Xəbər lenti
20/10/2020 [07:51]:
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
20/10/2020 [06:57]:
Bu gün TBMM sədri Mustafa Şentop Gəncəyə səfər edəcək...
20/10/2020 [06:53]:
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə etdi...
20/10/2020 [06:38]:
"Qalib olmaq – niyyətləri xalis etməklədir...”
20/10/2020 [00:06]:
Ordumuz düşmənin daha bir neçə hərbi texnikasını məhv etdi - VİDEO
20/10/2020 [00:04]:
İngiltərə klublarında 8 nəfərdə koronavirus aşkarlanıb
19/10/2020 [22:55]:
Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlər - VİDEO
19/10/2020 [22:38]:
“Qalatasaray”dan Azərbaycana növbəti dəstək - FOTO
19/10/2020 [22:36]:
“Əsgərə Məktub Online” layihəsi fəaliyyətə başlayıb
19/10/2020 [22:09]:
İlham Əliyev: "Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər"
19/10/2020 [21:52]:
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
19/10/2020 [21:51]:
Qarabağ görüş yerimizdir...
19/10/2020 [21:50]:
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
19/10/2020 [21:19]:
“Daşnaksütyun” Arutyunyanla cəbhədəki situasiyada kəskin dönüş yaratmaqdan danışdı
19/10/2020 [21:04]:
Dövlət başçısı: "İndiki halda əsas məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir"
19/10/2020 [20:57]:
Prezident: "Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik"
19/10/2020 [20:55]:
Pavel Felqenqauer: “Əgər Qarabağ Azərbaycana qayıtsa və bununla hər şey bitərsə, çox yaxşı olar” - MÜSAHİBƏ
19/10/2020 [20:53]:
İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
19/10/2020 [20:51]:
TƏBİB: “Azərbaycanda yanıq xəstələrinə xidmət üçün mərkəz yaradılacaq” - FOTO
19/10/2020 [20:48]:
Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər yanğınlara səbəb oldu
19/10/2020 [20:46]:
Prezident: "Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib"
19/10/2020 [20:45]:
Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib
19/10/2020 [20:44]:
Ceyhun Bayramovun Beynəlxalq Türk Akademiyasının prezidenti ilə danışdı
19/10/2020 [20:25]:
"Qadını yırtıcıya çevrilmiş xalq əbədi olaraq məğlub xalqa çevrilir..." - Xalq yazıçısı
19/10/2020 [20:14]:
"Kəlbəcərsiz, Şuşasız, Lacınsız, Ağdamsız bütöv Azərbaycan olar?" 
19/10/2020 [20:00]:
“İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq”
19/10/2020 [19:39]:
Ədliyyə naziri Almaniyanın ölkəmizdəki səfirini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
19/10/2020 [19:30]:
"Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir"
19/10/2020 [18:52]:
“İsrail həkimləri Putinin sağlamlıq problemlərinin nə qədər ölümcül olduğunu hamıdan yaxşı bilir...” 
19/10/2020 [18:51]:
Şahdağ Milli Parkında yanğın başlayıb
19/10/2020 [18:46]:
2 mindən çox sahibkarın 6,5 milyon manatlıq maliyyə sanksiyası ləğv olunub
19/10/2020 [18:43]:
Ermənilər Tərtər pambıq zavodunu vurdu - FOTO/VİDEO + YENİLƏNİB
19/10/2020 [18:40]:
Paşinyanın sual-cavabı - təslimçilik aktı
19/10/2020 [18:33]:
"Nar" cəbhəyanı bölgələrə dəstəyini davam etdirir - FOTO
19/10/2020 [18:31]:
Mustafa Şentop Əli Əsədovla görüşdü - FOTO
19/10/2020 [18:25]:
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında təbliğat işləri davam edir
19/10/2020 [18:22]:
Cari ilin doqquz ayında 163 min şəxsə e-qaydada fərdi hesab açılıb
19/10/2020 [18:21]:
“Onları böyük faciə gözləyir, ya şikəst olacaqlar, ya da məhv”- Qorxulu və dəhşətli erməni xəstəliyinin müalicəsi varmı?
19/10/2020 [18:16]:
Azərbaycan Almaniyaya nota verəcək
19/10/2020 [18:15]:
Ceyhun Bayramov ilə fransalı həmkarı arasında telefon danışığı olub
19/10/2020 [17:54]:
Abşeronun sabiq baş memarının həbs müddəti uzadılıb
19/10/2020 [17:40]:
Baş Prokurorluq ermənilərin Tərtərdə pambıq emalı zavodunu atəşə tutması faktı ilə bağlı məlumat yayıb
19/10/2020 [17:33]:
