Xəbər lenti
30/10/2020 [20:50]:
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
30/10/2020 [20:16]:
Baş Nazir Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO
30/10/2020 [20:13]:
Mədət Quliyev İran səfirini qəbul edib
30/10/2020 [20:12]:
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı
30/10/2020 [20:08]:
Koçaryan koronavirusa YOLUXDU
30/10/2020 [20:01]:
Ermənilər Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub - FOTO
30/10/2020 [19:52]:
Düşmənə dəqiq zərbələr endirilib - VİDEO
30/10/2020 [19:50]:
"İnformasiya savaşı anlamında ermənilərlə bizim işimiz hələ yeni başlayır..."
30/10/2020 [19:37]:
““Xan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və...”
30/10/2020 [19:31]:
İzmirdə zəlzələdə ölən və yaralananların sayı artıb - YENİLƏNİB
30/10/2020 [19:16]:
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə telefonla zəng edib
30/10/2020 [19:08]:
“Ailə həyatı qurmadım, şəhid qardaşımın 5 övladını böyütdüm, evdən çıxanda isə bir banka bal çıxardım” - FOTO
30/10/2020 [19:03]:
Dünyanın ən hündür adamı koronavirusa yoluxdu
30/10/2020 [19:02]:
Erməni təxribatı nəticəsində Goranboyda meşədə baş vermiş yanğın söndürülüb
30/10/2020 [18:59]:
Türkiyə XİN başçısı Azərbaycana təşəkkür edib
30/10/2020 [18:56]:
Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək
30/10/2020 [18:54]:
İşğaldan azad olunmuş sərhəd zastavalarında Azərbaycan bayrağı dalğalanır
30/10/2020 [18:51]:
Azərbaycanlı alim İtaliya mətbuatında beynəlxalq təşkilatları konstruktiv mövqe nümayiş etdirməyə çağırıb
30/10/2020 [18:49]:
UEFA-nın vitse-prezidenti istefa verdi
30/10/2020 [18:45]:
Ermənistan Adventist kilsəsinin pastorunu zorla müharibəyə göndərib - VİDEO
30/10/2020 [18:31]:
Paşinyan Köçəryanla Ter-Petrosyanın Putinin ayağına getməsinə razı oldu...
30/10/2020 [18:31]:
Venesiyada erməni terroruna etiraz edilib
30/10/2020 [18:29]:
Noyabr ayına olan hava proqnozu açıqlandı
30/10/2020 [18:24]:
Ermənistanın eks-prezidentləri Moskvaya gedir
30/10/2020 [18:22]:
Türkiyədə zəlzələdə 4 nəfər ölüb, 120 nəfər yaralanıb
30/10/2020 [18:18]:
İlham Əliyev Ərdoğana zəng etdi: “Dost və qardaş Türkiyənin yanındayıq”
30/10/2020 [18:17]:
576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq
30/10/2020 [17:46]:
Erməni vəhşiliyi nəticəsində həlak olan məktəblilərimiz - FOTO
30/10/2020 [17:44]:
Erməni keşiş Azərbaycan tərəfə əsir düşdü - FOTO
30/10/2020 [17:42]:
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başladı - FOTO
30/10/2020 [17:40]:
Bərdə və Tərtəri atəşə tutan düşmənə məxsus daha iki “Smerç” məhv edildi - VİDEO
30/10/2020 [17:26]:
“Şuşanın niyə belə asanlıqla işğal olunması haqda suallar  illər boyu içimizi  göynətdi...”
30/10/2020 [17:25]:
Ədliyyə naziri xarici həmkarlarını Ermənistanın Bərdədə törətdiyi qətliam barədə məlumatlandırıb
30/10/2020 [17:20]:
“Hər kəs tərəfindən bir mənalı şəkildə anlaşılan odur ki...”
30/10/2020 [17:14]:
İşğaldan azad olunan Xudafərin kəndindən VİDEOREPORTAJ
30/10/2020 [17:13]:
İzmirdə güclü zəlzələ sunami ilə nəticələndi - VİDEO
30/10/2020 [17:08]:
İşğaldan azad olunmuş Vejnəli qızıl yatağından qeyri-qanuni istifadə olunub - Hikmət Hacıyev
30/10/2020 [17:05]:
Bakcell Bərdə sakinlərinə dəstək göstərib
30/10/2020 [16:59]:
“Ermənilər bizim əsir hərbçilərimizi başından və ürəyindən güllələyiblər” - Kamran Əliyev
30/10/2020 [16:54]:
Erməni terroru nəticəsində valideynsiz qalan körpələrin səsi - VİDEO
30/10/2020 [16:46]:
“Meyitləri təhqir etmək erməni xislətinin bir parçasıdır”
30/10/2020 [16:44]:
Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirilib - FOTO
