Xəbər lenti
30/10/2020 [17:46]:
Erməni vəhşiliyi nəticəsində həlak olan məktəblilərimiz - FOTO
30/10/2020 [17:44]:
Erməni keşiş Azərbaycan tərəfə əsir düşdü - FOTO
30/10/2020 [17:42]:
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başladı - FOTO
30/10/2020 [17:40]:
Bərdə və Tərtəri atəşə tutan düşmənə məxsus daha iki “Smerç” məhv edildi - VİDEO
30/10/2020 [17:26]:
“Şuşanın niyə belə asanlıqla işğal olunması haqda suallar  illər boyu içimizi  göynətdi...”
30/10/2020 [17:25]:
Ədliyyə naziri xarici həmkarlarını Ermənistanın Bərdədə törətdiyi qətliam barədə məlumatlandırıb
30/10/2020 [17:20]:
“Hər kəs tərəfindən bir mənalı şəkildə anlaşılan odur ki...”
30/10/2020 [17:14]:
İşğaldan azad olunan Xudafərin kəndindən VİDEOREPORTAJ
30/10/2020 [17:13]:
İzmirdə güclü zəlzələ sunami ilə nəticələndi - VİDEO
30/10/2020 [17:08]:
İşğaldan azad olunmuş Vejnəli qızıl yatağından qeyri-qanuni istifadə olunub - Hikmət Hacıyev
30/10/2020 [17:05]:
Bakcell Bərdə sakinlərinə dəstək göstərib
30/10/2020 [16:59]:
“Ermənilər bizim əsir hərbçilərimizi başından və ürəyindən güllələyiblər” - Kamran Əliyev
30/10/2020 [16:54]:
Erməni terroru nəticəsində valideynsiz qalan körpələrin səsi - VİDEO
30/10/2020 [16:46]:
“Meyitləri təhqir etmək erməni xislətinin bir parçasıdır”
30/10/2020 [16:44]:
Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirilib - FOTO
30/10/2020 [16:41]:
Cənubi Qafqazda Azərbaycanın uğurlarının yeni geosiyasi şifrələri...
30/10/2020 [16:32]:
Türkiyədə 6,6 bal gücündə zəlzələ: Binalar yerlə-yeksan oldu - CANLI YAYIM
30/10/2020 [16:26]:
“Heç kim təsəvvür etməzdi ki, Stepanakertə, Şuşaya doğru Ordumuz belə irəliləyə bilər”
30/10/2020 [16:22]:
Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib - Dövlət Komissiyası
30/10/2020 [16:20]:
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub
30/10/2020 [16:19]:
ADNSU “Əsgərə məktub!” layihəsinə qoşulub - FOTO
30/10/2020 [16:06]:
Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi işğalçılıq və terror siyasəti bütün dövlətlər tərəfindən qınanmalıdır
30/10/2020 [15:51]:
Azərbaycanda ictimai iaşə obyektlərində qayda pozuntuları aşkarlanıb
30/10/2020 [15:50]:
“Otuz illik vətən həsrəti bu millətin torpağa nə qədər bağlı olduğunu sübuta yetirdi...”
30/10/2020 [15:36]:
“Ermənilər darmadağın olmaq ərəfəsindədirlər” - Xüsusi xidmət polkovniki
30/10/2020 [15:31]:
Erməni təcavüzü nəticəsində yeddi ailə tamamilə məhv edilib - RƏSMİ
30/10/2020 [15:25]:
“Belə hadisələr nainki insanların əzmini sındırmaq, əksinə Azərbaycan xalqını daha da mətinləşdirir”
30/10/2020 [15:15]:
“Cenevrə görüşünün 3 məqsədi var” – Tofiq Zülfüqarov
30/10/2020 [15:10]:
"Ermənistan dövləti yalnız adamlarla deyil, abidələrlə də müharibə aparır..."
30/10/2020 [15:07]:
Avropa Şurasının Baş katibi BAXCP sədrinə cavab məktubu yazıb
30/10/2020 [15:05]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub, 480 nəfər sağalıb, 10 nəfər vəfat edib
30/10/2020 [15:04]:
Daha 3 rayonun 9 kəndi işğaldan azad edildi...
30/10/2020 [14:54]:
Ermənistan XİN başçısının Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb
30/10/2020 [14:52]:
Azərbaycanda Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan barəsində də cinayət işi başlanıb
30/10/2020 [14:52]:
"Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürnberq Məhkəməsi qurulacaq!"
30/10/2020 [14:38]:
"O vaxt Qarabağı ermənilərə Qorbaçov arvadı Raisanın təhriki ilə verirdi..."
30/10/2020 [14:38]:
Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb
30/10/2020 [14:35]:
"Ermənistan rəhbərliyinin Azərbaycana qarşı hərbi cinayətlər törətməsi tam təsbit olunub"
30/10/2020 [14:32]:
“Ermənilər məğlub olduqlarına görə ağıllarını itiriblər”
30/10/2020 [14:27]:
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA - CANLI YAYIM
30/10/2020 [14:27]:
İşğalçıya cəhənnəm yaşadan Bayraktardan paylaşım: "Yeni mühərrik əlavə güc verəcək"
30/10/2020 [14:24]:
Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO
30/10/2020 [14:22]:
Müəllimlərin işə qəbulu qeyri-müəyyən müddətədək uzadıldı
30/10/2020 [14:16]:
BDU-da Qarabağ ruhu...
30/10/2020 [14:14]:
Erməni xəstəliyi, erməni terroru...
30/10/2020 [14:09]:
Polis 21 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTOLAR
30/10/2020 [14:02]:
“Əgər karantin rejiminin sərtləşdirilməsini istəmiriksə...” - TƏBİB-dən AÇIQLAMA
30/10/2020 [14:01]:
Ləğv olunmuş bankların müştərilərinə 550 milyon manat ödəniş edilib
30/10/2020 [13:56]:
Bakının Xəzər rayonundakı H.Z.Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub
30/10/2020 [13:53]:
Daha dörd rayonda 22 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verildi - FOTO
30/10/2020 [13:50]:
Azərbaycanın baş pediatrı vəzifəsindən azad olunub
30/10/2020 [13:49]:
Jurnalistə yeni vəzifə verildi
30/10/2020 [13:46]:
21 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
30/10/2020 [13:43]:
Prezidentin fərmanı - Qarabağda başlayan quruculuq işləri
30/10/2020 [13:20]:
“Amazon”un xalis mənfəəti 3 dəfə artıb
30/10/2020 [13:19]:
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
30/10/2020 [13:13]:
“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”
30/10/2020 [13:09]:
“Azərbaycan bu davada onu yarı yolda durdurmaq istəyən qüvvələri fakt qarşısında qoyacaq”
30/10/2020 [13:01]:
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər - FOTO
30/10/2020 [12:59]:
UFC rəhbəri: "Həbib döyüş meydanına qayıdacaq!"
30/10/2020 [12:53]:
“Laçın “dəhlizi”ndə sülhməramlıların yerləşdirilməsinə izn vermək olmaz...”
30/10/2020 [12:49]:
Azərbaycanın axtardığı məşhur təxribatçı yenidən Qarabağa GƏLDİ
30/10/2020 [12:45]:
Prezident kimi 5-ci dəfə and içdi
30/10/2020 [12:40]:
"Formula 1" komandası iki pilotu ilə müqaviləni yenilədi
30/10/2020 [12:38]:
Sabiq maliyyə naziri: “Ölkəmizin 3-4 il müharibə aparmaq imkanı var”
30/10/2020 [12:16]:
Vətən Müharibəsinin ilk qadın şəhidinin anası: “Dedi, mənə bir şey olsa, uşaqlarım sənə əmanət” - VİDEO
30/10/2020 [12:14]:
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ
30/10/2020 [12:12]:
Nazir: "Sonda detallı qiymətləndirmənin keçirilməsi planlaşdırılır"
30/10/2020 [12:09]:
Mərkəzi Elmi Kitabxananın yeni layihəsi: “Qarabağ Azərbaycandır!”
30/10/2020 [12:05]:
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”
30/10/2020 [12:05]:
Daha bir “dondurulmuş” münaqişə “qaynar” fazaya keçir: 2 ölü, 5 yaralı
30/10/2020 [12:03]:
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq - VİDEO
30/10/2020 [12:02]:
DİM prezident təqaüdünə layiq görülən tələbələrlə bağlı məlumat yaydı
30/10/2020 [11:55]:
Nazir: “Mənim də qızım bu il birinci sinifə gedir, elə bilir ki...”
30/10/2020 [11:54]:
Sosial media nəhənglərinin gəliri artıb
30/10/2020 [11:51]:
Bölgələrdə 100 məktəbə fiber optik internet çəkiləcək
30/10/2020 [11:50]:
Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb
30/10/2020 [11:47]:
AMB uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:45]:
Təhsil naziri: "Builki tədris ilinin uzaldılması nəzərdə tutulmur"
30/10/2020 [11:42]:
Nazir: “Repetirorluq sahəsində qadağa nəzərdə tutulmur”
Bütün arxiv bir sırada
08/10/2020 [13:12] - Araşdırma - ( 3787 dəfə baxılıb)