Prezidentin köməkçisi: “Azərbaycanda olan yaralı erməni əsirlər tibbi dəstəklə təmin olunublar”
19/10/2020 [17:29]:
“Bəs biz nə üçün, hansı günə lazımıq?”- sənətçilər cəbhəyə getməklərindən danışdı-FOTO
19/10/2020 [17:26]:
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
19/10/2020 [17:24]:
Ayətullah Məkarim Şirazi Qarabağın işğalına son qoymağa çağırış etdi
19/10/2020 [17:14]:
Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb - Prokurorluq
19/10/2020 [17:05]:
Döyüşməyə əsgəri qalmayan düşmən yaşlı veteranlarını köməyə çağırdı- Bu köpəklərin bir ayağı onsuz da gordadır...
19/10/2020 [17:01]:
“Qubadlıya gedəndə ilk olaraq atamın məzarını ziyarət edəcəm...”- Əliyar Əliyevin oğlu...
19/10/2020 [16:30]:
Sergey Lavrov: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı"
19/10/2020 [16:23]:
Qənirə Paşayeva türkiyəli ziyalılarla birgə şəhid ailəsini ziyarət edib
19/10/2020 [16:20]:
Ermənilər Tərtər pambıq zavodunu vurdu
19/10/2020 [16:09]:
Hazırda bütün cəbhəboyu nəzarət Ordumuzun nəzarəti altındadır - Müdafiə Nazirliyi
19/10/2020 [16:07]:
"İlk fəth elədiyimiz yüksəkliyin adı Ruh yüksəkliyidir..."
19/10/2020 [16:00]:
“Onlar ustalıqla yalan danışır, peşəkarcasına məzlum obrazına girir, terrora açıq maraq göstərirlər”
19/10/2020 [15:50]:
“Qarabağda bundan istifadə etməsinlər...”- Türk dronlarıyla dədələri yandırılan düşmən NATO-ya müraciət etdi
19/10/2020 [15:47]:
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salındı
19/10/2020 [15:45]:
Lavrov: “Qarabağda döyüşlər davam edir, bu qəbuledilməzdir”
19/10/2020 [15:44]:
Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri görüşüblər - FOTO
19/10/2020 [15:43]:
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub, 107 nəfər sağalıb, 4 nəfər vəfat edib
19/10/2020 [15:42]:
Ermənilər 61 mülki azərbaycanlını qətlə yetiriblər - Baş Prokurorluq
19/10/2020 [15:28]:
“Gəncəyə ballistik raket atdıran Soros deyil ki?..” – Tofiq Zülfüqarov cavab verir... 
19/10/2020 [15:16]:
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
19/10/2020 [15:14]:
İran Ermənistana məxsus kəşfiyyat PUA-sını vurub
19/10/2020 [14:53]:
Vaqif Əsədov: “Sərnişinlərin daşınması zamanı avtobuslara normadan artıq sərnişin götürmək olmaz”
19/10/2020 [14:39]:
Tərtərdə son vəziyyət: 300-ə yaxın mərmi düşüb, 15 ev dağılıb
19/10/2020 [14:36]:
İlham Əliyev: “Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir”
19/10/2020 [14:35]:
Solovyovdan Azərbaycanın ərazi bütövlüyünə təhdid - FOTO
19/10/2020 [14:33]:
Bu il Azərbaycanda 15 uşaq övladlığa götürülüb
19/10/2020 [14:19]:
"Paşinyanın Gəncədə və digər bolgələrimizdə törətdiyi terror əməllərinə Milli Məclis siyasi və hüquqi qiymət verməlidir"
19/10/2020 [14:18]:
"Əziz qardaşımın açıqlamaları Azərbaycan xalqını çox məmnun etdi"
19/10/2020 [14:15]:
Azərbaycan Prezidenti Türkiyə parlamentinin Sədrini qəbul edib - FOTO
19/10/2020 [14:11]:
Dünən Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəf alıb - Prokurorluq
19/10/2020 [14:07]:
Çoxmənzilli binalardakı mənzillər üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək
19/10/2020 [14:00]:
“Şuşanın işğaldan azad olunma xəbərini verən adama gözəl bir hədiyyə muştuluq verəcəm”
19/10/2020 [13:57]:
Türkiyənin İnönü Universiteti Azərbaycana dəstək məqsədilə UNEC-ə məktub ünvanlayıb
19/10/2020 [13:52]:
“Bir halda ki, öz könüllüləri səngəri qoyub qaçır, muzdlulardan nə fayda?”
19/10/2020 [13:51]:
İnfeksionist: “Azərbaycanda xəstələrin sayı bir gündə 1000-1500 nəfərə çata bilər” - FOTO
19/10/2020 [13:50]:
“İnstagram”da narkotiki təbliğ edən videolar yayan şəxs tutuldu
19/10/2020 [13:47]:
Bakı polisi qara niqabda “kişi” əli olan insanın kimliyini müəyyənləşdirdi - FOTO
Bütün arxiv bir sırada
17/10/2020 [13:29] - Cəmiyyət - ( 856 dəfə baxılıb)