30/10/2020 [16:41]:
Cənubi Qafqazda Azərbaycanın uğurlarının yeni geosiyasi şifrələri...
30/10/2020 [16:32]:
Türkiyədə 6,6 bal gücündə zəlzələ: Binalar yerlə-yeksan oldu - CANLI YAYIM
30/10/2020 [16:26]:
“Heç kim təsəvvür etməzdi ki, Stepanakertə, Şuşaya doğru Ordumuz belə irəliləyə bilər”
30/10/2020 [16:22]:
Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib - Dövlət Komissiyası
30/10/2020 [16:20]:
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub
30/10/2020 [16:19]:
ADNSU “Əsgərə məktub!” layihəsinə qoşulub - FOTO
30/10/2020 [16:06]:
Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi işğalçılıq və terror siyasəti bütün dövlətlər tərəfindən qınanmalıdır
30/10/2020 [15:51]:
Azərbaycanda ictimai iaşə obyektlərində qayda pozuntuları aşkarlanıb
30/10/2020 [15:50]:
“Otuz illik vətən həsrəti bu millətin torpağa nə qədər bağlı olduğunu sübuta yetirdi...”
30/10/2020 [15:36]:
“Ermənilər darmadağın olmaq ərəfəsindədirlər” - Xüsusi xidmət polkovniki
30/10/2020 [15:31]:
Erməni təcavüzü nəticəsində yeddi ailə tamamilə məhv edilib - RƏSMİ
30/10/2020 [15:25]:
“Belə hadisələr nainki insanların əzmini sındırmaq, əksinə Azərbaycan xalqını daha da mətinləşdirir”
30/10/2020 [15:15]:
“Cenevrə görüşünün 3 məqsədi var” – Tofiq Zülfüqarov
30/10/2020 [15:10]:
"Ermənistan dövləti yalnız adamlarla deyil, abidələrlə də müharibə aparır..."
30/10/2020 [15:07]:
Avropa Şurasının Baş katibi BAXCP sədrinə cavab məktubu yazıb
30/10/2020 [15:05]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub, 480 nəfər sağalıb, 10 nəfər vəfat edib
30/10/2020 [15:04]:
Daha 3 rayonun 9 kəndi işğaldan azad edildi...
30/10/2020 [14:54]:
Ermənistan XİN başçısının Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb
30/10/2020 [14:52]:
Azərbaycanda Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan barəsində də cinayət işi başlanıb
30/10/2020 [14:52]:
"Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürnberq Məhkəməsi qurulacaq!"
30/10/2020 [14:38]:
"O vaxt Qarabağı ermənilərə Qorbaçov arvadı Raisanın təhriki ilə verirdi..."
30/10/2020 [14:38]:
Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb
30/10/2020 [14:35]:
"Ermənistan rəhbərliyinin Azərbaycana qarşı hərbi cinayətlər törətməsi tam təsbit olunub"
30/10/2020 [14:32]:
“Ermənilər məğlub olduqlarına görə ağıllarını itiriblər”
30/10/2020 [14:27]:
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA - CANLI YAYIM
30/10/2020 [14:27]:
İşğalçıya cəhənnəm yaşadan Bayraktardan paylaşım: "Yeni mühərrik əlavə güc verəcək"
30/10/2020 [14:24]:
Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO
30/10/2020 [14:22]:
Müəllimlərin işə qəbulu qeyri-müəyyən müddətədək uzadıldı
30/10/2020 [14:16]:
BDU-da Qarabağ ruhu...
30/10/2020 [14:14]:
Erməni xəstəliyi, erməni terroru...
30/10/2020 [14:09]:
Polis 21 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTOLAR
30/10/2020 [14:02]:
“Əgər karantin rejiminin sərtləşdirilməsini istəmiriksə...” - TƏBİB-dən AÇIQLAMA
30/10/2020 [14:01]:
Ləğv olunmuş bankların müştərilərinə 550 milyon manat ödəniş edilib
30/10/2020 [13:56]:
Bakının Xəzər rayonundakı H.Z.Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub
30/10/2020 [13:53]:
Daha dörd rayonda 22 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verildi - FOTO
30/10/2020 [13:50]:
Azərbaycanın baş pediatrı vəzifəsindən azad olunub
30/10/2020 [13:49]:
Jurnalistə yeni vəzifə verildi
30/10/2020 [13:46]:
21 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Bütün arxiv bir sırada
29/09/2020 [13:14] - Maraqlı - ( 2502 dəfə baxılıb)

