Rəsulzadənin ermənilər əleyhinə yazıları - Nəsiman Yaqublunun araşdırması
Oxunub: 3402
20 Oct 2020 | 11:37
Rəsulzadənin ermənilər əleyhinə yazıları  -  Nəsiman Yaqublunun araşdırması
Bu gün Azərbaycan xalqının  Qarabağın erməni  quldurlarından  azad edilməsi uğrunda aparılan qanlı bir savaşda olduğu dövrdə unutmamalıyıq ki, bizdən əvvəlki nəsil ermənilərin xain və məkrli xisləti haqqında insanlarımızı daima bilgiləndirməyə çalışıblar.Onların məqalələrində və kitablarında ermənilərin xəyanətkar ünsürlər olması haqqında maraqlı məlumatlar vardır.Tanınmış mütəfəkkirlərimizdən Ə.Ağaoğlunun, Ü.Hacıbəylinin, M.B.Məmmədzadə və digərlərinin bu mövzuda ciddi araşdrmalara ehtiyacı olan yazıları mövcuddur.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadənin ermənilər əleyhinə olan yazılarının isə sayı çoxdur.Həmin yazılardan bəzilərini ixtisarla oxuculara təqdim edirəm.

M.Ə.Rəsulzadə

Daşnaksütunçuya cavab

“Ey həqiqəti görmək istəməyən qəddar! Biz adını və müqəddəs iba¬rəl¬əri eşitmisiz, fəqət fəhlələrə deyil, əqidələrə təbir(ifadə etmə,anlatma) et¬misiz. Biz daşnaksütyun millətçiliyinin adını deyib, ictimaiyyun-am¬miyyun(kütlə,xalq) insaniyyətpərəstliyini müqəddəs bəyan etmisiz. Sö¬zün məzmununu dəyişib, sonra məzəmmət etməyi ancaq daşnaksütyunçu “Alik” kimi həyasızlar bacararlar”.

“İrşad” qəzeti, 21 iyul 1906-cı il, N171.

“Erməni məsələsi”

“Nədir bu erməni məsələsi? Bu, hər şeydən əvvəl bir ərazi məsə¬lə¬si¬dir. Bir yerdə ərazi bir millətə mənsub olanlarda olub, zərilər (əkin¬lər, tar¬lalar) digər bir milliyyətə mənsub olurlarsa, mütləq malik(yiyə, sahib) ilə zəri(əkinçi)) arasında təbii olan sinfi mübarizəsi milliyyət şəklini alır”.
“Heç bir vilayətdə orasına Ermənistan dedirdəcək qədər əhalinin ək-səriyyətini təşkil edən bir vilayət yoxdur”.

“İqbal” qəzeti, 9 iyun 1913-cü il, N380.