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb



Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Birləşmiş Millətlər Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna (UNESCO) və Uşaq Fonduna (UNICEF), Ərəb Dövlətləri Liqasına, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ISESCO), Milli Demokratiya İnstitutuna, İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinə, İslam Əməkdaşlıq Təşkilatına, Ümumdünya İslam Konqresinə, Avronest Parlament Assambleyasına, Beynəlxalq Qaçqınlar Təşkilatına, “Human Rights Watch”, “Transparency International”, “Amnesty International”, Sərhədsiz Jurnalistlər və Sərhədsiz Həkimlər təşkilatlarına Ermənistanın 2020-ci il oktyabrın 17-də Gəncədə törətdiyi növbəti terror aktı ilə bağlı müraciət ünvanlayıb. AZƏRTAC müraciəti təqdim edir.

Müraciətdə deyilir: Sülhsevər dünya ictimaiyyətinin müharibəni bir vasitə kimi qəbul etməyən, mülki əhalinin, uşaqların və körpələrin öldürülməməsini tələb edən humanist insanların, dövlətlərin və beynəlxalq təşkilatlüqarın diqqətinə!

Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanması bölgə və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etmişdir. Bu silahlanma əsasən Azərbaycana qarşı yönəlmiş və yeni ərazilərin işğal edilməsi ilə bağlı olmuşdur.

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının zəruriliyi açıq şəkildə tələb edilir. Bu qətnamələrdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar addımlar qınanır, münaqişə tərəfi olmayan mülki şəxslər qorunur və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməz olduğu vurğulanır. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı qeyd olunur.

Ermənistan 30 ildir bu qətnamənin şərtlərinə əməl etmir, militarist siyasət həyata keçirir və Azərbaycanın yeni ərazilərini işğal etməyə çalışır.

Ermənistan 2016-cı ilin aprel ayında atəşkəsi pozaraq hərbi əməliyyatlara başlamış, mülki əhalinin yaşadığı qəsəbə və kəndləri ağır silahlardan bombalamışdır.

Atəşkəs razılaşmasının şərtlərinə əməl etməyən, Azərbaycanın yeni ərazilərini işğal etməyi qarşısına məqsəd qoyan Ermənistan cari il iyulun 12-də Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq genişmiqyaslı hərbi əməliyyatlara başlamış, Azərbaycan Ordusunun layiqli cavabından sonra geri çəkilməyə məcbur olmuşdur.

2020-ci il sentyabrın 27-də Ermənistan ordusu işğal altında saxladığı Dağlıq Qarabağda Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır. Bu zaman əsasən Azərbaycanın böyük şəhərləri, mülki sənaye obyektləri ən müasir raketlərlə bombalanmışdır.

Ermənistanın silahlı qüvvələri 27 sentyabr – 17 oktyabr tarixləri arasında döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax yaşayış məntəqələrini mütəmadi olaraq raketlərlə atəşə tutmuş, mülki əhaliyə qarşı müharibə cinayətləri törətmişdir.

Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar məqsədlərlə atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat ikidə öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni “Elbrus” ballistik raketlərlə (SCUD) bombalamışdır. Nəticədə 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 16-sı qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanmış, həmçinin 3 bina tamamilə məhv edilərək, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.

Ermənistan silahlı qüvvələri işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raketlə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu atəşə tutmuşdur.

Ermənistan beynəlxalq etirazlara baxmayaraq, yeni hərbi cinayət törətmiş, onun 2020-ci il oktyabrın 17-də gecə saat bir radələrində Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncəyə üçüncü dəhşətli hücumu çoxlu sayda mülki insanların itkisinə səbəb olmuşdur. Nəticədə 13 şəxs, o cümlədən 2 uşaq həyatını itirmiş, 45-dən çox insan ciddi şəkildə yaralanmışdır. Çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Bu cinayət nəticəsində ölü və yaralıların sayının daha da artacağı ehtimalı olduqca yüksəkdir.

Gəncə şəhərinin dinc sakinlərinin ballistik raketlərlə atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar müharibə cinayətidir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.

Bununla da Ermənistan islaholunmaz, terrorçu ölkə olduğunu növbəti dəfə nümayiş etdirdi. Rəsmi İrəvan sübuta yetirdi ki, onunla danışmağın heç bir mənası yoxdur. Gəncənin dinc sakinləri şirin yuxuda ikən düşmən onları hədəfə aldı.

Biz, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror aktını qətiyyətlə qınayır, terrorçu dövlətin cəzalandırılmasını tələb edir və bildiririk:

Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyimizi bildirir, Azərbaycan xalqı ilə birlikdə onun ətrafında polad yumruq kimi birləşdiyimizi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.

Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də oktyabrın 10-da Moskvada qəbul olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətlərə görə tam məsuliyyət daşıyır.