Aktyor olmaq istəyən Milli Qəhrəman: Şəhid olanda çantasından “Hophopnamə” çıxıb



Moderator.az Kulis.az-a istinadən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyev haqqında maraqlı faktları təqdim edir.

Əslən Şuşadan olan Şirin Mirzəyev Xankəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Bakıda yerləşən Daxili Qoşunlar alayında hərbi xidmət keçib, bundan sonra Leninqrad şəhərindəki Ali Siyasi Hərbi məktəbdə, daha sonra Hərbi Siyasi Akademiyada təhsil alıb.

***

1990-1991-ci illərdə Qarabağda ermənilərin təxribatları artdığından könüllü hərbi birləşmənin yaradılması artıq zəruri idi. Onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı olduğu zamanda polkovnik-leytenant Şirin Mirzəyev Ağdama gəldi və dərhal respublikamızda ilk nizami taborunu yaratdı.

***

Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi.

Gallery

Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı, həm də alay komandiri kimi məsul vəzifələri yerinə yetirib.

Aydın, güclü, təsiredici səsə malik olan Şirin Mirzəyev ilk günlərdən komanda verərkən rus sözlərindən istifadə etməməsi göstərirdi ki, öz dilini yaxşı bilir və ona hörmət edir.

***

Şəxsi həyətə daxil olan əsgər və zabitlər ona hörmət və məhəbbət əlaməti olaraq özlərini "Mirzəyevçilər" adlandırırdı.

***

Şirin Mirzəyevin bir devizi vardı: "Azərbaycanın hər qarış torpağı bizim Vətənimizdir". Məhz buna görə də Umudlunun müdafiəsini öz üzərinə götürmüşdü.

***

Şirin Mirzəyevin sevdiyi taktikalardan biri də qorunan ərazilərə daha çox yerli adamları cəlb etmək idi. Məqsədi etibarlı müdafiə xətti qurmaq idi. Buna görə də hər zaman öz əsgərlərinin önündə gedir və bununla, ətrafındakılara, xüsusilə, yerlərdəki komandirlərə şəxsi nümunə göstərirdi.

Gallery

Özünü fərqləndirməzdi. Əsgərlərinin yediyi yeməkdən yeyər, geyindiyi paltardan geyinər, yatdığı yataqda yatardı. Yemək vaxtı ilk növbədə mətbəxə nəzarət edər, sonra gəlib öz əsgərlərilə bir masa arxasında əyləşərdi. Heç vaxt özünü əsgərlərindən ayırmazdı.

***

Gənc əsgərlərin qızğın döyüşlərdə iştirakına icazə vermirdi. Əsgərlərindən biri xatirələrində deyir: “Şirin Mirzəyev biz mülki vertolyotdan düşəndə, bir-bir həm hamını sayır, həm də əsgərlərə son tapşırıqlarını verirdi. Məni görən kimi əhvalı dəyişdi və dərhal soruşdu ki, səni buraya kim gətirib, axı mən tapşırmışdım, gənc əsgərləri döyüşə göndərməsinlər. Dedim, mən özüm könüllü gəlmişəm. Onsuz da daha gec idi. Yerimə başqa adam gələ bilməzdi...”

***

Şirin Mirzəyev peşəkar kadr kimi hərbin bütün incəliklərinə bələd idi. Tapançadan çox sərrast atəş açır, qəfildən geri dönüb hədəfi dəqiqliklə vurur və deyirdi ki, hər bir zabit bunu bacarmalıdır.

Gallery

Orta məktəbdə oxuyanda ədəbiyyata, incəsənətə daha çox meyl göstərib. Onun ən böyük arzusu aktyor olmaq idi.

Məktəbi bitirən ili sənədlərini İncəsənət Universitetinə versə də, müsabiqədən keçməmişdi.

***

1976-cı ildə öz sinif yoldaşı Flora Qasımova ilə ailə qurur. Bu evlilikdən onların iki övladı dünyaya gəlir.

***

Həyat yoldaşı Flora Qasımova Şirin Mirzəyevlə bağlı xatirələrindən bəhs edərkən deyir: “Birinci kursda oxuyurduq, bir gün qaldığım yataqxanaya məni görməyə gələn sinif, parta yoldaşım Şirin Mirzəyevi görüb çox sevinmişdim. Hal-əhval tutub, məktəb illərindən danışmışdıq. Xankəndidə evimizdən məktəbə gedən yolun üzərindəki həyətdə böyük bir it var idi və məktəbə gedən uşaqları görəndə az qalırdı zəncirini qırıb onlara hücum etsin. Mən də itdən qorxurdum. Qış olanda səhər tezdən qaranlıq olduğu üçün Şirin Mirzəyev mən qorxmayım deyə gəlib dururdu küçənin başında və məktəbə bir yerdə gedirdik.”

***

İncəsənətə bağlı adam idi, teatrı, kinonu çox sevirdi. Nə zaman baxsan, əlində kitab olurdu, gününün çoxunu kitabxanada keçirirdi.Füzulidən, Mirzə Ələkbər Sabirdən şeirlər deyərdi.

***

Qarabağı qarış-qarış gəzməyi çox xoşlayırdı. Hələ məktəb illərində məhəllə uşaqlarına qoşulub piyada Xankəndidən Laçına kimi getmişdi.

Gallery

Qarabağda baş verən hadisələr ona çox pis təsir etmişdi. Hadisələr başlayanda Dağıstanın Xalq şairi Rəsul Həmzətova, SSRİ Xalq artisti rəqqas Mahmud Esenbayevə məktub yazmışdı ki, qırğını dayandırmağa kömək edin.

***

Həyat yoldaşı Flora Qasımova: “Hadisələr başlayan zaman biz Moskvada idik, Şirin Lenin adına Ali Hərbi Akademiyada oxuyurdu. O, Azərbaycanın Xalq yazıçısı, SSRİ xalq deputatı Mirzə İbrahimovla görüşmüşdü. Gələndə danışdı ki, Mirzə İbrahimov deyir, çalışmaq lazımdır qan tökülməsin. Amma ermənilər qan tökürdülər. Onun qardaşı oğlanlarını möhkəm döymüşdülər, onlardan biri sonradan infarkt keçirdi, indi əlildir. Təsadüfən qəbiristanlıqda silah gizlədən ermənilərin əməllərinə şahid olduqlarına görə.”

***

Şirin Mirzəyev Daxili Qoşunlarda çalışanda Qarabağ bölgəsində bir batalyonları var idi. Ezamiyyə vərəqi yazdırıb gedirdi hadisələri öyrənməyə. Erməni dilini təmiz bildiyi üçün ermənilər onu tanıya bilmirdi. Hətta ən çətin vaxtda azərbaycanlıların evlərini yandırılmasının, talan edilməsinin şahidi olub. Gedib qəbiristanlığa baxmış, görmüşdü ki, qəbiristanlıqdakı bütün başdaşlarını sındırıblar, o cümlədən də atasının başdaşını. O, atasının sınan başdaşını götürüb Kərkicahanda yaşayan bacısıgilə aparmışdı.

***

Silahın, hərbi geyimlərin qıt olduğu zamanlarda Şirin müəllim qısa müddətdə silah tapıb alır, əsgərləri geyimlərlə təmin edirdi. Adətən hərbçilərin çantalarında diş, ayaqqabı fırçası, dəsmal olur. Şirin müəllimin çantasında bunlarla bərabər Sabirin "Hophopnamə”si də var idi. O, şeir deməyi çox sevirdi, "Hophopnamə”dəki bütün şeirləri əzbər bilirdi. Şəhid olanda əşyalarının içərisində iki nüsxə "Hophopnamə” çıxıb.

***

Şirin Mirzəyev 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra 1994-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edilib.

loading...
Dünyanın ən hündür adamı koronavirusa yoluxdu
“Hər kəs tərəfindən bir mənalı şəkildə anlaşılan odur ki...”
"Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürnberq Məhkəməsi qurulacaq!"
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
““Xan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və...”
Gündəm
“Meyitləri təhqir etmək erməni xislətinin bir parçasıdır”
Cəmiyyət
“Otuz illik vətən həsrəti bu millətin torpağa nə qədər bağlı olduğunu sübuta yetirdi...”
Cəmiyyət
“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”
Siyasət
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
İsrail Azərbaycana raket hücumlarına qarşı “Dəmir Qübbə”dən istifadə etməyi təklif etdi
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşdü
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247