəkildə bildirilmişdi ki, əgər Ermənistan öz çirkin planlarından, növbəti hərbi qarşıdurmadan əl çəkməsə, bunun onun üçün çox ağır nəticələri olacaq.

Bütün bunları niyə xatırladıram? –

İlk növbədə ona görə ki, vaxtında beynəlxalq səviyyəli təsirli tədbirlər görüləsydi, sülhyaratma mandat-missiyasına malik qurum-quruluşlar Ermənistana sərt şəkildə “Dur!” desəydi, BMT-nin 4 qətnaməsi yerinə yetirilsəydi, düşmən yeni hücum cəhdlərində bulunmaz, mülki əhalini atəşə tutmazdı və yeni müharibə alovu qalxmazdı. Sanki Xocalı soyqırımını, Qaradağlı, Ağdaban, Bağanis-Ayrım soyqırım aktlarını bir başqa şəkildə yenidən canlandıran Ermənistan dövləti, ailələri sonuncu nəfərindək öldürür, qocalara, qadınlara, uşaqlara qıyır. – Təsəvvür edin, dünən düşmənin atdığı mərmi Naftalanın Qaşaltı kənd sakini Elbrus İsa oğlu Qurbanovu daha 4 ailə üzvü ilə birgə həlak edib. – Bununla, Ermənistan silahlı qüvvələrinin əli ilə daha bir ailənin həyat hekayəsi bitdi, bir həyat ağacı kəsildi, bir nəsil zədə aldı... Axı nə üçün!?

İşğalçı Ermənistan dövlətinin üzərinə düşən beynəlxalq öhdəlikləri kobud şəkildə pozaraq, dinc əhalini, yaşayış evlərini, mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə alması buğun də davam edir. Bu sətirlər yazılanadək – dünəndən bəri – ümumilikdə 26 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Düşmən, əhalinin sıx olduğu məntəqələri (rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri), o cümlədən xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını hədəf kimi seçir. Bu, bir daha sübut edir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz anti-sülh, təxribatçı əməllərini davam və inkişaf etdirmək niyyətindən əl çəkməyib. Bu, Ermənistanın “Cenevrə Konvensiyası” ilə öz üzərinə götürdüyü öhdəlikləri növbəti dəfə nümayişkəranə şəkildə pozmasıdır. Mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmaq, əlisilahsız dinc əhaliyə qarşı müxtəlif cinayətlər törətmək hansı şəkildə əsaslandırıla, necə bəraət ala bilər?!
Bu:
-təcavüzkar müharibə aparmaqdır;
- milli, irqi, dini ədavət və ya düşmənçilik niyyətinin acı, gerçək ifadəsidir;
-öncədən düşünülmüş şəkildə, məqsədyönlü olaraq planlanmış hərbi cinayətdir;
-adamları qəsdlə, xüsusi amansızlıqla öldürməkdir.
Beləliklə, beynəlxalq hüquq normalarını dəfələrlə pozmuş Ermənistan Respublikasının, onun silahlı qüvvələrinin 27 sentyabr 2020-ci ildə, o normaları yenidən, kobud şəkildə pozması yeni situasiya yaradıb. Artıq ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan edilib. Müzəffər ordumuz cəbhədə irəliləyir, düşmən haqq etdiyi ağır cavabları almaqdadır.
Belə bir durumda deyiləcək bir söz, ediləcək bir hərəkət var:
hər şey cəbhə üçün, hər şey qələbə üçün!
Kim harda, hansı işin başındadırsa, öz olduğu yerdə ən yaxşı, nümunəvi xidmət göstərməklə, qələbəmizə töhfə vermiş olacaq. İnanıram ki dünya azərbaycanlıları da ümumi işimizə özünəməxsus töhfələrlə çıxış edəcək, Vətənin çağırışlarına cavab verəcək.
Bizim işimiz haqq işidir! Biz qalib gələcəyik!
ŞƏHİDLƏRİMİZƏ ƏBƏDİ EHTİRAM!
DÖVLƏTİMİZ, ORDUMUZ, BAYRAĞIMIZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

loading...
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
"Heç kəs, xüsusilə də işğalçı, əli qana batmış Ermənistan buna görə bizi qınaya bilməz"
Azyaşlı uşağın boğazından çıxan şey tibb dünyasında çaşqınlıq yaratdı...
Təcavüz nəticəsində doğulan uşağına ağlasığmaz işkənəcə verdi...
Fırlatdığı daş milyon dollarlıq avtomobili havaya uçurtdu - İNANILMAZ HADİSƏ
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Ədəbiyyat
“Vətən Müharibəsi artıq indidən Azərbaycan ədəbiyyatında öz əksini tapmaqdadır”
Gündəm
Ordumuz düşmənin daha 27 hərbçisini məhv etdi -Siyahı...
Cəmiyyət
“Karo, Monte Melkonyan və başqaları Xocalıdan olan azərbaycanlı əsirlərə olmazın işgəncələr verirdilər...”
Cəmiyyət
“Xocalıda uşaqlar qətlə yetirilir –getməliyəm!”- Kəlbəcərdə şəhid olan yəhudi igid...-VİDEO
Cəmiyyət
“Ermənistanda dövlət səviyyəsində hər hansı bir sistemli yanaşmadan və siyasətdən söhbət gedə bilməz"

Yazar
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
“Bakı Ermənistana zərbə vursa belə, Rusiya İrəvanı müdafiə etməyəcək”- Perenciyev
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO
“Azərbaycan ordusu hücumu dayandırmasa, Laçın dəhlizinə girəcək...” - Ekspert
Azərbaycan Ordusu Gəncənin qisasını belə aldı - VİDEO
Terrorçu ölkə müdafiə naziri Laçının müdafiəsini öz üzərinə götürdü…
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247