"Xalq Əliyarın qarşısını kəsirdi, ona deyirdilər, bizi niyə təhqir edirsən..."
Oxunub: 5929
12 Oct 2020 | 09:01
Moderator.az Kulis.az-a istinadən məşhur hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə müsahibəni təqdim edir.

- Şəmistan müəllim, ixtisasca aktyor olduğunuzu, xeyli tamaşalarda baş rollar ifa etdiyinizi çox az adam bilir. Dəniz kapitanı arzusundan aktyorluğa, diktorluğa gedən yol necə başladı?

- Mənim aktyor sənəti müəllimlərim əməkdar incəsənət xadimləri Əşrəf Quliyev, Hüseyn Sultanov olublar. Mən 1981-85-ci illərdə oxumuşam. O zaman artıq teatr və kino sahəsi tənəzzülə doğru gedirdi. İncəsənət sahəsinə böyük həvəslə gəlsəm də istədiklərimi, arzu etdiklərimi görmədiyim üçün bu sənətdən uzaqlaşmağı qərara aldım. O vaxtı müəllimlərim çox istədilər ki, aktyor olum, amma uzaqlaşdım. Elə universitet illərindən, hazırlaşdığım tamaşalarda müəllimlərimin də dediyindən hiss etdim ki, mənim səsim mikrofona yatır. “Firuzə” radio teatrında hazırlanan bütün radio-tamaşalarda mən baş rolları ifa etdim. Ora məni rəhmətlik rejissor Tofiq İsmayılov dəvət etmişdi. Misal üçün o tamaşaların birində Rixard Zorge obrazını oynamışdım. Sonra gəlib radioda qulaq asanda inanmamışdım ki, bu səs mənimdir. O tamaşanı dinləyəndə elə bilirdim filminə baxıram. Həmin tamaşa o vaxtı qızıl fonda düşdü.

- Sonra diktorluq fəaliyyətinə başladınız. Və sizin səsinizi Rusiya diktorluq məktəbinin nəhəngi Yuri Levitanın səsi ilə müqayisə etdilər...

- Moskvada mənə deyirdilər ki, sənin səsin məxməri səsdir. İncəsənət Universitetini bitirəndən sonra Tofiq İsmayılov mənə yaxınlaşıb dedi, diktorluq sənətinin ardınca get, sən orda yüksələ bilərsən. Keçirilən diktorluq müsabiqəsində birinci seçildim, sonra məni Moskvaya ixtisasartırma kursuna yolladılar. Bizim qrupun rəhbəri isə Yuri Levitanın yaxın dostu İlya Prudovski idi. O, balacaboy, xırda adam idi. Amma o balaca cüssədən elə səs çıxırdı, adam dəhşətə gəlirdi. Onun səsi indi də qulağımdadır. Bir cümləni yeddi mənada çatdıra bilirdi. O, bir dəfə bir dərsi Levitana həsr etdi. Deyirdi, Levitan o vaxtlar radioda efirə çıxanda güzgüdə üst-başını səliqəyə salıb, saçını darayıb sonra çıxarmış. İlya müəllim bunu deyəndə, dedim, mən də həmişə belə edirdim. Bizim radioda dəhlizdə güzgü vardı. Həmişə mikrofon arxasına keçməzdən əvvəl orda güzgülənirdim. Mənə elə gəlirdi ki, xalq məni görür. Bu məsuliyyət hiss etmək və səfərbər olmaqdır. Levitan Böyük Vətən müharibəsinin ən ağır vaxtlarında da səsi ilə xalqı idarə edirdi. Onun mətnlərini təbii ki, tarixçilər, generallar hazırlayırdı. Ona görə hətta o vaxtı alman komandanlığı qərar vermişdi ki, Levitan öldürülsün. Onun yaşadığı binanı almanlar partlatdılar, ancaq o sağ qaldı. Bundan sonra müharibənin sonuna qədər yeri məlum olmayan bir bunkerdə saxlanıldı, orda yatıb durur, ordan efirə çıxır. İllərlə ailəsinin ondan xəbəri olmur, bircə anasına bir dəfə məktub yazır ki, ana, mən sağ-salamatam, qayıdacam.

- Sizin səsiniz də Qarabağ müharibəsi ilə assosiasiya olunur...

