Xəbər lenti
29/10/2020 [14:12]:
“Döyüş meydanında qalmış 30-a yaxın erməni hərbçinin meyiti bu gün Ermənistana verilib”
29/10/2020 [14:07]:
Azərbaycan 30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verib - RƏSMİ
29/10/2020 [14:00]:
Qafqaz İslam Ordusu – Turan ordusu
29/10/2020 [13:52]:
Millət vəkilindən Türkiyə Cümhuriyyətinin yaranışının 97-ci ildönümünə İLGİNC TƏBRİK...
29/10/2020 [13:46]:
Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb
29/10/2020 [13:33]:
Baş Prokurorluq mülki itkilərlə bağlı açıqlama yayıb
29/10/2020 [13:30]:
Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya başlayıb - FOTO
29/10/2020 [13:26]:
İnsan gücünü küllər içindən qaldıran və cəsarətli qərarlara sövq edən QURAN AYƏLƏRİ...
29/10/2020 [13:13]:
Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdədir - RƏSMİ
29/10/2020 [13:06]:
Sabahın hava proqnozu açıqlandı
29/10/2020 [13:04]:
Kardaşyan koronavirusa yoluxdu
29/10/2020 [13:02]:
“Arzu edirik ki, onlar gördüklərini dilə gətirib, erməni terrorurunun ifşasına öz töhfələrini versinlər”
29/10/2020 [12:58]:
Səyyad Əlizadə: “Vallah ölməmişəm”
29/10/2020 [12:53]:
Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib
29/10/2020 [12:51]:
Ermənistan diplomatların səfərdə olduğu Bərdəni atəşə tutdu
29/10/2020 [12:44]:
Prezidentin köməkçisi: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"
29/10/2020 [12:41]:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib
29/10/2020 [12:38]:
Bugünü dünənindən, sabahı bugünündən daha böyük Türkiyəm!
29/10/2020 [12:34]:
Diplomatik korpusun nümayəndələri Bərdədə - FOTO
29/10/2020 [12:30]:
“Bu cür addımlar bizim dostluğumuzu, qardaşlığımızı möhkəmləndirir...”
29/10/2020 [12:28]:
Hikmət Hacıyev: "Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar"
29/10/2020 [12:27]:
Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - Video
29/10/2020 [12:24]:
BDU-da Qarabağ ruhu...
29/10/2020 [12:22]:
Müharibə Ermənistan iqtisadiyyatına 3,5 milyard dollar ziyan vurub
29/10/2020 [12:13]:
Düşmənin üç zirehli texnikasını məhv edən igidimizi siz də tanıyın - VİDEO
29/10/2020 [12:13]:
“Ermənistan üçün bu savaş məğlubiyyətlə bitəcək və o erməni xalqı hələ də ağlını başına qoymayıb ki...”
29/10/2020 [12:07]:
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
29/10/2020 [12:00]:
Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirildi
29/10/2020 [11:54]:
Fransesko Rokka: "Qızıl Ayparanın könüllüsünün Bərdədə həlak olması xəbərindən dəhşətə gəldim"
29/10/2020 [11:52]:
Baş Prokuror: "Bərdə cinayəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə törədilib"
29/10/2020 [11:51]:
Prezidentin köməkçisi: "Düşmən döyüş meydanından qorxaraq qaçır"
29/10/2020 [11:50]:
Dövlət rəsmiləri və diplomatlar Bərdədədir
29/10/2020 [11:50]:
Bütov Azərbaycan bizim Şah Əsərimiz, siz isə bizim Şah Qəhrəmanlarımızsınız...
29/10/2020 [11:48]:
Makedoniyanın Beynəlxalq Vizyon Universitetindən Azərbaycana dəstək
29/10/2020 [11:38]:
Auditor və auditorlar təşkilatları maliyyə hesabatlarını açıqlayıblar
29/10/2020 [11:37]:
Ermənistan işğal edilmiş ərazilərdə 100 mindən çox qiymətli və nadir eksponatları məhv edib
29/10/2020 [11:34]:
Baş Narkotiklərlə Mübarizə İdarəsi xüsusi əməliyyat keçirdi - FOTO
29/10/2020 [11:33]:
MN: Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir
29/10/2020 [11:32]:
“Hesab edirəm ki, bu gün zəngilanlıların heç tükü də tərpənmir, çünki...”
29/10/2020 [11:30]:
Düşmənin Gəncədə törətdiyi terrorlar: 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub
29/10/2020 [11:29]:
