Xəbər lenti
29/10/2020 [15:20]:
Akademik Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat vəsait köçürüb
29/10/2020 [15:15]:
“Cümhuriyyət bayramı Türkiyə ilə yanaşı, həm də Azərbaycanın bayramıdır”
29/10/2020 [15:14]:
İctimai iaşə obyektlərində yoxlamalar başladı - RƏSMİ
29/10/2020 [15:04]:
Ukraynada koronavirus həyəcanı: Qərərgaha Zelenski özü başçılıq edəcək
29/10/2020 [15:03]:
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
29/10/2020 [15:00]:
Qondarma rejimin “lideri” “Bayraqdar”dan qorunmaq üçün sığınacaqda gizləndi- FOTO
29/10/2020 [14:59]:
Rusiyadan Qarabağa 50 ton humanitar(?) yardım  göndərildi?..-FOTOLAR
29/10/2020 [14:58]:
Ermənistan Göygölü atəşə tutdu: Meşədə yanğın başladı
29/10/2020 [14:55]:
Bərdənin intiqamı döyüş meydanında alındı - ANBAAN VİDEO
29/10/2020 [14:54]:
Kimdir haqlı: multikultral Azərbaycan, yoxsa tsexakronla zəhərlənmiş Ermənistan?!
29/10/2020 [14:44]:
Ombudsman Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir
29/10/2020 [14:40]:
Ermənilər Tərtərə qadağan olunmuş raket atıb
29/10/2020 [14:37]:
Fransanın Azərbaycandakı səfirindən Bərdə ilə bağlı paylaşım - FOTO
29/10/2020 [14:35]:
Sahil Babayev MDB Məşvərət Şurasının iclasında erməni terrorunu pislədi
29/10/2020 [14:33]:
Diplomatlar Tərtərdə olarkən rayon ərazisi atəşə tutulub
29/10/2020 [14:30]:
Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif
29/10/2020 [14:27]:
“Nar” Bərdə sakinlərini danışıq dəqiqələri və SMS-lə təmin etdi
29/10/2020 [14:17]:
Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
29/10/2020 [14:07]:
Azərbaycan 30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verib - RƏSMİ
29/10/2020 [14:00]:
Qafqaz İslam Ordusu – Turan ordusu
29/10/2020 [13:52]:
Millət vəkilindən Türkiyə Cümhuriyyətinin yaranışının 97-ci ildönümünə İLGİNC TƏBRİK...
29/10/2020 [13:46]:
Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb
29/10/2020 [13:33]:
Baş Prokurorluq mülki itkilərlə bağlı açıqlama yayıb
29/10/2020 [13:30]:
Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya başlayıb - FOTO
29/10/2020 [13:26]:
İnsan gücünü küllər içindən qaldıran və cəsarətli qərarlara sövq edən QURAN AYƏLƏRİ...
29/10/2020 [13:13]:
Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdədir - RƏSMİ
29/10/2020 [13:06]:
Sabahın hava proqnozu açıqlandı
29/10/2020 [13:04]:
Kardaşyan koronavirusa yoluxdu
29/10/2020 [13:02]:
“Arzu edirik ki, onlar gördüklərini dilə gətirib, erməni terrorurunun ifşasına öz töhfələrini versinlər”
29/10/2020 [12:58]:
Səyyad Əlizadə: “Vallah ölməmişəm”
29/10/2020 [12:53]:
Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib
29/10/2020 [12:51]:
Ermənistan diplomatların səfərdə olduğu Bərdəni atəşə tutdu
29/10/2020 [12:44]:
Prezidentin köməkçisi: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"
29/10/2020 [12:41]:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib
29/10/2020 [12:38]:
Bugünü dünənindən, sabahı bugünündən daha böyük Türkiyəm!
29/10/2020 [12:34]:
Diplomatik korpusun nümayəndələri Bərdədə - FOTO
29/10/2020 [12:30]:
“Bu cür addımlar bizim dostluğumuzu, qardaşlığımızı möhkəmləndirir...”
29/10/2020 [12:28]:
Hikmət Hacıyev: "Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar"
29/10/2020 [12:27]:
Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - Video
29/10/2020 [12:24]:
BDU-da Qarabağ ruhu...
29/10/2020 [12:22]:
Müharibə Ermənistan iqtisadiyyatına 3,5 milyard dollar ziyan vurub
29/10/2020 [12:13]:
Düşmənin üç zirehli texnikasını məhv edən igidimizi siz də tanıyın - VİDEO
29/10/2020 [12:13]:
“Ermənistan üçün bu savaş məğlubiyyətlə bitəcək və o erməni xalqı hələ də ağlını başına qoymayıb ki...”
29/10/2020 [12:07]:
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
29/10/2020 [12:00]:
Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirildi
29/10/2020 [11:54]:
Fransesko Rokka: "Qızıl Ayparanın könüllüsünün Bərdədə həlak olması xəbərindən dəhşətə gəldim"
29/10/2020 [11:52]:
Baş Prokuror: "Bərdə cinayəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə törədilib"
29/10/2020 [11:51]:
Prezidentin köməkçisi: "Düşmən döyüş meydanından qorxaraq qaçır"
29/10/2020 [11:50]:
Dövlət rəsmiləri və diplomatlar Bərdədədir
29/10/2020 [11:50]:
Bütov Azərbaycan bizim Şah Əsərimiz, siz isə bizim Şah Qəhrəmanlarımızsınız...
29/10/2020 [11:48]:
Makedoniyanın Beynəlxalq Vizyon Universitetindən Azərbaycana dəstək
29/10/2020 [11:38]:
Auditor və auditorlar təşkilatları maliyyə hesabatlarını açıqlayıblar
29/10/2020 [11:37]:
Ermənistan işğal edilmiş ərazilərdə 100 mindən çox qiymətli və nadir eksponatları məhv edib
29/10/2020 [11:34]:
Baş Narkotiklərlə Mübarizə İdarəsi xüsusi əməliyyat keçirdi - FOTO
29/10/2020 [11:33]:
MN: Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir
29/10/2020 [11:32]:
“Hesab edirəm ki, bu gün zəngilanlıların heç tükü də tərpənmir, çünki...”
29/10/2020 [11:30]:
Düşmənin Gəncədə törətdiyi terrorlar: 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub
29/10/2020 [11:29]:
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
29/10/2020 [11:27]:
"Hayatımızın güzgüsünə baxmağa üz qoymaq üçün üzdəkilər özünü toparlamalıdır..."
29/10/2020 [11:25]:
İndi qalibiyyət tariximiz başlayıbdır!
29/10/2020 [11:24]:
Ağsuda doqquz yaşayış məntəqəsini birləşdirən yollar yenidən quruldu
29/10/2020 [11:06]:
Azərbaycan neftinin qiyməti 40 dollardan aşağı düşdü
29/10/2020 [11:00]:
Ermənistanda bir gündə 29 nəfər COVID-19-dan ölüb
29/10/2020 [10:59]:
Ermənistanın daha 51 hərbçisi ordumuz tərəfindən məhv edildi
29/10/2020 [10:54]:
Osmanlı Türkiyəsindən Ərdoğan Türkiyəsinə... - Nəsiman Yaqublunun yazısı
29/10/2020 [10:45]:
BQXK rəsmisindən ölən və yaralanan könüllüləri ilə bağlı AÇIQLAMA
29/10/2020 [10:43]:
Türkiyə Cümhuriyyətinin quruluşundan 97 il ötür
29/10/2020 [10:41]:
Düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikaları - VİDEO
29/10/2020 [10:29]:
Bərdədə qaniçən erməni vəhşiliyindən geriyə qalanlar... - VİDEO
29/10/2020 [10:28]:
"Siz daim öz zərif çiyinlərinizi Azərbaycanın dünyada ucalığı naminə etibarlı, möhtəşəm dayaq etmisiniz"
29/10/2020 [10:27]:
Əziz Prezidentimiz! Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşib
29/10/2020 [10:26]:
Bərdəyə atılan "Smerç" raketlərinin qalıqları - FOTO
29/10/2020 [10:12]:
Koronavirusla bağlı SON STATİSTİKA
29/10/2020 [10:06]:
Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüsü - VİDEO
29/10/2020 [10:06]:
“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
29/10/2020 [10:04]:
Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib
29/10/2020 [10:03]:
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub - RƏSMİ
29/10/2020 [09:51]:
"Onların dərdi mənim vətənimin dərdi deyil ki, Pelosi Ceyhun Bayramovla niyə görüşürdü?"
29/10/2020 [09:34]:
Bacılar maska taxmağı tövsiyə edən mühafizəçiyə 27 bıçaq zərbəsi vurdular - FOTO
29/10/2020 [09:32]:
Diplomatik korpusların nümayəndələri Bərdə və Tərtərə gedir
Bütün arxiv bir sırada
30/09/2020 [17:49] - Cəmiyyət - ( 1014 dəfə baxılıb)