İlham Əliyevin beynəlxalq erməni terrorizminə - faşizminə qarşı uğurlu hərbi doktrinası… 



«Daşnaksütyun” ideoloqlarının yüz ildən çoxdur ki, dövriyyəyə buraxdığı erməni se¬pa¬ratizmi, “dənizdən – dənizə uzanan böyük Ermənistan” xülyası Cənubi Qafqazda mübahisələrin və münaqişələrin, müharibə və terrorun qızışdırılmasında mühüm stimulverici rol oynamışdır. Erməni - Azərbaycan münaqişəsinin tarixi 200 ildən çoxdur ki, davam edir. Azərbaycan xalqı uzun illərdir ki, ən müxtəlif üsul və vasitələrlə həyata keçirilən beynəlxalq terrorun, erməni faşizminin qurbanına çevrilmiş, ərazilərinin bir hissəsini itirmiş, bir millət kimi parçalanmış, insanları öz vətənindən, doğma yurdlarından didərgin düşmüş, olmazın zümlərini yaşamışlar.  Sonuncu dəfə 1988-ci ilin fevral ayından başlayan yeni qlobal terror dalğası bu gün də davam etməkdə, genişlənməkdə və şiddətlənməkdədir. Statistika göstərir ki, son otuz ildə Türk dünyasına – xüsusi ilə Azərbaycana qarşı, müasir faşizmin ən təhlükəli təzahürlərindən olan beynəlxalq erməni terroru daim genişlənmiş və daha da qəddarlaşmışdır. Bu dövrdə erməni terrorçuları Azərbaycana qarşı təxminən 500-ə yaxın terror aktı törətmiş, nəticədə 2000-dən çox insan həlak olmuş, 2000 nəfərə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri almış, 5000-dən çox insan əlil edilmişdir. Xocalı soyqırımı dediyimizə tipik nümunədir. Təhlil göstərir ki, erməni faşistləri beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsiplərini mütəmadi pozmuş, qocalara, qadınlara, uşaqlara qarşı ən qəddar və amansız cinayətlərə yol vermişlər, Cenevre Konvensiyasının bütün tələblərini pozmuşlar. Elə bu günlərdə biz bütün bunların canlı şahidləriyik. Ərazilərin 20 %-i işğal olunmuş, bir milyona qədər insan öz doğma torpaqlarından didərgin salınmış, ümumilikdə ölkəmizə 300 milyard ABŞ dollarından çox zərər vurulmuşdur. Mütəxəssislər terrorun yüzdən çox təsnifatını müəyyən etmişlər. Qətiyyətlə demək olar ki, bizim eradan əvvəl 44-cü ildə Qay Yuli Sezarın öldürülməsi ilə başlanılması güman edilən terrorun bu günə qədər davam edən xronologiyasında yüzdən çox erməni terror təşkilatı təsnifata daxil edilən bütün növ terror cinayətlərini və həm də ən qəddar formada yerinə yetirmiş millət hesab edilə bilər. Beynəlxalq hüququn bütün prinsip və şərtlərinə qəsd edən və “diplomatiya terroru” kimi elmə daxil edilən terrorun əsasını da ermənilər qoymuşlar. Belə “nümunələr” çoxdur. Böyük güclərin, beynəlxalq və regional təşkilatların erməni terrorizmi ilə bu günki mübarizəsi,  etiraf edək ki, adekvat hesab oluna bilməz və çox geridə qalmışdır. İnsan hüquq və azadlıqlarını önə çəkən bir sıra dövlətlər indi terroru dövlət fəaliyyətinə çevirmiş və hətta ondan həyasızcasına bəhrələnməkdədirlər. Etiraf edim ki, anormal davranışları, psixi patalogiyası açıq-aşkar görünən N.Paşinyanın, onun himayədarı kimi çıxış edən E.Makronun, hətta onu haqlı hesab edən BMT-nin Baş katibi A.Quttereşin ədalətsiz mövqeləri, nəniki yalnız təəssüf, şəxsən məndə böyük nifrət yaradır. Bu günki erməni terroru – faşizmi yalnız ABŞ generalı Vesli Klark tərəfindən yaradıldığı, təsis edildiyi etiraf olunan “İŞİD”lə müqayisə edilə bilər. V. Klark özü etiraf edirdi ki, ABŞ-da törədilən 11 sentyabr terrorundan 10 gün sonra o, Pentaqona gedərək, müdafiə naziri Donald Ramsfeld və onun müavini Paul Volfovitiz ilə birlikdə “İŞİD”lə yanaşı, PKK, PYD, Taliban, Əl-Qaida və digər bu kimi terror təşkilatların fəaliyyətinin gücləndirilməsi, Türkiyədə dövlət çevrilişinə hazırlığın sürətləndirilməsi ilə məşğul olmuşlar. Bütün bunlar dünənin hadisəsi deyil. Tarixə ekskurs edək... II Dünya Müharibəsi dünyanın “kommunizm kabusundan qurtarmaq” arzusunu reallaşdıra bilmədiyi hal¬da, ABŞ-ın rəhbərləri hələ, 1945-ci ildə məş¬hur “Dalles planı” adlanan ideyanı dövriyyəyə buraxmışlar. Məxfi səciyyə daşıyan bu müdhiş plan – “insan şüurunun və təfəkkürünün dəyişdirilməsinin müm¬künlüyü” hipotezasına əsaslanırdı. Başqa sözlə, bu təlim “insan obrazının dəyişdirilməsi” (“changing images of man”) Proqramı adlanırdı. Qərb və dövlət Amerika elmi qarşısında, insan şüuruna və təfəkkürə