- Mənə elə gəlir, bunlar hamısı təsadüf nəticəsində olub, amma ucqar bir kənddən çıxıb, aşırımlar aşıb şəhərə gəlmək, bu yerlərə çatmaq həm də zərurətdən yaranıb. Elə oldu ki, diktor kimi fəaliyyətə başladım, lakin sonradan Müdafiə Nazirliyindən diktor tələb olundu və məni məsləhət gördülər. Açığı, getmək fikrim yox idi. Çünki mənə yad bir sahə idi. İnanmırdım ki, məndə alınar. Amma getdim Müdafiə Nazirliyinə, adımı yazdılar, hərbi paltar verdilər. Operator Nizami Abbas məni çəkdi. Onunla Seyidağa Mövsümlü artıq cəbhədə idilər. Beləliklə, 1992-ci il iyunun 7-dən hərbi diktor kimi efirə çıxdım. O zaman düşündüm ki, ilk növbədə arxa cəbhə ilə ön cəbhə arasında kontakt yaratmalıyam, hərbi fon yaratmaq üçün xalqı cəlb etməliyəm. Müharibə bütün evlərdə hiss olunmalıdır. Sonralar hiss etdim ki, səsim yavaş-yavaş hərbiləşir. Adam bir mətni çox oxuyanda, səs də həmin mətnə uyğunlaşır. Həm də axı mən bu ölkənin vətəndaşıyam və mənim ölkəmdə müharibə gedir. Mətni oxuyarkən, nəql etdiyin hadisəni həm də yaşamalısan.

- İndi necədir vəziyyət, cənab leytenant sizə hay verir?

- Əlbəttə. Ancaq xalq bilmir ki, mən o zamanlar çox əziyyətlər çəkdim, başıma çox oyunlar gəldi. Məni efirdən uzaqlaşdırıb, Qubadlıya sürgün elədilər. Mənim haqqımda 90-cı illərdə “Diqqət, diqqət” adlı kitab çıxıb, orda hamısı var. O vaxt mənim bir günüm də rahat keçməyib.

- Səbəb nə idi?

- Mənə təxribat xarakterli mətnlər verirdilər, mən isə oxumaqdan imtina edirdim. O vaxtı televiziya rəhbərliyinin yanına gəldim, vəziyyəti ona nəql etdim. Həmin mətnlərin başqaları tərəfindən oxunmasına da mane olurdum. Həm də bu haqda mətbuata da xəbər sızdırmışdım. Bundan sonra məni efirdən uzaqlaşdırdılar. Qubadlıya yolladılar.

- Əliyar Əliyev o zaman sağ idi?

- Yox. Əliyar artıq şəhid olmuşdu. Əliyar bir əfsanə idi. O, mənimlə görüşməyi arzulayırdı. Nazirlikdən bizim əməkdaşlarımız onun yanına gedəndə onlara demişdi ki, mənimlə görüşmək istəyir.

- Bildiyim qədər, saizin ilk dəfə musiqi ifa etməyinizə Milli Qəhrəman Yusif Mirzəyev səbəb olub...

- Çıldıran ətrafında gedən döyüşlərdə mənim yanımda mərmi partlamışdı. Bu partlayış əsəblərimə toxunmuş, ürəyimə pis təsir etmişdi. Yusifi də xalq hərəkatı zamanı bərk döymüşdülər. Onun böyrəkləri sıradan çıxmaq üzrəydi. Biz onu birtəhər dilə tutub Qədirli adına xəstəxanaya gətirdik. Mən özüm də orada müalicə olunurdum. Şahin Musaoğlu da oranın həkimi idi. O, bir dəfə bizim yanımıza gələndə dedi, “İgid əsgər” adlı mahnı yazmışam. Başladı bu mahnını zümzümə etməyə. İlk baxışda mahnı mənim xoşuma gəlmədi, amma Yusifin çox xoşuna gəldi. Dedi, nə gözəl mahnıdır. Hətta onda Şahin Musaoğluna zarafatla dedim ki, get, həkimliyini elə. O da deyəsən inciyib getdi. Bəlkə də mənə Yusifin səsi ilə xoş gəlməmişdi. Nə bilim? Amma Yusifin musiqi duyumu vardı. Uşaq vaxtı dərnəklərə getmiş, mahnılar ifa etmişdi. Sonra gördüm, Şahinlə Yusif bu mahnını məşq edirlər. Şahin oxuyur, Yusif də otaq boyu addımlayırdı. Mən də onlara baxıb gülürdüm. Bir dəfə Yusifə təklikdə dedim ki, doğurdan bu mahnıdan xoşun gəlir? Dedi, hə vallah, çox qəşəng mahnıdır. Ona dedim, madam sənin belə xoşuna gəlib, bunu özüm ifa edəcəm, Milli Qəhrəman adını alanda da bu mahnını sənə ithaf edəcəm. O vaxt Yusif bu ada təqdim olunmuşdu.

