Xəbər lenti
30/10/2020 [17:46]:
Erməni vəhşiliyi nəticəsində həlak olan məktəblilərimiz - FOTO
30/10/2020 [17:44]:
Erməni keşiş Azərbaycan tərəfə əsir düşdü - FOTO
30/10/2020 [17:42]:
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başladı - FOTO
30/10/2020 [17:40]:
Bərdə və Tərtəri atəşə tutan düşmənə məxsus daha iki “Smerç” məhv edildi - VİDEO
30/10/2020 [17:26]:
“Şuşanın niyə belə asanlıqla işğal olunması haqda suallar  illər boyu içimizi  göynətdi...”
30/10/2020 [17:25]:
Ədliyyə naziri xarici həmkarlarını Ermənistanın Bərdədə törətdiyi qətliam barədə məlumatlandırıb
30/10/2020 [17:20]:
“Hər kəs tərəfindən bir mənalı şəkildə anlaşılan odur ki...”
30/10/2020 [17:14]:
İşğaldan azad olunan Xudafərin kəndindən VİDEOREPORTAJ
30/10/2020 [17:13]:
İzmirdə güclü zəlzələ sunami ilə nəticələndi - VİDEO
30/10/2020 [17:08]:
İşğaldan azad olunmuş Vejnəli qızıl yatağından qeyri-qanuni istifadə olunub - Hikmət Hacıyev
30/10/2020 [17:05]:
Bakcell Bərdə sakinlərinə dəstək göstərib
30/10/2020 [16:59]:
“Ermənilər bizim əsir hərbçilərimizi başından və ürəyindən güllələyiblər” - Kamran Əliyev
30/10/2020 [16:54]:
Erməni terroru nəticəsində valideynsiz qalan körpələrin səsi - VİDEO
30/10/2020 [16:46]:
“Meyitləri təhqir etmək erməni xislətinin bir parçasıdır”
30/10/2020 [16:44]:
Cəlilabadda karantin qaydalarına nəzarət gücləndirilib - FOTO
30/10/2020 [16:41]:
Cənubi Qafqazda Azərbaycanın uğurlarının yeni geosiyasi şifrələri...
30/10/2020 [16:32]:
Türkiyədə 6,6 bal gücündə zəlzələ: Binalar yerlə-yeksan oldu - CANLI YAYIM
30/10/2020 [16:26]:
“Heç kim təsəvvür etməzdi ki, Stepanakertə, Şuşaya doğru Ordumuz belə irəliləyə bilər”
30/10/2020 [16:22]:
Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib - Dövlət Komissiyası
30/10/2020 [16:20]:
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub
30/10/2020 [16:19]:
ADNSU “Əsgərə məktub!” layihəsinə qoşulub - FOTO
30/10/2020 [16:06]:
Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi işğalçılıq və terror siyasəti bütün dövlətlər tərəfindən qınanmalıdır
30/10/2020 [15:51]:
Azərbaycanda ictimai iaşə obyektlərində qayda pozuntuları aşkarlanıb
30/10/2020 [15:50]:
“Otuz illik vətən həsrəti bu millətin torpağa nə qədər bağlı olduğunu sübuta yetirdi...”
30/10/2020 [15:36]:
“Ermənilər darmadağın olmaq ərəfəsindədirlər” - Xüsusi xidmət polkovniki
30/10/2020 [15:31]:
Erməni təcavüzü nəticəsində yeddi ailə tamamilə məhv edilib - RƏSMİ
30/10/2020 [15:25]:
“Belə hadisələr nainki insanların əzmini sındırmaq, əksinə Azərbaycan xalqını daha da mətinləşdirir”
30/10/2020 [15:15]:
“Cenevrə görüşünün 3 məqsədi var” – Tofiq Zülfüqarov
30/10/2020 [15:10]:
"Ermənistan dövləti yalnız adamlarla deyil, abidələrlə də müharibə aparır..."
30/10/2020 [15:07]:
Avropa Şurasının Baş katibi BAXCP sədrinə cavab məktubu yazıb
30/10/2020 [15:05]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub, 480 nəfər sağalıb, 10 nəfər vəfat edib
30/10/2020 [15:04]:
Daha 3 rayonun 9 kəndi işğaldan azad edildi...
30/10/2020 [14:54]:
Ermənistan XİN başçısının Minsk qrupu həmsədrləri ilə görüşü başlayıb
30/10/2020 [14:52]:
Azərbaycanda Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan barəsində də cinayət işi başlanıb
30/10/2020 [14:52]:
"Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürnberq Məhkəməsi qurulacaq!"
30/10/2020 [14:38]:
"O vaxt Qarabağı ermənilərə Qorbaçov arvadı Raisanın təhriki ilə verirdi..."
30/10/2020 [14:38]:
Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb
30/10/2020 [14:35]:
"Ermənistan rəhbərliyinin Azərbaycana qarşı hərbi cinayətlər törətməsi tam təsbit olunub"
