Xəbər lenti
31/10/2020 [11:05]:
Eldar Namazov: “Artıq 5+2 formulu yox, 7+5 formulu gündəmə gəlir”
31/10/2020 [11:00]:
MN: Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır
31/10/2020 [10:56]:
Daha çox əsir, girov götürmək lazımdır
31/10/2020 [10:45]:
"Nə qədər ki, ermənilər ipə-sapa yatmır, Azərbaycan hərbi əməliyyatları davam etdirməli və sürətləndirməlidir"
31/10/2020 [10:40]:
Sonu yaxınlaşan Paşinyan bu səhər Putinə yalvarış dolu məktub göndərdi...
31/10/2020 [10:26]:
“Yaxın günlərdə Şuşada və Xankəndində də Azərbaycan bayrağını asacağıq...”
31/10/2020 [10:16]:
İzmirdə 5 bal gücündə daha bir zəlzələ olub
31/10/2020 [10:05]:
"Ordumuzun Şuşa qalasını fəth etməsi, Laçın dəhlizinə nəzarətə nail olması yaxın zamanın məsələsidir"
31/10/2020 [09:58]:
Nə Skandinaviya sülhməramlılarını, nə də baza prinsiplərini qəbul etmirik...
31/10/2020 [09:45]:
Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu - RƏSMİ
31/10/2020 [09:44]:
İzmirdə zəlzələ nəticəsində 24 nəfər ölüb, 804 nəfər yaralanıb - YENİLƏNİB + VİDEO
31/10/2020 [09:14]:
"Qarabağ məsələsi BMT TŞ-da yenidən müzakirəyə çıxarıla bilər” - Rusiya nümayəndəsi 
31/10/2020 [09:07]:
Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb - RƏSMİ
31/10/2020 [09:06]:
Müdafiə Nazirliyi: “Ordumuzun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah yoxdur”
31/10/2020 [09:04]:
Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu
31/10/2020 [09:02]:
Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi - SİYAHI
31/10/2020 [08:23]:
Oktyabrın 31-nə keçən gecə cəbhədə nələr oldu? - MN
31/10/2020 [08:18]:
Ermənilər Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini yenidən atəşə tutdu...-RƏSMİ
31/10/2020 [07:27]:
Trampdan "müjdə": Qarabağda ermənilərlə azərbaycanlılar arasında skandinaviyalılar duracaq...
31/10/2020 [07:18]:
İzmirdəki zəlzələdə yaralananların sayı 804-ə, həlak olanların sayı 24 nəfərə çatdı...
31/10/2020 [07:02]:
İnsanın dünyadakı son günündə malı, övladları və əməlləri ilə söhbəti...
31/10/2020 [02:18]:
İzmirdə seli lentə alan gənc nənəsinin meyitini tapdı - VİDEO
31/10/2020 [02:14]:
ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT
31/10/2020 [00:57]:
Nazirlərin 6 saatlıq görüşü başa çatdı
30/10/2020 [23:45]:
İzmirdəki zəlzələdə yaralananların sayı 607-yə çatdı - YENİLƏNİR
30/10/2020 [23:40]:
Tanınmış aktrisa şəhid oğlu üçün göz yaşı tökdü - FOTO + VİDEO
30/10/2020 [23:16]:
"Ermənistana verilmiş Zəngəzuru, Dərələyəzi, Göyçəni istəməliyik, xəyanətin bir cəzası olmalıdır"
30/10/2020 [22:33]:
Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO
30/10/2020 [22:32]:
“Türkiyəyə dəstək təklif edən bütün ölkələrə təşəkkür edirəm” - Ərdoğan
30/10/2020 [22:27]:
Tacikistan prezidenti hökuməti istefaya göndərdi
30/10/2020 [22:20]:
Biz Vətəndə yaşadıq, "vətənsiz", dəli kimi, ölənləri dəfn etdik, kəfənsiz ölü kimi...
30/10/2020 [22:01]:
Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər...
30/10/2020 [21:35]:
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
30/10/2020 [21:33]:
Dualarımız qardaş Türkiyə ilə birlikdədir - Hikmət Hacıyev
30/10/2020 [21:32]:
“Ermənilər tarixin bütün dövrlərində bizim cəsədlərə qarşı təhqiramiz əməllərə yol verib”
30/10/2020 [21:28]:
Şirkət işçiləri məsuliyyətli olmaları üçün özlərini döydülər - VİDEO
30/10/2020 [21:27]:
Mehriban Əliyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir” - FOTO
30/10/2020 [21:27]:
Fəzail Ağamalı İzmirdə baş verən zəlzələ xəbərindən sarsıldığını bildirdi - FOTOLAR
30/10/2020 [21:13]:
"Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb" - AÇIQLAMA