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
29/10/2020 [11:27]:
"Hayatımızın güzgüsünə baxmağa üz qoymaq üçün üzdəkilər özünü toparlamalıdır..."
29/10/2020 [11:25]:
İndi qalibiyyət tariximiz başlayıbdır!
29/10/2020 [11:24]:
Ağsuda doqquz yaşayış məntəqəsini birləşdirən yollar yenidən quruldu
29/10/2020 [11:06]:
Azərbaycan neftinin qiyməti 40 dollardan aşağı düşdü
29/10/2020 [11:00]:
Ermənistanda bir gündə 29 nəfər COVID-19-dan ölüb
29/10/2020 [10:59]:
Ermənistanın daha 51 hərbçisi ordumuz tərəfindən məhv edildi
29/10/2020 [10:54]:
Osmanlı Türkiyəsindən Ərdoğan Türkiyəsinə... - Nəsiman Yaqublunun yazısı
29/10/2020 [10:45]:
BQXK rəsmisindən ölən və yaralanan könüllüləri ilə bağlı AÇIQLAMA
29/10/2020 [10:43]:
Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür
29/10/2020 [10:41]:
Düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikaları - VİDEO
29/10/2020 [10:29]:
Bərdədə qaniçən erməni vəhşiliyindən geriyə qalanlar... - VİDEO
29/10/2020 [10:28]:
"Siz daim öz zərif çiyinlərinizi Azərbaycanın dünyada ucalığı naminə etibarlı, möhtəşəm dayaq etmisiniz"
29/10/2020 [10:27]:
Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib
29/10/2020 [10:26]:
Bərdəyə atılan "Smerç" raketlərinin qalıqları - FOTO
29/10/2020 [10:12]:
Koronavirusla bağlı SON STATİSTİKA
29/10/2020 [10:06]:
Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüsü - VİDEO
29/10/2020 [10:06]:
“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
29/10/2020 [10:04]:
Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib
29/10/2020 [10:03]:
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub - RƏSMİ
29/10/2020 [09:51]:
"Onların dərdi mənim vətənimin dərdi deyil ki, Pelosi Ceyhun Bayramovla niyə görüşürdü?"
29/10/2020 [09:34]:
Bacılar maska taxmağı tövsiyə edən mühafizəçiyə 27 bıçaq zərbəsi vurdular - FOTO
29/10/2020 [09:32]:
Diplomatik korpusların nümayəndələri Bərdə və Tərtərə gedir
29/10/2020 [08:28]:
Separatçı-terrorçu “komandan”  “hərbi müşavirə”sini uşaq bağçasında keçirdi...-FOTO
29/10/2020 [08:08]:
Müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edildi...-RƏSMİ
29/10/2020 [07:48]:
İtaliyanın məşhur şəhəri Azərbaycana qarşı xain addım atdı...
29/10/2020 [07:12]:
Tsarukyan təşəbbüsü ələ aldı - Ermənistanın müxalifətçi deputatları Rusiyaya gedir...
29/10/2020 [07:08]:
"McDonald's"dan Azərbaycanın haqq savaşına qarşı xain addım...
29/10/2020 [06:56]:
"Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın..."
29/10/2020 [00:41]:
“Münaqişə zonasında sülhməramlıların olmasından danışmaq hələ tezdir”
29/10/2020 [00:01]:
"Həm dövlət, həm də millət olaraq könlümüz, dualarımız və dəstəyimiz can Azərbaycanla birlikdədir"
28/10/2020 [23:48]:
Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub
28/10/2020 [23:41]:
Pakistanın Baş naziri müsəlman ölkələrinin liderlərinə müraciət etdi - FOTO
28/10/2020 [23:39]:
Fransa klubunda kütləvi yoluxma
28/10/2020 [23:28]:
"O zaman Ermənistan qoşunları dərhal Laçın, Kəlbəcər və Ağdamdan çıxarılmalıdır...”
28/10/2020 [23:27]:
İlham Əliyev Türkiyə xalqını təbrik etdi
28/10/2020 [23:23]:
Bərdəyə hücumun yeni görüntüləri: Dəhşətli, silsilə partlayışlar - ANBAAN VİDEO
28/10/2020 [23:21]:
"Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə artıq nizamlamaya cəlb olunub"
28/10/2020 [23:19]:
"Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın"
28/10/2020 [22:48]:
Prezident: “Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar”
Bütün arxiv bir sırada
30/09/2020 [15:43] - Cəmiyyət - ( 1256 dəfə baxılıb)

“Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qabildir”



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünən Rusiyanın məşhur “Rossiya-l” telekanalının populyar “60 dəqiqə” proqramına müsahibə verdi. İndiki – mübaliğəsiz taleyüklü xarakter daşıyan çox önəmli dövrdə verilən müsahibə, sentyabrın 27-də Ermənistanın növbəti hücum cəhdi, hərbi avantürası nəticəsində yenidən alovlanan müharibə haqqında həqiqətləri rusdilli auditoriyaya çatdırdı. Cənab Prezident ilk növbədə Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında bilgiləndirdi. Onu da vurğulayaq ki Rusiyada məskunlaşmış yüzminlərlə ermənininin, dediyimiz kimi, bütün rusdilli auditoriyanın da həqiqətləri bilməsi baxımından bu müsahibənin özünəməxsus önəmi var. Məhz hadisələrin indiki vaxtında, məhz bir çox rusdilli KİV-in yanlış təbliğat apardığı ortamda həqiqətlərin dövlət başçısı tərəfindən söylənməsi özlüyündə bir fürsət oldu.

Əlbəttə, fürsətkar, hiyləgər, riyakar və ən əsası, işğalçı Ermənistan hakimiyyəti ilə müqayisədə bizim ən əsas silahımız haqlı olmağımız, məhz həqiqətin özünü deməyimizdir. İkinci silahımız, üstünlüyümüz isə, işğala məruz qalan tərəf olsaq da, daha güclü olmağımızdır. Bax, bu iki amil auditoriyanı düşündürməyə bilməz: haqlıyıq amma haqsızla eyni yanaşma görür, eyni çağırş eşidirk, bir çox halda ikilistandartla qarşılaşırıq; haqlıyıq, amma haqsızın güclü diaspor və lobbi təzyiqi, təbliğatı ilə üz-üzəyik... Habelə, güclüyük amma torpaqlarımız 30 ilə yaxındır işğal altındadır; güclüyük amma sülh danışıqlarında uzun illər iştirak etmişik və nəticəsiz olsa da, kövrək sülh danışıqları məhz Ermənistan tərəfindən pozulub. Bu gerçəklik fonunda bir də ardarda hərbi təxribatlara, hücumlara məruz qalırıqsa, bizi qınayanlar desin: NƏ ETMƏLİYİK!?

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər saat 06.00-da başladığı hücum da bütün öncəki hücumların davamı və inkişafı “dəyəri”ndədir. Yenə hərbi obyektlərlə yanaşı mülki obyektlər, dinc əhali hədəf alındı. – Azərbaycanın yaşayış məntəqələri, döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qaldı. – Bu hücumun zamanlama baxımından da (istirahət günü, səhərin erkən saatı...) daha çox insan tələfatına hesablandığı şübhəsizdir. Belə olan halda, Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavab verməkdən başqa yolu qalırdımı?! Özü də, nəzərə alsaq ki döyüşlər Ermənistan-Azərbaycan dövlət sərhəddi boyunca deyil, respublikamızın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin dərinliklərində gedir – o zaman adekvatlığın bir adı, bir təyini, bir ünvanı olmalıdır: ya ən sonuncu erməni əsgəri ərazilərimizi birdəfəlik tərk etməli ya da tək-tək yaxud toplu halda təsirsiz hala gətirilməlidir. Bax, bu, əsl adekvatlığın özüdür! – Çünki biz 30 ilə yaxındır sülhpərvərlik göstərdik, əvəzində, müharibə ritorikası ilə qarşılaşdıq.

Dövlət öz vətəndaşlarını, öz ərazisini müdafiə etməyə mükəlləfdir.

“Rossiya-1”ə müsahibəsində “Təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var” deyən Prezident İlham Əliyev, Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu, ümumən müharibənin mahiyyətini faktlarla, rəvan nitq, məntiqi ardıcıllıq və cəsarətlə göstərdi. – Böyük və həssas bir auditoriya qarşısında həqiqətlərin məhz bu təcallada ifadəsi özlüyündə uğurlu bir hadisədir.