idarə olunan xaos təlqin etməklə, insan üçün ən ülvi dəyərlərin və ideyaların onun beynindən çıxarılması yolu ilə, konkret Mərkəzdən asılı vəziyyətə salmaq, nəticədə bu Mərkəzin sifarişi əsasında, hər hansı bir şəxsin fəaliyyətinin müəyyən bir məqsədə və təyinata yönəldilməsi ideyasının, kənardan onun şüuruna yeridilməsi və ya təlqin edilməsi sahəsində mükəmməl texnologiyaları hazırlamaq kimi “məsul” bir vəzifə qoymuşdu. Təsadüfi deyil ki, sonralar Pentaqon rəhbərləri qarşıya qoyulan bu vəzifənin uğurla başa çatdırılmasını obrazlı şəkildə ifadə edərək göstərirdilər ki, biz, inkişafın elə bir səviyyəsinə nail olmuşuq ki, daha heç kim əsgər olmayacaq, biz hamımız döyüşün birgə iştirakçılarına çevriləcəyik. Tapşırıq belədir: Daha canlı qüvvələri – əsgərləri yox, ümumiyyətlə, əhalinin dünyagörüşünü və baxışlarını dağıt¬maq, sosiumu birdəfəlik məhv etmək vəzifələrini həll etməliyik. Hazırda Qərb dünyasında, Yaxın Şərqdə, xüsusi ilə qonşu Ermənistanda baş verən qlobal proseslər – terrorçuluq, narkobiznes, koronavirus kimi bioloji terror, insan alveri, silah alveri, millətlər, dinlər, nəsillər, cinslərarası münaqişələrin və müharibələrin sürətlə genişlənməsi, transmilli mütəşəkkil cinayətlərin, zorakılığın və qəddarlığın, qeyri-insani və qeyri-əxlaqi hərəkətlərin artması və genişlənməsi, erməni terror təşkilatlarının – “ASALA”, “Armenakan”, “Hncak”, “Daşnaksütun”, “Erməni gizli azadlıq ordusu”, “Erməni inqilab ordusu”, “ESƏD”, “Geqaron”, “DRO”, “Erməni azadlıq cəbhəsi”, “Orli qrupu”, “Erməni birliyi”, “Erməni soyqırım ədalət komandosları”, “Apostol” “Demokratik cəbhə” və onlarla digər terror təşkilatlarının mövcudluğu Fransa, ABŞ, Suriya, Livan və digər dövlətlərin “Dalles planı”nı artıq həyata keçirildiyini, idarə olunan xaosun dövriyyəyə buraxıldığını tam təsdiq edir. Bu da o deməkdir ki, “Yeni dünya nizamı”nın yaradılması, “Mason lojası”nın, Avropanın “Qara aristokratiyası”nın, “Roma klubu”nun, “Vahid dünya hökuməti”nin diktəsi altında – Z.Bejinskinin “texnotronika” adlandırdığı vasitələrin köməyi ilə hər bir insanın şüuru və təfəkkürü üzərində biokimyəvi və psixi vasitələrlə sosial və siyasi nəzarətin tam həyata keçirilməsi imkanının reallaşdırılması artıq təmin edilmişdir. Bu isə əvvəlcədən düşünülmüş və hazırlanmış xüsusi vasitələrlə – şəbəkə səciyyəsi daşıyan çoxsaylı üsul və vasitələrlə, mübahisəsiz qaydada həyata keçirilə bilərdi. Beynəlxalq və regional təşkilatlar, BMT, NATO, İnterpol, Mərkəzi Kəşfiyyat İdarəsi, “Harvard Psixoloji Klinikası”, “Elmi siyasətin tədqiqi institutu”, “Sistemlərin inkişaf korparasiyası”, onlarla digər qurumlar və təşkilatlar bu və ya digər dərəcədə terror təşkilatlarının ideoloji istiqamətlərini müəyyənləşdirir. Sistemli şəkildə həyata keçirilən bu siyasət, eyni zamanda bəşəriyyət əleyhinə müxtəlif səciyyə daşıyan kriminal əməllərlə – narkobizneslə, pornoqrafiya ilə, silah alveri ilə, informasiya məlumatlarının və texnoloji sirlərin oğurlanması ilə, çirkli pulların yuyulması ilə, münaqişələrin qızışdırılması ilə, müharibələrin, terrorçuluğun, dövlət çevrilişlərinin, rəngli inqilabların həyata keçirilməsi ilə “məşğuldurlar”. Bu proseslərdə müasir elmin ən yeni nailiyyətləri ilə yanaşı, insan psixikasına və şüuruna tə¬sir edən, asılılıq yaradan vasitələr, təzyiqlər, meyllər şüurlu və məqsədli şəkildə istifadə edilməklə həyata keçirilir. Onun ideoloji əsası isə kütləvi informasiya vasitələrinin çeşidli fəaliyyəti ilə təmin olunur. Beynəlxalq təşkilatlar böyük dövlətlərin diktəsi ilə işləməkdədirlər. Mənəvi-əxlaqi dəyərlərin yüksək olduğu cəmiyyətlərdən fərqli olaraq, pul, kapital böyük üstünlük qazanmış və hakim mövqe əldə etmişdir. Bəşəriyyətin əşrəfi olan insan ucuzlaşdırılmış, klonlaşdırılmış, ekvivalent vasitəsinə çevrilmiş, insan hüceyrələri kodlaşdırılmış, qəddarlıq, amansızlıq, əxlaqsızlıq həyat normasına çevrilmişdir. Ekstrasenslərin, parapsixoloqların, falçıların – insan ruhuna və psixikasına təsir edən aşkar fəallığı, kibercinayətkarlığın şəbəkə imkanlarının tətbiqi və gözlənilən daha böyük təhlükələr irəli sürdüyümüz müddəaların əsaslılığını tam təsdiq edir. 


