Sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları bütün ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanmaqdadır. Azərbaycan ordusunun bir-birindən uğurlu hərbi əməliyaytlarını byük sevinc və coşğu ilə qarşılayan vətəndaşlar, dövlət və özəl qurumlar ordumuza ən müxtəlif üsullarla dəstək olmağa, Silahlı Qüvvələrimizə maddi və mənəvi baxımdan stimul verməyə çalışırlar.
Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə həyata keçirilsə də, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar indiki məqamda orduya dəstəyi mənəvi borc hesab edir, bu istiqmaətdə əllərindən gələni əsirgəməməyə çalışırlar. Artıq bir neçə şirkət və müəssisə Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif məbləğdə vəsait köçürüb ki, bu tendensiyanın yaxın günlərdə daha da genişlənəcəyi gözlənilir.
Moderator.az-a daxil olan məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim-prefossor heyəti də ordumuza dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 40 min manat məbləğində vəsait köçürüb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ödənişi könüllü şəkildə həyata keçrilir və istənilən vətəndaş bu prosesdə iştirak edərək orduya dəstək verə bilər.
Seymur ƏLİYEV