Xəbər lenti
01/12/2020 [00:08]:
Bu gün Laçın işğaldan azad edilir
30/11/2020 [23:58]:
Azərbaycan Ordusu üzü Laçına girməyə başladı... - İlk görüntülər-VİDEO
30/11/2020 [23:50]:
"BBC" qarlı Laçın şəhərinin son görüntülərini yaydı -Düşmən var-yoxlarını yandırır...-VİDEO
30/11/2020 [23:45]:
"2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri
30/11/2020 [23:37]:
“Hələ də doğma yurdumun işğaldan azad olunacağına inana bilmirəm...”
30/11/2020 [23:28]:
Kanalizasiya quyusuna düşən işçi 3 gün sonra xilas edildi - VİDEO
30/11/2020 [22:54]:
Balqabaq ilə idman edən məşhur modelin başına iş gəldi - FOTOLAR...+ VİDEO
30/11/2020 [22:30]:
Bu qəsəbəyə kişilər sadəcə həftədə 1 dəfə gələ bilir - MARAQLI
30/11/2020 [22:06]:
Cəbhəyə yollanmış həkim İnar Seyidov: “O əsgərlər üçün gecə-gündüz işləməyə hazır idik!”
30/11/2020 [22:00]:
Ermənilər şəhərə od vurdu: "Dedilər ki, gecə saat 12-dək Laçını tərk etməlisiniz" + VİDEO
30/11/2020 [21:53]:
Gürcüstanda 3 bal gücündə zəlzələ baş verdi
30/11/2020 [21:45]:
Yeni koronavirus peyvəndindən şad xəbər: Ağır xəstələrdə 100 faiz nəticə göstərdi
30/11/2020 [21:42]:
“Qəbələ”nin prezidenti cəbhədən qayıtdı
30/11/2020 [21:35]:
Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən 100 il ötür
30/11/2020 [21:20]:
“Kəlbəcərdə qızıl tapılanda Ermənistan hökumət sədrinə dedim ki, bura Azərbaycana aiddir”
30/11/2020 [20:53]:
Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO
30/11/2020 [20:39]:
Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu
30/11/2020 [20:36]:
Sandu Dnestryanı bölgəyə ATƏT müşahidəçilərinin yerləşdirilməsni istəyir
30/11/2020 [20:35]:
Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi
30/11/2020 [20:34]:
Sahibsizlik dərdi...
30/11/2020 [20:34]:
Tokio birjasının rəhbəri platformadakı texniki nasazlıq səbəbindən istefa verir
30/11/2020 [20:31]:
Türk dronları ABŞ-ın gündəmində - Bayden hökuməti üçün xarici siyasət sınağı...
30/11/2020 [20:28]:
“Ermənilər Xankəndi və Xocalıda Azərbaycan vəsiqəsi ilə yaşamayacaqlar, çıxıb gedəcəklər”
30/11/2020 [20:25]:
Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO
30/11/2020 [19:58]:
“3 gün mühasirədə köməksiz qaldıq, düşmən əsgərləri bizi görüb qaçırdı...” - FOTOLAR
30/11/2020 [19:48]:
6 yaşında burnuna saldığı dəmir pul 56 yaşında çıxarıldı
30/11/2020 [19:47]:
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO
30/11/2020 [19:40]:
Nazirlər Kabineti distant təhsilin müddətini uzatdı
30/11/2020 [19:25]:
Ərazilərimizin minalardan təmizlənməsinə Türkiyə minaaxtaranları da cəlb edildi
30/11/2020 [19:10]:
Laçının azad olunmasına saatlar qalır - Dövlət strukturları hazırdır +FOTO
30/11/2020 [19:09]:
"Mahnıları pulla səsləndirirlər" - Mətanət İsgəndərli radioların paxırını açdı...
30/11/2020 [19:07]:
"Bu şərəfli bayrağı ömrümün sonuna qədər göz bəbəyim kimi qoruyacağıma söz verirəm" - VİDEO
30/11/2020 [19:01]:
Sevdiyi qıza görə cəzalandı, arvadı sözünə baxmadığı üçün öldü, dəfnində Rəşid həkim yazıçı Anarla dalaşdı...
30/11/2020 [18:58]:
Rusiyada 24 saatda iki dəfə vulkan püskürdü: Narıncı təhlükə kodu elan edildi - VİDEO
30/11/2020 [18:44]:
Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı daha bir AÇIQLAMA
30/11/2020 [18:42]:
“Şahid dəniz” – Aqşin Arifoğlundan yeni povest
30/11/2020 [18:38]:
Məhkəmə sabiq prezidentin 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib
30/11/2020 [18:36]:
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTOLAR
30/11/2020 [18:36]:
Bayden axsaya-axsaya xəstəxananı tərk etdi - VİDEO
30/11/2020 [18:34]:
Millimizin üzvü Xorvatiyada 2 min dollar qazandı - FOTO