- Neçənci il idi?

- 1992-ci ilin noyabrı. Mən ona deyəndə ki, mahnını oxuyub ona ithaf edəcəm, əl tutuşduq. Biz Yusiflə çox yaxın dost idik. Mühasirədən çıxanda bizi Yusif qarşılamışdı, ilk dəfə onda görmüşdüm onu. Və mənə elə gəlmişdi ki, bu qarabuğdayı, şirin oğlanı elə uşaqlıqdan tanıyıram. Yusifi sevməmək mümkün deyildi. Allah ona ən gözəl insani keyfiyyətləri vermişdi. Həddindən artıq istiqanlı, abırlı, vətənpərvər və qorxmaz idi. O, arxa cəbhə üzrə komandir müavini işləyirdi. Qanunla 70 kilometr arxada olmalı idi, amma əlində avtomat döyüşüb şəhid oldu. Çox həssas, qeyri-adi adam idi. Biz onunla ay yarım xəstəxanada bir otaqda qaldıq. Xəstəxanadan çıxandan sonra mən Qubadlıya getdim, Yusifsə Ağdərəyə. İki dəfə yanıma gəldi, dedi, necə oldu o mahnının taleyi? Bir dəfə Yusif mənə dedi ki, dağın başındakı əsgərlərə yeməkləri uzunqulaqla özü aparıb təhvil verir. Mən zarafatla dedim, hə, bu mahnını oxuyacam, klip də çəkəcəm, sən də klipdə uzunqulaqla yemək apara-apara bu mahnını oxuyacaqsan. Mən, təbii ki, zarafat edirdim, o isə bundan incidi. Durdu qaçdı, dedi, yekə oğlansan, mənimlə məzələnirsən. Onun ardınca düşüb könlünü aldım, dedim, zarafat edirəm. Bu söhbətin üstündən bir neçə gün keçəndən sonra Yusif şəhid oldu. Bu, mənim üçün çox böyük itki idi.

Şahin müəllimlə getdik, səsyazma studiyasına mahnını oxuyub lentə yazdırdıq. Çox qısa zamanda Azərbaycanın dörd tərəfinə yayıldı. O vaxtlar belə mahnılar yox idi, dinləyiciyə hava, su kimi lazım idi.

- Sənət pafosu qəbul etmir. Amma bu cür mahnılarda daxili pafos, həyəcan mütləq olmalıdır. Sizin səsinizdəki kimi...

- Bilirsiniz, təvazökarlıqdan uzaq olsa da deyim, xalq məni ona görə yaddaşında saxladı ki, oxuduğum mətnlə, xalqın dərdi ilə yaşayırdım. Şahin bu mahnıları sürətli ritmlə yazmışdı. Mən o ritmlə oxuyanda gördüm, sürətli ifa mənim səs ahəngimlə alınmır, səsimin şirinliyi itir. Bax o dediyiniz daxili pafos, səsimin ağırlığı məni məcbur elədi ki, tempi azaldım. Ona görə də bu mahnılar belə uğurlu alındı. Siyavuş Kərimi mənə deyirdi ki, sən çox hündürdən oxuma. Sənin səsin sinə səsidir. Mən özüm də hiss edirəm ki, mənim səsim gitara mahnılarında daha gözəldir. Həm də əsgər mahnıları belədir. Əgər əsgərin, xalqın qəlbinə girmək istəyirsənsə, onunla danışmalısan. Mahnılar insanları düşündürməli, onu oyatmalıdır.

- Bu baxımdan yaşantılarınız, cəbhədə gördükləriniz ifa etdiyiniz mahnılara nə qədər təsir göstərirdi?

- Yaxşı sual verdiniz. Mənim cəbhədə gördüklərim, yaşadıqlarım hamısı səsimə hopmuşdu. Müharibənin içində olmaq, həqiqətən də barıt qoxusunu udmaq insanın varlığına hopur və mütləq özünü büruzə verir. Mənə elə gəlir, müharibənin içində olmasaydım, oxuduğum mahnılar bu qədər təsirli alınmazdı. Özüm də xasiyyətcə ədalətsizliyə dözümsüz adamam, həmişə haqqın qalib gəlməsini istəmişəm. Bununla yanaşı həm də çox kövrək adamam.

- Yusif Mirzəyevdən başqa cəbhədə kimlərlə dostluğunuz olmuşdu?