ABŞ-da, Fransada, İngiltərədə, Hollandiyada və bu kimi digər ölkələrdə “postindustrial”, “yüksəkindustrial”, “informasiyain dustrial” və “informasiya” cəmiyyətləri öz qlobal inkişafını, daha çox informasiya-kommunikasiya texnologiyalarının müasir nailiyyətləri əsasında inkişaf etdirirlər. Bu sahədə elektron hesablama maşınlarının, bioelektronik və psixokompyuter texnologiyalarının, informasiya-elektron sistemlərinin çeşidli inkişafı dünyada, ümumiyyətlə informasiya təhlükəsizliyinin daha etibarlı müdafiəsinə zərurət yaratmışdır. Cəmiyyətin, dövlətin və insanın həyatının və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada müasir informasiya texnologiyalardan ən müxtəlif istiqamətlərdə və formalarda geniş istifadə edilməsin. Bu proseslər kəmiyyət və keyfiyyət göstəricilərinə görə gündən-günə inkişaf edir və dərinləşir. İnsan beyninin, düşüncəsinin və qəlbinin alqoritmlərinin tədqiqi, bu sahədə bioloji və fizioloji proseslərin ultra-bənövşəyi şüalara və xarici təsirlərə reaksiyasının, stressin, yorğunluğun, depressiyanın, dezinformasiyanın, psixotronik texnologiyaların, şüurun və təhtəlşüurun müsbət və mənfi yönümlərinin öyrənilməsi, psixikanı dəyişmək, məhv etmək, insanı zombiləşdirmək, kənardan asılı salmaq, şəxsiyyətin deformasiyasını və kənar təsirlərə tabeçilik mexanizmlərinin tədqiqi və bütün bu proseslərin öyrənilməsi və tətbiqi sahəsində əldə edilən müasir elmi nailiyyətlər insanı heyrətə gətirir. 