ERMƏNİ  MƏSƏLƏSİ

Bəhs edəcəyimiz şey bu günlərdə mətbuat səyfələrini işğal edən məruf məsələ deyildir, əsl erməni məsələsidir. O erməni məsələsi ki, türklük üçün pək böyük əngəllərə mucib olmuşdur. O məsələ ki, Türk-Rus  mücadiləyi tarixiyyəsində pək məşum bir rol oynamışdır. Türk dünyasına zərər yetirmişdir. Ermənilər üçün də mucibi fəlakət olmuşdur.
Bolşeviklər iddia ediyorlar, ehtimal, bəziləri də inanıyorlar ki, çarizmin kullandığı siyasəti bolşevizm artıq tətbiq etmiyor. Milli məsələləri təmamiylə başqa bir yolda həll ediyor. Demək ki, erməni məsələsi də başqa dürlü həll olunuyor. Halbuki, dəyişən yalnız rəng və ünvandır. Qızıl Rusiya tətbiq etdiyi siyasətdə, dönə dolaşa qara və yaxud bəyaz Rusiyanın üsullarını kullanıyor.
Lozanna konfransı əsnasında son təşəbbüs edilmiş,”erməni yurdu” haqqında bir qeyrət daha göstərilmişdi. Bu təşəbbüs boşa çıxınca Çiçerin, erməni mürəxxəslərınə Rusiyada bir “yurd” təklif etmişdi. Bu yurd Don nəhri həvalisində təsəvvür olunuyordu. Don vilayətinin mərkəzini təşkil edən Rostov şəhəri yaxınlığında Naxçıvan namıyla bir şəhər vardır. Bu şəhər ermənilərlə məskundur. Bu ermənilər əski sənələrdə Hərbi Ümumidə olduğu kibi yenə Rusiya tərəfindən Türkiyə əleyhinə qiyama sövq olunan və nəticədə yersiz-yurdsuz qalan mühacirlərdir. Demək ki, tarix təkərrür ediyor. Vaxtiylə çarizmin yerləşdirdiyi erməni mühacirləri şimdi də bolşevizm tərəfindən himayə olunuyorlar. Çarizm yalnız  Don vilayətində erməni qəsəbəsi vücuda gətirməklə qalmamışdı, Mavərayı Qafqasdakı erməniliyi dəxi təqviyə etmişdi. Türkiyədən hicrət edən erməniləri buralara yerləşdirmişdi. Çarizmin Qafqasyada istinad etdiyi millət ermənilər idi. Rus kapitalizminin, rus kolonizasyonunun yol başçısı erməni ürəfası və erməni möhtəkirləri idi. Çarizmin müavinət və himayəsi ilə onlar gərək Tiflis və gərək Bakını erməniləşdirməkdə idilər. Şimdiki halda dəxi bolşevik Çekasının, Moskva tröstlərinin, komunist müəssisələrinin ən sadiq ajanları ermənilərdir. Erməni partiyaları, ictimai təşkilat müəssəsələri təmamiylə Rusiya ağuşuna atılmışlardır, nicatlarını Rusiyadan görüyorlar. Daşnaksanların rəsmən inhilal edib Komunist Firqəsinə iltihaq eylədikləri bir əmri-vaqedir. Bunların rəislərindən və məfkurəçilərindən bulunan Kaçaznuni bir risalə nəşr eyləmişdir. Bu risaləsində o, Rusiyadan və komunizmdən başqa erməniləri qurtaracaq bir nicat yolu qalmadığını isbat ediyormuş. Amerikada, Bolqarıstanda və s. məmləkətlərdə nəşr edilən müxtəlif erməni qəzetələri bolşevik Rusiya ilə anlaşmanı tərviç ediyorlar. Daşnaklardan bir qismi Ermənistan istiqlalı üçün hələ israr ediyormuş. Bunlar şimdi bir əqəliyyət təşkil ediyorlar. Amerikada çıxan erməni “Paykar” qəzeti bu məsələni izah ediyordu. Diyordu ki: “Rusiya əleyhində olmaq üçün bolşevik sisteminin müvəqqəti olduğunu iddia kafi deyildir. Bolşevizm müvəqqəti ola bilir, fəqət Rusiya daimidir”.
Bu millət nə qədər talesizdir ki, rəisləri kəndisini qonşuları ilə vuruşdurdular. Rusiyaya güvəndilər. Hadisələrin faciəsi və fəlakətli cərəyanına tərk edildilərsə da, ayılmadılar. Yalnız türklərin deyil, gürcülərin dəxi ədavətini qazandılar.

