Keçmiş müdafiə naziri: “Çox yaxın müddətdə düşmənin təslim olacağına inanıram”
Müsahibə
Oxunub: 4634
17 Oct 2020 | 18:38
Keçmiş müdafiə naziri:  “Çox yaxın müddətdə düşmənin təslim olacağına inanıram”
Moderator.az Azərbaycanın sabiq müdafiə naziri, ehtiyatda olan general-polkovnik Səfər Əbiyevin müsahibəsini təqdim edir:

- Səfər müəllim, bu gün Sizinlə Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızın azadlığı uğrunda gedən döyüşlər ərəfəsində danışırıq. O Dağlıq Qarabağ münaqişəsi ki, Siz hadisələrin birbaşa şahidi olmusunuz. Ancaq təcrübəli general-polkovnik olaraq bu gün Sizin hadisələri kənardan izləməyinizi açıq desək, qəbul edə bilmirik. Yəqin ki, bugünkü ordumuz, əsgərlərimiz onların uğurları haqqında deyəcəyiniz mütləq nələrsə var. Biz Sizi eşitmək istəyirik.

- Sualınıza keçməzdən öncə qeyd edim ki, bu gün səhər cənab Ali Baş Komandanın Füzuli rayon mərkəzi və ətraf kəndlərin tamamilə düşmən işğalından azad olunması barədə xəbəri məni çox sevindirdi. Ordumuz irəliləyir. Bundan qıcıqlanan düşmən isə mülki əhaliyə qarşı  ağır silahlardan istifadə edir. Dünən gecə yarısı Gəncəyə ağır silahlardan atəş açan işğalçı Ermənistan cinayətkar və terrorçu dövlət olduğunu bir daha nümayiş etdirdi. Düşmən hökmən bunun cavabını alacaq.     

Eyni zamanda,  ilk sualınızda mənə verdiyiniz dəyərə görə Sizə təşəkkürlərimi bildirirəm. Həyatımın böyük bir hissəsini ulu öndər Heydər Əliyevin və sonra möhtərəm Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə Ordumuzun inkişafına həsr etmişəm. Yeri gəlmişkən, həyatda ən çox özünütərifdən xoşlanmamışam. Səmimi bildirmək istərdim ki, hər ikisinin rəhbərliyi altında belə ağır sahədə xidmət etmək mənim üçün həm asan, həm də şərəfli idi. Nə üçün asan dedim? Bu haqda çoxlu xatirələrim var. Danışdıqca, qurtarmaq olmaz. Bəli, ona görə asan idi ki, aramızda mehriban bir münasibət vardı. Və peşakar hərbçi kimi mənə daim hörmətlə yanaşırdılar.

Dağlıq Qarabağ konfilikti vaxtında həll edilə bilərdı. Azərbaycan dəfələrlə bu təşəbbüslə istər beynəlxalq təşkilatlar qarşısında, istərsə də ermənilərın özləri ilə danışıqlarda bildirib ki, problemin dinc vasitələrlə həllindən başqa yol yoxdur. İndi həm düşmənin özü, həm də havadarları real olaraq gördülər ki, vaxtında onlara  ən düzgün təklifi vermişik. Lakin razılaşmadılar. Etiraf edim ki, Rusiyanın bu məsələdə oynadığı rol vəziyyəti gördüyümüz şəklə saldı. Dövlətimiz təzə qurulmuşdu. Silahlı Qüvvələrimiz də arzu etdiyimiz səviyyədə deyildi. İşğalçıya  ən müasir hərbi texnika, raket sistemləri, tank və artilleriya qurğuları pulsuz verilirdi. Siz indi fərqi özünüz təsəvvür edin. Bizə isə toqquşmanın ilk illərində pulla belə silah satmırdılar.

İndi Silahlı Qüvvələrimiz inkişaf etmiş dünya orduları ilə bir sırada dayanır. Ordumuz bu gün öz döyüş qabiliyyəti ilə sübut etdi ki, onu məğlub etmək erməniyə heç bir vaxt qismət olmayacaq. Təkbətək müharibədə Azərbaycan Silahlı Qüvvələrinə qısa zaman kifayətdir ki, düşmən ordusu üzərində qələbəni təmin etsin.

- Yaxın çevrəniz iddia edir ki, Qarabağ münaqişəsinin həll olunmasının əsas variantı kimi danışıqların mümkün olmadığını bildirmisiniz. Bu gün ön cəbhədə müharibə gedir. Yəni sizin də fikirləşdiyiniz kimi, Qarabağı danışıqlar yolu ilə deyil, müharibə yolu ilə geri almağa çalışırıq. İndiki vəziyyəti necə şərh edə bilərsiniz?

- Danışıqların vaxtı çoxdan keçib. Müharibə belə demək mümkünsə nəzəriyyələrlə idarə edilmir. O vuruşmaq üçün güc istəyir.  Xoşbəxtlikdən əsgərimiz belə bir imkanı əldə edə bilib. Dövlətimizin rəhbəri İlham Əliyev müharibə başlandığı ilk gündən Azərbaycan əsgəri qarşısında qoyduğu tələb və əmr “ÖLÜM YA VƏTƏN” çağırışı oldu. Onun bu çağırışı xalqın və ordunun döyüş ruhunun ucalmasında, işğalçı düşmənlə Silahlı Qüvvələrimizin son nəfəsədək vuruşmasında müstəsna rol oynadı. Bu gün xalq Ali Baş Komandanın arxasında dayanıb. İnanıram ki, bu qüvvəni sarsıtmağa işğalçının gücü yetməz. Düşmən ağlına belə gətirməzdi ki, bir gün gələcək işğal etdikləri torpaqlardan qaçaraq özləri üçün yer axtaracaqlar. Yəqin bu dəfə  “ DƏNİZDƏN DƏNİZƏ” ərazilərdə  məskunlaşmağa yer tapa bılməsələr, “OKEANDAN OKEANA” ideyaları köməklərinə çatar. Cəmi-cümlətanı 3 milyonluq əhalisi olan forpostun iddiasına təəccüb etməyə bilmirəm. Azərbaycan ordusunu dayandırmaq mümkünsüzdür. Buna heç kimin şübhəsi olmasın. Ən ağır silahları idarə edəcək, onu hədəfə istiqamətləndirəcək zabit heyətimiz düşməni doğma torpaqlarımızdan qovub çıxarır. Kənd və qəsəbələrimizin, yaşayış məntəqələrimizin sakinləri öz doğma yurdlarına dönürlər. Erməni qəsbkarları son terroristinə qədər işğal etikdikləri torpaqlarımızdan geri çəkiləcək, artıq bu baş verir və Qarabağ həmişə olduğu kimi, Azərbaycan bayrağı altında öz həyatını yaşayacaqdır. Soydaşlarımız öz bağçalarını yenə gözəlləşdirərək, əkib-biçəcək, meyvəsindən dərəcək, həyətdəki sərin bulağından suyunu içəcək. Ermənlər müharibəni demək olar ki, uduzublar. Çox yaxın bir müddətdə düşmənin təslim olacağına daxili bir inamım var. Azərbaycan əsgəri vətən qarşısında borcunu gözəl dərk edir. Onun qalibiyyət uğrunda mübarizəsi və topraq üzərinə tökdüyü qan hədər deyil. Əsgərimiz gələcək nəsillərə bütöv Azərbaycanı əmanət etmək uğrunda savaş aparır. Mən bu davada onun torpağa bağlılığını, vətənə sədaqətini, Ali Baş Komandanın əmr və göstərişlərini sözüz yerinə yetirən əsgərin rəşadətini və qəhramanlığını müşahidə etdikcə, ürəyim dağa dönür. 

- İşğalçı Ermənistan təkcə cəbhədə təxribatlara əl atmır. Eyni zamanda, informasiya savaşında da mənfur niyyətindən əl çəkmir. Düşmən tərəfi iddia edir ki, Azərbaycan ordusunda hansısa ölkənin muzdlu əsgərləri döyüşür. Siz də bilirsiniz ki, bugünkü Azərbaycan ordusu 1990-cı illərdəki özünümüdafiə batalyonlarından təşkil edilməyib ki, hansısa muzdlu döyüşçüyə ehtiyacı olsun. Sizcə, Ermənistan tərəfi bu cür iddiaları səsləndirməklə regionda nə etməyi düşünür?

- Ümumiyyətlə, müharibələrdə informasiya işi silahla birlikdə yanaşı olduqda, daha əhimiyətli təsir bağışlayır. Ancaq hər uydurma və böhtana da informasiya uğuru kimi baxmağın tərafdarı deyiləm. Qarabağ konfilikti gündəmə gəldiyi ilk günlərdən ermənilər Azərbaycana qarşı  dezinformasiya ilə məşğul olub. Lakin son hesabla uğursuzluqlara yuvarlanıblar. Çünki erməni  millətinin xarakterində saxtalıq və riyakarlıq o qədər özünə dərin yer salıb ki, ondan hansısa dürüstlyü və mərdliyi ummaq yumşaq desəm, sadəlövhlüyün ən böyük əlamətidir. O qədər yalan və uydurma informasiya yayımına imza atıblar ki, öz yalanlarına özləri inanmağa başlayıblar. Dünya indi dəyişib, onu hər biabırçı informasiya ilə aldatmaq mümkün deyil. Bu gün Azərbaycan Ordusunda bütün döyüş növləri üzrə şəxsi heyətin formalaşdırılması üçün heç bir problem yoxdur. Öz əsgəri qüvvəmiz kifayət edir ki, düşməni diz üstə çökürdək.  100.000 əsgəri qüvvəyə sahib bir Ordusu olan dövlətin kənar ölkələrdən döyüşçülərgə gətirərək, müharibəyə cəlb edilməsi nə qədər məntiqidir? Yalan və uydurma məlumatları tirajlamaq köhnədən bu millətin qanına işləyib. Azərbaycanın Silahlı Qüvvələrinə güya ki, Livandan, Suriyadan muzdlu döyüşçülərin gətirilməsi və Azərbaycan əsgəri ilə işğalçı Ermənistana qarşı müharibədə iştirakı barədə yayılan məlumatların heç bir əsası yoxdur.

- Qarabağ münaqişəsinin sonunu necə proqnozlaşdırırsınız?

- Qısaca cavab verərəmsə, Qarabağın gələcəyi artıq təmin edilib. Onun bir daha erməninin nəzarətində olması söz konusu deyildir. Qarabağ Azərbaycanın tərkib hissəsidir. Xalqımızın, Ordumuzun, Ali Baş Komandanımızın birgə müharibə əzmi öz nəticəsini verdi. Əsgərimiz ermənin belini sındırdı. Bu döyüşlərdə Ordumuzun  nə Livan, nə də Suriyadan gətirilən əsgərə ehtiyacı olmayıb və bundan sonra da olmayacaq. Vətən torpaqlarının taleyi Ordumuzun çiyinlərindədir.

- Cənubi Qafqaz regionunda Türkiyənin mövqeyi aydındır. Birmənalı olaraq Azərbaycanı dəstəkləyir. Təbii, bu yaxınlığı qısqanan dövlətlər var. Sizcə, bu qısqanclığın kökündə nə dayanır?

 - Türkiyə tarixən Azərbaycanın yanında olub. Qardaşlıq səylərini heç bir vaxt əsirgəyməyib. Sentyabrın 27-də düşmənin qəfil hücumunu önləmək üçün savaşın ilk dəqiqələrindəncə qardaşımız yanımızı kəsdirdi. Öz mənəvi dəstəyi ilə ordumuza ruh verdi. Buna görə qardaş Türkiyəyə öz minnətdarlığımı ifadə edirəm. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Azərbaycanın Prezidenti cənab İlham Əliyevi yanaşı görmək insanda daxili bir qürur yaradır. Əlbəttə ki istəməyənləri anladıq, üzümüzə gülən dostların isə bu qardaşlığa qısqanclıqla yanaşmasını heç başa düşmədik. Cənubi Qafqazda qardaş dövlətin mövqeyini və təsirini inkar etmək ağılsız düşüncənin nəticəsi kimi diqqəti cəlb edir. Bu gün hər iki dövlətin və bir millətin bir yerdə olması zəruri hadisə kimi dəyərləndirilməlidir.  

- Ümumiyyətlə, Türkiyənin Cənubi Qafqazda təkbaşına Qərblə mübarizə aparmasını necə qiymətləndirirsiniz?

- Bu barədə konkret fikir söyləmək istəməzdim. Qərbdə əleyhimizə olanlarla yanaşı, bizi dəstəkləyən dövlətlər də var.  Ümumiyyətlə, Türkiyənin hərbi-siyasi, iqtisadi qüdrətini həzm etməyən qüvvələrin mövcudluğunu inkar etmirəm və onu da söyləmək məcburiyyətindəyəm ki, Türkiyə Respublikası ilə güc dilində danışmağı məsləhət görməzdim. Qardaş dövlətin öz qüvvəsinə inanaraq, bu və ya digər məsələ ilə bağlı öz mövqeyini ortaya qoyması alqışlanasıdır.

- Ermənistanın baş naziri Nikol Paşinyan açıq formada təxribatların törədilməsi əmrini verir. Gəncədə, Tərtərdə, Ağdamda mülki insanlar hədəf götürülür. Ancaq beynəlxalq ictimaiyyət bu məsələdə həmişəki susqunluğu göstərir. Sizcə, Ermənistan ordusunda canlı və texniki qüvvə tamamilə tükənərsə, Paşinyan hansı addımı ata bilər?

- Bu sualınıza qısa cavabımı bu cür ifadə edərdim: Ermənistanın baş nazirinin ağlı həqiqətən yerindən oynayıb. Miloşoviçin faciəvi sonunluğu onu da gözləyir. Buna heç bir şübhəniz olmasın.

- Ermənistanın Rusiyanın forpostu olması heç kimə sirr deyil. Sentyabrın 27-də cəbhədə müharibə başlayan kimi Paşinyanın Rusiya prezidentinə davamlı zənglər etməsi Ermənistanın çətin durumda olduğunu göstərir. Necə düşünürsüz, Rusiya sonuna qədər Ermənistana havadarlıqdan imtina edəcəkmi?

- Bu gün Ermənistanın iqtisadiyyatı tamamilə Rusiyanın əlindədir. Əgər Rusiyanın idarəçiliyində olan iqtisadi müəssisələr və zavodlar bağlanarsa, Ermənistanda hansı vəziyyətin baş qaldıracağını təsəvvür etmək çətin deyil. Ölkə tamamilə alt-üst olar. Odur ki, münasibətlərin pozulmasına forposta havadarlıq edən nə Rusiya, nə də Ermənistanın getməsi ağlabatan görünmür.
Oxşar xəbərlər
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”