Cənab Prezidentin tutarlı, peşəkar, səlis cavabları qarşılığında “guya demokrat” Nikol Paşinyanın eyni kanal, eyni proqramdakı çıxışı sönük, dolaşıq, təkrarçı və faktoloji bazadan məhrum idi. Bu, Paşinyanın həm siyasi cəhətdən qeyri-yetkin olduğunu, həm də, müdafiə etdiyi mövqenin heç bir tənqidə dözmədiyini aydın göstərdi. Paşinyan istər “Münhen debatı”nda, ondan öncə “Aşqabat dəyirmi masa”sında, istərsə də, BBC-nin “Hard Talk” proqramında olduğu kimi, “Rossiya-1”də bir daha öz səbatsızlığının və  haqsızlığının aqibətini yaşadı.
Azərbaycan Prezidenti “Rossiya-1” efirində Ermənistanın son hücumlarından, hərbi təxribatlarından müharibənin tarixinə, mahiyyətinə güzgü tutaraq, Rusiya ictimaiyyətinin diqqətini həqiqətlərə cəlb etdi. Bu sitatlar cənab Prezidentin müsahibəsindəndir:

-Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır. Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və təxribatlar törədir;

-Ermənistanın hərəkətlərinin və bəyanatlarının xronologiyası göstərir ki, bu ölkə təxribata uzun müddətdir hazırlaşıb və şüurlu şəkildə gedib;

-Erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan etdi;

-Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirdilər...

Prezident İlham Əliyev həqiqətin özü olan sərrast cavabları ilə Ermənistan hakimiyyətinin avtoritar, diktator mahiyyətini – demək ki, mahiyyətsizliyini ifşa etdi. Paşinyanın hakimiyyətə gəlməsini bir “siyasi layihə” kimi şərh edərək, onu əlaltı adlandırdı. Dövlət başçımız öz fikrini, Ermənistanda daxili siyasi böhranın hökm sürməsi, bu böhranın Paşinyanın 2 il öncə çoxlu vədlər verərək hakimiyyətə gəlməsi (və hazırda bu vədlərin altında qalması) ilə əlaqələndirərək,  “Paşinyana bir xarici amil, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın” şəklində ifadə etdi.

Müsahibədə diqqətçəkən başqa bir məqamsa, Prezidentin rusdilli auditoriyanın nüfuzlu efirində də, qardaş Türkiyənin maraqlarını qoruması, qardaş ölkəni Ermənistanın və erməniyanlıların haqsız “media hücumu”ndan müdafiə etməsidir. Cənab İlham Əliyev bununla Ermənistan təbliğatının iç üzünü açdı, artıq öz saxtakarlıqlarından əziyyət çəkməyə başlamış işğalçı ölkənin dövriyyəyə buraxdığı yalan məlumatların məqsədyönlü tirajlandığını göstərdi. – “Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

...Türkiyə Azərbaycanı, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Türkiyə Azərbaycana mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur”.

Prezidentin gətirdiyi tutarlı faktlar qarşı tərəfin “feyk-nyus” tirajlamalarını, o cümlədən, qardaş ölkənin hərbi arsenalında olan “F-16”-ların döyüş əməliyyatlarında iştirakı, respublikamıza Suriyadan muzdlular gətirilməsi barədə iddiaları puç etdi. – Necə deyərlər, bir cümlə yetər: “Ermənistandan fərqli olaraq Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı var. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qabildir”.        

İnanıram ki Azərbaycan Prezidentinin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramı aparıcılarının suallarına tutarlı cavabları – qaldırılan məsələlərə dair sağlam fikirləri, yalnız respublikamızda deyil, peşə kodeksini bütün keçici maraqlardan, siyasi mülahizələrdən üstün tutan xarici medianın da diqqətində olacaq.

BİZİM İŞİMİZ HAQQ İŞİDİR, BİZ QALİB GƏLƏCƏYİK!

DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva

loading...
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
Düşmən daha 59 hərbçisini itirdi -ADLAR...
Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi işğaldan azad edildi
COVİD-19 zamanı PZR testi, immunitetin dayanıqlığı və təkrar yoluxma riski haqqında...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Araşdırma
İnsan gücünü küllər içindən qaldıran və cəsarətli qərarlara sövq edən QURAN AYƏLƏRİ...
Cəmiyyət
Səyyad Əlizadə: “Vallah ölməmişəm”
Cəmiyyət
“Ermənistan üçün bu savaş məğlubiyyətlə bitəcək və o erməni xalqı hələ də ağlını başına qoymayıb ki...”
Köşə
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Cəmiyyət
“Döyüş başlayan kimi əsgərlər bizi köməksiz qoyub, ərazini tərk etdilər...” -Erməni qadın...

Yazar
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247