Dünya liderləri ilə görüşən məşhur jurnalist maraqlı sirləri açdı: "Mandela indi olsaydı..."
Müsahibə
Oxunub: 2756
15 Oct 2020 | 19:42
Dünya liderləri ilə görüşən məşhur jurnalist maraqlı sirləri açdı:

Bəzi insanlar ilham mənbəyidir, gücümüzə inamı təmin etmək üçün döyürlər qapımızı. Pandemiyanın dünyaya baxan bağlı pəncərələrini üzümüzə taybatay açırlar. Serbiyanın dünyaca məşhur jurnalisti Vesna de Vinça kimi...

Serbiyalı jurnalist, rejissor, prodüser Vesna de Vinçanın Publika.az-a müsahibəsini təqdim edirik.

- Düşünürəm ki, insan müəyyən yaşa çatandan sonra özünü hamıdan yaxşı tanımağa başlayır...

- Baxmayaraq ki, təhsilimdə doktorluq pilləsinə yüksəlmişəm, özümü “bohem insan” hesab edirəm (gülür). Rəssam, şair, yazıçı dostlarım adətən məni “gülən göz yaşı” bəzən də “samuray qız” adlandırırlar. Bu bənzətmələr mənim üçün ən gözəl komplimentdir. Əsas peşələrim jurnalist və rejissordur. Həmçinin nüfuzlu tədbirlərin təşkilatçısıyam. Ən aktual hadisələri, şəxsiyyətləri izləyib, eksklüziv xəbərlər, müsahibələr hazırlayıram. Dinim səyahət, missiyam jurnalistikaya sitayişdir. 1990-cı ildə “Amerika və Balkanlar”, “Amerika və Yuqoslaviya” və digər silsilə sənədli filmlər hazırladım. Dünyanın ən nüfuzlu telekanallarında toxunulmaz şəxsiyyətlərlə 40-dan çox eksklüziv müsahibələrim yayımlandı. Əminəm ki, uğur əldə etmək üçün ilk növbədə xüsusi düşüncə bacarığı olmalıdır. Sırf bu bacarığım sayəsində Yasir Ərəfat, Nelson Mandela, Müəmmar Qəddafi, Pako Raban, Artur Klark, Elizabet Merdok, Cina Lollobricida kimi ictimai fiqurlarla müsahibələr edib, düşüncələrinin şifrələrini açdım. Özümü həm də alpinist sayıram. Çünki tamaşaçıma, oxucuma özümlə birgə mənəvi dünyanın daha yüksək zirvəsinə qalxmaq imkanı yaradıram. 2004-cü ildən şəxsi prodüser şirkətimi qurdum. 2006-cı ildən isə Parisdə keçirilən Müstəqil Avropa Kinofestivalına qatıldım. Hazırda Oskar mükafatçısı Skott Hillerlə festivalın daimi münsiflər heyətinin üzvüyəm. 90-cı illərdə Serbiya və Monteneqro gözəli yarışmasında birinci yerə layiq görülmüşəm. İndi həmin layihənin təşkilatçısıyam.

Yeni humanizm üçün nəzərdə tutulmuş memarlıq və dizayn konsepsiyaları hazırlayırıq. Serbiyanın Müqəddəs Lazarın cəngavərləri ordeninə layiq görülmüşəm. Belqradın Sava və Dunay çaylarının qovuşduğu yerdə Da Vinça adlı gözəl ərazidə yaşayıb çalışıram. Elə bu adı da özümə təxəllüs götürmüşəm. Vesna de Vinça eramızdan 5000 il əvvəl Dunayın sahilində yaşayıb Vinsent sivilizasiyasının çiçəklənməsi üçün çalışarmış.

- “Mandelanın kodu” kitabınızda əfsanəvi liderin həyat yolundan bəhs etmisiniz. Özü də Nelson Mandeladan ən son eksklüziv müsahibə alan yeganə jurnalistsiniz. Bu müsahibə haqda xatirələrinizi çox böyük həvəslə dinləmək istəyirəm.