30/10/2020 [21:06]:
Səngərdəki səs...
30/10/2020 [20:50]:
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
30/10/2020 [20:16]:
Baş Nazir Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO
30/10/2020 [20:13]:
Mədət Quliyev İran səfirini qəbul edib
30/10/2020 [20:12]:
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü...
30/10/2020 [20:08]:
Koçaryan koronavirusa YOLUXDU
30/10/2020 [20:01]:
Ermənilər Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub - FOTO
30/10/2020 [19:52]:
Düşmənə dəqiq zərbələr endirilib - VİDEO
30/10/2020 [19:50]:
"İnformasiya savaşı anlamında ermənilərlə bizim işimiz hələ yeni başlayır..."
30/10/2020 [19:37]:
““Xan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və...”
30/10/2020 [19:31]:
İzmirdə zəlzələdə ölən və yaralananların sayı artıb - YENİLƏNİB
30/10/2020 [19:16]:
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə telefonla zəng edib
30/10/2020 [19:08]:
“Ailə həyatı qurmadım, şəhid qardaşımın 5 övladını böyütdüm, evdən çıxanda isə bir banka bal çıxardım” - FOTO
30/10/2020 [19:03]:
Dünyanın ən hündür adamı koronavirusa yoluxdu
30/10/2020 [19:02]:
Erməni təxribatı nəticəsində Goranboyda meşədə baş vermiş yanğın söndürülüb
30/10/2020 [18:59]:
Türkiyə XİN başçısı Azərbaycana təşəkkür edib
30/10/2020 [18:56]:
Müharibədən əziyyət çəkən məcburi köçkün ailələrinə yardım ediləcək
30/10/2020 [18:54]:
İşğaldan azad olunmuş sərhəd zastavalarında Azərbaycan bayrağı dalğalanır
30/10/2020 [18:51]:
Azərbaycanlı alim İtaliya mətbuatında beynəlxalq təşkilatları konstruktiv mövqe nümayiş etdirməyə çağırıb
30/10/2020 [18:49]:
UEFA-nın vitse-prezidenti istefa verdi
30/10/2020 [18:45]:
Ermənistan Adventist kilsəsinin pastorunu zorla müharibəyə göndərib - VİDEO
30/10/2020 [18:31]:
Paşinyan Köçəryanla Ter-Petrosyanın Putinin ayağına getməsinə razı oldu...
30/10/2020 [18:31]:
Venesiyada erməni terroruna etiraz edilib
30/10/2020 [18:29]:
Noyabr ayına olan hava proqnozu açıqlandı
30/10/2020 [18:22]:
Türkiyədə zəlzələdə 4 nəfər ölüb, 120 nəfər yaralanıb
30/10/2020 [18:18]:
İlham Əliyev Ərdoğana zəng etdi: “Dost və qardaş Türkiyənin yanındayıq”
30/10/2020 [18:17]:
576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq
30/10/2020 [17:46]:
Erməni vəhşiliyi nəticəsində həlak olan məktəblilərimiz - FOTO
30/10/2020 [17:44]:
Erməni keşiş Azərbaycan tərəfə əsir düşdü - FOTO
30/10/2020 [17:42]:
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başladı - FOTO
30/10/2020 [17:40]:
Bərdə və Tərtəri atəşə tutan düşmənə məxsus daha iki “Smerç” məhv edildi - VİDEO
30/10/2020 [17:26]:
“Şuşanın niyə belə asanlıqla işğal olunması haqda suallar illər boyu içimizi göynətdi...”
30/10/2020 [17:25]:
Ədliyyə naziri xarici həmkarlarını Ermənistanın Bərdədə törətdiyi qətliam barədə məlumatlandırıb
30/10/2020 [17:20]:
“Hər kəs tərəfindən bir mənalı şəkildə anlaşılan odur ki...”
30/10/2020 [17:14]:
İşğaldan azad olunan Xudafərin kəndindən VİDEOREPORTAJ
30/10/2020 [17:13]:
İzmirdə güclü zəlzələ sunami ilə nəticələndi - VİDEO
30/10/2020 [17:08]:
İşğaldan azad olunmuş Vejnəli qızıl yatağından qeyri-qanuni istifadə olunub - Hikmət Hacıyev
30/10/2020 [17:05]:
Bakcell Bərdə sakinlərinə dəstək göstərib
30/10/2020 [16:59]:
“Ermənilər bizim əsir hərbçilərimizi başından və ürəyindən güllələyiblər” - Kamran Əliyev
30/10/2020 [16:54]:
Erməni terroru nəticəsində valideynsiz qalan körpələrin səsi - VİDEO
30/10/2020 [16:46]:
“Meyitləri təhqir etmək erməni xislətinin bir parçasıdır”
Bütün arxiv bir sırada
17/10/2020 [11:59] - Cəmiyyət - ( 1296 dəfə baxılıb)