İlham Əliyev Rusiyanın “Rossiya l” telekanalına müsahibəsində reallıqları böyük auditoriyaya çatdırdı



Ermənistanın işğalçılıq siyasəti artıq dünya ictimaiyyəti tərəfindən də qınaq hədəfinə çevrilib.  Son iki ildə münaqişənin nizamlanması istiqamətində heç bir iş görməyən təcavüzkar ölkəninn baş naziri Nikol Paşinyan vəziyyəti daha da gərginləçdirərək müharibə həddinə çatdırdı. Bir neçə ay əvvəl Tovuz rayonu ərazisində təxribatlar törədən, sərhədboyu əraziləri artilleriya atəşinə tutan, hərbçilərimizi və mülki əhalini qətlə yetirən, yaşayış məntəqələrinə ciddi ziyan vuran Ermənistan ordusu Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri qarşısında davam gətirə bilmədi və böyük itkilər verərək geri çəkildi.

Gözləmək olardı ki, düşmən bu ağır məğlubiyyətdən  ibrət dərsi götürəcək və işğalçı siyasətinə son qoyacaq. Ancaq hər şey gözləntilərin əksinə oldu. Bir neçə gün əvvəl Ermənistan ordusu genişmiqyaslı hücuma keçərək  ərazilərimizi ələ keçirmək isrədi. İşğalçı ölkənin  budəfəki hücumu bir daha təsdilqədi ki, onlar bu əməliyyata qabaqcadan hazırlaşıblar. Hətta dövlətimizin başçısı Təhlükəsizlik Şurasının iclasında da açıq şəkildə dedi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir.  Möhtərəm Prezidentimiz bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəsində, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərini bildirmişdi.  Ancqaq həmişə olduğu kimi, bu dəfə də dünyada baş alıb gedən ikili standart Ermənistanın xeyrinə işlədi və işğalçı ölkə  müharibəyə başladı.

Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırarkən dövlətimizin başçısı son günlər baş verənlər barəsində ətraflı məlumat verdi. Möhtərəm Prezidentimiz ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın “Rossiya l” telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı.  Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı.

Dövlət başçısı böyük auditoriyadan istifadə edərək  Ermənistanın dinc əhaiyə qarşı müharibə apardığını, təcavüzkar ordunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu bildirdi. Dedi ki,  qısa vaxt ərzində hərbi təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. 

Aparıcının Türkiyənin Azərbaycana kömək etməsi barədə  hətta “Ankara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək edəcək” – fikirlərinə aydınlıq gətirən ölkəmizin rəhbəri Rusiyanın aparıcı mediasında Türkiyənin  maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi. Bildirdi ki, Türkiyə Azərbaycanı, beynəlxalq hüququ müdafiə edir, eyni zamanda,  ölkəmizə  mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur. Türkiyənin rolunun  regionda sabitləşdirici xarakter daşıdığnı bildirən dövlət başçısı Türkiyənin bizə qardaş ölkə və bizim müttəfiqimiz olduğunu bildirdi.  Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı və beynəlxalq hüququ dəstəkləyib.

Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Ölkə başçısı Türkiyənin bizə mənəvi dəstək göstərdiyini bildirdi. Buna görə də biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik.  Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək, bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

Prezident İlham Əliyev həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” və Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır” fikrini xatırladaraq dedi ki, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və təxribatlar törədir.

Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistan bu təxribatlara uzun müddətdir ki, hazırlaşır. Bunu işğalçı ölkənin  hərəkətlərinin və bəyanatlarının xronologiyası da təsdiqləyir.  İyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücumu barədə məlumat verən respublikamızın rəhbəri təxribat qrupunun erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırıldığını bildirdi. Həmçinin Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini ifşa etdi, Paşinyanın Sorosun əlaltısı olduğunu açıq bəyan etdi.

Həmişə olduğu kimi, bu dəfə də faktlar qarşısında aciz qalan Nikol Paşinyan, necə deyərlər, gah nala, gah da mıxa vurdu. Axı,  nə deyə bilərdi? Təcavüzkar ölkənin  30 ilə yaxındır ki, Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlaması, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salması göz önündədir. Bunu necə inkar edə bilərdi? Ona görə də onun bufədki çıxışı da həm özünü, həm də erməniləri rəzil vəziyyətinə  saldı. Sözsüz ki,  ermənilər belə cılız, qeyri- ciddi, yalançı və riyakar dövlət başçıları olmasından xəcalət çəkirlər.

Prezident İlham Əliyev məntiqli, tutarlı, peşəkar və səlis cavabları tamaşaçılarda  diplomatiya məharətinin zirvəsi  təəssüratı yaratdı. Bunun fonunda Nikol Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən zəif olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

loading...
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
“Müharibə dövründə insanların bunları bilmələri çox vacibdir...”
Düşmən daha 59 hərbçisini itirdi -ADLAR...
Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5, Qubadlının 3 kəndi işğaldan azad edildi
COVİD-19 zamanı PZR testi, immunitetin dayanıqlığı və təkrar yoluxma riski haqqında...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Araşdırma
İnsan gücünü küllər içindən qaldıran və cəsarətli qərarlara sövq edən QURAN AYƏLƏRİ...
Cəmiyyət
Səyyad Əlizadə: “Vallah ölməmişəm”
Cəmiyyət
“Ermənistan üçün bu savaş məğlubiyyətlə bitəcək və o erməni xalqı hələ də ağlını başına qoymayıb ki...”
Köşə
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Cəmiyyət
“Döyüş başlayan kimi əsgərlər bizi köməksiz qoyub, ərazini tərk etdilər...” -Erməni qadın...

Yazar
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247