Ermənistanın davam edən hərbi təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dərhal dayandırılmalı və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.

Ermənistana silah satan dövlətlər Azərbaycan şəhərlərinin və rayonlarının bombalanması nəticəsində qadınlara, uşaqlara və körpələrə qarşı törədilən cinayətlərə ortaq olmaması üçün dərhal silah satışını dayandırmalıdır.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarlar ədalət mühakiməsinə cəlb edilməlidir.

1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov

2. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı

3. Ana Vətən Partiyası – Fəzail Ağamalı

4. Böyük Quruluş Partiyası – Fazil Mustafa

5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev

6. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə

7. Vəhdət Partiyası – Tahir Kərimli

8. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev

9. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev

10. Milli Cəbhə Partiyası – Razi Nurullayev

11. ReAL Partiyası – İlqar Məmmədov

12. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə

13. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev

14. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu

15. Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn

16. Ədalət Partiyası – İlyas İsmayılov

17. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev

18. Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər

19. Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan

20. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə

21. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli

22. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov

23. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə

24. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova

25. Böyük Azərbaycan Partiyası – Elşad Musayev

26. Milli Vəhdət Partiyası – Yunus Oğuz

27. AĞ Partiya – Tural Abbaslı

28. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev

29. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev

30. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli

31. Azadlıq Partiyası – Əhməd Orucov

32. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov

33. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov

34. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev

35. Milli Həmrəylik Partiyası – Əlisahib Hüseynov

36. Yeni Zaman Partiyası – Musa Ağayev

37. Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev

38. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan

39. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov

40. Milli Konqres Partiyası – İxtiyar Şirinov

41. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov

42. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov

43. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov

44. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev

45. Birlik Partiyası – Xudadat Xudiyev

46. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu

47. Azərbaycan Milli Hərəkat Partiyası – Samir Cəfərov

48. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov

49. Qorqud Partiyası – Firudin Kərimov

50. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev

Qeyd edək ki, bu müraciət yuxarıda göstərilən 30 təşkilata ayrı-ayrılıqda göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

loading...
Cəbrayıl səmasında Ermənistanın daha bir Su-25 təyyarəsi vuruldu - Müdafiə Nazirliyi
Əsgərlərimiz işğaldan azad edilən torpaqlarımızda “şükür” namazı qıldılar...
"Yaxın günlərdə həmin ərazilərin də işğaldan azad olunması xəbərini alacağıq"
Dilini iki yerə bölüb dodağını deşən gənc: “Buna yeniləmə arzusu deyilir…” - FOTOLAR
Gözəl model çətin anlar yaşadı :Meymun banana yox, onun sinəsinə əl atdı- VİDEO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Dünya
“İsrail həkimləri Putinin sağlamlıq problemlərinin nə qədər ölümcül olduğunu hamıdan yaxşı bilir...” 
Cəmiyyət
“Qubadlıya gedəndə ilk olaraq atamın məzarını ziyarət edəcəm...”- Əliyar Əliyevin oğlu...
Gündəm
“Bir halda ki, öz könüllüləri səngəri qoyub qaçır, muzdlulardan nə fayda?”
Gündəm
“Erməni əsgərləri heç Qarabağ müharibəsinin mahiyyətini bilmir...”
Dünya
Paşinyan yenə Türkiyəyə sataşdı, başından böyük danışdı...

Yazar
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Sultan Laçın
Ərdoğanın doğum gününü XOCALIDA KEÇİRƏCƏYİ GÜNÜ GÖZLƏYİRİK...
Həftənin ən çox oxunanları
Prezident fransız aparıcının “Nə qədər türk dronunuz var?” sualına gülərək cavab verdi: “Kifayət qədərdi...”
İkinci "İlham-Fərizə dastanı" 30 il sonra Tərtərdə yaşandı - ŞOK OLAY...
“Sərsəng su anbarı uğrunda gedən döyüşlərdə ölümcül yaralanmışdım...” - Xalq artisti
"Bu, yaxın günlərdə, bəlkə də saatlarda artıq Kəlbəcərin də azad ediləcəyindən xəbər verir"
“Bakı Ermənistana zərbə vursa belə, Rusiya İrəvanı müdafiə etməyəcək”- Perenciyev
30 illik işğala son qoymaq üçün savaşan Şanlı Ordumuza 30 tonluq tibbi yardım... - FOTOLAR
Atası azərbaycanlı olan xain separatçı generalın doğulduğu kənd də azad edildi...
Ermənilər hazırkı hərbi itkilərinə görə Xocalı qatilinin yaxasından yapışdı...
"Rusiya artıq Azərbaycan ərazisində erməni arzusunu yerinə yetirməkdə gücsüzdür, çünki..."
Azərbaycan Ordusu Gəncənin qisasını belə aldı - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247