Mehdi Hüseyn onun qollarında can verdi, yoldaşının danışdığı yalan ömrünü 7 il uzatdı...
Cəmiyyət
Oxunub: 3589
20 Oct 2020 | 19:02
Mehdi Hüseyn onun qollarında can verdi, yoldaşının danışdığı yalan ömrünü 7 il uzatdı...

Bu gün Əhməd Cəmilin doğum günüdür. 

Şair haqqında maraqlı faktları təqdim edirik.

Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü ildə oktyabr ayının 20-də İrəvan quberniyasının İrəvan şəhərində, Təpəbaşı məhəlləsində kustar sənətkar ailəsində anadan olub. Babası Mir Cəmil ağa İrəvanın tanınmış Seyid nəslindən idi. Mir Səttarın 11 uşağı olub, bunlardan ən kiçiyi Əhməd Cəmil idi. Bu uşaqlardan əksəriyyəti körpə ikən dünyasını dəyişmiş, yalnız 4-ü sağ qalmışdı. Mir Bağır, Mir Mehdi, Mir Əhməd, Nazəninbəyim.

Əhməd Cəmil o üç oğuldan biri idi. 4 yaşı olanda atasını itirir. 1918-ci il İrəvanda baş verən milli ixtilaf üzündən ailə Tiflisə, sonra isə Gəncəyə köçməyə məcbur olur.

Balaca Əhməd anası Səkinə xanımla böyük qardaşı Mir Bağırın himayəsində qalır. O vaxtlar Mir Bağır ailəni dolandıra bilən yeganə adam idi. O, Əhmədə imkanı daxilində yaxşı təhsil vermək istəyir və bu məqsədlə hətta onu bir fransız ailəsinə tapşırır ki, bir müddət onların evində yaşasın.

Ancaq 20-ci illərin qanlı-qadalı ab-havası, o dövrün əksər ailələri kimi, Əhməd Cəmilin də ailəsindən yan keçmir. NKVD-nin qara kölgəsi onların da üstünə düşür: böyük qardaşı Mir Bağır qayınatası ilə qısa müddətə Türkiyəyə gedir. Qayıdandan sonra Türkiyəyə getdikləri üçün onları həbs edib il yarım saxlayırlar. Həbsxana şəraitinə tab gətirməyən Mir Bağır xəstələnir. Azad ediləndən sonra xəstəlikdən vəfat edir. Onun ölümündən sonra dul qalmış qadını iki uşağını da - Hüseyni (7 yaşında) və Fəridəni (8 yaşında) götürüb İstanbula, atasının yanına gedir.

Qardaşının ölümü, bunun ardınca da yaxın adamlarının xaricə köçməsindən sonra Əhməd anası Səkinə ilə tək qalır. İbtidai və orta təhsilini Gəncədə alır. 1928-ci ildə “Qızıl Gəncə” qəzetində şairin “Gözəl Qafqaz” adlı ilk şeiri nəşr olunur. Əldə etdiyi savadla kifayətlənməyib, 1930-cu ildə Ali Pedaqoji İnstituta daxil olub, 3 il sonra oranı bitirir.

Üç il Şəmkir rayonunun Zəyəm kəndində müəllim işləyir. 1939-cu ildə pedaqoji institutda müəllim işləyir. Həmin ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilir. Bir il sonra Bakıya köçür. Əhməd Cəmil 1944-cü ildə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi seçilir. Qısa müddət səhhəti ilə əlaqədar işləməsə də, 1948-ci ildə yenidən həmin vəzifəyə qayıdır. Xatırladaq ki, bu illərdə Yazıçılar İttifaqına xalq şairi Səməd Vurğun başçılıq edirdi.

Səməd Vurğun Əhməd Cəmil yaradıcılığına həsr etdiyi “Şairin eşqi” məqaləsində yazırdı: “Mən şair Əhməd Cəmilin çaldığı şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir. Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır, ilk baharın gülləri kimi ətir saçır”.

Müharibə mövzusu Əhməd Cəmil yaradıcılığında mühüm yer tutur. O, özünün bir çox gözəl əsərlərini məhz həmin mövzuda yazmışdı. O, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova “Qəhrəman qardaşıma” adlı şeir yazır. Bundan sonra “Çağırış”, “Süngü yarası”, “Qaçqınlar”, “Əsgər qardaşıma”, “Nişan üzüyü”, “Payızın son ayıdır”, “Medal”, “Məni yada salırmı?”, “Can nənə, bir nağıl de” şeirlərini də yazıb bitirir.

Əhməd Cəmil yaradıcılığından söhbət açan tədqiqatçılar həmişə bir ifadə işlədirlər: “Əgər o, heç bir şey yazmasaydı, təkcə “Can nənə, bir nağıl de” əsəri ilə Azərbaycan ədəbiyyatında yaşamaq hüququ qazanardı.