Fəxrəddin Manafov baş rola niyə çəkilmədi? – Fəryad filminin kadr arxası



Ceyhun Mirzəyevin 1993-cü ildə çəkdiyi “Fəryad” filminin təhlilini təqdim edirik.

Hadisələr 1990-cı illərin əvvəli Birinci Qarabağ müharibəsi dövründə baş verir. Filmin qəhrəmanı İsmayıl (Ceyhun Mirzəyev) batalyon komandiridir. O, döyüşlərdən birində ermənilər tərəfindən əsir götürülür, işgəncələrə məruz qalır və Xankəndində bir erməni ailəsinin evində saxlanılır. Çünki ailə başçısı Xoren (Fərəc Fərəcov) Azərbaycan hərbçilərinə əsir düşüb. Və onlar fürsət düşən kimi İsmayılı onunla dəyişməyi planlaşdırırlar...

Öncə deyim ki, bu günlərdə “Fəryad” filmini yenidən izləyəndə, ona istər-istəməz kinotənqidçi gözündən çox, emosoinal planda baxdım. Filmdə bir neçə bölgəmizin ermənilər tərəfindən işğal olunmasının bayram edildiyi səhnələr yer alır və indi cəbhədən gələn şad xəbərlərin fonunda həmin səhnələrə baxmaq yaxşı mənada xüsusi həyəcan, emosiya verir...

Filmə gəlincə, indiyədək “Fəryad”ı baxımlı və əhəmiyyətli edən burada vətənpərvərlik didaktikasının, ritorik dialoqların yoxluğu, düşmən obrazının bayağı verilməməsi, insan faktorunun ön plana çıxarılmasıdır. Daha vacibi odur ki, müəllifin yanaşmasında şəxsi iztirabı duyulur. Ki, məhz bu keyfiyyət indiyədək lentə alınmış Qarabağ haqda filmlərin çoxunda çatmır.

“Fəryad” doğrudan da Ceyhun Mirzəyevin şəxsi faciəsi idi. O, Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdu, müharibəni, torpaqların işğalını çox ağır yaşayırdı. Vaqif Mustafayevin real hadisə əsasında yazdığı ssenariyə çəkdiyi filmi onun ağrılarının sublimasiyası kimi də qəbul etmək olar. Yaxud belə demək olar: “Fəryad” Ceyhun Mirzəyevin bir növ qisas aktı idi və bu filmlə ağrılarını ovundurmağı, üstəlik, qəhrəmanı ilə oz obrazı arasında emosional məsafə saxlamaması, yaşantılarını gerçəklik kimi yaşaması hər kadrda duyulur. C. Mirzəyevin ürəyi xəstə olsa da, döyülmə səhnələrində kaskadyorla əvəz olunmasına icazə verməyib. Səhnənin təbii alınması üçün özünün həqiqətən döyülməsini istəyib.

“Fəryad”ın digər önəmli tərəfi odur ki, filmin 1993-cü ildə, məğlubiyyət günlərində çəkilməsinə baxmayaraq, müəllif ədalət, mərhəmət hissini itirmir, sənəti kinə, nifrətə uduzdurmur, qeyd etdiyim kimi ön plana yenə də insan amili çıxarır. Bir səhnədə, İsmayıl evi yandırmaq istəsə də, erməni körpəsini görəndə fikrindən daşınır. Həlledici anda belə o, empatiya qurmağı bacarır.

İsmayıla ermənilərin amansız davranışı, onların böyük Ermənistan ideyasını banal mübaliğəyə yol vermədən, sərt yumoristik-ironik intonasiyada işlənib. Bu isə sözsüz ki, filmin ssenaristi, tragik-dramatik əhvalatı özünəxas, komik fəndlərlə ifadə edən Vaqif Mustafayev üslubunun təzahürüdür. Filmdə yeniyetmə erməni qızın (Yekatirina Arçaiya) simasında humanist obrazı yaradılır və o, əslində ermənilərin torpaq iddialarının qurbanı kimi təsvir olunur. Xüsusən, Məlik Dadaşovun obrazının (Armen) simasında faşizm konsepsiyasına əsaslanan təbliğatçılığı, Böyük Ermənistan ideyası, körpənin əlinı silah verərək türkə nifrət aşılaması ermənilərin illüziyalardan qaynaqlanan ideologiyanın qurbanı olduğunu göstərir. Ümumiyyətlə isə, əhvalatda erməni hərbçilərdən fərqli olaraq, sıravi vətəndaşlar - uşaq, qadın, yeniyetmə nisbətən daha neytral mövqedə təsvir olunur. Hətta erməni gənci Xaçatur Abovyanın “Ermənistan yaraları. Vətənpərvərin kədəri” kitabından passajları belə xüsusi şövqlə oxumur. Bütün bunlar - qarşı tərəfi neqativ göstərmək müəlliflərin bədii təxəyyülünün məhsulu yox, həqiqətdir. Və mən son hadisələr zamanı sosial şəbəkələrdə sıravi ermənilərin nifrət dolu status və şərhlərini, Bakıya belə iddiasını, bütün azərbaycanlıları sonadək öldürmək istəyini oxuyanda əmin oluram ki, onların özləri, tarixləri haqda mifoloji təsəvvürü var və bu təsəvvür özündə patoloji əlamətlər daşıyır.

Ağır mövzuda ironik dəyərləndirmə - misalçün, İsmayılın uşağa görə evi yandırmaması səbəbindən Stepanakertin (Xankəndi) şoka düşməsi, hansısa sahə müvəkkilinin ağlını itirməsi - dediyim kimi ssenarist V.Mustafayevin ənənəvi kinobaxışının məhsuludur.

“Fəryad”ın qəhrəmanının həyatı “Ögey ana” filmindəki balaca İsmayılın taleyinin davamı kimi verilir. “Ögey ana”dan bəzi epizodlarını süjetin seqmentinə çevirməklə digər epizod şərtləndirilir, bu, eyni zamanda filmlərarası intertekstual bağ yaradır. Yeri düşmüşkən, bu ideya Ceyhun Mirzəyevə məxsudur.

İsmayılın xatirələri assosiativ montaj sayəsində verilir. Erməni məktəbli qız İsmayıla kök uzadanda, o, erməni hərbçiləri tərəfindən öldürülmüş yeniyetmə azərbaycanlı qızını xatırlayır. Və ya ona işgəncə veriləndə anasının xatirəsinə sığınır. İsmayılın xatirələri daha çox işıqlı, isti rənglərlə həll olunub. Əsas əhvalatın qışda, şaxtalı günlərdə baş verməsi onun isti xatirələri ilə kontrast təşkil edərək, təklif olunun vəziyyətin amansızlığını daha dərindən ifadəsi üçündür. İsmayılın əsirlikdə sıxıntısı, tənhalığı və çarəsizliyi, səslənən musiqi (Cavanşir Quliyev), sanki reallıqdan qopmuş hermetik müharibə təsvirləri güclü ekspressiya (operator Kənan Məmmədov) yaradır.

Film Xocalı faciəsini əks etdirən sənədli kadrların bədii traktovkası ilə başlayır. Qar üzərindəki öldürülən adamları oynayanlar da Xocalı sakinləri olub ki, onlar həmin vaxt Xocalıdan Goranboya gəliblər.

Müəllif erməni faşizmi ilə alman faşizmi arasında bağlantını da orqanik qurur. Bir epizodda erməni qızı İsmayıla yemək verməsinə etiraz edən Armenə faşistlərin belə əsirləri yedizdirdiyini deyir. Başqa bir epziodda isə “Sərhədisiz həkimlər” təşkilatının nümayəndəsi gəldiyi üçün erməni tərəfi əsirlə guya qanuna uyğun davranışı imitasiya edir, həkim bunu duyur, əsirin antisanitariya, müalicə olunmamasına etirazını bildirir. Oxşar səhnə polyak rejssoru Andjey Munkun, İkinci Dünya Müharibəsindən bəhs edən, həbs düşərgəsindəki əsirlərin həyatını anladan “Sərnişin qadın” (1963) filmində yer alıb.

Filmin maraqlı, koloritli obrazlarından biri Xorendir. Biz onun haqda daha çox arvadının (Liana Qudadze) dilindən eşidir və özünü qadının yuxularında görürük. Arvadının onu tez-tez yuxuda, bədənini deformasiyaya uğramış formada görməsi, onun başsız vücudunun “Qarabağ dərdim mənim” hayqırtısı və s. oxşar kadrlar sürreal - satirik işlənib. Satirik yanaşma, eyni zamanda işğal olunan torpaqların şərəfinə vaxtaşırı keçirilən şənliklərin bombalanma ilə kəsilməsinin karikaturalaşdırılması və s. bu kimi səhnələr filmin dramatizmi ilə uyğunlaşır.

Sonlara doğru ermənilərin toplandığı evin xarabazara çevrilməsi Matveyin İncilindən “Və yağış yağdı. Və çaylar daşdı. Və külək əsdi. Hamısı hücum çəkdi bu evə. O, dağıldı və onun süqutu səs-küylu baş verdi” sitatı ilə ifadə olunur. Bununla da müəllif nə vaxtsa ilahi ədalətin reallaşacağına eyham vurur.

Operator Kənan Məmmədov müsahibələrindən birində deyir ki, İsmayıl obrazının sınaq çəkilişlərinə Fəxrəddin Manafov da qatılıb. Lakin sonradan Bədii Şuranın məsləhətilə rol Ceyhun Mirzəyevə təklif olunub və əslində o, özü də bu rolda oynamağı çox istəyib.

K.Məmmədovun dediyinə görə, film rəngli olsa da, tamaşaçı onu ağ-qara kimi qəbul edir: ”Çünki bütün kadrlarda olan rəngli əşyaları, geyimləri, elementləri çıxartdım. Ancaq real rənglərdən istifadə edərək xronika stilini saxladım”.
Film 8 ay müddətinə çəkilib. Çəkilişlər əsasən Goranboyda Murovdağın ətəyində, Qaraçinar, Zeyvə kəndlərində baş tutub. İsmayılın Xankəndidə saxlandığı evin dekorasiyası Bakıda pavilyonda qurulub. Ermənilərin zirzəmidə olduğu yer 5-ci Kardioloji xəstəxananın zirzəmisində lentə alınıb. İsmayılın həbsxanadakı səhnəsi Bayıl həbsxanasında lentə alınıb.

Vertolyot səhnəsi Murovdağın aşağı hissəsində çəkilib. Bu zaman Çingiz Mustafayevin xronika kadrları ilə oxşar səhnə qurulub. Vertolyot isə Gəncədən Surət Hüseynovun sərəncamı ilə gətirilib.

Erməni dilində səsləndirmə prosesində İrəvan Teatrının aktyorları Vidadi Əliyev və oğlu, SOY prodakşının rəhbəri Oktay Əliyev iştirak edib. Yalnız Məlik Dadaşov öz obrazını ermənicə səsləndirib.

Film Ceyhun Mirzəyevin kinoda son işidir. Çəkilişlərdən az sonra vəfat edən rejissor filmin son versiyasını görə bilməyib və onu Vaqif Mustafayev yekunlaşdırıb.

“Fəryad” "İnkişaf" Banklararası Mərkəzi Səhmdar Bankı ilə "Aşkarfilm" Şirkətinin birgə istehsalıdır.
İsmayıl obrazı Qarabağ müharibəsinin qazisi Mehman Hüseynovun prototipidir. M.Hüseynov Şıx batalyonunun tağım komandiri olub. 1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində düşmənlə qeyri-bərabər döyüşdə M.Hüseynov yaralı vəziyətdə əsir düşüb. Sonralar əsir düşən ermənilərlə dəyişdirilən M.Hüseynov Bakıda 2015-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib.(kulis.az)

loading...
"Ermənistana verilmiş Zəngəzuru, Dərələyəzi, Göyçəni istəməliyik, xəyanətin bir cəzası olmalıdır"
Şirkət işçiləri məsuliyyətli olmaları üçün özlərini döydülər - VİDEO
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü...
Dünyanın ən hündür adamı koronavirusa yoluxdu
“Hər kəs tərəfindən bir mənalı şəkildə anlaşılan odur ki...”
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
““Xan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və...”
Gündəm
“Meyitləri təhqir etmək erməni xislətinin bir parçasıdır”
Cəmiyyət
"İnsanları Allah yaradıb, amma düşünmürəm ki, ermənilər Allahın yaratdığı canlılardır"
Cəmiyyət
“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”
Siyasət
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
İsrail Azərbaycana raket hücumlarına qarşı “Dəmir Qübbə”dən istifadə etməyi təklif etdi
Ermənistanın BƏƏ-dəki səfirindən həyasızlıq: "Bura sənin üçün Pakistan deyil, problem yaratmaq istəmirsənsə..."
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
“O gün 1992-ci ildə Laçından dönüb Türkiyəyə getməyimin “sirri”ni tam açıqlayacam...”
"Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb" - AÇIQLAMA
"Biz nə üçün dəyəri 10 min olan avtomobil üçün 20 minlik sursat işlətməliyik?" - VİDEO
Erməni əslli məşhur aktrisa: "Ermənistanın mülki insanları öldürməsi çox üzücüdür"-FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247