30/10/2020 [14:32]:
“Ermənilər məğlub olduqlarına görə ağıllarını itiriblər”
30/10/2020 [14:27]:
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA - CANLI YAYIM
30/10/2020 [14:27]:
İşğalçıya cəhənnəm yaşadan Bayraktardan paylaşım: "Yeni mühərrik əlavə güc verəcək"
30/10/2020 [14:24]:
Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO
30/10/2020 [14:22]:
Müəllimlərin işə qəbulu qeyri-müəyyən müddətədək uzadıldı
30/10/2020 [14:16]:
BDU-da Qarabağ ruhu...
30/10/2020 [14:14]:
Erməni xəstəliyi, erməni terroru...
30/10/2020 [14:09]:
Polis 21 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTOLAR
30/10/2020 [14:02]:
“Əgər karantin rejiminin sərtləşdirilməsini istəmiriksə...” - TƏBİB-dən AÇIQLAMA
30/10/2020 [14:01]:
Ləğv olunmuş bankların müştərilərinə 550 milyon manat ödəniş edilib
30/10/2020 [13:56]:
Bakının Xəzər rayonundakı H.Z.Tağıyev küçəsi əsaslı şəkildə təmir olunub
30/10/2020 [13:53]:
Daha dörd rayonda 22 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verildi - FOTO
30/10/2020 [13:50]:
Azərbaycanın baş pediatrı vəzifəsindən azad olunub
30/10/2020 [13:49]:
Jurnalistə yeni vəzifə verildi
30/10/2020 [13:46]:
21 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
30/10/2020 [13:43]:
Prezidentin fərmanı - Qarabağda başlayan quruculuq işləri
30/10/2020 [13:20]:
“Amazon”un xalis mənfəəti 3 dəfə artıb
30/10/2020 [13:19]:
Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
30/10/2020 [13:13]:
“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”
30/10/2020 [13:09]:
“Azərbaycan bu davada onu yarı yolda durdurmaq istəyən qüvvələri fakt qarşısında qoyacaq”
30/10/2020 [13:01]:
Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları qabağa verdilər - FOTO
30/10/2020 [12:59]:
UFC rəhbəri: "Həbib döyüş meydanına qayıdacaq!"
30/10/2020 [12:53]:
“Laçın “dəhlizi”ndə sülhməramlıların yerləşdirilməsinə izn vermək olmaz...”
30/10/2020 [12:49]:
Azərbaycanın axtardığı məşhur təxribatçı yenidən Qarabağa GƏLDİ
30/10/2020 [12:45]:
Prezident kimi 5-ci dəfə and içdi
30/10/2020 [12:40]:
"Formula 1" komandası iki pilotu ilə müqaviləni yenilədi
30/10/2020 [12:38]:
Sabiq maliyyə naziri: “Ölkəmizin 3-4 il müharibə aparmaq imkanı var”
30/10/2020 [12:16]:
Vətən Müharibəsinin ilk qadın şəhidinin anası: “Dedi, mənə bir şey olsa, uşaqlarım sənə əmanət” - VİDEO
30/10/2020 [12:14]:
Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ
30/10/2020 [12:12]:
Nazir: "Sonda detallı qiymətləndirmənin keçirilməsi planlaşdırılır"
30/10/2020 [12:09]:
Mərkəzi Elmi Kitabxananın yeni layihəsi: “Qarabağ Azərbaycandır!”
30/10/2020 [12:05]:
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”
30/10/2020 [12:05]:
Daha bir “dondurulmuş” münaqişə “qaynar” fazaya keçir: 2 ölü, 5 yaralı
30/10/2020 [12:03]:
Döyüşlərdə şücaət göstərən hərbçilərimizi tanıyaq - VİDEO
30/10/2020 [12:02]:
DİM prezident təqaüdünə layiq görülən tələbələrlə bağlı məlumat yaydı
30/10/2020 [11:55]:
Nazir: “Mənim də qızım bu il birinci sinifə gedir, elə bilir ki...”
30/10/2020 [11:54]:
Sosial media nəhənglərinin gəliri artıb
30/10/2020 [11:51]:
Bölgələrdə 100 məktəbə fiber optik internet çəkiləcək
30/10/2020 [11:50]:
Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb
30/10/2020 [11:47]:
AMB uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:45]:
Təhsil naziri: "Builki tədris ilinin uzaldılması nəzərdə tutulmur"
30/10/2020 [11:42]:
Nazir: “Repetirorluq sahəsində qadağa nəzərdə tutulmur”
Bütün arxiv bir sırada
17/10/2020 [14:56] - Cəmiyyət - ( 935 dəfə baxılıb)