Şair Hüqonun, Xaqaninin, Sədinin, Heyran xanımın, Nekrasovun, Frankonun, Tvardovskinin, Brovkanın, K.Simonovun əsərlərini Azərbaycan dilinə tərcümə edib. İohan Volfqanq Hötenin “Faust əsərini yarıya qədər tərcümə etsə də səhhəti yaxşı olmadığı üçün başa çatdıra bilmirdi. Hamı əlini üzmüşdü: dostları da, qohumları da, şairin özü də günlərini sayırdı. Yalnız iki nəfər onun sağalacağına inanırdı - həkimi professor Emin Əfəndiyev və vəfalı ömür-gün yoldaşı Şərqiyyə xanım. Gələcək göstərdi ki, onlar fikirlərində yanılmadı. Əhməd Cəmil infarktlarla mübarizə apara-apara “Faust”u tərcümə edirdi.

Şərqiyyə xanım xatirələrində deyir:

“Oğlum Eldar iki aylıq idi. Əhməd Cəmil birinci infarktı keçirdi. On il sonra o, ikinci infarktı keçirdi. 1965-ci ilin martında Azərbaycan Yazıçılar İttifaqında gərgin keçən iclas zamanı xalq yazıçısı Mehdi Hüseyn onun qolunun üstünə yıxılır. Əhməd ona dərman vermək istəyir. Görür ki, artıq iş-işdən keçib. Evə gələndə rəngi ağappaq idi. Yuyunmağa getdi, baxdım çox ləngidi. Yaxınlaşanda gördüm ki, ağlayır”. “Əhməd nə olub” - deyə soruşduqda yalnız bir kəlmə - Mehdini də belə itirdik - dedi. Bir neçə gün sonra o, ikinci infarktı çox ağır vəziyyətdə keçirdi. Həkimlər ona qəti tərpənməməyi məsləhət gördü. Yeddi ay arxası üstə qaldı. Bir gün mənə dedi ki, “Faust”u gətir görüm işləyə bilərəmmi? Dedim ki, sənə yazmaq, oxumaq, tərpənmək, hətta televizora baxmaq belə olmaz, həkim məsləhət görmür. O, inad etdi. Mən “Faust”u gətirdim. O, həmin gün sevincək halda dedi: Mən “Faust”dan bir neçə sətir tərcümə etdim”.

Lakin, sonrakı günlərdə yuxarılardan sifariş gəlir ki, tərcümə dayandırılsın, çünki başqa bir adam “Faust”u sətri tərcümə edib. Şairin həyat yoldaşı bu haqda ona nə isə deməyə çəkinir, bilir ki, bu tərcümə onun ömrünü uzadır, yaşamağa həvəsləndirir. Ona görə ona tərcümə ilə bağlı məsələni ayrı cür danışır, həqiqəti yoldaşından gizləyir. Tərcümənin saxlanılması onun məhvinə səbəb ola bilərdi. Tərcümə başa çatandan sonra onu nəşriyyata aparan Əməd Cəmil az keçmir pərt vəziyyətdə evinə gəlir, tərcüməni döşəmənin üzərinə tullayır. Şairin xanımı vəziyyəti bildiyindən vərəqləri döşəmədən yığıb gizlədir. Bir müddət keçəndən sonra müxtəlif adamların köməyi ilə “Faust” çap olunur.

Əhməd Cəmil toylarının 20 illiyi münasibəti ilə bahalı hədiyyə almağı söz verən şairin xanımı ondan hədiyyə yox məhz “Faust”un yeni cildini istəyir. Əhməd Cəmil həmin nüsxələrdən birini götürüb ön səhifəsinə bu sözləri yazır. “Dünyanın ən saf ürəkli, qayğıkeş, fədakar qadını — Sevilimin, Eldarımın anası — şirin və acı günlərimin yaxın sirdaşı, həyat yoldaşım Şərqiyyə İsa qızı Cəmilzadəyə.

İkinci infartkdan sonra həkim ona siqaret çəkməyi və içki içməyi qadağan edir. Buna əməl edən şair Əhməd Cəmil sonralar deyirdi ki, kitabın nəşri mənim ömrümü uzatdı.

Doğrudan da, “Faust” üç dəfə infarkt keçirmiş Əhməd Cəmilin ömrünü 7 il uzadır. Əhməd Cəmil 1977-ci il sentyabrın 24-də vəfat edir. 1980-ci ildə oğlu Eldarın toplayıb tərtib etdiyi “Vaxtında gəlmişik bu dünyaya biz” kitabına görə şair (ölümündən sonra) Respublika Dövlət mükafatına layiq görülür. (kulis.az)

Oxşar xəbərlər
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:33
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 14:37
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 15:07
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
28 Mar 2024 | 14:33
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO