Məlum olduğu kimi, Azərbaycan XİN-i ermənilərin sosial şəbəkələrdə xaricdəki Azərbaycan və Türkiyə diplomatlarına qarşı terror aktları təşkil etməklə bağlı çağırışlarını piləyən bəyanatla çıxış edib. Bəyanatda ermənilərin ötən əsrin sonlarında həyata keçirdiyi terror aktlarına diqqət çəkməklə yanaşı, xaricdəki diplomatik korpusların daha etibarlı müdafiəsi üçün əlaqədar dövlətlərə müraciət olunacağı vurğulanıb.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin rəhbəri, görkəmli tarixçi-pedaqoq, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, terrora meylin erməni xislətində yer alan əsas cəhətlərdən biri olduğunu qeyd etdi:
“Ermənilərin xarakterində üç güclü cəhət var. Bunların birincisi yalançılıqdır. Onlar bütün tarixini yalandan yazıblar. Ikinci cəhətləri ağlamaqdır. Onları özlərini çox ustalıqla məzlum və mağmun göstərirlər. Üçüncüsü və çoxlarına məlum olmayan cəhətləri terrorçuluqdur. Hansı ki, son vaxtlar Azərbaycan şəhərlərinə endirilən raket zərbələri fonunda bu, özünü çox aydın göstərir.
XIX əsrin sonlarında yaranan Daşnaksütun partiyasının nizamnaməsində belə terrorla bağlı müddəalar yer alıb. Onlar utanmadan, çəkinmədən, həyasızcasına öz nizamnamələrinə də bunu daxil ediblər. Lakin təəssüflər olsun ki, xarici dövlətlər sevmədiləri, düşmən hesab etdikləri xalqlara qarşı ermənilərdən, onların terrorçu mahiyətlərindən istifadə etdikləri üçün ermənilərin terror təşkilatlarının axırına çıxmırlar. Onlara qarşı ciddi mübarizə aparmırlar.
Hələ XX əsrin əvvəllərində gürcü yazıçısı yazırdı ki, Daşnaksütun Qafqaza gələndən sonra Qafqazın bütün dincliyi pozuldu. O vaxtdan bir çox proseslərdə Daçşnaksütun partiyasının əli var. O cümlədən 80-dən artıq türk diplolmatının öldürülməsi, Azərbaycan mütəfəkkirlərinin qətli bu terror təşkilatı tərəfindən həyata keçrilib. Ermənilər Rusiyanın bir neçə yerində - Moskvada, Sankt Peterburqda, digər şəhərlədə terror aktları törədib. Fransada, ABŞ-da belə terror aktları həyata keçiriblər. Doğrudur, onları çox vaxt həbs edirlər. Amma təəssüflər olsun ki, onlardan öz məqsədləri üçün istifadə etmək məqsədi ilə bəzən həmin erməniləri həbsdən azad edirlər. Onlar da “yetkinləşmiş terrorçular” kimi terror aktlarını həyata keçirir.
Dünya ictimaiyyəti erməni terroru məsələsində ayıq-sayıq olmalıdır. Dünyanın aparıcı dövlətlərinə ermənlərin terror fəaliyyəti ilə bağlı davamlı informasiyalar təqdim edilməlidir. Bütün dünya çalışmalıdır ki, ermənilərə öz istəklərini terror vasitəsi ilə qəbul etdirmək vərdişini tərgitsin.
Bu gün dünyada təxminən 11 milyona qədər erməni var. Onların 870-ə qədər isə təşkilatı mövcuddur. Bunların əksəriyyəti erməni diaspor təşkilatlarıdır. Bu təşkilatlarda terrorçuluğa açıq meyl var. Lakin Daşnaksütun öz terrorçuluğu ilə daha çox diqqət çəkən təşkilatdır. Hansı ki, bu təşkilat müxtəlif zamanlarda onların istəyi ilə razılaşmayan ermənilərə qarşı belə terror aktları törədib.
Azərbaycan dövləti bununla bağlı bütün dünyayam üraciət etməli, ermənilərin xalqımıza qarşı törətdiyi terror aktlarını bir daha dünya ictimaiyyətinə təqdim edilməlidir. Daşnaksütun təşkilatının varlığına son qoyulmalıır. ASALA-nı darmadağın etdikləri kimi, Daşnaksütun və digər erməni terror təşkilatları da məhv edilməlidir. Əgər bu terror təşkilatlarına kömək etməsələr, ianələr verməsələr, o zaman bu təşkilatların fəaliyyəti də mümkün olmaz. Onların yeri türmədir. Onların azadlıqda nə işi var ki, terror da törətsinlər?
Dünya erməni terrorizminə diqqət yetirməli, ona qarşı mübarizəni gücləndirməlidir”.
Seymur ƏLİYEV