30/11/2020 [18:33]:
ÜST yaxın təmasa dair təlimatlara dəyişiklik etməyə hazırlaşır
30/11/2020 [18:33]:
Qənirə Paşayeva qəhrəman şəhidimiz Samiq Fərzalıyevdən yazdı...
30/11/2020 [18:32]:
Azərbaycan polisləri Kəlbəcərdədir
30/11/2020 [18:29]:
Tanınmış teleaparıcı ARB-yə keçdi - VİDEO
30/11/2020 [18:29]:
Paşinyanın Rusiyaya səfəri ləğv edildi
30/11/2020 [18:27]:
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 2981 yeni yoluxma - FOTO
30/11/2020 [18:22]:
Özəl təhsil müəssisələri distant tədris səbəbindən təhsil haqqını azaldacaqmı..?
30/11/2020 [17:55]:
Axtarışa verdiyimiz şərəfsiz Laçın şəhərində! -“18:00-dək ermənilər çıxmalıdır?..” -VİDEO
30/11/2020 [17:40]:
Vilayət Eyvazov generala vəzifə verdi
30/11/2020 [17:37]:
Dünya ulduzları və 1xBet ilə birlikdə qazanın!
30/11/2020 [17:31]:
“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb
30/11/2020 [17:30]:
Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO
30/11/2020 [17:01]:
Qış turizmindən süfrə suyunadək... - Həmin rayonlara ildə 5 milyard xərclənsə...
30/11/2020 [16:55]:
"Özünü "demokratiyanın beşiyi" sayan Fransa hazırda özünü DEMOKRATİYANIN QATİLİ kimi aparır"
30/11/2020 [16:52]:
"Əgər Rusiya Qarabağdakı hərbçi sayını artırsa və Fransa ilə ABŞ da kampaniyaya qoşulsa..."
30/11/2020 [16:49]:
Daha bir müəllim şəhadəti ilə düşmənə dərs keçdi
30/11/2020 [16:42]:
"Azərbaycan qalib, məğrur bir gənc etnos, möhtəşəm dövlət kimi yenidən dünyaya gəlir"
30/11/2020 [16:37]:
“Onsuz da erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq...”
30/11/2020 [16:32]:
Salyanda ər-arvad dəm qazından zəhərlənib, qadın ölüb
30/11/2020 [16:19]:
Erməni təxribatı nəticəsində 98 mülki vətəndaş həlak olub
30/11/2020 [16:18]:
Baş Prokurorluqdan çağırış: İşğaldan azad olunan ərazilərə səfər etməyin - VİDEO
30/11/2020 [16:16]:
İlqar Rəhimov: “Qazilərimiz də abilimpiya hərəkatından faydalana biləcək” - MÜSAHİBƏ
30/11/2020 [16:11]:
Yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstələri barədə cinayət işi başlanıldı - FOTO/VİDEO
30/11/2020 [16:05]:
Bu gün 107 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
30/11/2020 [16:01]:
Azərbaycan ordusunun şəhid giziri Qubada dəfn edildi - FOTO
30/11/2020 [15:58]:
Qazax sakinindən narkotik vasitə aşkar edildi - FOTO
30/11/2020 [15:55]:
Emin Hacıyev: “Hərbi qələbəmiz Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi”
30/11/2020 [15:51]:
“Polis postlarından yayınaraq, azad olunmuş ərazilərə gedirlər” - Təhlükə XƏBƏRDARLIĞI
30/11/2020 [15:30]:
Bakıda yüksək vəzifəyə TƏYİNAT
30/11/2020 [15:09]:
Azərbaycan ərazisində yeddi dron zərərsizləşdirilib - RƏSMİ
30/11/2020 [15:07]:
ANAMA ərazilərin təmizlənməsi üçün xüsusi texnika alacaq
30/11/2020 [15:07]:
“Zəng vurub dedi ki, qızımı sənə tapşırıram, ona dayaq olarsan” - Şəhid müəllimin qardaşı
30/11/2020 [15:06]:
Rusiya prezidentinin şəxsi mühafizəçisi Kremldə intihar etdi - FOTO
30/11/2020 [15:05]:
Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı - FOTO
30/11/2020 [15:04]:
"Xalq olaraq borcumuzu yerinə yetirdik, bəs Səhiyyə Nazirliyinin, TƏBİB-in bu xalqa borcu yoxdurmu?"
30/11/2020 [15:00]:
Kəlbəcər minalardan təmizlənir? - RƏSMİ AÇIQLAMA
30/11/2020 [14:52]:
Qazax sakinindən narkotik vasitə aşkar edilərək götürülüb
30/11/2020 [14:46]:
Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpası davam etdirilir - FOTOLAR
30/11/2020 [14:44]:
BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb
30/11/2020 [14:37]:
Qarabağ düşmənlərin tənəsi və tapdağı altında yetim qalmışdı...
Bütün arxiv bir sırada
19/10/2020 [19:30] - Cəmiyyət - ( 960 dəfə baxılıb)

"Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir"




«Ermənistan yeni humanitar atəşkəsi də kobud şəkildə pozdu. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan oktyabrın 18-dən müvəqqəti humanitar atəşkəsə razılıq verdilər. Lakin yağı düşmən bu dəfə də riyakarlıq edərək atəşkəsin ilk anından Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutdu. Ermənistan hakimiyyəti bununla növbəti dəfə açıq-aşkar sülh danışıqlarının davam etdirilməsində maraqlı olmadığını təsdiqləmiş oldu. Dövlətimizin başçısı İlham Əliyev xarici ölkələrin televiziya kanallarına müsahibələrində, həmçinin xalqa müraciətlərində daim bu faktı diqqətə çatdırır ki, hakimiyyətə zor gücünə gələn N.Paşinyan ilk gündən danışıqların formatının dəyişdirilməsinə, qondarma «Dağlıq Qarabağ respublikası»nı tərəf kimi danışıqlar prosesinə cəlb etməyə səy göstərməklə, həmçinin «Qarabağ Ermənistandır» bəyanatını səsləndirməklə, işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətini həyata keçirməklə danışıqlar prosesində maraqlı olmadığını nümayiş etdirib.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev BMT tribunasından Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırladığını bəyan edir, amma dünya Ermənistanın bu cinayət əməllərinə seyrçi mövqedə dayanır: «Bax, bu cür ikili standartlara əsaslanan yanaşmalar Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Azərbaycan Ordusu dünya birliyinin, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 ilə yaxın müddətdə “gözlə-gözlə” deməklə Ermənistana vaxt qazandırmaq üçün atdıqları addımlara döyüş meydanında cavab verdi. Hər gün cəbhə bölgələrindən gələn qələbə xəbərləri Ermənistanı və onun havadarlarını məyus etməyə bilməz. Azərbaycan işğalçıya, eyni zamanda, dünya dövlətlərinə döyüş meydanında gücünü, malik olduğu imkanları göstərir. Oktyabrın 19-da dövlətimizin başçısı İlham Əliyev özünün rəsmi “Twitter” hesabında növbəti qələbə xəbərini- Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı,

Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan azad edildiyini paylaşdı. Qarabağ Azərbaycandır!