- Kitab Mandelanın mənə verdiyi son müsahibəsindəki xatirələrindən ibarətdir. Qalib bilirsiniz kimdir? Heç vaxt arzularından dönməyən xəyalpərəst... Bu həm Mandelanın, həm də kitabın devizidir. O, zəmanəmizin Spartakı idi. Xəyal gücü olmasaydı, fövqəltəbii qüdrəti, hüdudsuz təmkini ilə Cənubi Afrikada hökm sürən vəhşi rejimi müharibəsiz, inqilabsız süquta uğradıb, dünyanın düzənini sülhün qələbəsi ilə dəyişməzdi. Özü də mən sizə aysberqin görünən üzündən danışıram. Qaradərililər əsrlər boyu öz torpaqlarında avropalı istilaçıların zülmünə məruz qalıblar. Bu ecazkar insanın həyat prinsipi mənim də gücümə güc qatdı. Daha böyük məqsədlərin xəyalını qurmağa başladım. 20-ci əsrin ən möhtəşəm insanından müsahibə almağı arzuladım və bu istəyimə çatdım. Lakin Mandela dünyanın ona verdiyi bu dəyərlə heç vaxt razılaşmırdı. Deyirdi, zəmanəmizin ən möhtəşəm şəxsiyyəti Mahatma Qandidir. Qandinin fəlsəfəsi 21-ci əsr sivilizasiyasının xilaskarı ola bilər. Baxın, belə təmkinli və eqosundan qat-qat üstün idi Mandela. Hətta mən ona “Afrikanın Qandisi” deyəndə gülümsədi. Soruşdum ki, bəs üçüncü Mahatma kimdir. Uzun düşüncələrdən sonra cavab verdi ki, Martin Lüter və Çe Gevara bu gücü, qurbanları çiyinlərində gəzdirirlər. 2004-cü ildə Mandela jurnalistlərlə ünsiyyətini kəsmişdi. Hətta ictimai şəkildə elan etdi ki: “Mənə zəng etməyin, özüm sizi axtaracam.” Bilirsiniz, o, 27 illik həbs həyatından sonra prezident olduğu müddətdə 10 mindən çox müsahibə vermişdi. Yəqin yorulmuşdu. Mən onunla 2009-cu ildə görüşməyə nail oldum. Çox gözəl Milad səhəri idi. Mən onu müqəddəs adlandırdım, amma bu bənzətmə ilə razılaşmadı. Söhbətimiz o qədər ilhamlandırıcı idi ki, “Hello” jurnalında yayımlanan müsahibədən sonra kitab yazmaq qərarına gəldim. “Mandelanın kodu” kitabım ingiliscəyə tərcümə olundu. Çalışmışam əfsanəvi liderin fəlsəfəsi, düşüncələri, həyat və siyasətinə geniş yer ayırım. Kitab Mandelanın 100 illiyi ərəfəsində 42 ölkənin üzv olduğu Davamlı Sülh və İnkişaf naminə Beynəlxalq Fondun təşəbbüsü ilə yayımlandı. Fondun sədri Azərbaycanın böyük oğlu Eldar Həsənovun əməyini xüsusi qeyd etməliyəm.

- Sizcə, Mandela bu günümüzü necə şərh edərdi?

- Mandela ictimaiyyətdən itib, kütlə qarşısında çıxışlarını dayandırdıqdan sonra dünyanın durumu daha da vahiməli oldu. Neqativ tendensiyaların artması planeti yavaş-yavaş məhvə aparır. Süni krizislər, müharibələr, kütləvi informasiya vasitələrinin yaydığı yanlış informasiyalar, iqlimin faciəvi dəyişməsi, nüvə savaşlarının qorxusu, qaçqınların həyat uğrunda çırpınışları, hələ üstəlik koronavirus bəlası... Bütün bu qəzaların qurbanları mərhəmətimiz və duyğularımızdır. Hərdən elə düşünürəm ki, şər xeyirdən daha tez böyüyüb yayılır. İndi dünyanın bunun əksinə inandıra biləcək işıqlı insanlara ehtiyacı var. Yalnız Mandela kimi güclü liderlər bu vəzifənin öhdəsindən layiqincə gələ bilərlər. Bu gün planetə kölgə salan problemlər var. Birincisi irqi ayrıseçkilikdir. İkincisi neoliberalizm adlı tragikomik müasir köləlikdir. Mandela həm köləlik, həm də rasismə qarşı əzmlə vuruşurdu. Dərisinin rənginə görə alçalmanın, köləliyin nə olduğunu ondan yaxşı bilən yox idi. Mandela azadlığın elmini yaratmışdı. Əminəm ki, bu günümüzdə neoliberalizmlə mübarizə aparardı. Filosof kimi əfv etmək, birləşmək naminə yaratdığı “yeni humanizm” formulunu dünyaya yayardı. Mandela tək Cənubi Afrikanın deyil, bütün planetin yenilənməsi, təmizlənməsi üçün çalışırdı. Biz diqqət uğrunda müharibə dövründə yaşayırıq. Mandela bu savaşda da insanlığın xeyrinə mübarizə aparardı. Çünki lider media ilə dost olmalıdır. Onu bütün jurnalistlər çox sevirdilər, qısa müddətdə mətbuatın ulduzuna çevrilmişdi. Musiqiçilərin, rəssamların dostu olmağı bacarmışdı. Opra Uinfrinin şousunun qonağı olmuşdu. Milyonlarla insan onun çıxışlarını səbrsizliklə gözləyirdi. Əminəm ki, Madiba indi yaşasaydı, sosial şəbəkələrdən fəal şəkildə istifadə edib, mənəvi dəyərləri, xeyirxahlığı virus kimi yayardı. Bu onun əsas uğuru idi.

- Bəs sizin üçün uğur nədir?

- Mandela insanları klassik uğur formuluna görə dəyərləndirmirdi. O, hesab edirdi ki, uğurun faizi neçə dəfə yıxılıb-qalxmağımızla ölçülməlidir. Mən də belə düşünürəm. Uğurunuz ən ağır durumunuzda ruhunuzun büründüyü inamınız, ümidiniz qədərdir. Elə bu günkü vəziyyətimiz kimi... Mənəvi dünyamızı zənginləşdirmək üçün çox əlverişli şərait yaranıb. Nə qədər dərinə yıxılsanız, bir o qədər də uca zirvəyə qalxa bilərsiniz. Hər çöküşünüzdən dərs alıb daha tez sağalırsınızsa, bu sizin ən böyük uğurunuzdur. Bəli bu çətindir, amma mümkündür. Mənim üçün Mandela, Qandi, dahi serb alimi Nikola Tesla, Opra Uinfri kimi mükəmməl insanlar uğur sözünün sinonimidir. Bütün üstün keyfiyyətlərindən əlavə həm də ona görə ki, ömürlərini insanlara xidmətə həsr ediblər.

- Bohem insana xarakteristika verməyinizi istəsəm?

- Həyatım başdan-başa hobbidir. Artıq əsl peşəmin nə olduğunu unutmuşam. Amma bilirəm ki, bu azadlıq mənə özümü hər gün yenidən kəşf etmək imkanı qazandırır. Hazırda memarlıq və dizayndan zövq alıram. Hətta yaxta alıb, içərisinin dizaynını özüm etmişəm. Anamla birgə yaşadığımız mənzilin dizaynı da mənə məxsusdur. Maraqlıdır ki, yaxtam dünya memarlıq birliyinin diqqətini çəkməyi bacardı. Ümumiyyətlə çox zərif və ecazkar haldır ki, artıq insanlar öz yaxtalarında yaşamağa üstünlük verirlər. Mənim üçün dənizin dalğalarının qovub gətirdiyi külək ana planetin laylasıdır. Təəssüf ki, musiqi alətlərində ifa etməyi bacarmıram. Dünyaca məşhur yazıçı Artur Klark müsahibəmizdə etiraf etdi ki, pianoda ifa etməyi öyrənəndə 80 yaşı varmış. İşinizi hobbiyə çevirin. İnanın ki, həyatdan usanmayacaqsınız. Qəlbinizdəki uşağı da qoruyacaqsınız.

- İçinizdəki uşaq nə istəyir? Sevilmək, yoxsa sayğı qazanmaq?

- İçimdəki uşağın sevgi qıtlığı heç vaxt olmayıb. Ömrüm boyu sevgi yağışına bürünmüşəm. Buna görə taleyimə minnətdaram, mənə yönələn məhəbbət selini geri qaytarmağı da bacarıram. Amma müdrikcə düşünsək, hörmət, sayğını seçərdim. Təbii ki, sevgi aclığı çəkənlər, əksini deyərlər. Əminəm ki, məhz bu günkü Vesnanı müdrik münasibət xoşbəxt edə bilər.

- İstənilən halda düşünürəm ki, çağdaş insanın xoşbəxtliyi axsayır. Qacetlər, texnologiya emosiyaları da öldürüb sanki...

- Eynən! Texnologiya aramızdakı məsafəni artırdı, emosiyalarımızı kütləşdirdi, gözəgörünməz sədd çəkdi önümüzdə. İnsanlarda etinasızlıq və digər mənfi cəhətləri pik həddə çatdırdı. Süni intellekt, yaxud Artur Klarkın dediyi kimi “AL” hamımızı məhv etmək iqtidarındadır. 5G texnologiyası o qədər güclü şüalanmadır ki, milyonların xəstəliyi və ölümü ilə nəticələnir. Hətta artıq inkişaf etmiş ölkələrdə 5G antenalarını söküb atırlar. Bir sıra ölkələr bu “inkişaf”a yox deyiblər. Düşünürəm ki, müdrik siyasətçilər öz xalqlarının rifahını hər şeydən üstün tutacaqlar. Bütün hallarda üzərimizə düşən vəzifə sevgini, vicdanı qorumaqdır. Bəli texnologiyasız yaşamaq artıq mümkünsüzdür. Bu gerçəklə barışıb, birliyimiz üçün yeni üsullar axtarmalıyıq... (ardı var)

Oxşar xəbərlər
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 10:46
Azərbaycanlı yeniyetmə çempion oldu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 10:46
Azərbaycanlı yeniyetmə çempion oldu