Bu gün dünya elmi tam təsdiq edir ki, bütün hadisələrin və proseslərin mərkəzi siması olan insan orqanizminin müxtəlif hissələrində, əsasən də onun baş beynində yerləşən təbii mərkəzlər müxtəlif təyinatlara və məqsədlərə xidmət edir. İnsanın qorxu, sevgi, əsəb, nifrət, qəzəb kimi hisslərini formalaşdıran və onun mənbəyi hesab olunan limbik sistem bir neçə mikro mərkəzlərdən ibarət olmaqla, gicgah payının orta hissəsində yerləşir və cəmi 5 qramlıq kiçik bir hissəni özündə ehtiva edir. Bu sistem  insanın bütün həyatını idarə edən üç kiçik cisim – talamus, amygdala və hipotalamus adlandırılan hissələrdə mərkəzləşmişdir. Bu üç kiçik cismin rolu ilə beyinin 30 milyard hüceyrəsi bir-birilə sürətli rabitə əlaqəsindədir. İnsanın duyğularına, hisslərinə, məqsədlərinə və motivlərinə uyğun olaraq insan həyatının idarə olunması məhz onun fəaliyyəti ilə mümkündür. Bu təbii rabitə sisteminin sürəti təxminən bir avtomobilin saatda 700 km sürətlə getmə sürətinə bərabər olaraq dəyişir. Qorxu və sevgi mərkəzi olan amygdalanın kütləsi orta hesabla beş qramdır. Amma o az qala yer üzündəki bütün insanları məqsədli şəkildə idarə edir və onların tez-tez dəyişən motivasiya proseslərinə stimul verir. Bütün bunları diqqətlə öyrənən terrorçu mərkəzlər onların imkanlarından geniş istifadə etməyi bacarırlar. «Badamabənzər cisim» olan amygdala qıcıqlandıqda insanda ifrat qorxu, qəzəb, nifrət və hətta sevgi hissinin yaranmasını təmin edə bilir. Bu mərkəzin zədələnməsi nəticəsində qarşı tərəf öz cinsini tanıya bilmək hissini belə itirir. Başqa sözlə, şəfqət və sevgi hisslərinin insanda və bu tipli canlılarda olması tamamilə istisna olunur. Təcrübə göstərir ki, «badamabənzər» cisim daha çox sevgi deyil, qorxu amilindən qıcıqlanarsa o, artıq ilkin təyinatını itirir və beyinə başqa informasiyalar ötürməyə başlayır. Belə olduqda isə, insan artıq yalnız qorxu simptomları ilə idarə olunur. Nəticədə, sevgi hissinin get-gedə özəlləşməsi prosesi baş verir, ailələr dağılır, nikahlar pozulur, qəddar və amansız qətllər törədilir .