- Çoxları ilə. Amma Əliyar Əliyevi tanımağı çox istəyirdim. Ona görə ki, o, bir əfsanə idi. Əliyar əlində pulemyot düşmən üstünə ayaq üstə gedirdi. Erməni onu görüb qorxusundan silahı atıb qaçırdı. Elə bilirdi üstünə robot gəlir. Belə şeylər ancaq filmlərdə olur. Həmişə istəmişəm Əliyar Əliyev, Şirin Mirzəyev, Vəzir Orucov, Allahverdi Bağırov haqqında bədii filmlər çəkilsin. Bizdə belə filmlər çəkilmir. Xalq Əliyarın qarşısını kəsirdi, ona deyirdilər, bizi niyə təhqir edirsən, döyüşə ancaq öz dostlarını, qohumlarını, tələbələrini aparırsan. O da deyirdi, özümünkülər şəhid olsa, bilərəm özümünküdür, amma başqasınınkı şəhid olsa, mən onların gözünə baxa bilmərəm. Əliyar kimi adamlar necə sağ qala bilərdi axı. Vəzir başqa cür adam idi. Nevzorov onu dünyanın ən cəsur əsgəri adlandırmışdı. Onun bir şəkli var, üstündəki silahın ucu yerə dəyir. Onu necə daşıyırdı, necə aparırdı, hələ də təəccüb içindəyəm. Pələng kimi adam idi. Mübariz İbrahimov başqa bir tarix idi. O, xalqın bağrından qopan etiraz, düşmənə nifrət, vətənə sevgi idi. Hərdən onları düşünəndə dəhşətə gəlirəm ki, ilahi, bu xalq nələr yetişdirib.


- Hansısa xəbəri oxuyub kövrəldiyiniz olub?

- Konkret yadıma düşmür, amma əlbəttə, olub. Çünki mən də bu xalqın övladıyam. Vətən, vətənin dərdi mənimdir, bizimdir. Mənə verilən mətnlər quru, rəsmi mətnlər idi. Mən hamısının üstündə əl gəzdirib, onlara nəfəs verirdim, xalq dilinə yaxınlaşdırırdım. Görürdüm, nə isə uyğunsuzluq var, bir az yumşaldırdım, kədəri azaldıb, nikbinliyi çoxaldırdım.

- Müharibə haqqında xatirələrinizi yazmaq, kitaba çevirmək istəyərsiniz?

- Mənə bu haqda dostlarım da çox deyirlər. İnşallah müharibə qələbə ilə başa çatsın, oturub sizə danışdıqlarımı dostlarıma danışım, görək kitab halına sala bilərikmi. Qəhrəmanlarımız, cəbhədə baş verənlər haqqında yazmaq istərdim.

- İndi nə hisslər keçirirsiniz?

- Mən həmişə düşünürdüm ki, ordumuzu torpaqlarımızı qaytaracaq. Biz müharibə istəmirdik, amma məqam indi yetişibmiş. Bayaq Yusifin, Əliyarın, Vəzirin və başqalarının adlarını çəkdik, onları yetişdirən xalq necə olmalı idi? O xalq yenə daxilindən yeni qəhrəmanlar çıxaracaq. Mən sevinirəm ki, bizim xalq özünü göstərdi. Bu gün bütün dünya bizdən yazır, bizdən danışır. Bizi qəhrəman xalq kimi təqdim edirlər. Bugünkü qələbələrimiz bizi bütün qələbələrə aparacaq. Xalqımız dünyaya sübut etdi ki, qəhrəman xalqdır. İnanın, mən bu günə qədər ürəkdən gülə bilmirdim. Torpaqlarımızın işğalı sinəmdən bir daş kimi asılmışdı. Şükür ki, torpaqlarımız işğaldan azad olunur. Sizi inandırım, cəbhəyə getmək üçün bu dəqiqə qırğındır. Heç kim növbə gözləmək istəmir.

- Şəmistan müəllim, Şuşanın alınma xəbərini başqası elan etsə, inciyərsiniz?

- Yox. Qətiyyən. Kim elan edir, etsin. Təki, azad olunsun Şuşa. Mən artıq öz işimi görmüşəm. Ölməz mahnılarım artıq insanların könlünə yazılıb. Şuşa azad olunsun, mən də sevincdən ağlayım, dostlarımı qucaqlayıb təbrik edim. Başqa heç nə istəmirəm.
Oxşar xəbərlər
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib"
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
GÜNLÜK
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır