Müharibə, yaxud döyüşlər niyə başladı?
Oxunub: 2109
29 Sep 2020 | 17:02
Müharibə, yaxud döyüşlər niyə başladı?
Azərbaycan gec-tez işğal altında olan torpaqları azad edəcək. Bu, Vətən Müharibəsidir. Azərbaycanın haqq işini müdafiə edən bütün vətəndaşlar onun iştirakçısıdır.

Deməli, sentyabrın 27-i səhər saat 6 radələrində Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında yenidən atəşkəsi pozdu. Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks hücuma keçdi. Bəs döyüşlər niyə başladı? Əslində, bunun cavabını verdik. Ermənistan işğalçılıq siyasətini davam etdirmək üçün hücuma keçdi və cavabı verilir. Ancaq məsələ yalnız bununla bitmir. Bu “niyə” sualının cavabı bir az dərindədir. Azərbaycan tərəfinin öz tarixi torpaqları üzərində suveren hüquqlarını bərpa etmək haqqı var. Bu baxımdan döyüşlərin hər an bərpa oluna biləcəyi istisna edilmirdi. Ancaq rəsmi Bakı 26 illik atəşkəsin tələblərinə əməl edib. Bu rejim yalnız Ermənistan tərəfindən pozulanda cavab verilib. 

Əslində, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də Ermənistan yeni torpaqlar işğal etmək üçün atəşkəsi pozaraq hücuma keçib. Döyüşlərədək işğalçı ölkə ilə bağlı vəziyyəti belə xarakterizə etmək olar. Ermənistan işğalçı olmasına baxmayaraq, özünü vəziyyətin sahibi, diktə edən tərəf kimi aparır. Ermənistan beynəlxalq vasitəçilərin münaqişə ilə bağlı təkliflərinə məhəl qoymayaraq, torpaqları işğaldan azad etmir, Qarabağdakı separatçıların danışıqlarda iştirak etməsinə çalışır. Rəsmi Yerevan özünü Qarabağ torpaqlarının yiyəsi kimi aparır. İşğal altında olan torpaqlara Livandan olan qaçıqınlar adı altında terrorçuları yerləşdirir. Terrorçu PKK ilə danışqlar aparır, onların Qarabağda məskunlaşmasına şərait yaradır.


Son aylar Ermənistan rəsmiləri, baş naziri Nikol Paşinyan, bu ölkənin prezidenti Armen Sarkisyan, müdafiə naziri David Tonoyan, silahlı qüvvələrin baş qərargahının rəisi Onik Qasparyan və başqalarının işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edir. Paşinyanın arvadı Anna Akopyan isə əlində avtomat Azərbaycan torpaqlarında işğalçı erməni hərbçilərə ruh verir. Avqustun sonunda da Ermənistanın müdafiə naziri David Tonoyan separatçıların başçısı Araik Arutyunyanla hərbi əməkdaşlığı müzakirə edir. Bunun ardınca Paşinyan Qarabağa gəlib separatçılarla hərbi məsələlərin müzakirəsini aparır. Onun səfərindən bir həftə sonra, sentyabrın 10-da Ermənistan Qarabağda separatçılara dağlq relyef üçün uyğunlaşdırılan 10 “Ford” markalı təcili tibbi yardım avtomobili hədiyyə edir. Rəsmi Yerevan Rusiyadan 21 ədəd UAZ markalı təcili tibbi yardım maşını alır. “Hayastan” ümumerməni fondu isə sentyabrda Livan vətəndaşı olan ermənilər üçün keçirdiyi kampaniya nəticəsində 412 min ABŞ dolları toplayıb. Bu məbləğin 100 min ABŞ dollarını rusiyalı erməni iş adamı, “Taşir” şirkətinin sahibi Samvel Karapetyan verib. Bu iş adamı Qarabağda separatçılara da davamlı olaraq yardım edir. Belə donorların sayəsində separatçılar və Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Rusiyadakı erməni iş adamları ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatlar da Ermənistana yardım edir. Ermənistanın maliyyə-iqtisadi vəziyyətinin ağır olduğunu ölkədəki aparıcı siyasi qüvvələr də çıxışlarında açıqlayır.