İnsan bioloji varlıq olaraq, onun şüuraltı təbəqəsində nüfuzu qoruma instinkti mövcud olur. Bu da onu müxtəlif növlü fəaliyyətlərə təhrik edir, stimul verir, insanı öz qələbəsinə ruhlandırır, məğlubiyyətlə barışmağa imkan vermir və bütün bu sahələrdə mənəvi ehtiyaclarını ödəməyə səfərbər edilir. Çünki hər hansı bir məğlubiyyət hissi orqanizmə, bu və ya digər dərəcədə neqativ psixoloji və fizioloji təsir göstərir. Məğlubiyyət və uğursuzluq zamanı orqanizmdə dofaminin, endorfinin miqdarı azalır, yorğunluq, ağrı, stress hormonu olan kortizolun miqdarı çoxalır və adrenalinlə qarışaraq qorxunu daha da artırır. Bu proses isə ümumilikdə orqanizmin immunitetinə mənfi təsir göstərir, sinir toxumaları qanı özünə doğru çəkir, nəticədə əzələlər zəifləyir, baş beyinin bir hissəsi olub, emosiya və yaddaşın formalaşmasında aktiv iştirak edən hippokamp adlanan hissə aktivləşir və yaddaşda uğursuzluqla bağlı neqativ xatirələr özünü göstərir. Bu xatirələr də yaddan çıxmır, bütün ömrü boyu ağır bir yük kimi insanı fasiləsiz olaraq izləyir, dərd olur, onun mənfi emosiyalarının, konfliktlərə sürükləyən ziddiyyətlərinin artmasına təsir göstərir, müqəddəslik hissi itir. İnsan ən yaxın adamına qarşı qəddar cinayətlər etməyə asanlıqla imkan tapır. Buna görə də emosiyalarını ağıla tabe etməyə bacaran, münaqişələri emosiyalarla deyil, ağılla və məntiqlə, səbr və təmkinlə tənzim etməyə çalışan şəxslər kamillik zirvəsinə ucalmaq keyfiyyəti qazanır və bu da onu daim xoşagəlməz hadisələrdən qoruyur. Bütün bunlar qanunauyğun bir proses kimi təzahür edir. Neyrofiziologiyada sübut olunmuşdur ki, insan orqanizmində, o cümlədən onun düşünmə mərkəzi olan beynində saysız-hesabsız neyronların hər birinin hərəkət trayektoriyası tam məlumdur və neyronlar heç bir kənar təsirlə öz yollarını dəyişə bilməzlər. Milyardlarla neyronun rasional yolu var və ona bu yolla getməyə heç nə mane ola bilməz. Canlı və cansız aləmin vəhdətini, birliyini göstərən mühüm əlamətlərdən biri də məhz elə budur. İnsan orqanizmində hökm sürən qadağan qanunları qeyri-şüuru mahiyyət daşıyır. İnsan şüurundan, ağılından kənarda baş verən bu proseslər instinktiv səviyyədə idarə olunur. Öyrənmə və yaddaş prosesi təkcə beyinlə məhdudlaşmır və hər bir hüceyrənin özünün də öyrənmə və yaddaş xüsusiyyətləri olduğunu təsdiq edir. Bütün bu imkanların həddini dərindən bilən xüsusi qruplar terrorçular, komikadzelər yetişdirməyə asanlıqla səy göstərir, terror aktlarını törətmək daxili ehtiyaca çevrilir və kənar yönümlərdə onların icrası üçüncü şəxslər tərəfindən asanlıqla həyata keçirilir. Bunlar isə məcmu şəklində orqanizmin fərdi səciyyəvi xüsusiyyətlərinin qorunub saxlanmasını, məlumatların toplanılmasını, onlardan istifadəni təşkil və təmin edir. İnsan həyatında baş verən proses və hadisələrin nə vaxtsa, özünü təkrar göstərəcəyinə və öz izini qoyacağına böyük əminlik yaradır. Buna görə də insan həyatının xarakter xüsusiyyətləri, ailə, təhsil, təlim-tərbiyə, zorakılıq, qəddarlıq və ya mərhəmət hislərinin hər biri, tarixi yaddaşda əhəmiyyətli rol oynayır. İnsan mənəviyyatı, onun ətrafında baş verənlərə mənfi və ya müsbət hisslərin təsiri altında formalaşır. Sadə hisslərin yaşanması bioloji amillərdən qaynaqlandığı halda, mürəkkəb hislər daha çox insanın həyat təcrübəsindən, genetik xüsusiyyətlərindən, onun böyüdüyü şəraitdən, aldığı tərbiyədən, təhsildən, əldə etdiyi biliklər toplusundan qaynaqlanır. Emosiyalar ötəri, tez unudulan sevgini, ağıl isə əbədi və uzunömürlü sevgini vəd edir. Buna görə də məhəbbət mənəviyyatı zənginləşdirən, zövqlərin oxşanması, arzuların, istəklərin reallaşması, xoşbəxt anların yaşanması kimi hislər toplusunu özündə əks etdirməyi bacarır. Təcrübə təsdiq edir ki, dövriyyəyə buraxılmış müxtəlif vasitələrlə bu gün hər hansı bir insanın üçüncü şəxsdən asılılığı tamamilə mümkündür. Məsələn, “İŞİD”çilər üzərində aparılan müşahidələr bir mənalı şəkildə təsdiq edir ki, onların qəddarlığının kökündə “sehirli iksir”, “dəhşətli həb” – elmdə “kartaqon” adlanan maddə dayanır. Belə həbblər Kobanidə yüzlərlə “İŞİD”çinin “müsəlman qardaşları” “Kürd PPK”nın, “ASALA”nın, “Daşnaksütun”un və digər terror təşkilatlarının, döyüşçülərinin gündəlik istifadə etdiyi maddələr sırasındadır. Yaxud, xüsusi hazırlanmış skopolamin, pentatol, LSD və onlarla digər sintetik narkotiklərin köməyi ilə insanın dili açılır, onun yaddaşları tam ələ keçirilir, yaxud ona ən qəddar, ən amansız psixoloji vərdişlər təlqin edilir. Buna görə də, bu gün müasir elmi nailiyyətlərdən, informasiya texnologiyalarından geniş istifadə müxtəlif ağır və mütəşəkkil cinayətkarlığın, o cümlədən terrorun icrası zamanı geniş istifadə edilir.   


Bu gün dünyada baş verən terror hadisələri gündən-günə genişlənən, mürəkkəb xarakteri ilə diqqəti cəlb edən “Dünya müharibəsi”ni xatırladır. Müşahidələrimiz və təhlillərimiz tam təsdiq edir ki, bu günki Ermənistanda və işğal olunmuş Qarabağda dövlət səviyyəsində narkobizneslə terrorizmin birləşərk “müharibə mafiyası”na çevrilməsi prossesi artıq başa çatmışdır, başqa sözlə, terrorun tədricən müharibəyə keçidi prosesləri baş vermişdir. Bu prossesin başında isə erməni seperatçıları - N.Paşinyan, R.Koçeryan, S.Sarkisyan,  S.Babayan, S.Ohanyan, A.Harutyunyan və digərləri dayanır. Bütün bunlara baxmayaraq beynəlxalq birlik və dünya dövlətləri terrorizmlə və narkobizneslə mübarizəni elan etdikləri halda Dağlıq Qarabağda və Ermənistanda baş verən bu prosseslərə tam biganəlik hökm sürür. MDB-nin terrorla mübarizəyə həsr edilmiş Beynəlxalq Konfransda hazırda  9 mindən çox şəxsin müxtəlif terror hadisələri ilə  bağlı olduqlarına görə beynəlxaq axtarışa verildiyi, səsləndirildiyi halda onlara qarşı biganəlik hökm sürməkdədir. Ümumiyyətlə terrorla mübarizə termini nisbi xarakter daşıyır. Bəzən hətta bu mübarizəni faktiki olaraq aparmaq mümkünsüz olur, səmərəli nəticələr vermir. Terror baş verdikdən sonra,  onun tədqiqatı aparılır və çox vaxt bu tədqiqatları sona qədər başa çatdırmaq mümkün olmur. Ona görə ki, icraçılar düşünülmüş şəkildə özlərini məhv edirlər və ya terror nəticəsində həlak olurlar. Beynəlxalq və regional təşkilatların bu məsələyə dair qərarları icra olunmur. Məsələn, BMT-nin narkotiklərin qanunsuz dövriyyəsi və cinayətkarlıqla mübarizə idarəsi Dağlıq Qarabağda, Suriyada, Əfqanıstanda və digər ölkələrdə narkobiznes fəaliyyəti və terrorçuluğun geniş miqyas aldığını bildiyi halda, ona qarşı heç bir tədbir görə bilmir.  Buna necə ad vermək olar ki, BMT-nin Dağlıq Qarabağla bağlı dörd Qətnaməsi indiyə qədər kağız üzərində qalmışdır. Çünki, bu qərarların icra  mexanizmləri və qüvvələri faktiki olaraq mövcud deyildir. Qəribədir ki, indi terrorun və terrorçuların lazımınca cəzalandırılması belə mümkünsüzdür. Hamı bilir ki, dünyanın hansı nöqtələrində hansı motivlə törədilməsi mümkün olan terror yuvaları qalır. Türkiyə diplomatlarına qarşı törədilən terrorların əksər təşkilatçıları və icraçıları ya ümumiyyətlə cəzalandırılmır, yaxud da lazımınca cəzalandırılmamış və ya vaxtından əvvəl azadlığa buraxılmış və sanki onların öz əməllərini yenidən davam etdirmələrinə şərait yaradılmışdır. Bir çox erməni terrorçuları az müddət keçdikdən sonra himayədarları vasitəsilə azadlığa buraxılırlar. Beynəlxalq cinayət məcəlləsi və milli dövlətlərin cinayət məcəllələrində transmilli mütəşəkkil cinayətkarlıqla, narkabizneslə, terrorizmlə mübarizə nəzərdə tutan normalar mükəmməl hesab oluna bilməz. Hər hansı bir terror hadisəsinin sülh və insanlıq əleyhinə törədildiyi və sözün əsl mənasında müharibə səciyyəsi daşıdığı indi heç kimdə şübhə yaratmır. Buna görə də terrorçuluq əməllərinə görə məsuliyyət müəyyən edən normaların həm dispozisiyası, həm sanksiyası və həm də belə normaların cinayət məcəlləsində yerinin bir daha dəqiqləşdirilməsi vaxtı çatmışdır. Terrorçuluq aktları törədənlərə qarşı ən ağır cəzanın – ölüm hökmünün çıxarılması da birmənalı şəkildə təmin olunmalı və icrası üçün təsirli tədbirlər görülməlidir. Müasir terror bəşəriyyət üçün böyük bəlalar gətirir. Belə əməllərə dəstək verən dövlətlər xüsusi sanksiyalara məruz qalmalı, onların beynəlxalq təşkilatlarda təmsilçiliyinə son qoyulmalıdır. Erməni seperatizminin və terrorizminin faşist xarakteri artıq dünyada çox gözəl və dərindən başa düşülür, bilinir. Bununla belə seperatizmlə, terrorizmlə, narkobizneslə mübarizə aparmağı özünə vəzifə hesab edən beynəlxalq təşkilatlar və dövlətlər, Ermənistanın mürtəce siyasətinə, aşkar laqeydlik göstərir, ikili standartlar nümayiş elətdirirlər. Tərəqqipərvər insanlar bütün bunların mahiyyətini və mənasını çox gözəl anlayırlar. Ölkəmiz belə təzahürlərlə mübarizədə ruhdan düşmür və səylərini gündən – günə artırmaqdadır. Zaman isə haqqın və ədalətin qalib gələcəyinə əminlik yaradır.  


Apardığımız tədqiqatlar göstərir ki, erməni terroriziminin əsas maliyyə mənbəyi narkobiznesdən bəhrələnir. İşğal edilmiş Azərbaycan ərazilərində qanunsuz yollarla yetişdirilən narkotik maddələrin istehsalı və satışı qondarma Dağlıq Qarabağ Respublikasının əsas maliyyə mənbəyini təşkil edir. Rusiyanın “Kosmos – 2365” peykinin apardığı çəklişlər zamanı işğal olnumuş ərazilərdə - Kəlbəcər rayonu Zivel, Zar, Başlıbel, Laçın rayonunun Əhmədli, Hacılı və Güləbirt, Qubadlı rayonunun Çardaqlı, Fərcan yaşayış məntəqələrində narkotik xassəli bitkilərin geniş plantasiyası, 12 narkolabaratoriya aşkar edilmişdir.  Erməni terrorçuları nəzarətsiz qalan Zəngilanda 141 hektar, Qubadlıda 210 hektar, Füzulidə 176 hektar ərazidə narkotik xassəli bitkilər əkmiş və becərmişlər. Vaxtı ilə ABŞ-da heroin qaçaqmalçılığına görə məhkum edilmiş erməni L.Sofayan əldə etdiyi maliyyə resurslarının terror qruplarının maliyyələşməsinə sərf etdiyi sirr deyil. Sevan gölü (Göyçə gölü) ətrafında Yerevan, Gümrü, Stepavan, Alaverdi şəhərləri yaxınlığında yetişdirilən narkotik xassəli bitkilərdən hazırlanan narkotik vasitələr qablaşdırılaraq Xankəndi – Yerevan – Beyrut – Moskva – Lon-Anjelos marşurutu ilə ABŞ-a və Qərb ölkələrinə daşınır, əldə edilmiş vəsaitlər isə terrorçuların maliyyələşməsinə sərf edilir. Təsadüfi deyil ki, Rusiya Dövlət Dumasının Komissiya sədri L. Roxlinin apardığı yoxlama zamanı Rusiya müdafiə sənayesi sistemindən Dağlıq Qarabağın seperatçı rejiminə 9.5 min vahid raket-artilleriya qurğularının, 600 vaqon döyüş sursatının, 72 vahid bron-texnikanın verildiyi təsdiq olunmuşdur. Dünyanın bir nömrəli terrorçusu hesab edilən “Əl-Qaida”nın rəhbəri Üsama Bin Ladenin maliyyələşdirdiyi “055” saylı narko-briqadanın Dağlıq Qarabağda və İrəvanda fəaliyyət göstərən “Yevkrapa” terrorçu təşkilatla birgə fəaliyyət göstərir. Bu təşkilatın 2 üzvü – Qaron Xanzadyan və Taran Şirdaqyan yetişdirdikləri narkotik məhsulları Düşənbə - Moskva reysi ilə apararkən cinayət başında yaxalanmışlar. “Kürd-fəhlə” partiyasının lideri Abdulla Ocalanın Dağlıq Qarabağ seperatçı rejiminin keçmiş rəhbəri Robert Koçeryanla, erməni seperatizminin ideoloqu Zori Balayanla sıx əlaqələri müəyyən edilmişdir. Beka vadisində yerləşdirilən narkobiznes məhsulları terrorçu qruplar tərəfindən Ağdəniz vasitəsi ilə İspaniyaya aparılır, satılaraq əvəzində silah alınıb, terrorçu qrupların silahlanmasına sərf edilir. Yaxud İran İslam Respublikasının narkobaronlarından biri hesab edilən erməni Aqabek  Nersesyan Yaxın Şərqdə erməni “narkobos”u kimi tanınır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində dünyanın bir nömrəli terrorçusu Üsama Bin Ladenin ögey qardaşının hazırda Dağlıq Qarabağda, Şuşa şəhərində Baqramyan küçəsində yaşadığı və narkobiznes fəaliyyəti ilə fəal məşğul olduğu haqqında dəqiq məlumatlar olmasına baxmayaraq BMT-nin cinayətkarlıq və narkobizneslər mübarizə idarəsi tərəfindən  heç bir tədbir görülmür. Belə faktlar olduqca çoxdur. Sözün əsl mənasında erməni terrorçuları – faşistləri ikili standartlardan bəhrələnirlər.  

