Sentyabrın 27-dən Azərbaycan ordusunun Ermənistanın təxribatlarına cavab olaraq başlatdığı uğurlu əks-hücum əməliyyatı davam edir.
Maraqlıdır, Azərbaycan ordusunun ölümcül zərbələri qarşısında hərbi baxımdan böyük itkilər verən Ermənistanın iqtisadi durumu hansı səviyyədədir? Düşmənin iqtisadiyyatı ona uzunmüddətli müharibə aparmağa imkan verirmi?
Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov erməni ordusu kimi, Ermənistan iqtisadiyyatının da acınacaqlı vəziyyətdə olduğunu vurğuladı:
“Artıq Ermənistan iqtisadiyyatı Paşinyanın başlatdığı təxribata reaksiya verməyə başlayıb. Erməni təxribatından sonra Ermənistan milli valyutasının məzənnəsində azalmalar müşahidə olundu və dram hazırda dəyər itirməkdə davam edir.
Pandemiyadan öncə belə Ermənistanın iqtisadi durumu acınacaqlı idi. Pandemiya isə Ermənistan iqtisadiyyatının xeyli dərəcədə zəiflıəməsinə səbəb oldu. Rəsmi statistikaya görə Ermənistanda yaşayan insnaların beşdə birindən çoxu yoxsulluq həddində yaşayır və dörddə birindən çoxu isə işsizdir. Bu, Ermənistanın özünün rəsmi statistikasında əksini tapıb. Beynəlxalq statistikada isə Ermənistanın durumu daha acınacaqlıdır.
Ermənistan nə iqtisadi, nə də sosial baxımdan orta və uzunmüddətli müahribə aparmaq imkanına malik deyil. Paşinyanın sülh yalvarışlarının arxasında həm də iqtsiadi faktorlar dayanır. Çünki Paşinyan və onun ətrafı da başa düşür ki, Ermənistanın orta və uzunmüdətli müharibə aparmaq imkanı yoxdur.
Əgər müharibə davam edərsə, bu, Ermənistan iqtisadiyyatında ciddi tənəzzüllə müşahidə ediləcək. Müharibə Ermənistanın zəif iqtisadiyyatının yaxın gələcəkdə daha da zəifləməsinə, hər zamankından daha ağır vəziyətə düşməsinə səbəb olacaq”.
Seymur ƏLİYEV