Son zamanlar Avropa İttifaqı Komissiyası məhkəmə sistemində islahat üçün Ermənistana 30 milyon avro ayırır. Həmin məbləğin 27 milyon avrosu birbaşa dövlət büdcəsinə köçürüləcək. Bu, düşdüyü ağır vəziyyətdə Ermənistan hökumətinə yardım olaraq qiymətləndirilir. Ermənistanın düşdüyü ağır maliyyə-iqtisadi vəziyyətdən xilas olması üçün böyük məbləğdə maliyyə vəsaitlərinə ehtiyacı var. Bunun üçün ona əsaslar lazımdır. Hərbi əməliyyatların başlaması bu səbəblərdən biri ola bilər. Artıq “Hayastan” fondu ianə ilə bağlı bank hesab nömrəsi açıb. Başqa bir məsələ də Ermənistanın müharibəyə qabaqcadan hazırlaşdığını təsdiqləyir. Rusiyadan İran vasitəsilə Ermənistana silah-sursat və hərbi texnikanın ötürülməsidir. Ən əsas məsələlərdən biri də Ermənistanda hakimiyyət uğrunda mübarizədir. Ermənistanda hökumət kimi müxalifətin də yetkinləşməsinə ehtiyac yaranıb. Bunun üçün hər iki tərəf bu istiqamətdə özünü təsdiqləməyə məqam axtarır. Müharibənin başlamasının səbəblərindən biri də daxili siyasi mübarizədir. Döyüşlərdən bir həftə əvvəl müxalifət payızda siyasi fəallığını artıracağını bildirib. Çiçəklənən Ermənistan, Vətən və “Daşnaksütyun” partiyaları oktyabrın 8-də saat 18-də Yerevanda “Azadlıq” meydanında “narazı xalqa” həsr edilən mitinq keçirməyi planlaşdırıb. Çiçəklənən Ermənistan Partiyasının üzvü İveta Tonoyan bildirmişdi ki, ötən iki ildə əhalinin müxtəlif təbəqələrinin ümidləri doğrulmayıb: “Bu gün cəmiyyətin narazılığı göz önündədir”. Ermənistanın qərbyönlü müxalifətinin lideri, İşıqlı Ermənistan Partiyasının sədri Edmon Manukyan isə sentyabrın 27-dən əvvəl bildirmişdi: “Biz vətəndaşların da narazı olduğunu bilirik. Bizim gündəliyimiz bu narazılıqlar əsasında formalaşır. Onlar hökumətin istefasını tələb etsələr, parlamentdəki siyasi qüvvə olaraq, biz heç bir açıqlama gözləmədən parlamentdə impiçment prosesinə başlayacağıq”.


Nikol Paşinyan isə bütün tənqidçilərinə cavab olaraq 2050-ci ilədək qeyri-müəyyən strateji proqram irəli sürüb. Paşinyan bir il əvvəl açıqladığı vədlərini bu il təkrarlayıb. Bildirib ki, əhalinin sayını 5 milyon nəfərə çatdıracaqlar, aylıq əməkhaqqını bir neçə dəfə artıracaqlar və daha neçə-neçə boş-boş, əlçatmaz vədlər verib. Əlbəttə, bu cəmiyyəti sakitləşdirməyə hesablanmış fikirlərdir. Sentyabrın 26-da isə Paşinyan hökumətinin məhkəməsi Çiçəklənən Ermənistan Partiyasının sədri, milyonçu deputat Qaqik Sarukyan barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etdi. Deməli, belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan cəmiyyətin diqqətini vəd verib həll edə bilmədiyi sosial problemlərdən yayındırmaq, hakimiyyət uğrunda mübarizə aparan qüvvələri sıradan çıxarmaq üçün diqqəti müharibəyə yönəldib. Çünki o, bundan əvvəl ölkə əhalisinin diqqətini Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsi və məhkəmə prosesi ilə qatırdı. İki ildən artıq sürən məhkəmə prosesində hələ də qərar qəbul edilməyib. Paşinyan Ermənistan cəmiyyətinin diqqətini Sarukyanın həbsi ilə yayındırmağa səy etdi. Ancaq qarşıdakı etiraz aksiyalarının qarşının alınmasına milyonçu deputatın həbsi azlıq edir.