“Yeni Qafqasiya”, 15 mayıs 1340/12  şəvval  1342,  il:1, №16, s. 6-9


DAŞNAKSÜTYUN  FİRQƏSİNİN  İFLASI

Bolşevik qəzetələri erməni Daşnaksütyun firqəsinə aid qayət mühüm xəbərlər nəşr ediyorlar. “İzvestiya” qəzetəsi Daşnaksütyun Firqəsi liderlərindən sabiq Ermənistan hökuməti milliyyəsi rəisi Kaçaznuninin bir kitabından bəhs ediyordu. “Daşnaksütyun Firqəsinin iflası” namını daşıyan bu kitabında daşnakların bu əski əməkdar lideri firqələrinin sənələrdən bəri təqib eylədiyi siyasətin iflasını elan və “Erməni xalqına hizməti kəndilərinə şərəf əddedənləri mənasız xülyalardan vaz keçərək Ermənistana ovdətlə sovet hökuməti tərəfindən başlanan icad və ehya işinə iştiraka” dəvət ediyormuş.
Keçən sənə Vyanada iniqad edən Daşnaksütyun Konqresində Kaçaznuninin bolşeviklərlə anlaşmaq tezini müdafiə eylədiyini biliyorduq. Görünüyor ki, o, artıq firqəsinin iflasına təmamiylə qənaət gətirmiş, Bakı qəzetələrində oxunduğuna nəzərən, Ermənistana dönmək və “son sənələrini Sovet Ermənistanına həsr etmək” istəmişdir.
Ənənəvi Daşnaksütyun siyasəti ilə aşina olanlar bu siyasətin ta ibtidadan iflasa məhkum olduğunu bilirlərdi. Rusiya imperializminin əzəmətinə güvənərək qonşuları hesabına “Böyük Ermənistan” xülyalarını daşıyan, bu əzəmətin çökdüyünü gördükdən sonra da qaynar bir həyat kibi fışqıran türk milliyyətpərvərliyini heçə sayıb Sevr Muahədəsinə güvənən bu siyasətin sonu əlbət ki, iflasdı. Erməni hərəkatının tarixçəsi Rusiya hesabına çalışmaq, şimal istilasının cənubda kılavuzluğunu yapmaqdan ibarətdir. Hərbi Ümumidə işbu ənənəvi siyasətlərinin qurbanı olaraq müdhiş bir aqibətə uğradıqlarına müqabil erməni politikaçılarının bütün ümidi Rusiyanın bu hərbdə qalib çıxacağına və bu surətlə “Böyük Ermənistan” təşəkkül edəcəyinə bağlı idi.
Hesab doğru çıxmadı. Rusiya səfi hərbdən çıxdı, çar ordusu pərişan oldu. Qafqasiya elanı istiqlal ediyordu: Mavərayı Qafqas Seym Məclisinin istiqlal elanına təxsis etdiyi günü xatırlıyoruz: Kaçaznuni kürsüyə gəldi. Rəngi qaçmışdı. Dodağı titriyordu: “Tarixi əhəmiyyət və məsuliyyətini dərk edərək biz də bu qərara iltihaq ediyoruz” dedi və bütün ümidlərini gömmüş bir adam kibi məlul və məhzun kürsüdən endi.
Kaçaznuni daha o zaman bu “müciz” bəyanı və “həzin” ifadəsi ilə Daşnaksütyun siyasətinin ifasını növ ümmə elan ediyordu. Daşnaksütyun Rusiyaya dayanacaq, konşularının arzularına baxmayacaq, Türkiyə və Azərbaycan (bəlkə də Gürcüstan) hesabına “Böyük Ermənistan” olacaqdı. Halbuki nərədə... “Türkiyənin təzyiqi və Müsavat Firqəsinin sövqiylə Rusiyadan ayrılmaya məcbur oluyordu!.