Baş redaktor bildirib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 9-10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq bu razılaşmadan heç bir gün keçməmiş cəbhə bolgəsindən xeyli uzaqda yerləşən Gəncəni raket atəşinə tutaraq soyqırımı aktı törətdi, dünya susdu. Oktyabrın 18-də növbəti humanitar razılaşma əldə edildi, dərhal Ermənistan razılaşmanı kobud şəkildə pozdu, dünya yenə də susur: «Bu susmalar həmin dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara hansı dividendi gətirə biləcəyi sual doğurur. Kasıb, iqtisadi tənəzzül içərisində çabalayan Ermənistanın bu şəkildə silahlanmaya maddi imkanı yol verə bilməz. Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edən dövlətimizin başçısı xalqa müraciətində bildirmişdir ki, təqdim edilən siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib, döyüş zamanı bunun dəqiq hesablaması mümkün deyil. Azərbaycan döyüş meydanında tam üstünlük əldə edərək Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxarıb. Ancaq sual olunur: Bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Statistikaya müraciət edək. Ermənistanın hərbi, ümumilikdə dövlət büdcəsi bəllidir. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Ermənistanın sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti 2 milyard dollar səviyyəsindədir. Amma həm işğal edilmiş torpaqlarımızda, həm də Ermənistanda onların texnikası qalıb. Dünya bu sual ətrafında düşünməlidir ki, bu silahlar kim tərəfindən işğalçıya hədiyyə edilir?»

V.Rəhimzadə bu məqama diqqəti yönəldib ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanın silahlandırılmasını görməzdən gəlir, amma bəzi hallarda silah alınması ilə bağlı ölkəmizə qarşı əsassız iradlar irəli sürülür: «Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları göz önündədir. Ermənistandan fərqli olaraq Azərbaycan dünyada iqtsadi möcüzələr ölkəsi kimi tanınır və nüfuz qazanır. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Müharibə şəraitində yaşayan, ən əsası torpaqları işğal altında olan dövlətin hərbi büdcəsini artırması, ordusunun maddi-texniki bazasını möhkəmləndirməsi onun suveren hüququdur. İşğalçı dövləti silahlandırıb işğala məruz qalan dövlətin ərazisində döyüşməsinə, həmçinin mülki əhalini atəşə tutmasına vasitəçi olmaq isə özü beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, böyük cinayətdir. Budur, dünyanın ikili siyasətinin əyani sübutu.»

Baş redaktor bildirib ki, bu gün dünyaya bu çağırış olunur: İşğalçıya maddi və mənəvi dəstəyi göstərməklə, silahlandırmaqla onun cinayət əməllərinə şərik olmaq heç bir dövlətə, beynəlxalq təşkilata başucalığı gətirməz. Silahlandırmaya, baş verən terror aktlarına, insanlığa qarşı cinayətə göz yummamaqla cinayətkarı ədalətə sövq etmək olar. Azərbaycan dövləti döyüş meydanında üstünlüklərə malik olsa da hər zaman sülh danışıqlarının tərəfdarı olduğunu bildirir. Ermənistanın danışıqlar masası ətrafında oturması üçün onun «başına sığal çəkilməsinə» son qoymağa böyük ehtiyac var. Diplomatik müstəvidə, döyüş meydanında qələbə qazanan Azərbaycan zəfərləri ilə tarixini daha da zənginləşdirir, bu reallığı Ermənistana və onun havadarlarına bir daha sübut edir- Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

loading...
"2 koronavirus peyvəndi yeni ildən əvvəl paylanılacaq" ABŞ Səhiyyə naziri
Kanalizasiya quyusuna düşən işçi 3 gün sonra xilas edildi - VİDEO
Balqabaq ilə idman edən məşhur modelin başına iş gəldi - FOTOLAR...+ VİDEO
6 yaşında burnuna saldığı dəmir pul 56 yaşında çıxarıldı
Ərazilərimizin minalardan təmizlənməsinə Türkiyə minaaxtaranları da cəlb edildi
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Hadisə
Azərbaycan Ordusu üzü Laçına girməyə başladı... - İlk görüntülər-VİDEO
Cəmiyyət
Qış turizmindən süfrə suyunadək... - Həmin rayonlara ildə 5 milyard xərclənsə...
Siyasət
“Onsuz da erməni xalqı Paşinyanı heç vaxt bağışlamayacaq...”
Cəmiyyət
“Zəng vurub dedi ki, qızımı sənə tapşırıram, ona dayaq olarsan” - Şəhid müəllimin qardaşı
Gündəm
"Pul qazanmaq xatirinə Müzəffər Ordumuzu bu qədər aşağılamaq olmaz!..”-FOTO

Yazar
İlham İsmayıl
Düşmən dirçəlmək istəyir, düşməni dirçəldən var...
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə..."
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
"Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi, gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları"
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247