Nikol Paşinyan koronavirusa qarşı mübarizə aparmaq məqsədilə Ermənistanda qanunsuz olaraq 6 ay fövqəladə vəziyyət rejimi tətbiq etdi. Sonra bu rejimi 2021-ci il yanvarın 11-dək karantin rejimi ilə əvəzlənib. Nikol Paşinyan pandemiya ilə bağlı görülən tədbirlərin arxasında gizlənə bilmədi. Çünki Ermənistan hökumətinin bu istiqamətdə gördüyü işlər uğurlu deyil. Bu ölkədə koronavirusa yoluxanların sayı azalmır. Paşinyan Koçaryan və Sarukyanın həbsinin, koronavirus pandemiyasının arxasında gizlənə bilmədi. O zaman hökumətə qarşıdan gələn təhlükəni önləmək üçün daha böyük aksiya lazım idi. Bu, Qarabağda Azərbaycanın kəndlərinə və mülki əhalisinə hücumdur. Qeyd edək ki, Nikol Paşinyanın hücumu müdafiə naziri David Tonoyan bir müddət əvvəl yeni torpaqlar tutacaqları barədə verdiyi anonsdan da məlum idi.   


Bəs Ermənistanı bu addımı atmağa nə vadar etdi? Nikol Paşinyan hökuməti və havadarları bu müharibə ilə həm də Azərbaycan və Türkiyəyə qarşı aksiya başlayıb. Türkiyəni, o cümlədən Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarını, o cümlədən Rəcəb Tayyib Ərdoğanı sevməyən, onu qəbul etməyən qərb dövlətləri ilk növbədə məsələyə münasibət bildirməyə, atəşkəsə əməl etməyə çağırıb. Sətiraltı Türkiyəni ittiham ediblər. Azərbaycanın əks hücumundan əvvəl İran, Ermənistan, Rusiya və Avropa mətbuatı Türkiyə və Azərbaycana qarşı birgə təbliğata başladı. Sentyabrın 24-də İran KİV-in yaydığı məlumata görə guya “son aylar 10 minə yaxın vəhabidən ibarət terrorçu qruplaşma üzvləri Azərbaycana gətirilib”. Hərbi əməliyyatlar başlayan gün isə İslam Respublikasının informasiya vasitəsi yenə də Türkiyənin qaralayıb, guya “Türkiyə Azərbaycan Respublikasına 300 hərbi qüvvə göndərib”. İran KİV-in məlumatına əsasən, guya “hər bir döyüşçüyə 1 500 - 2 000 ABŞ dolları məbləğində aylıq verilir”. Bu sayaq informasiya eyni mənbədən idarə edilib. Çünki Ermənistanın Rusiyadakı səfiri Vardan Tolqanyan da “Qovorit Moskva” radiostansiyasına oxşar yalanlar danışıb.  