Oxucunun piri, ziyarətgahı kitabxanalar…



Bəşəriyyətin zaman-zaman əldə etdiyi uğurlu elmi-texniki nailiyyətlər sırasında informsiya texnologiyaları ilkin yeri tutur. İnformasiya əsrinə qədər də insanlar texniki kəşflər etmiş,  bir çox sahələrdə texnikanın inkişafı ilə əlaqədar əl əməyinin elektrik avadanlıqları vasitəsilə görülməsinə nail olmuşlar. Lakin informasiya texnologiyaları indiyəcən qazanılmış uğurlu hesab edilən bütün işləri öz əlverişliliyi ilə üstələdi. Dövrləri bir-birindən elmin, tərəqqinin inkişafı fərqləndirir. Bu baxımdan “XX əsr bəşəriyyətin sevə-sevə yaşadığı dövr hesab edilməlidir”, fikrini irəli sürmək olar, lakin sürətli texniki inkişafın bundan belə hansı heyrətamiz uğurlara nail olacağı təsəvvürü bizə qənaətimizdən tam əmin olmaq imkanı vermir.

Təbii ki,  bu qədər inkişafa birdən-birə çatmaq mümkün olmayıb. Əldə edilən bütün kəşflərin xronoloji ardıcıllığına nəzər salmaq kitab üzərində göz qırpımı qədər çəksə də zaman baxımından minilliklərlə ölçülür. Hər nailiyyətin bünövrəsi elmdir. O elmi insanlar beyinlərdən ayırıb qədim dövrün informasiya daşıyıcıları olan gil lövhələrə, papirus və perqamentə həkk ediblər. Gil lövhələrdən, perqamentdən üzübəri kitab müxtəlif formalarda olmuşdur. Kitabın yaranması onun qorunması üçün şəraitin yaradılmasını da zəruri edib. 1440-cı ildə İohan Qutenberq tərəfindən reallaşan kitab çapı beyin üçün ilk istiqamətverici işıqfordur. Hazırda informasiya tələbatçıya müxtəlif əşyaların  (disklərin və digər səssaxlayıcılarının) vasitəsilə çatdırılır. İnformasiyanı insanlar arasında yaymağa xidmət edən kitablar sənəd anlayışı kimi qəbul edilənə, rəqəmsallaşanacan tarixdə elmin, mədəniyyətin inkişafı yollarında müxtəlif proseslər baş vermişdir. Yazılıb toplanan vəsaitlər üçün mütləq saxlanc bir məkan olmalı idi, bunu da kitabxana formasında yaradıblar. Kitabxanaların yaranma tarixinin də Şumerlərə məxsus olduğunu öyrənmişik. (Bu mövzuda kifayət qədər dərsliklər olduğundan yeni bir fikir yazmaq mümkün deyil.)

Kitabxanalar da mövcud olan bütün nəsnələr kimi inkişaf edib dəyişə-dəyişə bugünkü quruluşuna çatıb. Yaradılanların yenilənməsində maraqlı olan bəşəriyyət ənənəvi kitabxanalarda da innovasiyanı zəruri hesab etdi və buna da nail oldu. Belə uzun bir prosesi “bunu zaman tələb etdi”  kimi asan şəklində ifadə edə bilərik.  İnformasiyanı daha səmərəli qaydayla əldə etmək məqsədilə kitabxanaların elektronlaşdırılması həyata keçirildi. Yeni tipli cəmiyyətə inteqrasiya əhali üçün bəzən qəbuledilməz olur. Yeni texnologiyalar, yeni qaydalar çox zaman asanlıqla qəbul edilmir. Bu proses gənclər üçün əlverişli olsa da, adətən yaşlı nəsil tərəfindən mühafizəkarlıqla qarşılanır. Cəmiyyətdə baş verən bu proses oxucuların vasitəsilə kitabxanalara da sirayət edir. İnternet resurslarından istifadə gənclər üçün adi hal kimi qəbul edilsə də müəyyən yaş qrupundan olan oxucular mütaliənin ənənəvi formasını, kitab qoxusunu daha çox sevdiklərini söyləyirlər.

“Ənənəvi, ya elektron kitabxana?” mövzusu son illər ən çox müzakirə edilən mövzulardan biridir. Elmin, texnikanın inkişafı, elektron yaddaş, elektron baza kitabı və kitabxananı olduğu kimi əvəz edə bilməz. Doğrudur, bu gün dinləyici, oxucu olduğu məkanı tərk etmədən daha sürətli informasiya almaq istəyir, amma texniki problemlər bu tələbatı əngəlləyəndə yenə də ənənəvi kitabxanalar öz funksiyalarını yerinə yetirir. Mövzuya həsr edilmiş verilişlər, məqalələr saysızdır. Bu problem Qərb ölkələrində çoxdan həll olunub. Onlar üçün nə qədər təəccüblü görünsə də bizdə bu gün hələ də internetdən istifadə etmə imkanı olmayan insanlar var. Bir çox ailələrdə internet xətti olmadığından və yaxud ailə üzvləri yaşlı nəslin nümayəndələri olduğundan informasiyanı yalnız mətbuat, radio və televiziya vasitəsilə almaq imkanları var. Bu cür insanların elektron kitabxanadan istifadə etməsindən söhbət açmaq yersizdir.

Təhsilin və kitabxanaların vəziyyəti ürəkaçan olmadığı bir vaxtda əvvəlcə pandemiya, indi də müharibə onların hər ikisinin fəaliyyətinin dayandırılmasına səbəb oldu. İnformasiya əsrinin kitabxanaçıları pandemiya dövründə oxucularının diqqətini müxtəlif mövzuda hazırlanmış videoçarxlarla, elektron məlumatlarla çəkməyə başladılar. İnternet resurslarından istifadə etmək oxucuların işini asanlaşdırsa da, etiraf edək ki, ortaya bir sıra problemlər çıxdı. Bir oxucu kimi mənim də Milli Kitabxananın “Mətbuat zalı”ndan istifadə etməyim məhdudlaşdırıldı, başladığım işlərim yarımçıq qaldı. Mart ayından indiyədək səbirsizliklə kitabxanaların fəaliyyətinin bərpa edilməsini gözləyirəm. Beləcə xeyli sayda oxucular var ki, lazımi məlumatları elektron kitabxanada tapa bilmirlər.

Son aylarda karantin rejimi ləğv edilsə də kitabxanaların oxucu qəbulunda yenilik olmadı. Üstəlik tədris də onlayn rejimlə aparıldı. Dərsliklərin hamısını internet vasitəsilə əldə etmək olmur. Hazırda ölkədə yaşanılan çətinliklərdən ən böyüyü kimi məktəblərin və kitabxanaların fəaliyyətindəki iflici görürəm. Sentyabr ayının 27-dən  Ermənistanın ölkəmizlə müharibə şəraiti yaratmağı nəticəsində internetin verilməsində məhdudiyyətin qoyulması mövcud problemləri daha da dərinləşdi. Yaranmış boşluqların nə zaman, necə, nə ilə doldurulacağı hələ bəlli deyil. Hazırda hər bir vətəndaşı Qarabağın işğaldan azad olunması düşündürür. Unutmamalıyıq ki, vətənpərvər ruhun formalaşması da ailədən sonra məktəbin və kitabxananın öhdəsinə düşür. Elmi kitabxanalar təhsilin keşikçisidir, kütləvi kitabxanalarsa  milli ruhda vətəndaş yetişdirməklə məşğuldur. Kitabxanalarda keçirilən vətənpərvərik ruhunun təbliği yönündə hazırlanmış ədəbi-bədii tədbirlərin rolu danılmazdır. Bu gün nümayiş etdirilən birliyə, həmrəyliyə indiyəcən təşkil edilən ədəbi-bədii, kütləvi-mədəni  tədbirlərin, mətbuatın və təhsil müəssisələrinin  sayəsində nail olmuşuq. Kitabxanaların cəmiyyətin həyatında rolu əvəzsizdir.

Kitabxanaların da insanlar kimi taleyinə müharibə dəhşətlərinə şahidlik etmək, hətta faciə qurbanı olmaq yazılıb. M.F.Axundov adına Azərbaycan Dövlət Ümumi Kitabxanası 1941-1945-ci illərin müharibəsində 40 min oxucuya xidmət edib. Həmin illər ərzində oxuculara bir milyondan artq kitab, qəzet və jurnal verilib. Kitabxananın o dövrdə hərbi hospitallarda yaralı döyüşçülərlə apardığı iş təqdirəlayiq olmuşdur. Təəssüf ki, belə bir imkan bu gün pandemiya təhlükəsi ilə əlaqədar mümkün deyil.

Dağlıq Qarabağ və ona bitişik rayonlarda fondu 4.6 milyon olan  927 kitabxananın indi hansı vəziyyətdə olması barəsində düşünəndə elmə, təhsilə vurulan zərəri təyin edəcək xüsusi bir cihaz, mənəvi dünyamızda əmələ gələn zədəni təsvir edəcək ifadə tapmaq mümkün deyil.  Kitabxanadan istifadə etməyən xalqın gələcəyinə qaranlıq kölgə salar.

Pandemiya dövründə elektron kitabxana üçün qeydiyyatdan keçənlərin statistik göstəriciləri ilə tanış olmaq imkanımız yəqin ki, yaxın gələcəkdə olacaq. Kitabxanaların karantin müddəti ərzində dayandırılmış fəaliyyəti, ədəbiyyat problemi və digər mövzular haqqında mütəxəssislər məqalələr, monoqrafiyalar, dərsliklər hazırlayacaqlar. Bu müddət ərzində hansı çatışmazlıqların olduğunu təyin edib gələcəkdə onların aradan qaldırılması üçün tədbirlər görmək zəruridir. Görüləcək uğurlu işlər sırasında hər cür çətin şəraitdə əhaliyə xidmət göstərəcək kitabxana işinin də olacağına inanırıq. Kitabxanaların fəaliyyətinin bərpası ilə bağlı istəyimi bir neçə dəfə kiçik status şəklində sosial şəbəkələrdə paylaşmışam. Bu dəfə isə bunu təşəbbüs kimi irəli sürürəm. Çox istərdim ki, aidiyyatı qurumlar nəzərə alsın:

– kitabxanaların fəaliyyətini də kafe və restoranların iş rejimi kimi bərpa etmək olar. Gün ərzində beş nəfər oxucu qəbul etməklə həm karantin qaydalarına əməl etmək, həm də kitabxanaları hərəkətə gətirmək mümkündür. On nəfərə kababxanaya getməyə icazə verilirsə, beş nəfər də kitabxanaya buraxılsın.

Qədim dövrlərdə mütəfəkkirlərin kitabxanaları öz zəhmətləri ilə necə inkişaf etdirdiklərinə, o kitabxanaların sayəsində kimlərin yetişdiyinə nəzər salanda   bu gün cəmiyyətin kitabxanasız qalmağının hansı fəsadları verəcəyini təsəvvür etmək çətin deyil. Aylarla yolunu bu məkana salmayanların fikirləri bu istiqamətdə əsas götürülə bilməz. Pirlər, ziyarətgahlar kimi kitabxanalar da müqəddəs yer hesab edilməlidir. Hər kəsin öz inancı var. Niyyətinin kitabxanaların sayəsində həyata keçəcəyinə inanan oxucunu bu məkandan uzaqlaşdırmaq onun inancına asi olmaq kimidir.

Pərvanə BAYRAMQIZI

loading...
“Hər kəs tərəfindən bir mənalı şəkildə anlaşılan odur ki...”
“Döyüşlər Şuşa divarları altında gedir, köməyə gəlin, yoxsa...” - VİDEO
30 erməni hərbçisinin meyiti Ermənistana qaytarılıb...- Erməni tərəfi təsdiqlədi
"Artıq Azərbaycan Ordusunun Xankəndi və Şuşaya daxil olacağına əminliyim artır..."
Rusiya Türk PUA-larını "dişləmək" üçün ermənilərə "Krasnuxa" REM-ləri göndərib..?
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
“Meyitləri təhqir etmək erməni xislətinin bir parçasıdır”
Cəmiyyət
“Otuz illik vətən həsrəti bu millətin torpağa nə qədər bağlı olduğunu sübuta yetirdi...”
Siyasət
"Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürnberq Məhkəməsi qurulacaq!"
Cəmiyyət
“Azərbaycanda olan milli cəld yeməklər yüz dəfə “Mcdonald”s yeməklərindən sağlamdır...”
Siyasət
“Laçın, Şuşa və Kəlbəcər azad olunmalıdır ki, separatçıların dəstək yolları kəsilsin”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Əliyev
Saturn övladlarını yeyir, yaxud Paşinyanın erməni uşaqlarına tutduğu divan
Seymur Verdizadə
Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşdü
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247