Çox hörmətli, cənab Prezident! Çox hörmətli, cənab Ali Baş Komandan!


Bu gün mən həyatımın ən çətin və həm də ən şərəfli günlərini yaşayıram desəm, səmimiyyətimə inanın... Bəlkə də elə buna görə də belə bir gündə atam qədər mənə əziz olan, Ulu Öndər, dünya şöhərtli böyük dövlət xadimi Heydər Əliyevin həm oğlu, həm də layiqli siyasi varisi olaraq Sizə müraciət edirəm. Müraciət edirəm ona görə ki, bu gün dünyanın 5 qitəsində 70-dən çox ölkəsində yaşayan 60 milyon azərbaycanlının xilaskarlıq missiyasına məhz Siz rəhbərlik edirsiniz. Siz bu millətin sınmasını, məhv olmasını rəva bilmədiniz. Rəva bilmədiniz ona görə ki, 60 milyonluq azərbaycanlının yeganə bir dövləti, yeganə bir ümid yeri olan – Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyev tərəfindən məhz Sizə, özü qədər inandığı, özü qədər etibar etdiyi varisinə - Ali Baş Komandana etibar edilmişdir. 

Hörmətli, cənab Prezident! Hörmətli Ali Baş Komandan!

Mən bütün həyatını hüququn, ədalətin mühafizəsinə, cinayətkarlığa, onun ən təhlükəi növlərindən olan terrorçuluğa, seperatizmə, narkobiznesə, başqa zorakı cinayətkarlıqla mübarizəyə, belə əməllərin kriminaloji problemlərin elmi – nəzəri tədqiqinə həsr etmişəm. Mənim üçün həyatda həmişə ən böyük nümunə, ən böyük ideal məhz Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Biz həmişə ondan dərs almışıq. Bu günlərdə isə Sizin, Heydər Əliyevin layiqli siyasi varisinin qətiyyəti, cəsarəti, mübarizliyi, vətənpərvərliyi bizim hər birimiz üçün bir örnəyə, bir nümunəyə çevrilmişdir. Apardığım elmi tədqiqatların bir sıra fraqmentlərini yuxarıda xatırlatmaqla bir daha yağı düşmənin – erməni terrorçularının və faşistlərinin xarakterik sifətləri, qeyri-insani əməlləri, qəddarlıqları haqqında ötəri də olsun təsəvvür yaratmağa çalışdım. Belə düşmənlə qətiyyətli mübarizədə hər birimiz Sizin yanınızdayıq, Sizin köməkçilərinizik, Sizin haqq işinizin təbliğatçısıyıq. Daha bir şey qalmayıb. Siz iki yüz ildən çox xalqımıza qənim kəsilən erməni kabusunu çökdürmək əzmindəsiniz. İlanın başını əzməyə lap az qalıb. Sizə bu haqq işinizdə böyük uğurlar, qələbələr arzu edirəm. Allah Sizi qorusun!

Bəhram Zahidov, 

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının professoru,  
hüquq elmləri doktoru,
müharibə və əmək veteranı.


 


loading...
“Hər kəs tərəfindən bir mənalı şəkildə anlaşılan odur ki...”
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
"Artıq Azərbaycan Ordusunun Xankəndi və Şuşaya daxil olacağına əminliyim artır..."
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
“Meyitləri təhqir etmək erməni xislətinin bir parçasıdır”
Cəmiyyət
“Otuz illik vətən həsrəti bu millətin torpağa nə qədər bağlı olduğunu sübuta yetirdi...”
Siyasət
"Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürnberq Məhkəməsi qurulacaq!"
Cəmiyyət
“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”
Siyasət
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşdü
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247