“Yeni Qafqasiya”, 1 mart 1341 / 5 şaban  1343, 
il:2, №11, s. 2-4


RUSİYA  KÖLƏLİYİNDƏ          
 
Qafqasiyalı mühərrirlərindən biri rus imperializmini tərvic edən erməni siyasilərinə pək yerində bir isim vermişdir - rus imperializminin könüllüləri! Böylələrinə, bizcə, eyni haqq və eyni müvəffəqiyyətlə “Rusiyanın kölələri” demək də caizdir.
Bu köləliyin parlaq bir misalını erməni mühərrirlərindən A.Hondkaryan vermişdir. Ukraynalı rəfiqimizin nüktəli bir  təbirincə  “həqiqi rus” olan bu erməni sabiq Rusiya ixtilal hökuməti rəisi Kerenski tərəfindən nəşr olunan “Dni” qəzetəsində “Türkiyə hizmətində” ünvanı altında bir məqalə yazmışdır.
Məqalə Rusiyada yaşayan məhkum millətlərin müməssilləri tərəfindən imza olunaraq Cenevrədə toplanacağı mütəsəvvür konqreyə aid verilən  bəyannamə münasibətilə yazılmışdır.
Parisdə intişar edən “Prometey” məcmuəsi ətrafında birləşən Rusiyadan xilas olmaq istəyən millətlərin bu “separatçı” təşəbbüsü ruslardan ziyadə rus kecinən hondkaryanların həmiyyətlərinə toxunmuşdur.
Bir kərə baxınız!! Bu təhəmmül edilir bir haye isimidir?! Olurmu ki, Ukrayna, Qafqasiya, Türkistan, Kuban, Krım, Kazan və sairə kibi məmləkətlər Rusiya əsarətində qalmaq istəmədiklərini, çıxsınlar da bütün cahana qarşı elan etsinlər?! İstiqlal istəsinlər?!.
İstiqlal! Nə qədər kölə ruhlu olsalar, içlərindən “millətlər məhbəsində” qalmayı nə qədər canlarına minnət bilsələr də, hondkaryanlar bu şüara cəbhədən hücum etmənin məzərrətini biləcək qədər kurnazdırlar. Bunu yapmazlar, çünki o zaman əsrin ən məqbul və ən yüksək məfhumuna qarşı çıxmış olurlar. Eyni zamanda, bu tərzdə bir çıxış kəndisinə, nə olsa da, sosyalist süsü verən Kerenski qəzetəsinin zahiri məfkurəçiliyinə də uymaz! Sonra istiqlalçılığa cəbhədən hücum - Hondkaryanın mənsub olduğu milli məhafildə dəxi o qədər xoş görünməz. Çünki sözdə olsa da, bir Ermənistan istiqlalından bəhs olunuyor!
İştə bu kibi mülahizələrdir ki, Hondkaryan, bir çevirmə hərəkətilə işi müğalitəyə tökərək Rusiyadakı “separatizmin” səmimi olmadığını isbata çalışıyor. Bu məqsədlə də o, bəzi erməni müğalitəçilərinin ötədən bəri devirib-çevirməyə alışqan olduqları “panturanizm” mövzunu yaxalıyor və silah arkadaşlarından Zarevand namilə birisinin yaxında nəşr ediləcək “Türkiyə və panturanizm” adlı əsərindən istifadə ediyor.
Bu əsərdən iqtibas etdiyi bəzi parçalarla o, isbata çalışıyor ki, “Prometey” ətrafında birləşən separatistlərin kökünü təşkil edən türk-tatar milliyyətçilərinin istədikləri istiqlal deyil, sadəcə Rusiyadan ayrılmaq və ondan sonra Türkiyəyə qovuşmaqdır.
Bu davasını təyid etmək üçün köləlik ruhu Hondkaryana əcib bir metod kullandırıyor. Məgərsə kazanlı bir “tatar” mühərririn “ədəbi zövqünü türkcə ədəbiyyat və mətbuat oxumaq sayəsində inkişaf etdirməsi” kəbairdən imiş... Öylə ha! Hondkaryanca dünyada yalnız bir ilham mənbəyi və yalnız bir zövq örnəyi vardır - Rusiya! Məgərsə “Türkiyədə məşrutiyyət elanının bütün türk-tatar məmləkətlərində sevinc və əlaqə ilə qarşılandığı, kəza, əfvi caiz olmayan bir günah imiş”. Öylə ya, əlaqədər olmaq üçün rus məşrutiyyəti, rus nihilizmi, rus anarşizmi, rus komunizmi varkən bu türk məşrutiyyəti, bu türk cümhuriyyəti də nərədən çıxdı!..
...Fəqət bu yolun erməni millətinə çox bahaya mal olduğu artıq bütün cahana məlumdur. Yanlış yolun nərəsindən dönülürsə kardır!..
Millətlərdən ziyadə kəndi zövq və mənfəətləri saiqi ilə hərəkət edən erməni siyasilərindən bir qismi millətdaşlarını, bərabər yaşamaq məcburiyyətində bulunduğu qonşuları əleyhində macəracuyanə çıxmazlara sövq etməkdən saqınılarsa, bizcə, kəndi irqdaşları hesabına çox ağıllı və çox həmiyyətli bir hərəkətdə bulunmuş olurlar!..
 
“Odlu Yurd”,  birinci qanun(dekabr) 1929, ıl:1, №10
Oxşar xəbərlər
21:36, Bu gün
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
21:36, Bu gün
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
21:34, Bu gün
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
21:33, Bu gün
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
21:31, Bu gün
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
GÜNLÜK
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib