Xəbər verdiyimiz kimi, Ermənistan Qarabağdakı hərbi əməliyyatlarda Azərbaycan tərəfinin dronlardan istifadəsinin qarşısını almaq üçün NATO-ya müraciət edib.
Moderator.az-a
açıqlamasında Ermənistan tərəfinin bu gülünc müraciətini şərh edən hərbi
ekspert Şair Ramaldanov, bunu dronların Ermənistan ordusuna cidid tələfat verməsi
ilə izah edib:
“Erməni ordusunun dronlarımızın
zərbəsi sayəsində böyük tələfatlar verdiyi məlumdur. Azərbaycan Respublikasının
prezidenti cənab İlham Əliyev də bildirmişdi ki, dronlarımızın zərbəsi nəticəsində
düşmənin 1 milyard dollarlıq hərbi texnikası məhv edilib.
Ali Baş Komandanın dediyi
kimi, Paşinyanın əyilmədiyi lider, müraciət etmədiyi qurum qalmayıb. NATO-ya da
üz tutması da Paşinyanın çarəsizliyindən xəbər verir. Azərbaycanın Türkiyədən
hansısa silah-sursat, yaxud dron alması ölkəmizin öz daxili işidir. Bunun nə
Ermənistana, nə də NATO-ya bir aidiyyatı yoxdur. Bu dronları NATO yox, Türkiyə
istehsal edib. Türkiyənin bu dronları kimə satacağı da Türkiyənin işidir. Hesab
edirəm ki, Paşinyanın NATO-ya müraciəti bundan öncəki müraciətləri kimi heç bir
nəticə verməyəcək.
Paşinyanın yalnız bir
müraciəti eşidilə bilər ki, bu da Ermənistanın təslimiyyət müraciətidir.
Paşinyan prezidentimizin sadaladığı şərtləri qəbul edərək təslim olduğunu bəyan
etsə, o zaman onun bu müraciətinə Azərbaycan tərəfindən baxıla bilər”.
Seymur ƏLİYEV