Yaşayan, yaşadan tarix...
Oxunub: 1321
21 Oct 2020 | 21:55
Yaşayan, yaşadan tarix...
Tarixi günlər yaşayırıq. Tarix keçmiş deməkdi, amma mən deyən tarix canlıdır, bizimlə addımlayır yaxud biz onunla birgə irəliləyirik. Bu tarix dünən deyil, bəlkə ağrı-acı dolu dünənin üzərindən qalın xətt çəkən bugündür – amma elə bugün ki, bugünə sığmır, bugündən daha çox sabahdı! Son 100-150 ildə itirdiklərimizin yenidən millətimizə, ruhumuza qazandırılması başlayıb. Müdrik Ali Baş Komandanımızın təmkinli, uğurlu siyasəti və onun mükəmməl rəhbərliyi ilə irəliləyən müzəffər ordumuz milli dirçəlişimizi, xəlqi oyanışımızı, dövlətçiliyimizin şanını yüksəldir. Bizə bu tarixi günləri göstərən, daha doğrusu tarixin özünü yaşadan Tanrımıza şükürlər olsun!  

Dövlət-xalq birliyinin növbəti təntənəsini yaşadığımız bugünlərdə dövlət idarəetməsinin, diplomatiyanın, hərbi uğurların anatomiyasını mümkün olan açıqlıqda bizlərə və bütün dünyaya göstərən cənab İlham Əliyev bir milli lider örnəyidir.

Prezidentin son günlər xarici TV-lərə ard-arda müsahibələri yalnız həmin TV-lərdə deyil, onlara istinadən bir çox media orqanlarında da yayınlanır, tirajlanır, müzakirə edilir. Bu da ən azı iki səbəblə bağlıdır: birincisi, Dağlıq Qarabağ ətrafında 30 ilə yaxındır formalaşdırılmış qəbuledilməz “status-kvo”nun, bədnam “təmas xətti”nin aradan qaldırılmasıdır; ikincisi, müsahibələrin məhz həmin “status-kvo”nu, “təmas xətti”ni aradan qaldırmış ordunun Ali Baş Komandanına aid olmasıdır.

Belə müsahibələrdən biri bugünlərdə, Rusiyanın məşhur TASS informasiya agentliyinə verildi. Cənab Prezidentin öncəki müsahibələri ilə yaxından tanış olmuş və onlar haqqında öz düşüncələrini yazmış bir Millət vəkili olaraq, TASS-a müsahibədə verilmiş mesajlar, müsahibənin fərqli və xüsusi önəm daşıyan cəhətlərinə dair bəzi qənaətlərimi oxucularla paylaşmaq istərdim.

Məncə, ilk sırada bu xüsusları qeyd etməliyik:

Azərbaycan Respublikası öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Bu, cənab Prezidentin daha öncələr dediyi məşhur “sözümüz imzamız qədər keçərlidir” sözləri ilə sabitdir. Bəlli olduğu kimi, bu müsahibə Rusiyanın informaisya agentliyinə verilib və çoxmilyonlu rusdilli auditoriyaya belə bir mövqenin duyurulması, təkrarlanması və daha çox insan tərəfindən qəbul görməsi bizim üçün önəm ərz edir. Rusiyanın 100 faiz asılılığında olan Ermənistanın Rusiyaya bir söz, digər böyük dövlətlərə başqa söz dediyi, kim daha güclü olacaqsa, onun yanında olma zehniyyətinə sahib olduğu mübahisəsizdir. Dövlətçilik ləyaqəti, sağlam dövlət ərkanı olmayan  Ermənistanın dostluğu da, düşmənçiliyi də, ən adi tənqdiə tab gətirməz. Dünyada ən çox dövlət qurmuş, tarixdə ən ədalətli hökümdarları, fatehləri ilə ad çıxarmış bir millətin övladı olaraq, öz dövlətimizi darqafalı bir “dövlət”lə müqayisə etmək istəməzdim lakin iş elə gətirib, bizim torpaqları işğal edən dövlət qismində Ermənistan çıxış edir. – Bizə düşmən olmağa belə uyğun olmayan, hər mənada kiçik bir “dövlət”dən danışırıq. O Ermənistan ki bundan bircə ay öncə, hərbi-siyasi təkəbbürü yerə-göyə sığmırdı, özündən müştəbeh davranırdı... Bax, belə bir uğursuz dövlətin qarşısındakı Azərbaycan həmişə olduğu kimi, öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə münasibətdə sözübütövdür. Dövlətimiz həm öncədən, həm də, elanolunmamış müharibənin nizamlanmasına dair danışıqlar sürəcində beynəlxalq hüquqa, dinc həll yoluna sadiqlik nümayiş etdirir, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əzmindədir. Ancaq öhdəlik, anlaşma, razılaşma, dialoq, müzakirə… ən azı ikitərəfli yaxud üçtərəfli, çoxtərəfli olur və belə olunca da, yalnız bir tərfin sadiqliyi, etibarı həlledici ola bilməz. problem çözməz; gərək bütün tərəflər öhdəliklərə, verilən sözə sadiq olsun. – Necə deyərlər, olmazsa, olmaz.   

Bəs biz nə görürük? – Humanitar atəşkəs üçün özü xahişçi olan qarşı tərəf humanitar atəşkəsə əməl etmir. Danışıqların üzərindən heç 1 sutka keçməmiş Gəncə şəhərinə hücum edən Ermənistandan başqası deyildi, əlbəttə. Bu azmış kimi, Ermənistan ən ağlagəlməz bir “versiya” ilə çıxış edəcək qədər həyasız, sırtıq ola bilir – deyə bilir ki o raketləri Gəncəyə Ermənistan atmayıb. O zaman ya NUO-lar icra edib, ya da biz özümüz öz şəhərimizi, öz mülki insanlarımızı hədəf almışıq. Absurdun bir bu qədəri görünməmişdir hər halda..!

Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub. Xarici işlər naziri Ceyhun Bayramov “humanitar atəşkəs” danışıqlarına gedərkən ordumuz üstünlüklər əldə etmişdi və bu gün olduğu kimi o gün də güclü tərfdik – həm güclü, həm də, haqlı! – Amma danışıqlara razılıq verdik. Yenə hər hansı müzakirədən, masadan qaçmırıq. Ancaq çətin familyalı Mnatskanyan çətin danışıqlarda həm haqsız, həm də gücsüz tərəfin naziridir. O, çətini asan edə bilər, əslində: gücsüz və haqsız tərəfin naziri əslində necə davranmalıdır? – Erməni nazir barışıqda, anlaşmada daha çox maraq nüamyiş etdirməli, taviz verməli, şərt irəli sürməməli və ən əsası verdiyi sözü tutmalıdır! Əvəzində nə gördük? – Atəşkəs razılaşması qüvvəyə minər-minməz atəş şiddətləndi. Xeyir ola? Bəs o 11 saat boyu bizim nazirin vaxtını niyə alırdız? Atəşkəsi az qala bayram kimi qeyd edən öz ölkənin sakinlərini niyə xəyal qırıqlığına uğradırsan? Doğrusu, belə etibarsızlıqlar Ermənistan hökumətinin nəyinə və kiminə lazımdır? – normal ağılla izah etmək çətindir. Çünki nəticə etibarı ilə itirən yenə özləri olur.

İş beləykən indiki halda birinci dərəcəli məsələ nədir? – “İndiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”. – Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibəsində hansısa mübahisəyə yer qoymadı.

Əlbəttə, biz haqlı olduğumuza da, dövlət başçımızın xalqın istək və arzularını yüksək səviyyədə ifadə etdiyinə də əminik. Əminik ki, Ermənistanın işğal etdiyi əraziləri tam geri qaytaracağıq. Çünki o, öz xoşu ilə bu geriqaytarma sürəcini heç cür icra etmir. 30 ilə yaxın vaxt keçib, lakin könüllü qaytarılan 30 kv.m. ərazi olmayıb. İşin ən hiddət doğuran tərəfi odur ki, işğaldan azad edilən ərzilərdə düşmənin qurduğu istehkamlar, dəmir-beton bəndlər, çoxfunskiyalı tunellər, düşmənin Qarabağa yığdığı həddən çox texnika və eşalonlaşmış müdafiənin təşkili, daha 30 il keçsə də, torpaq vermə istəklərinin olmadığını göstərir. – “Yazıq, kimsəsiz olan amma qalib gəlməyə məcbur qalmış”, “xristianlığın son qalası”, “blokadada qalmış ali irq adası” kimi səfsəfələrlə özünü və beynəlxalq ictimaiyyəti qandıran işğalçının içüzü TASS efirindən dünyaya bir daha duyuruldu. Necə deyərlər, o vaxtadək duyuracağıq ki, nəhayət, ədalət öz yerini bulsun!..

Prezident TASS əməkdaşının Laçın dəhlizi mövzusunda sualını cavablandırarkən o dəhlizlə yanaşı, bütün digər kommunikasiyaların, həmçinin, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların da müzakirə mözvusu olduğuna vurğu etdi. Prezident ona da vurğu etdi ki, Ermənistan ciddi şəkildə silahlanır və bu bölgədə təhlükəsizliyi pozur.

Rusiya informasiya agentliyinə müsahibədə açıq şəkildə deyildi ki, Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. – Prezidentin sözüdür: “Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”.

Çox xoşdur ki, hər müsahibədən öncə və sonra Prezidentin “qələbə tvit”ini yaxud xalqa müraciətini gözləməyə və gözləntimizin doğrulmasına öyrəncəli olmuşuq. Bu dəfə də istisna təşkil etmədi. Dünən cənab Prezident Zəngilan şəhərinin, bir neçə kəndimizin azad edilməsinin müjdəsini verdi. Xalqımızın gözü aydın olsun!

Biz bilirik ki, aktiv döyüşlərin getdiyi bir vaxtda dövlət başçısının  xarici TV-lərə ard-arda geniş müsahibələr verməsi nə deməkdir. O müsahibələrdəki mesajları, necə deyərlər, sətiraralarını da başa düşürük. Başa düşürük ki, dövlət başçısı hərbi uğurlarla diplomatik uğurları bir-biri ilə vəhdətdə yürüdür. Hazırki dövrdə xarici TV-lərə ardıcıl müsahibələr diplomatiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Doğrudur, bir çox halda TV və informasiya agentliklərinin müsahibələri paralel olaraq Ermənistan Baş naziri ilə də təşkil edilir, lakin əsas məsələ işğalçı ölkə rəhbərinə də mikrofon uzadılması deyil, o mikrofona nə deyilməsi əsasdır. Hətta “guya demokrat” Paşinyan deyil, bir başqa yan olsaydı da, xüsusi bir fərq yaranmayacaqdı. Çünki adının qabağında kimin yazıb-yazmamasından asılı olmayaraq, bir işğalçı təyini, tanımı var ortalıqda. Bu təyin, tanımlama Ermənistanın bütün keçmiş və hazırkı dövlət məsullarının beynində, ruhunda vardır. Və budur, beyni və ruhu ilə işğalçı, terrorçu zehniyətli olanlar hərb cəbhələrindən geri çəkilir, müqavimətə cəhd edənlər sınıq-salxaq edilir, qovulur, zərərsizləşdirilir.

Canlı tarixin içindəyik. Bəzən bir günün bir neçə ilin hadisələri qədər zənginlik daşıdığını görürük. Mən bu sətirləri yazarkən yeni hadisələr baş verməkdədir. Daha yeni müjdələrin gözləntisində və sarsılmaz inamındayıq.

DÖVLƏTİMİZ VAR OLSUN!  

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva
Oxşar xəbərlər
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
GÜNLÜK
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 13:23
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 13:23
Rəqsanənin əmlaklarına həbs qoyuldu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 13:23
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 13:23
Rəqsanənin əmlaklarına həbs qoyuldu