Erməni faşizminin istər I Qarabağ müharibəsi dönəmində, istərsə də ondan sonrakı dönəmlərdə mülki insanlara qarşı məqsədli şəkildə terror siyasəti həyata keçirdiyi hər kəsə məlumdur. 17 oktyabr tarixində düşmənin Gəncə şəhərini raket zərbələrinə məruz qoyması, ondan çox günahsız insanın qətlinə imza atması erməni terrorizminin öz ənənəsinə sadiq qaldığını göstərir.
Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Məşhur Məmmədov, xalqımıza qarşı cinayətdə iştirak edən hər bir terrorçunun qanun qarşısında cavab verəcəyini vurğuladı:
“Ermənistanın yaşayış məntəqələrinə raket zərbələri endirməsi, dinc insanları terrora məruz qoyması hərbi cinayətdir və təbii ki, bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməsi mütləqdir. Azərbaycan Respublikasının baş prokuroru da öz açıqlamalarında dəfələrlə vurğulayıb ki, erməni terrorçularının atdığı hər bir addıma, törətdiyi cinayətə hüquqi qiymət veriləcək. Terrorçular beynəlxalq hüquqa əsasən məsuliyyətə cəlb ediləcəklər.
Erməni faşistləri bilməlidir ki, onların törətdiyi heç bir cinayət cəzasız qalmayacaq, onlar gec-tez qanun qarşısında cavab verməli olacaqlar. Və onların öz etdikləri əməllərə görə cavab verəcəkləri gün uzaqda deyil".
Seymur ƏLİYEV