İran bu müharibədə müsəlman Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi üçün bir addım belə atmadı. Halbuki bu müqəddəs işi görmək üçün onun hər cür imkanı var idi. Türkiyənin bu prosesdə iştirakı isə tam mənada qanunidir. Çünki Türkiyə münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun üzvüdür. Yeri gəlmişkən, qrupun tərkibinə aşağıdakı ölkələr daxildir: ABŞ, Fransa, Rusiya - həmsədr, başqa üzvlər – Almaniya, Belarus, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Finlandiya. Türkiyə istisna olmaqla bütün dövlətlər ermənilərin Dağlıq Qarabağda separatçı fəaliyyətinin güclənməsinə ya göz yumub, ya da yardım edib. Ermənistanın işğalçı siyasətinə qarşı çıxış etməyib. Həmsədrlər isə Azərbaycanın çoxsaylı etirazlarına cavasız qoyublar. BMT Təhlükəsizlik Şurasının torpaqların azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin bir müddəası belə yerinə yetirilməyib.

Görəsən, Ermənistan nəyə arxayın olub, bu cinayətə əl atıb? Rəsmi Yerevan əvvəlki kimi havadarlarına arxayın olduğu üçün bu addımı atıb. Ermənistan hakimiyyəti bu dəfə Türkiyəni də hədəfə alıb. Başqa sözlə, bu aksiyada rəsmi Ankara da hədəf seçilib. Rəsmi Yerevan və onun kimi düşünənlər hesab edir ki, Aralıq dənizinin şərq hissəsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək beynəlxalq ictimaiyyəti Türkiyəyə qarşı qoya biləcəklər. Bu, Yunanıstan və yunan Kiprinin son hadisələrə münasibətində özünü daha qabarıq göstərir. Ancaq bu da baş tutmadı. Onda erməni başqa bir məsələ ilə qalmaqal yaratmağa başladı. Onlar dünyaya car çəkib bildirir ki, guya Azərbaycanla Türkiyə onlara qarşı birgə əməliyyat keçirir. Bu yolla beynəlxalq ictimaiyyətin, xüsusilə havadarlarının Azərbaycan və Türkiyəni ittiham etməsinə nail olmağa çalışır. Onsuz da həmin qüvvələr illər uzunudur Azərbaycanın öz torpaqlarından imtinasına cəhd edirlər. İndiyədək həmin havadarları və himayədarlar Ermənistanı işğalçılığına görə tənbeh etməyib. Əksinə, işğalın uzanmasına yardım ediblər.


Erməni keşişləri, kilsəsi heç vaxt erməni etnosunun xeyrinə işləməyən, onda kin, nifrət hissini gücləndirən lobbi, havadarları yenə də erməniləri oynacaq kimi oynadırlar. Kilikiya evinin baş keşişi I Aramın müharibəni qızışdıran bəyanatı bunu təsdiqləyir. O, ermənilərə müraciətində bildirib: “Qarabağ bizim olub (guya ermənilərin - S.İ.), olacaq. Qoy Azərbaycan bilsin bir ordu olan bütün ermənilərə qarşı müharibə aparır...” Bu, erməni xalqını bəlaya salan kilsənin nümayəndəsidir. Başqasının torpağını işğala səsləyən çıxışı ilə aramların dindən uzaq cinayətkarlardır. Halbuki onların mənsub olduqları din insanlar arasında sevgi təbliğ edir.

Döyüşlər bir daha sübut etdi ki, Ermənistan Cənubi Qafqazda sabitliyi pozan başlıca amildir. Onlar nifrət, kin, işğalçı düşüncəsi və əməli ilə bölgədə sülhün sabitliyin, əməkdaşlığın yaranmasına mane olur. Azərbaycan əks-hücumu ilə Ermənistanı, erməniləri və havadarlarını bu adi həqiqəti başa salmağa növbəti dəfə cəhd edir. İşğalçını, terrorçunu və bu cinayəti dəstəkləyəni, sabitliyə və əməkdaşlığa mane olanı, olanları müdafiə etməkdən əl çəkin. Ermənistanın əməllərinin ağır nəticələrini hələlik Azərbaycan çəkir, ancaq növbə hamıya çatacaq.(Report)
Oxşar xəbərlər
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO