Baş Prokurorluq Ermənistan ordusunun xarici ölkə vətəndaşlarından, muzdlu qüvvələrdən və terror təşkilatlarının nümayəndələrindən istifadə etməsi ilə bağlı açıqlama yayıb. Prokurorluq xarici ölkə vətəndaşlarını bu kimi hallardan çəkindirmək, onları məlumatlandırmaq məqsədi ilə bri neçə dildə video çarx da hazırlayıb.
Moderator.az-a açıqlama
verən politoloq Qabil Hüseynli, bu kimi addımların Ermənistanı xilas etməyəcəyini
bildirib:
“Ermənistan bilməlidir
ki, onun min bir hiylə və yalan vədlərlə Qarabağdakı hərbi əməliyyatlara cəlb
etdiyi terror təşkilatı nümayəndələri, muzdlular onu məğlubiyətdən xilas etməyəcək.
Çünki heç bir qüvvə Azərbaycan ordusunun qarşısında duruş gətirmək, onun zəfər
yürüşünü önləmək iqtidarında deyil.
Baxın, Ermənistanın
könüllü adı ilə orduya qatılan hərbçiləri səngərləri qoyub qaçır, döyüşdən
imtina edirlər. Madam ki, öz könülülləri səngəri qoyub qaçır, o zaman digər
millətlərdən olan muzdlulardan nə fayda gözləyir? Muzdlular ona necə kömək edəcək?
Heç nə, heç bir muzdlu
axını Ermənistanı qəti məğlubiyyətdən xilas edə bilməz. Azərbaycan ordusu düşmən
üzərində böyük üstünlüyə malikdir və bu üstünlük ona işğaldakı digər torpaqları
da qısa zamanda azad etəyə imkan verir. Ermənistan bu gerçəkliyi anlamalı, işğal
etdiyi torpaqlardan öz ordusunu çıxarmalıdır. Yalnız bu halda Ermənistan daha
böyük məğlubiyyətlərdən, daha ciddi zərbələrdən yaxa qurtara bilər”.
Seymur ƏLİYEV